Məhkəmə qərarları › İş №2(102)-6522/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6522/2019

04.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6522/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh1 vəkili X12 oğlunun və nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli, 2(105)1764/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cav abdeh1 qarşı borcun tutulması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli, 2(105)1764/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv, iddia təmin edilmişdir. Cavabdeh1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı1 ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 26 avqust 2014-cü il tarixli AL-1558 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü 22 avqust 2016-cı il tarixə 4500 (dörd min beş yüz) manat əsas, 1045.38 (bir min qırx beş manat otuz səkkiz qəpik) manat mükafat, cəmi 5545.38 (beş min beş yüz qırx beş manat otuz səkkiz qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı1 ASC-nin xeyrinə tutulmasına dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 ASC 03 dekabr 2018-ci il tarixdə məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə göndərərək, Cavabdeh1 26 avqust 2014-cü il tarixli AL-1558 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 avqust 2016-cı il tarixə 4500 (dörd min beş yüz) manat əsas, 1045.38 (bir min qırx beş manat otuz səkkiz qəpik) manat mükafat və həmin günə hesablanmış 4464.75 (dörd min dörd yüz altmış dörd manat yetmiş beş qəpik) manat dəbbə pulu, ümumilikdə 10010.13 (on min on manat on üç qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı1 ASC-nin xeyrinə tutulmasına dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 avqust 2014-cü il tarixli AL-1558 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən İddiaçı1 ASC-nin mülkiyyətində olan 2010-cu il buraxılışlı, “VAZ21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli, boz metallik rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Sözügedən avtomobil lizinq şirkəti tərəfindən Cavabdeh1 təhvil verilmişdir. Cavabdehin xahişi ilə həmin avtomobili idarə etmək üçün digər bir şəxs X8 etibarnamə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hiss əsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə№) əsasən Cavabdeh1 illik 21 faiz hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləği olmaqla 231.23 manat, ümumilikdə 5549.43 manat məbləğində pulu İddiaçı1 ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 5549.43 manatın 4500 manatı əsas məbləğ təşkil etmişdir. Hal-hazırda cavabdeh tərəfindən İddiaçı1 ASCyə 4500 manat əsas, 1045.68 manat mükafat və 4464.75 manat dəbbə pulu, ümumilikdə 10010.13 manat ödənilməlidir. Sözügedən avtomobil lizinq şirkəti tərəfindən təhvil alındıqdan sonra İddiaçı1 ASC-nin hesabına heç bir pul köçürülməmişdir. İddiaçı1 ASC iş yükünün çoxluğu ilə əlaqədar pul tələbinə dair məhkəmədə iddia qaldıra bilməmişdir. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı1 ASC-nin mülkiyyətində olan “Vaz-2107 4” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 avqust 2016-cı il tarixdə tam yararsız vəziyyətdə şirkətin duracağına yerləşdirilmişdir. Avtomobilin kimin tərəfindən lizinq şirkətinin duracağına gətirilməsi məlum deyildir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, faktiki olaraq həmin avtomobil 1 gün belə onun sahibliyində və istifa dəsində olmamış, şirkətin rəhbəri X4 tərəfindən aldatma yolu ilə sənədlərə ona imza etdirilmiş, sonra isə 21 08.2014-cü il tarıxdo E04220 saylı etibarnamə əsasında öz qohumuna, sürücülük hüququ olmayan şəxsə Oğuz rayonu, Qumlar kəndində yaşayan X5 verilmişdir. Bu şikayətinə əlavə etdiyi etibarnamədən də görünür. Sonuncu da öz növbəsində avtomobili yenə də sürücülük hüququ olmayan X3 vermiş, X9 dəfələrlə sürücülük hüququ və etibarnamə olmadan avtomobili sərxoş vəziyətdə idarə edərkən bu faktlar X19 əməkdaşları tərəfindən qeydə alınmış və nəhayət avtomobil onun tərəfindən tam yarasız vəziyyətə salınsa da, Lizinq şirkəti tərəfindən ona heç bir məlumat verilmədən avtomobil istismara yararsız texnika kimi silinmişdir. Qanuna əsasən avtomobilin sürücülük hüququ olmayan şəxsə verilməsi məsuliyyət ə səbəb olsa da Apellyasiya Məhkəməsi bu hala münasibət bildirməmiş, ən azı xüsusi qərardad qəbul etməli olduğu halda bunu etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X12 oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X6 vəkilin dediklərinə uyğun izahat vermişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə bax ılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.04.2019-cu il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 26 avqust 2014-cü il tarixli AL-1558 saylı X11 əsasən, İddiaçı1 ASC-nin mülkiyyətində olan 2010-cı il buraxılışlı, “VAZ21074” minik markalı, **-AE-** * dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli, boz metallik rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 1558 saylı X11 3 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh1 illik 21 faiz hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləği olmaqla 231.23 manat, ümumilikdə 5549.43 manat məbləğində pulu İddiaçı1 ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. X7 fərdi sahibkarlıq etdiyi Serviz Mərkəzi tərəfindən 08 noyabr 2017-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, “VAZ 21074” minik markalı, dövlət nömrəsi 99AE359 olan avtombilə serviz mərkəzində ümumi texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobil tam yararsızdır. İddiaçı1 ASC tərəfindən verilmiş 27 avqust 2014-cü il tarixli E-04219 nömrəli Etibarnamənin surətindən görün ür ki, İddiaçı1 ASC tərəfindən Cavabdeh1 “VAZ 21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli, boz metallik rəngli avtomobili idarə etmək üçün 26 sentyabr 2018-ci il tarixə etibarlı olan etibarnamə verilmişdir. İddiaçı1” ASC tərəfindən verilmiş 27 avqust 2014-cü il tarixli E-04220 nömrəli Etibarnamənin surətindən görünür ki, İddiaçı1 ASC tərəfindən V.M.İsrafilova “VAZ 21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli, boz metallik rəngli avtomobili idarə etmək üçün 26 sentyabr 2018-ci il tarixə etibarlı olan etibarnamə verilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında İddiaçı1 ASC-nin mülkiyyətində olan 2010-cı i l buraxılışlı, “VAZ21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli, boz metallik rəngli avtomobilin Cavabdeh1 müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə 26 avqust 2014-cü il tarixli AL-1558 saylı “Daxili lizinq müqaviləsi” bağlanmışdır. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə№) əsasən Cavabdeh1 illik 21 faiz hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləği olmaqla 231.23 manat, ümumilikdə 5549.43 manat məbləğində pulu İddiaçı1 ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Belə ki, X10 11.4.1-ci bəndinə uyğun olaraq lizinq obyekti tam yararsız vəziyyətə düşdüyü halda li zinq alan ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrilikdə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müdd ətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektin mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. «Daxili Lizinq» müqavilənin 11.1-ci bəndinə əsasən qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riskləri lizinq alana keçir. Lizinq obyekti olan “VAZ 21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin başqa şəxs və ya şəxslər tərəfindən idarə olunaraq zədələnməsi Cavabdeh1 məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmdakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanmaıs, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin müqavilənin 6.4.3-cü və 7.1.1-ci bəndlərinə əsasən lizinq Alan lizinq Obyektini saz və işlək vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üzrə xərcləri ödəməlidir. Kassasiya kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası qəbul etdiyi 08.04.2019-cu il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsini qüvvədə saxlayarkən prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apell yasiya instansiyası məhkəməsi cavabdeh tərəfin istinad etdiyi avtomobilin yararsız hala salınmasının tarixi və onun təfərrüatları ilə bağlı hallara qiymət verilmədən qəbul edilmiş qərarı qüvvədə saxlamaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətiril məli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlar dan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. MPM-in 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli o lan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin hazırkı işə səlahiyyəti çərçivəsində baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin lizinq predmeti olan avtomobilin yararsız hala düşməsi ilə bağlı halları müxtəlif hüquqi nəticə yarada biləcək təfərrüatlarına, yəni yarasız hala düşmənin yol-nəqliyyat hadisəsi nəticəsində baş verib-verməməsi, vermişdirsə icbari sığortadan irəli gələn sığorta ödənişinin edilib-edilməməsi, lizinq ödənişlərinin hesablanması baxımından əhəmiyyət kəsb edən yarasız hala düşmə və avtomobilin iddiaçıya verilmə tarixini aydınlaşdırmadan sadəcə olaraq tərəflərin izahatları əsasında MPM-in 76.1 və 81-ci maddələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə tərəflər arasında bağlan mış X10 11.4.1-ci bəndinin tətbiqini də nəzərdən keçirməmişdir. Belə ki, Müqavilənin 11.4.1-ci bəndindən göründüyü kimi Lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə bu Müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə Lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi Lizinq Verənə ödəmək. Lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu Müqavilə öz qüvvəsini itirir, Lizinq Obyekti isə Lizinq Alanın mülkiyyətinə keçir. Göründüyü kimi, istinad edilən müddəanın məzmunundan göründüyü kimi, lizinq obyekti olan avtomobilin məhvi və yaxud onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdüyü halla bağlı xüsusi prosedur nəzədə tutulmuşdur. Hazırki halda isə iddiaçı tərəf müqavil əyə əlavə edilmiş cədvəldə əks olunmuş bütün lizinq ödənişlərini tələb etməklə yanaşı avtomobili də mülkiyyətində saxlayır ki bu da istinad edilən bəndin tələblərinə ziddir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iş üçün bu mühüm əhəmiyyət kəsb edən hala diqqət yetirməmişdir. Digər tərəfdən X10 12.1-ci bəndinə əsasən lizinq obyekti aşağıdakı risklərdən sığortalanmalıdır: itirilmə, zədələnmə (korlanma), məhv edilmə (məhv olma), talanma, oğurluq, ətraf mühitə ziyan vurma, üçüncü şəxslərə ziyan vurma. Həmin Müqavilənin 12.6-cı bəndinə əsasən sığorta hadisəsinin baş verməsi nəticəsində ödənilən bütün ödənişləri Lizinq Verən alır. Göründüyü kimi, avtomobilin yarasız hala salınması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilsə də, həmin halın sığorta hadisəsi olub-olm aması, olmuşdursa sığorta ödənişinin ödənilib-ödənilməməsi məsələsi aydınlaşdırılmamışdır. Beləliklə qeyd edilənlər baxımından, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qənaətə gələrkən, hazırkı işin faktiki hallarını qanunla müəyyən edilmiş qaydada tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəri lməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli, 2(105)1764/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar