Məhkəmə qərarları › İş №2(102)-6523/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6523/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6523/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6658/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəm ə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 19 noyabr 2019-cu il tarixdə İddiaçı (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında “Work and X8 Ştatlar (ABŞ) 2020” xidmət müqaviləsi bağlanmış, müqavilənin 3.1 bəndinə əsasən müqavilənin ümumi məbləği 2250 ABŞ dollarına razılaşdırılmışdır. Cavabdeh MMC-nin iddiaçıya ünvanlandığı 27 iyun 2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh müqaviləyə əsasən iddiaçının iştirakçısı olduğu “Work and X8 Ştatlar (ABŞ) 2020” proqramında iştirakına yarana biləcəyi riskləri nəzərə alaraq tərəflərindən təklif olunan təklifləri dəyərləndirib 1 iyul 2020-ci ilə qədər yazılı və elektron poçt vasitəsilə MMC-yə göndərilməsini iddiaçıya təklif etmiş, təkliflər aşağıdakilərdən ibarət olmuşdur: iddiaçının proqramda iştirakının 2020-ci ildən 2021 -ci ilə və ya 2022-ci illərdən birinə keçirilməsi və ya proqramda iştirakının 2020-ci ildə saxlanması və iddiaçıya aid olan bütün sənədlərin qeydiyyatda olduğu ünvana çatdırılması. Cavabdeh MMC-nin rəhbəri Nümayəndə1 İddiaçı ünvanlanmış 27.06.2020-ci il tarixli məktubundan görünür ki, Nümayəndə1 Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərin yerinə yetirildiyi üçün ödədiyi xidmət haqqlarının Cavabdeh MMC tərəfindən iddiaçıya qaytarılmayacağını bildirmişdir. Müqavilənin 3.3-cü bəndinin 1-ci və 2-ci abzaslarına əsasən sifarişçi tərəfindən ödəniş aşağıdakı qaydada həyata keçirilməlidir: 400.0 ABŞ dolları həcmində məbləğ proqramda ilkin qeydiyyatın həyata keçirilməsi; 1850.0 ABŞ dolları həcmində qalıq məbləğ sifarişçi ilə sponsor arasında təyin olunmuş müsahibə tarixinə qədər ödənilməlidir. Qeyd olunan tarixədək proqramın tam ödənişi həyata keçirilmədiyi təqdirdə sifarişçi müsahibədə iştirak edə bilməyəcək və iştirakı ləğv edilməklə ilkin ödənişi geri qaytarılmayacaq. Müqavilənin 3.5-ci bəndinə əsasən sifarişçi ABŞ-a viza ala bilməzsə, müvafiq sənəd/sənədlər və DS-2019 Formasını icraçıya dərhal təhvil verməlidir. Sifarişçi DS-2019 formasını bu maddədə göstərilmiş müddət ərzində icraçıya təhvil verərsə, icraçı 450 ABŞ dolları istisna olmaqla qalan məbləği sifarişçiyə geri qaytaracaqdır. Sifarişçi hər hansı səbəbə görə DS-2019 sənədini geri qaytarmazsa, proqramda iştirak üçün ödədiyi (2250 ABŞ dolları) geri qaytarılmayacaqdır. Sifarişçi ABŞ-a viza aldıqdan sonra Proqramda iştirak etməkdən imtina edərsə icraçı tərəfindən bu halda da sifarişçiyə heç bir ödən iş geri qaytarılmayacaqdır. Müqavilənin 3.6-cı bəndinə əsasən müqavilənin 3-cü maddəsində qaytarılacağı qeyd edilən bütün ödənişlər 15-30 oktyabr, 2020-ci ildə sifarişçiyə təqdim olunacaq. Müqavilənin 5.2-ci bəndinə əsasən xidmətlərin nəticələri razılaşdırılan müddət ərzində təmin olunmadıqda sifarişçi icraçıdan hər malın dəyərinin 0.1 %-i miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 7.2-ci bəndinə əsasən öhdəliklərini fors major şəraitdə icra edə bilməyən tərəf digər tərəfi yazılı formada yuxarıda sadalanan hallardan birinin başlanma, güman edilən davamı və bitmə vaxtı barədə məlumatlandırmalıdır. Xəbərdarlıqda göstərilən faktlar müvafiq səlahiyyətli idarə və ya təşkilat tərəfindən təsdiq olunmalıdır. Müqavilənin 8.6-cı bəndinə əsasən müqavilənin pozulması tərəfləri xidmətlərin nəticəsi üçün ödəniş üzrə öhdəliklərdən, eyni zamanda öhdəliklərin yerinə yetirilməməsi məsuliyyətindən azad etmir. İddiaçı tərəfindən təqdim edilmiş kassa mədaxil qəbzlərindən göründüyü kimi, 699 manat, sonra isə 3154 manat iddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2250 ABŞ dollarının Mərkəzi Bankın məzənnəsi ilə 3825 manat əsas və 382,5 dəbbə pulu kimi, cəmi 4207,5 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İnternetdə Cavabdeh MMC-nin ABŞda Work and Travel USA (WAT) tələbə yay təcrübəsi haqqında verilm iş elana əsasən, bu firmanın ofisində 19.11.2019-cu il tarixdə 2019-0029 nömrəli müqavilə imzalamışdır. Work and Travel USA X9 Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində X4 işləyib ingilis dilini təkmilləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır. Bu proqramda iştirak etmək üçün iddiaçı 19 noyabr 2019-cu il tarixdə 400 ABŞ dolları və 07 yanvar 2020-ci il tarixində 1850 ABŞ dolları (cəmi ödənilən məbləğ 2250 ABŞ dolları) bağlanmış müqavilənin şərtlərinə əsasən nağd qaydada firmaya ödənişlər etmişdir. Koronavirus pandemiyası ilə əlaqədar 16 iyun 2020-ci il tarixində Cavabdeh MMC-nin rəhbəri Bədalzadə Mehman ona təklif etdi ki, proqramın icrası mümkün olmadığına görə o, səfəri gələn ilə, yəni 2021-ci ilə keçirsin. İddiaçı 2021-ci ildə maqistraturaya daxil olmaq planları olduğu üçün bu təklifnən razı ola bilmədiyini Cavabdeh MMC-nin rəhbərliyinə bildirmiş və ödənilən pulların müqavilənin şərtlərinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Lakin firmanın rəhbəri Bədalzadə Mehman uzun müddət keçməsinə baxmayaraq bu günə kimi ödənilmiş məbləği qaytarmamışdır, bu isə bağlanmış müqavilənin şərtlərinə ziddir. Belə ki, 19.11.2019-cu il tarixli 2019-0029 nömrəli müqavilənin 3.6-cı bəndinə əsasən edilən bütün ödənişlər 15-30 oktyabr 2020-ci il tarixədək geri qaytarılmalıdır. Bundan başqa həmin müqavilənin 5.2-ci bəndinə əsasən hər gecikdirilən günə görə sifarişçi icraçıdan 0,1% dəbbə pulu tələb etmək hüququna malikdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova, iş № 2(004)-1566/2021) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 3825 manat əsas borc, 221,85 manat dəbbə pulu olmaqla, ümumilikdə 4046,85 (dörd min qırx altı manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin müqavilə bağlanan anadək onun müqaviləni gələcəkdə icra edə bilməyəcəyi barədə mövcud olan maneə koronavirus barədə ətraflı məlumatı olmuşdur. Belə ki, dünya kütləvi informasiya vasitələrində, o cümlədən ABŞ-ın KİV-lərində hələ tərəflər arasında müqavilə bağlanmamışdan əvvəl Çində koronavirus infeksiyasının yayılması, onun çox təhlükəli və tez yayılan infeksiya olması, düny anın bir çox ölkələrində, o cümlədən ABŞ-da da belə xəstələrin müəyyən olunması barədə məlumatlar olmuşdur. Cavabdehin də ABŞ-da yay tətilinin təşkil olunması işi ilə məşğul olması ilə əlaqədar bu barədə daha çox məlumatlı olmuşdur. Bundan əlavə, müqavilə üzrə ikinci ödəniş cavabdeh tərəfindən iddiaçıdan 7 yanvar 2020-ci il tarixdə alınmışdır ki, həmin tarixdə də artıq kütləvi informasiya vasitələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərhədlərin bağlanması zərurəti ilə bağlı məlumatlar olmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)-6658/2021) Cavabdeh MMC tərəfindən ver ilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)1566/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəm əsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6658/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin məzmunu apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil oğu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının M PM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası İddiaçı izahatını dinləməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübah isənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri v icdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəl lə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır 462.1-ci maddəs inə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən ed ərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunm uş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6658/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar