Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-656/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 cavabdeh X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X3 cavabdeh X8 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2646/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 2 0 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* №-li çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzil tam mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1496 nömrəli reyestr kitabının 136598 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X5 iddia ərizəsi daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqd im edərək, Cavabdeh 10800 manat məbləğində kompensasiya verilməklə onun Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh onun qardaşıdır. Mərhum atasından ona miras qalmış həmin mənzil üzrə qardaşı və anası özlərinə düşən hissəni ona bağışlamışlar. Cavabdehin keçmiş həyat yoldaşı ilə birgə paylı mülkiyyətində olan mənzili var. Eyni zamanda onun ayrıca qeyri-yaşayış sahəsi var. Hal-hazırda cavabdehə görə o öz mənzilində yaşaya bilmir və ailəsilə birlikdə kirayədə yaşayır. Cavabdeh onu mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməyə m aneçilik törədir. Ona məxsus evdən təkbaşına qanunsuz olaraq istifadə edir. Cavabdeh mənzildə pasport qeydiyyatında olduğu üçün mənzili də sata bilmir. Çıxılmaz vəziyyətdə qalaraq məhkəməyə müraciət etmişdir. O, cavabdehə 3 illik orta kirayə haqqı hesablanmaqla 10.000 manat məbləğində kompensasiya da təklif etmişdir. Lakin cavabdeh ona heç bir məhəl qoymamış və onu evə də buraxmamışdır. Bu da bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. 4. “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzilin aylıq kirayə haqqının məbləği 300 manat təşkil edir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3469/2023 nömrə li iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməsi, X5 tərəfindən 10.800 manat kompensasiya verilməklə, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzildən istifadə hüququna xitam verilməsi, X2 müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunması və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı X4 aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzil tam mülkiyyət hüququ üzrə X4 məxsusdur. Cavabdeh iddiaçı X3 qardaşıdır. Cavabdehin mənzildən istifadə hüququnun olduğu da işin mübahisəsiz halıdır və bu baxımdan hazırkı iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. İddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılmaları tələbinə dair iddia irəli sürməkdə haqlıdır.
7. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərin in tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş rəyə görə, mübahisəsi gedən mənzilin aylıq kirayə haqqı isə 300 manat təşkil edir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdeh 3 (üç il) müddətə mənzil ilə təmin edilmiş olur. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında mövcud olan vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyə tdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Həmçinin cavabdeh əmək qabiliyyətlidir, daimi iş yeri və əmək haqqı vardır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin təxminən üç il müddət ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, X5 tərəfindən 10.800 (on min səkkiz yüz) manat kom pensasiya verilməklə, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzildən istifadə hüququna xitam verilməli, X2 müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək Yasamaı Rayon Məhkəməsinin 2(004)3469/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə b axılmanın vaxtı və yeri barədə cavabdehə heç bir məlumat verilməmiş buna görə də cavabdehin mənafeyinə zidd qətnamə qəbul edilmişdir. Mübahisələndirilən mənzilə dair tərəfindən müvafiq sorğu ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinə müraciət olunmuşdur. Mülki iş üzrə Cavabdeh anadan olduğu gündən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzildə yaşamışdır və evin kiçik övladı kimi həmin mənzil ona çatmalı idi. İddiaçı isə ailə qurub gəlin köçmüşdür və bu müddət ərzində öz ailəsinə məxsus olan Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Lakin cavabdeh bu illlər ərzində mənzildə yaşamış və mənzilin bütün kommunal haqları da məhz cavabdeh tərəfindən ödənilmişdir. Həmin mənzildə cavabdehin mülkiyyət hüquqları vardır. Lakin məhkəmə tərəfindən sorğu verilmədiyi üçün və araşdırma hər tərəfli aparılmadığı üçün qətnamədə bu hallar öz əksini tapmamışdır. Bununla əlaqədar tərəfindən müvafiq sorğular verilmişdir və həmin sorğulara cavab verildikdən sonra apellyasiya şikayətinə əlavə olunacaqdır. Bugün mövcud vəziyyətdə alqı-satqı fəaliyyəti ilə məşğul olan elan saytlarına da baxdıqda müəyyən olunur ki, Yasamal rayonu ərazisində 3 otaqlı məzillərin kirayə haqqı 650 manatdan başlayır və mənzillərin dəyəri minimum 150.000 manatdan yuxarıdır. Məhkəmə isə bu halların heç birini araşdırmamış, cavabdehin orda yaşamaq müddətini və kompensasiyanın məbləğini belə düzgün müəyyənləşdirməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin 20 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin ed ilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli məlumatın əsasən cavabdeh tərəfindən qapının açılmaması səbəbindən mənzilə baxış keçirilməsi mümkün olmadığından ekspertizanın aparılmasından imtina etmişdir.
14. İddiaçı X1 məbləğinin artırılması barədə təkliflə məhkəməyə müraciət edərək, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif etdiyi kompensasiyanın məbləğini artıraraq, 18000 manat kompensassiya təklif etdiyini, təkrarən ekspertizaya göndərmədən işə mahiyyəti üzrə baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 kompensasiya məbləğinin artırılması barədə təklifi hələ də müdafiə etdiklərini, həmin məbləğin mövcud bazar qiymətinə kifayət qədər uyğun olduğunu, cavabdehın bugünki gündə də bacısı həmin mənzilin mülkiyyətçisi olduğu təqdirdə mənzilə daxil olmasına belə imkan vermədiyini, bunun nəticəsində iddiaçının mülkiyyət hüquqlarının da pozulduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
16. Cavabdehin nümayəndəsi vəkil X6 məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən bugünə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, xx.xx.2024-cü il tarixində mülki iş üzrə cavabdeh Bakı şəhərində olmadığına görə ekspertiz anın keçirilə bilmədiyini və xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ola biləcəyi barədə ekspertə və iddiaçının nümayəndəsinə məlumat verdiklərini, lakin, onlar əvvəlcədən razılaşalar da, xx.xx.2024-cü il tarixdə mənzilə gəlmədiklərini və baxış keçirmədiklərini, günü-gündən Bakı şəhərində mənzillərin kirayə haqları kifayət qədər artdığını, hal-hazırda Bakı şəhəri, Yasamal rayonunda 3 otaqlı oxşar kirayə evlərin qiymətinin minimum ***-**** manat təşkil etdiyini, bu halın əmlak elanları saytlarında olan məlumatlarla da təsdiq edildiyini, elektron kabinet vasitəsilə iddiaçının vəkili də ərizə təqdim edərək bu günə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirdiyini və iddiaçı kompensasiya məbləğinin artırılmasını təklif etdiyini, hazırki iş üzrə məhkəmə tərəfindən mübahisəl əndirilən mənzilin aylıq kirayə haqqının müəyyən edilməsi ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli, mülki iş üzrə icraat dayandırılmalı və bu müddət ərzində iddiaçı tərəfindən elektron məhkəməyə əlavə olunmuş ərizə vasitəsilə təklif etdiyi kompensasiya məbləğinin cavabdehin və iddiaçının iştirakı ilə birlikdə müzakirə edilməli olduğunu qeyd etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2646/2024 nömrəli mülki iş üzrə 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)3469/2023 saylı işi üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi - müəyyən edilən kompensasiya m əbləği hissəsində - dəyişdirilərək, kompensasiya məbləğinin 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tələb çərçivəsində və mötəbər sübutların olmadığı halda cavabdehin mülkiyyət hüququna qiymət verilməsi prosessual cəhətdən mümkün deyildir. Münasibətlər davam etdiyindən və mülki dövriyyədə olan əşyanın statusu dəyişərək sonradan mülkiyyət hüququ ilə iddiaçıya mənsub olduğundan qüvvədə olan mülki hüquq normaları da nəzərə alınmalıdır. Belə ki, iddiaçının mülkiyyət hüququ əldə edildiyindən sonra mülkiyyət hüququna aid hissədə münasibətlər onun qeydə alındığı andan cavabdeh etiraz etməmişdir.
19. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə iddiaçının cavabdehə kompensasiya məbləğinin artırılması barədə təklifini kifayət qədər ədalətli hesab etmişdir. “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzilin aylıq kirayə haqqının məbləği 300 manat təşkil edir. Bu da iddiaçı tərəfindən cavabdehə təklif olunan kompensasiya məbləğinin artırılması barədə təklifi kifayət qədər ağlabatan və ədalətli olmasını bir daha təsdiq etmişdir. İstifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən komp ensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində kompensasiyanın məbləğini mübahisələndirmiş, öz dəlillərini sübut edən və ekspert rəyini təkzib edən sübutlar təqdim etməmiş, habelə apellyasiya icraatı zamanı təyin edilmiş ekspertizanın aparılmasına şərait yaratmamışdır. Ona görə, qeyd edilən hərəkət (hərəkətsizlik) cavabdehin ziyanına şərh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsinin tələbinə əsasən: Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd edilənlərdən əlavə, iddiaçı kompensasiyanın məbləğinin artırılmasına dair ərizə təqdim etmiş və bununla onun təmin edilmiş tələbinin dayanıqlı əsaslarına töhvə vermişdir. Diqqət ə çatdırılmalıdır ki, iddiaçının pozulmaqda olan mülkiyyət hüquqlarının bərpası, cavabdehin müəyyən müddətdə oxşar şəraitdə istifadə hüquqlarının təmin edilməsinə mütənasiblik təşkil etməlidir. Mülkiyyət hüquqlarının üstünlüyü onun öz əmlakı üzərində sərbəst sərəncam verilməsindən ibarətdir. Yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ isə əmlak hüquqlarını təşkil etsədə mülkiyyətçinin hüquqlarının pozulmasına xidmət etməli deyil və bu müstəvidə tərəflər arasında mübahisəli münasibətlərdə ədalətli tarazlıq təmin edilməlidir. Cavabdeh yaşayış sahəsinin tərkib hissəsindən deyil, tam olaraq sahədən istifadə etməklə mülkiyyətçinin hüquqlarının tərkib elementi olan sahiblik və istifadə hüquqlarının da pozulmasına xidmət etmiş olur. Ona görə, kompensasiya məbləğinin dəyişdirilməsi barədə iddiaçı tərəfindən təqdim edilmiş ərizəni inkar edən əsaslı hallar müəyyən edilmir və qeyd edilən kompensasiya məbləği cavabdehin hüquqlarının təmin edilməsinə xidmət edir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29, 71, 80-ci maddələrinə, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokoluna istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil X6) Bakı Apellyasiya Məhkəməsini n 2(103)-2646/2024 saylı 21 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılıb ədalətli qətnamə qəbul edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün ilk növbədə yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışılmalıdır: evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mən sub olması; evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti (oğlu, arvadı, gəlini, kənar şəxs); kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət; yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti; yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; ko mpensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi);
24. Halbuki, mübahisəli işdə mülkiyyətçinin istifadə hüququ olan şəxslərin bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi qənaətinə gəlinməsi təkcə mülkiyyət hüququnun müdafiəsi ilə deyil, yuxarıda göstərilən və istifadə hüququna xitam verilməsi tələbi üçün əsas olan meyarların müqayisəli tədqiq etməklə dəyərləndirmə aparılmalı, yalnız bundan sonra iddia tələbinin əsaslı olub-olmaması müəyyən olunmalı idi. Məhkəmə nədənsə işin hallarını araşdırmağa və məhkəmə iclasını təxirə salmağa cəhd etməmiş və bununla da qətnamənin ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə öz qətnaməsində qeyd et mişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli məlumatına əsasən cavabdeh tərəfindən qapının açılmaması səbəbin- dən mənzilə baxış keçirilməsi mümkün olmadığından ekspertizanın aparılmasından imtina etmişdir. Cavabdeh bu hal ilə razılaşmamış və bildirmişdir ki, həmin mənzilin açarı iddiaçının özündə də var və sadəcə olaraq xx.xx.2024cü il tarixində mülki iş üzrə cavabdeh Bakı şəhərində olmadığına cavabdeh ekspertizanın keçirilməsində iştirak edə bilmədiyinə görə ekspertizanın keçirilə bilmədiyini, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ola biləcəyi barədə ekspertə və iddiaçının nümayəndəsinə məlumat verdiklərini, lakin, onlar əvvəlcədən razılaşsalar da, xx.xx.2024-cü il tarixdə mənzilə gəlməmiş və baxış keçirməmişlər. Bu hallar bir daha təsdiq etmişdir ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 88, 175.1, 184.4-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, o qardaşının mənzilə istifadə hüququnu tanıyaraq tam ədalətli kompensasiya təklif etmişdir və həmin təklif bazar qiymətlərinə tam uyğundur. Qardaşı isə ona öz mülkiyyətində olan əmlakdan istifadə etməyə maneə yaratmışdır. Ona görə də iddiaçı hesab etmişdir ki, kassasiya şikayəti təmin olunmamalı və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2646/2024 nömrəli mülki iş üzrə 21 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
27. Maddə 13 (hissə 1) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 24 (hissə 3) Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
29. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, ə mlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
30. Maddə 71 (hissə 2) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
31. Maddə
80. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 228.1.Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensa siya verməsi yolu ilə xitam verilə bilər.
34. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
35. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
36. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla bi rgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazı rkı şikayətin məzmununa oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və işdə olan sübutlara hüquqi qiymət verilməklə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi iddiaçı tərəfin ərizəsini nəzərə alaraq kompensasiya məbləğini artırmışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması və kassatorun həmin sahəyə yalnız istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır. İddiaçı cavabdehə kompensasiya verilməklə bu hüququna xitam verilməsini xahiş etmişdir.
48. İlk olaraq qeyd olunmalıdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsi istənilən şəxsin yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçi tərəfindən kompensasiya verməklə xitam verilməsini mü mkün edir. Bu zaman tərəflərin ailə üzvləri olub-olmaması, qohumluq səviyyəsi və s. əhəmiyyət kəsb etmir. Odur ki, hazırkı halda cavabdehin iddiaçının yaxın qohumu (qardaşı) olması sonuncunun bu tələblə bağlı subyektiv hüququnu aradan qaldırmır.
49. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 228.2-ci maddələrini tətbiq etmiş və həmin maddə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almaqla hesab etmişdir ki, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya cavabdehin kifayət qədər uzun müddətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
50. Kassasiya şikayətinin dəlillərindən biri məhkəmənin müəyyən etdiyi kompensasiyanı n məbləği ilə bağlıdır. Lakin apellyasiya məhkəməsi işdə hər hansı mötəbər sübutun olmamasına istinad edərək apellyasiya icraatı zamanı təklif edilmiş kompensasiya məbləğini ədalətli və cavabdehin müəyyən müddət üçün özünü yaşayış sahəsi ilə təmin etmək üçün yetərli kompensasiya hesab etmişdir.
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2646/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.