Məhkəmə qərarları › İş №2(102)-656/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-656/2019

05.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-656/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il İŞ № 2(102)-656/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, nümayəndəsi X1, vəkili xxx qızı, Cavabdeh1 və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)-8850/2018 saylı qətnaməsindən İddiaçı və vəkili xxx qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal ra yon məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(004)-6080/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.A.Səfərov) İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) Bakı şəhəri, 19 saylı DNK-na qarşı “15 aprel 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə ilk iddia ərizəsi rədd, Cavabdeh1 İddiaçı qarşı “15 aprel 2017-ci il tarixli kredit müqaviləsi üzrə 17.000 manat, vurulmuş mənəvi ziyana görə 5.000 manat pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, İddiaçı borca görə 17.000 manat pulun tutulub Cavabdeh1 verilməsi və qalan hissədə qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2017-ci il tarixli, 2(103)11 946/2017 saylı qətnaməsi ilə (hakimlər S.F.Hacıyev sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 18 avqust 2017-ci il tarixli qətnaməsi ilk iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Sevil Səlimova qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2018-ci il tarixli, 2(102)-4376/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sen tyabr 2018-ci il tarixli, 2(103)8850/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 18 avqust 2017-ci il tarixli qətnaməsi ilk iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Sevil Səlimova qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 15 aprel 2017-ci il tarixdə Bakı şəhəri, 19 saylı DNKda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh də ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya q arşı qarşılıqlı iddia qaldıraraq, onunla iddiaçı arasında 15 aprel 2017-ci il tarixdə Bakı şəhəri, 19 saylı DNK-da bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borca görə 17.000 manat, vurulmuş mənəvi ziyana görə 5.000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, tərəflər arasında Bakı şəhəri, 19 s aylı DNK-da bağlanmış 15 aprel 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh1 və vəkili xxxun kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı, nümayəndəsi xxxa və vəkili Sevil Səlimova kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh1 və vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh Bakı şəhəri, 19 saylı DNK məhk əmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlayarkən, ilk iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmamasına, qarşılıqlı iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4, 340.1, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, 19 saylı DNK-da 15 aprel 2017-ci il tarixdə təsdiqlənmiş kredit müqaviləsinə görə cavabdeh 15 oktyabr 2017-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçıya 17.000 manat borc pul vermişdir. İddiaçı bildirir ki, həmin kredit müqaviləsi yalan və uydurma olmuşdur. Belə ki, müqavilənin bağlanmasına səbəb cavabdehin onun ba cısı xxxanın barəsində olan cinayət işi üzrə zərərçəkmiş kimi tanınması və bacısının ona 26.218 manat borcunun olmasıdır. Bu faktlar məhkəmə qaydasında müəyyən olunmuşdur. Həmin vaxt onun bacısı barəsində olan işə Ali Məhkəmədə baxılarkən cavabdeh notariat kontorunda 15 aprel 2017-ci il tarixdə nağd şəkildə 26.218 manat ona dəymiş ziyanın tam şəkildə ödənilməsinə dair ərizə vermiş, lakin həmin vaxt cavabdeh ona dəyən ziyanın tam şəkildə ödənilməsinə baxmayaraq onların əlacsız olduqlarını bilərək ondan barışıq ərizəsi verilməsi üçün əlavə olaraq 10.000 ABŞ dolları tələb etmişdir. O, cavabdehə belə bir imkanın olmadığını bildirsə də, bacısına görə barışıq ərizəsi versin deyə məcbur qalaraq özünün ona 10.000 ABŞ dolları borclu olmağına dair saxta borc müqaviləsini imzalamaq məcburiyyətində qa lmışdır. Lakin bunlara baxmayaraq müqavilə bağlandığı gündən bir ay sonra cavabdeh hər gün ona zəng edərək əsassız olaraq pulunu geri tələb etmişdir. Buna görə də o, cavabdehlə aralarında bağlanılmış kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, iddiaçı bacısını həbsdən azad etdirmək üçün şikayətin və tələbin olmaması barədə ərizə almaq üçün onu inandırmış, tam inandırmaq üçün bacısının olan borcunu ödəmiş, bundan sonra onun tərəfindən notariusda 15 aprel 2017-ci il tarixli müvafiq ərizə verilmiş və təsdiq edilmişdir. Bundan sonra isə elə həmin vaxt DNK-da iddiaçı ona bildirmişdir ki, bacısını həbsdən azad etdirmək üçün müəyyən xərclər də tələb olunur, lakin onun həmin xər cləri ödəməyə pulu yoxdur, əgər həmin pulu tapmasa bacısı yenə də həbsdə qalacaqdır. Həmin vaxt iddiaçı onu dilə tutub inandıraraq himayəsində bir körpə balasının olduğunu bildirmiş və bacısının xərclərini həll etməsi üçün ona 10.000 ABŞ dolları borc verməsini xahiş etmiş, bacısı həbsdən çıxan kimi 2 ay ərzində pulun qaytarmasını bildirmişdir. Həmin vaxt iddiaçı ona tam arxayın olması üçün notariusda borc müqaviləsi bağlamağı təklif etmişdir. Beləliklə, o, iddiaçının vədlərinə aldanaraq bir qadın kimi onun bacısının həbsdə qalmasını istəməmiş, himayəsində bir körpə balasının olmasını düşünərək, ona yazığı gəlmiş və nəticədə elə həmin gün onun verdiyi puldan 10.000 ABŞ dolları müqabilində 17.000 manat ona borc pul vermişdir. Bu barədə kredit müqaviləsi bağlanan zaman iddiaçı ona borcun qayt arılması müddətini 6 ay qoyulmasını təklif etmiş, lakin bacısı çıxan kimi pulu 2 ay ərzində qaytaracağını bildirmişdir. Notariusda 15 aprel 2017-ci il tarixli müvafiq ərizə tərtib edilərək Ali Məhkəməyə təqdim edildikdən 3 gün sonra iddiaçının bacısı həbsdən azad edilmişdir. İddiaçı buna nail olduqdan sonra həmin məbləği qaytarmamaq qərarına gəlmiş, bu məqsədlə borcun qaytarılmasını süni surətdə uzatmaq üçün müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmış və onun etibarından sui-istifadə etməklə külli miqdarda əmlakını ələ keçirməyə cəhd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni v ə əsaslıdır. Belə ki, ilk iddia ərizəsində tələbin qanuni əsası kimi Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad olunmuşdur. Həmin maddənin tələblərinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmçinin iddiaçı bildirir ki, o, məcburiyyət qarşısında qalaraq kredit müqaviləsini imzalamışdır. Bu əsasla əqdin mübahisələndirilməsi isə Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Lakin iddiaçı qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və bununla da MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan iddiaçının istinad etdiyi dəlilləri apellyasiya instan siyası məhkəməsi düzgün olaraq əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında notariat qaydada təsdiq olunmuş yazılı borc müqaviləsi mövcuddur. Bununla yanaşı iddiaçının istinad etdiyi hallar (cavabdehin onun bacısı barəsində olan cinayət işi üzrə barışıq ərizəsinin verilməsi üçün əlavə olaraq 10.000 ABŞ dolları tələb etməsi, iddiaçının da bacısına görə barışıq ərizəsi verilsin deyə məcbur qalaraq özünün ona 10.000 ABŞ dolları borclu olmasına dair borc müqaviləsini imzalamaq məcburiyyətində qalması) konkret sübutlara deyil, ehtimallara və dolayısı dəlillərə (eyni tarixdə bacısının borcunun geri qaytarılması, yeni borc müqaviləsinin bağlanması və barışıq ərizəsinin verilməsi və s.) əsaslanır. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib düzgün olaraq qeyd e tmişdir ki, notarial qaydada təsdiq olunan, şərtləri dəqiq və aydın göstərilən yazılı müqavilə mövcud olduğu halda iddiaçının ehtimal və dolayı dəlillərə istinad etməsi əsaslı hesab edilə bilməz. Həmçinin, Bakı şəhəri, 19 saylı DNK-nun notariusu Hafiz Hacızadənin məhkəmə iclasında izahatı alınmış və o, bildirmişdir ki, borc müqaviləsini təsdiq edən zaman o, tərəflərin şəxsiyyətini müəyyən etmiş, hüquq və fəaliyyət qabiliyyətlərini yoxlamış, onların həqiqi niyyətini müəyyən etmiş və borc pulun faktiki olaraq verilibverilməməsini soruşmuş və müəyyən etmişdir ki, tərəflərin qarşılıqlı razılaşmasına və sözlərinə əsasən pul müqavilə bağlanmazdan öncə verilmişdir və yalnız bundan sonra o, borc müqaviləsini təsdiq etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişd ir ki, borc müqaviləsinin etibarsızlığı üçün qanuni əsaslar olmadığına görə ilk iddia tələbi təmin oluna bilməz. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi kredit müqaviləsi üzrə borcun geri qaytarılması tələbinə aid hissədə əsaslıdır. Belə ki, həmin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması və cavabdeh tərəfindən iddiaçıya 6 ay müddətinə qaytarmaq şərti ilə 17.000 manat məbləğində borc pul verilməsi yazılı qaydada tərtib edilmiş və notariat qaydada təsdiq olunmuş kredit müqaviləsi ilə təsdiq olunur. Eyni zamanda iddiaçının həmin kredit müqaviləsinin etibarsızlığı tələbini irəli sürməsi onun həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırması qənaətinə gəlməsi üçün əsas yaradır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı həmin müqavi lə üzrə ödənilməmiş 17.000 manat əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının ilk iddia ərizəsinin dəlillərinə, yəni mübahisələndirilən kredit müqaviləsində əks olunmuş məbləğin borc deyil, cavabdehin onun bacısından tələb etdiyi əlavə zərər məbləğindən ibarət olması ilə bağlı dəlilləri üzrə aşağıdakıları qeyd edir. İddiaçı bunun təsdiqi olaraq cavabdehin Ali Məhkəməyə ünvanlandığı etirazını göstərir, lakin həmin etirazın məzmunundan bu hal müəyyən edilmir. Belə ki, etirazda göstərilmişdir ki, zərərçəkmiş qismində cavabdeh iddiaçının bacısının vurduğu zərəri qiymətləndirərkən ona verdiyi 20.000 ABŞ dollarının cinayətin törədildiyi andakı kursa münasibətdə 16.218 manat qiymətləndirilməsinə baxmayaraq, o həmin məbləğdən 10.000 ABŞ dollarını xxx adlı şəxsdən dollarla aldığından ona hazırkı kursla 17.244 manat qaytarmalı olduğunu bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin ödəyəcəyi puldan 2 dəfə azdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktları nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, həmin etiraz ərizəsində iddiaçının istinad etdiyi hallar birmənalı olaraq öz təsdiqini tapmır. Eyni zamanda, hətta kredit müqaviləsində göstərilən 17.000 manat məbləğin ABŞ dollarının kursundakı fərqdən ibarət cavabdehin məruz qaldığı zərəri ehtiva etdiyi qənaətinə gəlinsə belə, bu hal pulun iddiaçıdan tutulmalı olmasından ibarət nəticəni dəyişməyəcəkdir. Belə ki, bu halda iddiaçı həmin məbləği notariat qaydada bağlanmış müqavilə ilə borc qismində etiraf etmiş o lduğundan hazırkı müqavilə borcun etirafı müqaviləsi qismində qiymətləndiriləcəkdir ki, bu da etiraf etmiş şəxsin sonradan onun həmin borcun yaranmasına əsas olmuş halları mübahisələndirməsini istisna edir. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinin tələblərinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd olunan maddədən görünür ki, mövcud borcun etirafı haq qında mücərrəd müqavilənin etibarlı hesab edilməsi üçün onun hansı münasibətlərdən əmələ gəldiyini əhəmiyyəti yoxdur və yalnız onun formasına riayət edilməsi tələb olunur. Tərəflər arasında bağlanmış borc müqaviləsi də yazılı şəkildə tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmış və cavabdeh iddiaçıdan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mövcud borcun etirafı haqqında müqaviləyə aid müddəaların hazırkı işə tətbiq edilməsinin qeyri-mümkünlüyü ilə bağlı iddiaçının arqumentlərinə gəlincə isə (ziyan vuran şəxs iddiaçı deyil, onun cavabdeh qarşısında ziyanı ödəmək öhdəliyi yoxdur, bu öhdəlik məhkum xxxaya aiddir, borcun etirafı da sonuncu tərəfindən edilə bilər) apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 882.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə görə, bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi iddiaçının kassasiya şikayətinin də lilləri əsaslı sayılsa belə, o, Mülki Məcəllənin 882.4-cü maddəsində nəzərdə tutulan “öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə” bağlamış olur, bu növ müqavilələrə isə mövcud borcun etirafı haqqında müqaviləyə aid qaydalar tətbiq olunur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki,kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kas sasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili xxx qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)-8850/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar