Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6545/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Qoldman Tatyana Aleksandrovna oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh vəkili Əbilov Elməddin Nazim oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verər ək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və sayğacın dəyəri olaraq pulun ödənilməsinin tələb edilməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Yaqubov, iş 2(011)-1655/2019) iddia təmin edilmiş, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 31 iyul 2017-ci il tarixli ******* saylı, 30 yanvar 2018-ci il tarixli ******* saylı, 28 fevral 2018-ci il tarixli ******* saylı, 30 mart 2018-ci il tarixli ******* saylı, 26 aprel 2018-ci il tarixli ******* saylı, 31 may 2018-ci il tarixli ******* saylı və 25 iyun 2018-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar üzrə İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə dair (abonent kodu: **********00003) hesablanmış cəmi 2053,80 (iki min əlli üç manat səksən qəpik) manat məbləğində pulun silinməsi və sayğacın dəyəri olaraq 235,88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manat məbləğində pulun ödənilməsinin tələb edilməsinin qanunsuz hesab olunması, məhkəmə xərci olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-8842/2019) cavabdehin ap elyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Əbilov Elməddin Nazim oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya ins tansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfi ndən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31 iyul 2017-ci il tarixli ******* nömrəli, 30 yanvar 2018-ci il tarixli ******* nömrəli, 28 fevral 2018-ci il tarixli ******* nömrəli, 30 mart 2018-ci il tarixli ******* nömrəli, 26 aprel 2018-ci il tarixli ******* nömrəli, 31 may 2018-ci il tarixli ******* nömrəli və 25 iyun 2018-ci il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlaa görə, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evinə təbii qazın uçotu və TQİQ- na riayət olunması yoxlanılmış, sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşildiyi və sayğacdan kənar təbii qazdan istifadə olunması müəyyən olunduğundan, dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. Cavabdeh İB tərəfindən təsdiq edilmiş hesabatlara görə, İddiaçı məxsus ünvan 2 ünvanınd a yerləşən 2 nömrəli fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, 31 iyul 2017-ci il tarixli ******* nömrəli akt üzrə cəmi 1620 kub metr, 30 yanvar 2018-ci il tarixli ******* nömrəli akt üzrə cəmi 4985 kub metr, 28 fevral 2018-ci il tarixli ******* nömrəli akt üzrə cəmi 972 kub metr, 30 mart 2018-ci il tarixli ******* nömrəli akt üzrə cəmi 972 kub metr, 26 aprel 2018-ci il tarixli ******* nömröli akt üzrə cəmi 561 kub metr, 31 may 2018-ci il tarixli ******* nömrəli akt üzrə cəmi 691 kub metr və 25 iyun 2018-ci il tarixli ******* nömrəli akt üzrə cəmi 468 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosuna görə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində yaşayan abonent İddiaçı 20 17-ci ilin avqust ayına 324 manat, 2018-ci ilin yanvar - iyun aylarına cəmi 1729,80 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1, 4.8, 4.9 və 5.2-ci bəndlərinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3 və 26-cı maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidi r. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib- edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasi ya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6545/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6545/2019
27.09.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver