Məhkəmə qərarları › İş №2(102)-6534/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6534/2021

23.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6534/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs z oğlunun cavabdeh “X11 Azərbaycan” QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh “X11 Azərbaycan” QSC-nin nümayəndəsi X1 və vəkili Yavərzadə Yavər Elçin oğlunun, müstəqil tələb irəli sürən üçüncü şəxs z oğlunun vəkili Vəkil Oktay qızının iştirakları ilə, Bakı Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 2(103)-6075/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs z oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “X11 Azərbaycan” QSC-nin 28 May filialı ilə "xxxx" MMC arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış kredit xəttinin açılması barədə 24273/1 saylı kredit müqaviləsinə əsasən borcverən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün borcalana bərpa edilən kredit xətti açır. Kredit xəttinin məbləği 941160 Azərbaycan manat təşkil edir. Kredit xətti üzrə borcalana kredit(lər) 27 iyul 2015-ci il tarixinədək (24 ay müddətinə) verilir. Kredit xətti üzrə kredit (lər) kredit (kredit sazişləri) (nağd) və/və ya qarantiya, akkreditiv (qarantiya, akkreditiv sazişləri) (qeyri nağd) formasında verilə bilər. Tərəflər arasında qarantiya, akkreditiv üzrə münasibətlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq sazişlərlə tənzimlənəcək. Kredit xətti üzrə hissə-hissə verilən hər bir kredit(lərin) müddəti, məbləği, məqsədi, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit saziş(ləri) ilə müəyyən edilir. “X11 Azərbaycan” QSC-nin 28 May filialı ilə "xxxx" MMC arasında 01 may 2014-cü il tarixdə bağlanmış 5 saylı kredit sazişinə əsasən 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi üzrə borcverən tərəfindən borcalan "x xxx" MMC-yə 1.153.873,25 ABŞ dolları məbləğində 8 ay müddətinə, illik 16,98 %-lə kredit verilmişdir. İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə İddiaçı qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. z oğlu ilə “X11 Azərbaycan” QSC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli 24273/03 saylı zaminlik müqaviləsindən görünür ki, bağlanmışdır. Həmin müqavilə 26 iyul 2013-cü il “X11 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borc alana 941.160 manat verilməsi ilə bağlı açılmış xəttinin təminatı kimi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “X11 Azərbaycan” QSC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 26 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq “iddianın dəyişdirilməsi” barədə məhkəməyə ərizə vermiş və 26 iyul 2013- cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" QSC arasında 26 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, 26 iyul 2013-cü i l tarixli, 24273/1 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə cavabdeh qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Halbuki, kredit müqaviləsi, əslində, müqavilə deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 385.1-ci maddəsinə görə isə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditoru n isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin kredit müqaviləsində deyilir: “Bu Müqavilə borcverənin kredit vermək vədini ifadə etmir”. Başqa sözlə, kredit limiti müqaviləsi üzrə cavabdehin borcalan qarşısında hər hansı öhdəliyi, o cümlədən kredit vermək öhdəliyi mövcud deyil, o istədiyi vaxt kreditin verilməsindən imtina edə bilər. Buna görə də, kredit müqaviləsi konsensual müqavilə deyil, yəni cavabdehin borcalana gələcəkdə kredit vermək vədi mövcud deyil. Kredit müqaviləsi ilkin müqavilə də deyil. Çünki MM-in 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Kredit müqavil əsi üzrə isə tərəflərin belə bir öhdəliyi mövcud deyil. Kredit müqaviləsi üzrə borcalan cavabdehə kredit üçün müraciət edə bilər. Cavabdeh isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında hər hansı öhdəlik yoxdur və bu, bir daha təsdiq olunur. Buna görə də kredit müqaviləsi mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Belə ki, MM-in 402.6-cı maddəsinə müvafiq olaraq niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Eyni mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 26 aprel 2017-ci il tarixli, 2(102)-2547/l7 saylı Qərarında da təsdiq edilmişdir. Qərarda deyilir: “24.07.2009-cu il tarixli, 15L********** saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinin sonuncu cümləsində “bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir” göstərilməsi "xxxx" QSC-nin X6 qarşısında hər hansı öhdəliyi, o cümlədən, kredit vermək öhdəliyinə dəlalət etmir. Buna görə də, kredit xətti müqaviləsi konsesual müqavilə deyil, yəni "xxxx" QSC-nin X4 gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı öhdəlik yaranmadığı üçün kredit xətti müqaviləsinə ümumiyyətlə, müqavilə kimi baxmaq olmaz”. Beləliklə, bu tip münasibətlər Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən heç bir mülki hüquqi nəticə doğurmayan niyyət razılaşması kimi qiymətləndirilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs z oğlu cavabdeh “X11 Azərbaycan” QSC-nə qarşı “zaminlik müqaviləsinin ləğvinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, z oğlu ilə “X11 Azərbayca n” QSC arasında 26 iyul 2013-cü il tarixində bağlanmış 24273/03 saylı zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs z oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə iddia ərizəsinə əlavə vermiş və z oğlu ilə “X11 Azərbaycan” QSC arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış 24273/03 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “X11 Azərbaycan” QSC arasında 26 iyul 2013-cü il tarixində 24273/03 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə 26 iyul 2013-cü il “X11 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borc alana 941.160 manat verilməsi ilə bağlı açılmış xəttinin təminatı kimi bağlanmışdır. Həmin müqavilə üzrə ayrılmış bütün vəsaitlər üzrə borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə zamin borcverənin ilkin yazılı tələbi ilə kreditor məbləğini, ona hesablanmış faiz və cərimələrlə birlikdə borcun tutulması üzrə məhkəmə xərclərinini və borcalanın kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərər də daxil olmaqla dərhal borcverənə ödənilməsini öz üzərinə götürür. Bununla belə, zamin razılaşır ki, borcalanın kredit müqaviləsi üzrə borcverən qarşısında müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra edilmədikdə borcverən zaminin “X11 Azərbaycan” QS C hər hansı bir bank hesabındakı pul vəsaitinin borcalanın kredit borcu miqdarında onun sərəncamı olmadan borcalanın borcu əvəzinə, həmçinin borc tutulması üzrə məhkəmə xərclərinin və borclanın kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərər dəymədən mübahisəsiz qeyd-şərtsiz qaydada hesabından silmək və ya borcalana qarşı olan tələb miqdarında hesabındakı məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malik olacaq. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-3844/2018) İddiaçı cavabdeh “X11 Azərbaycan” QSC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs z oğlunun cavabdeh “X11 Azərbaycan” QSC-nə qarş ı “zaminlik müqaviləsinin ləğvinə dair” iddia ərizələrinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “X11 Azərbaycan” QSC ilə İddiaçı və z oğlu arasında bağlanmış zaminlik müqavilələrinin etibarsızlığına səbəb ola biləcək hallara yol verilməmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, əgər “X11 Azərbaycan” QSC və İddiaçı və z oğlu arasında bağlanan zaminlik müqavilələrinin sadəcə görünüş üçün bağlandığı fərz edilsə belə, İddiaçı və z oğlu 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiklərindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Şamayev və Ş.Məhərrəmova, iş № 2(103)-443/2019) İddiaçı nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(006)-3844/2018 saylı qətnaməsinin mübahisələndirilən hissədə - İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi, “X11 Azərbaycan” QSC ilə İddiaçı arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış, 24273/04 saylı zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredi t müqaviləsi üzrə müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən, 01 may 2014-cü il tarixli 5 saylı kredit sazişində isə faiz dərəcəsi ilə bağlı zaminin razılığı alınmadığından, bundan əlavə 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsində kreditin Azərbaycan manatı ilə verilməsi qeyd olunduğu halda, 01 may 2014-cü il tarixli 5 saylı kredit sazişində kreditin ABŞ dolları ilə verilməsi zaminin məsuliyyətinin artmasına səbəb olduğundan (MM 477.0.1 maddəsi), bununla da, zaminliyə xitam verildiyindən, iddia tələbi zamin X2 münasibətdə təmin edilməlidir. Kollegiya cavabdeh tərəfin əqdlərin etibarsızlığı ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlərə istinad edərək, iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsass ız hesab edərək, qeyd edir ki, əvvəla MM-nin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyildir, bundan əlavə iddiaçının tələbi zaminlik müqaviləsinin etibarsızlığı tələbi deyil, zaminliyə xitam verilməsidir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və Q.Əsgərov, iş № 2(102)-3896/2019) cavabdeh “X11 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)-443/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsindən öncə zaminin verilmiş kreditin mühüm şərtlərindən xəbərinin olub-olmamasının ibarət halların araşdırılması zərurəti olsa da, apellyasiya instansiyası məhkəməsi bu hallarla bağlı hərtərəfli araşdırma aparmamaqla maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi yalnız zaminlik müqaviləsini tədqiq etməklə kifayətlənmişdir. Halbuki, zamin İddiaçı eyni zamanda kredit müqaviləsi üzrə borcu götürən "xxxx" MMC-nin təsisçisidir və kreditin götürülməsi barədə MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı olmuşdur. Kassasiya kollegiyası hesab edir ki, belə olan halda zaminin məsuliyyət məsələsinə qiymət verilərkən həmin şərtlər barədə onun məlumatının olmasının yalnız zaminlik müqa viləsinin şərtləri baxımından deyil, həmçinin işin digər faktiki hallarının araşdırılması baxımından qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-12443/2019) İddiaçı və üçüncü şəxs z oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı və üçüncü şəxs Z.Nərimanov zamin olduqları kimi, əsas borclu "xxxx" MMC-nin müvafiq olaraq 34 və 33% pay hüquqlu təsisçiləridir. Göründüyü kimi onların kredit müqavilələrinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti valyutası və faizləri barədə ətraflı məlumatları olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla iddia tələbləri əsaslı hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev, iş № 2(102)-1229/2020) İddiaçı və üçüncü şəxs z oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məh kəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə İddiaçı və z oğlunun "xxxx" MMC-nin müvafiq olaraq 34 və 33 faiz pay hüquqlu təsisçiləri olmaları, onların kredit müqaviləsinin şərtləri barədə, o cümlədən öhdəliyin miqdarı, müddəti, valyutası və faizləri barədə məlumatları olması, zamin kimi bağladıqları müqavilədə öz əksini tapmadığına görə, onların zamin kimi razılığına bərabər tutula bilməz. Onlar fiziki şəxs kimi zaminlik müqaviləsi bağladıqlarına görə kreditin məbləği və faizlərinə, valyutasına, müddətinə dair razılıqları yalnız zamin kimi imzaladıqları müqavilədə öz əksini tapdıqda onlar üçün cavabdehlik yaratmalıdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş № 2(103)-5075/2020) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən, yəni İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı cavabdeh “X11 Azərbaycan” QSC-yə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, İddiaçı zamin olduğu kimi, əsas borclu "xxxx" MMC-nin 34% pay hüquqlu təsisçisidir. Göründüyü kimi onun kredit müqaviləsinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti valyutası və faizləri barədə ətraflı məlumatı olmuşdur. Belə olan halda kollegi ya hesab etmişdir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla İddiaçı iddia tələbi əsaslı hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov, iş № 2(102)2718/2021) müstəqil tələb irəli sürən 3-cü şəxs z oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5075/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegi yası ilkin olaraq İddiaçı kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin məhkəmədən əqdin etibarsızlığına dair xahiş olmadığı halda bu barədə qətnamə qəbul etməklə pozuntuya yol verməsini göstərsə də, iş materiallarından görünür ki, apellyasiya kollegiyası 28.09.2020-ci il tarixdə qətnaməyə düzəliş barədə qərardad qəbul edərək, qətnamədə əqdin etibarsız hesab edilməsi sözlərinin zaminlik müqaviləsinə xitam verilməsi kimi oxunması qərara alınmışdır. Ona görə də iddiaçının bu barədə dəlili əsaslı hesab edilə bilməz. Digər tərəfdən iddiaçı zamin kimi onun razılığının olmadığına dəlil olaraq istinad etsə də, kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin təsisçisi olaraq 1.200.000 ABŞ dolları məbləğində kred it vəsaitinin bankdan alınmasına dair 20.07.2013-cü il tarixdə "xxxx" MMC təsisçilərinin (səhmdarların, payçıların) ümumi yığıncağının qərarının qəbul edilməsində də birbaşa iştirak edərək səs də vermişdir. Bununla da o, kreditin götürülməsinə, kredit müqaviləsinin bağlanma şərtlərinə razılıq vermiş və həmin razılığa uyğun olaraq özü də bankla zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin bağlanması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan halların baş verməsi isə iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən 3-cü şəxs z oğlunun kassasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edir ki, həqiqə tən də kassasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 11.09.2019-cu il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən 3-cü şəxs z oğlunun apellyasiya şikayəti mümkün hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15.10.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və 3-cü şəxsin apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.02.2020-ci il tarixli qərarı ilə iddiaçının və 3-cü şəxsin kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə təkrar baxan apellyasiya kollegiyası isə bu halları qəbul etdiyi qət namədə göstərsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsinin yalnız mübahisələndirilən, yəni İddiaçı aid hissədə ləğv edildiyindən, qətnamənin əsaslığının həmin hissədə yoxlanılmalı olduğunu göstərmiş, İddiaçı münasibətdə apellyasiya araşdırmasını həyata keçirmişdir. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2019-cu il tarixli qətnaməsi qəbul edilmiş, həmin qətnamə ilə də həm iddiaçının, həm də 3-cü şəxsin apellyasiya şikayəti əsasında qətnamə qəbul edilmişdir. Həmçinin Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019cu il tarixli qərarından sonra 21.02.2020-ci il tarixli qərarı qəbul edilmiş, həm iddiaçının, həm də 3-cü şəxsin kassasiya şikayətinə baxılmış, kassasiya şikayətləri təmin edilərək, iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və F.Talışınski, iş № 2(103)-6075/2021) müstəqil tələb irəli sürən üçüncü şəxs z oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hi ssədə ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs z oğlunun iddia tələbinin rədd edilməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, İddiaçı və üçüncü şəxs Z.Nərimanov zamin olduqları kimi, əsas borclu "xxxx" MMC-nin müvafiq olaraq 34 və 33% pay hüquqlu təsisçiləridir. Göründüyü kimi onların kredit müqavilələrinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti valyutası və faizləri barədə ətraflı məlumatları olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla iddia tələbləri əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Müstəqil tələb irəli sürən üçüncü şəxs z oğlu (Vəkil Oktay qızı) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6075/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, üçüncü şəxsin iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri üçüncü şəxsin iddiasında və şikayətində olan dəlillərlə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs z oğlunun vəkili Vəkil Oktay qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və vəkili Yavərzadə Yavər Elçin oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirsədə dəlilləri yalnız öz iddiası ilə bağlıdır. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin müstəqil tələb irəli sürən üçüncü şəxsin şikayətində göstərilənlərə münasibətdə qismən yoxlanmas ını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 354.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 472.1.-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2.-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşı sında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqa vilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artm asına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İp oteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Qeyd olunan qərardadda həmçinin göstərilmişdir ki, “Mülki Məcəllənin 470.1-ci maddəsinə görə,zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, bo rc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddələrin məzmunundan göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürürvə borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır.Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məb ləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahi zə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs z oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6075/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən his sədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar