Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6542/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Ramazanov Nicat Rüfət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Ramazanov Nicat Rüfət oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «xxxx» ASC tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair tərtib edilmiş aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 616 (altı yüz on altı) manat 51 (əlli bir) qəpik məbləğində borcun silinməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər F.Talışinski - sədrlik edən və məruzəçi, Z.Əliyev və R.Eyvazov) 13 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsinin (akta əsasən hesablanmış borcun silinməsi hissəsində) dəyişdirilməsi, akta əsasən hesablanmış borcun 2886.87 (iki min səkkiz yüz səksən altı manat, səksən yeddi q əpik) manat məbləğində müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, «xxxx» ASC tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair tərtib edilmiş aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 3137,07 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Ramazanov Nicat Rüfət oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, mübahisəli borc ümumiyyətlə akt əsasında hesablanmamış, məhkəmə qət naməsində hansı aktın etibarsız hesab olunduğu göstərilməmiş, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv olunmasını və iddia tələbinin təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili N.Ramazanov kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 may 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansi yası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 0 3 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın 8.16, 8.2, 8.3, 8.4 və 8.20-ci bəndlərinə, 01.01.2017-ci il tarixdən qüvvədə olan elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28.11.2016-cı il tarixli 17 nömrəli Qərarına, MM-in 385.1, 442, 454, 456, 560, 1128-1131-ci maddələrinə istinadən iş materialları üzrə gəldiyi nəticədən görünür ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilmiş 29.03.2019-cu il tarixli məktuba əsasən, mütəxəssis rəyinə müvafiq başqa şəxsə hesablanmış 2886.87 manat məbləğində olan borc iddiaçının hesabından silinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına, mülki və m ülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil “xxxx” ASC-nin elektron məlumat bazasında **********10000 saylı kod üzrə qeydiyyata alınmışdır. İddia tələbinə əsasən 2018-ci ilin fevral ayında «xxxx» ASC-nin əməkdaşları tərəfindən ona məxsus mənzili elektrik enerjisi ilə təmin edən sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacda qüsur aşkar olunduğu qeyd edilmişdir. Halbuki, həmin sayğaca nəzarəti birbaşa cavabdeh qurum həyata keçirmiş və kənar şəxsin sayğaca müdaxiləsi mümkün deyil. Onun barəsində «xxxx» ASC-nin əməkdaşları tərəfindən qanunsuz akt tərtib edilmiş, həmin akt ona təqdim edilməmiş və akt tərtib edilərkən şahidlər iştirak etməmişlər. Bununla da “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Daha sonra isə həmin qanunsuz akt əsasında ona qanunsuz olaraq 3137.07 manat borc hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki işə apellyasiya icraatı qaydasında araşdırarkən işin bu halına qiymət verməmişdir ki, birinci instansiya məhkəməsi «xxxx» ASC tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilə dair tərtib edilmiş aktın etibarsız hesab edilməsini göstərsə də, hansı aktın ləğv edilməsini göstərməməsinə qiymət verməmişdir. Həmçinin akta əsasən hesablanmış 616 (altı yüz on altı) manat 51 (əlli bir) qəpik məbləğində borcun silinməsi qənaətinə gələrkən bunun meyarları da göstərilməmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndi qeyd edilən qaydaların pozulması barədə aktın tərtib olunmasına qaydaları müəyyən edir. Belə ki, bu bəndə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafıq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı tələbində onun barəsində «xxxx» ASC-nin əməkdaşları tərəfindən qanunsuz akt tərtib edilməsini göstərsə də, həmin aktın iş materiallarında olmamasına apellyasiya instansiyası məhkəməsi qiymət verməmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilmiş 29.03.2019cu il tarixli məktuba əsasən, 23.10.2017-ci il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində "xxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşları tərəfindən hesablaşma uçot cihazlarının vəziyyətinə baxış keçirilərkən hesablaşmaların aparılmadığı və abonent kodunun passiv olduğu aşkar edilərək NDM 010963 nömrəli akt tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəli borcun yaranma əsasının belə bir akt olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq var. Apellyasiya instansiyası məhkəməsi də qətnamə qəbul edərkən əsaslandırıcı hissədə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə məbləğin müəyyən edilməsi hissəsində əsaslandırılmadığından mütəxəssis rəyinə müvafiq başqa şəxsə hesablanmış 2886.87 manat məbləğində olan borcun iddiaçının hesabından silinməli olması nəticəsinə gəlsə də, qətnaməsinin nəticə hissəsində akta əsasən hesablanmış borc 2886.87 (iki min səkkiz yüz səksən altı manat, səksən yeddi qəpik) manat məbləğində müəyyən edilməsini göstərmişdir. İşin materiallarından görünür ki, İddiaçı adına iki kod olmış və o, abonent kimi cavabdehə müraciət edərək iki kodu birləşdirmək və bir kod altında hesa blaşma aparılmasını xahiş etmişdir. Bunları nəzərə alaraq Yasamal RETSİ tərəfindən cavabdehin Satış Departamentinə 26.12.2017-ci il tarixlə məktubla **********20004 olan borcun **********10000 köçürülməsi və **********0004 kodun passiv olunması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş edilmişdir. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilmiş 29.03.2019-cu il tarixli məktubda göstərilənləri mütəxəssis rəyi kimi qəbul edərək başqa şəxsə hesablanmış 2886.87 manat məbləğində olan borc iddiaçının hesabından silinməli olması nəticəsinə gələrkən həmin məktubun (rəyin) məzmununda göstərilənlərlə bağlı araşdırma aparmamışdır. Belə ki, sözügedən məktubda (rəydə) həmçinin göstərilmişdir ki, yaşayış evində quraşdı rıimış, "xxxx" ASC-nin elektron məlumat bazasında Emin Ağayevə məxsus ünvan 4 ünvanına aid olan hesablaşma elektrik sayğacı ("Makel" M550 tipli 15591257 nömrəli, göstəricisi 36128) işlək vəziyyətdə olmasına baxmayaraq abonent kodunun passiv olması səbəbindən hesablaşmalarda sayğac göstəriciləri nəzərə alınmamışdır. Sonradan qeyd olunan sayğac sxemdən çıxarılmış və iddiaçının mənzilində yeni sayğac quraşdırılmışdır. Sxemdən çıxarılmış sayğacın qeyd etdiyi 26244 kVts elektrik enerjisi sərfiyyatı iddiaçının abonent hesabına əlavə edilmişdir. Təqdim olunan sənədlər araşdırılarkən və yerində baxış keçirilərkən həmin sayğacın iddiaçının mənzilinə hansı tarixdə quraşdırıldığını müəyyən etmək mümkün olmamışdır. "xxxx" ASC tərəfindən hesablaşma aparılarkən 01.01.2017-ci il tarixdən qüvvədə olan e lektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28.11.2016-cı il tarixli 17 nömrəli Qərarına əsasən elektrik enerjisinin (əhali üçün aylıq istehlak həcmi 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi 0,07 manat, aylıq istehlak həcmi 300 kVts-dan çox olan hissəsi üçün 0,11 manat) tarifləri nəzərə alınmamışdır. Belə ki, 26244 kVts elektrik enerjisi sərfiyyatı bütövlükdə limitdən artıq hesab edilərək, dəyəri hər kVts üçün 0.11 manatdan hesablanaraq iddiaçının abonent hesabına 2886.87 manat əlavə edilmişdir Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi hazırki mübahisənin həlli zamanı iddiaçının sayğacının başqa bir şəxsin adına olması, ödəmələrin həmin şəxsin adından olması barədə dəlillər də araşdırılmayaraq qiymətləndirilməmişdir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Həmin normaya əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələl ərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qeyd edilən prosessual qanunvericiliyin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iş ə baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və bu da qətnamənin ləğvi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6542/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6542/2019
01.10.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver