Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6579/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Müqavilənin etibarsız hesab edilməsi. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün mülki işə baxarkən preyudisial xarakter daşıması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3094/2021 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 MMC MMC ilə Cavabdeh2 arasında bağlanmış 27 noyabr 2010-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı 210 kvadrat metr sahəsi olan 10 №-li mənzil Cavabdeh2 satılmışdır. MMC tərəfindən verilmiş maliyyə arayışına görə, Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı 210 kvadrat metr sahəsi olan 10 №-li mənzilə görə 143200 manat pul ödəmiş və onun 27 noyabr 2010-cu il tarixli müqavilə üzrə şirkətə heç bir borcu qalmamışdır. Bakı Ağır Cinayətlər Məhkəm əsinin 19 iyul 2018-ci il tarixli 1(101)-150/2018 saylı hökmünə əsasən X1 MMC-nin direktoru vəzifəsində işləyərkən, Cəmiyyətin təsisçisi faktiki rəhbəri X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təkrarən eyni niyyətlə, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 210 kvadrat metr olan 10 № - li mənzilin MMC ilə bağlanmış 27.11.2010-cu il tarixli müqavilə ilə 143200 manata Cavabdeh2 satıldığını bildiyi halda, göstərilən mənzili yenidən 12.02.2014-cü il tarixdə İddiaçı 283500 manata qanunsuz satıb, Cəmiyyətin qeyd olunan ünvandakı ofisində həmin pul vəsaitini alaraq, öz aralarında bölməklə, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, sonuncuya məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əl bir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra qanunsuz əməllərini davam etdirməklə həmin mənzilin İddiaçı adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri, yəni çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 12.02.2014-cü il tarixli 117 nömrəli müqavilə və 283500 manat ödəməyi barədə həmin tarixli AXU № 130 nömrəli mədaxil qəbzini tərtib edib, imzası və möhürü ilə təsdiq edərək sonuncuya verib tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, İddiaçı mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə o lunan həmin əməli törətməklə ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin hökmlə həmçinin vurulmuş maddi ziyanın əvəzi kimi X1 tərəfindən ödənilmiş 668000 manat pul vəsaitinin 35480,5 manat hissəsi İddiaçı vurulmuş ziyanın ödənilməsinə yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı 210 kvadrat metr sahəsi olan 10 №-li mənzilə (bundan sonra – mənzil) dair 27 noyabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə mülkiyyət hüququnun tanınmaqla, maneə siz istifadəsinə verilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulmasına dair qətramə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından, həmin iş üzrə çıxarılmış hökmdən, təqsirləndirilən şəxslər Çingiz Məmmədov və İsa Məmmədovun ifadələrindən görünür ki, 2005-ci ildə "xxxx" MMC ilə MMC-nin arasında podrat müqaviləsi bağlanmış və MMC-yə Bakı şəhəri D.Əliyeva küçəsi 717-ci məhəllədə 1 bloklu hündür mərtəbəli binanın tikintisi həvalə edilmişdir. Həmin bina 17 mərtəbədən və 60 mənzildən ibarət olmuş, "xxxx" və MMC-nin adından bağlanılmış bütün müqavilələri Çingiz Məmmədov imzalamış, Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. 2010-cu ildə Çingiz Məmmədov və Rasim Məmmədov arasında həmin binanın 14 mənzilinin 1 kvadrat metri 1900 mana ta olmaqla satılmasına dair müqavilə bağlanmış, həmin dövrdə Rasim Məmmədov tikinti işləri ilə məşğul olduğuna görə iki il müddətinə həmin mənzillərin pulunu ödəyəcəyinə söz vermişdir. Faktiki olaraq Rasim Məmmədov adına imzalanmış müqavilələr əsasında MMC-yə hər hansı məbləğdə pul ödəməmiş, Rasim Məmmədovun 13 nəfər şəxsə, o cümlədən Cavabdeh2 borcu olduğuna görə mənzillər qeyd edilən şəxslərin adlarına sənədləşdirilmişdir. MMC-nin direktoru Çingiz Məmmədov həmin 13 nəfər şəxsə, o cümlədən Cavabdeh2 kassa mədaxil qəbzləri vermiş, Rasim Məmmədov həmin mənzillərin, o cümlədən hazırkı iş üzrə mübahisəli mənzilin hər kvadrat metr üçün 1900 manat pul ödəyəcəyini vəd etsə də, mənzillərin dəyərini 2014-cü ilin noyabr ayınadək ödəməmişdir. Həmin 13 nəfər şəxsin, o cümlədən X2 adına mənzilə dair 2 7 noyabr 2010-cu il tarixli müqavilə bağlanılsa da, faktiki olaraq həmin şəxslər MMC-nin kassasına pul ödəməmişlər. Rasim Məmmədov mənzilin pulunu ödəmədiyinə görə Çingiz Məmmədov mənzilləri 2013-cü ildən başlayaraq digər şəxslərə, o cümlədən iddiaçıya sataraq pulu MMC-nin kassasına mədaxil etmişdir. İddiaçı mübahisəli mənzilin payını tam ödəməklə, həmin mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili X3 iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, MMC-nin təsisçisi faktiki rəhbəri X5 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək mübahisəli mənzilin MMC ilə bağlanmış 27.11.2010-cu il tarixli müqavilə ilə 43200 manata Cavabdeh2 satıldığını bildiyi halda, göstərilən mənzili yenidən 12.02.2014-cü il tarixdə iddia çıya 283500 manata qanunsuz satmışdır. Həmin mənzilin ididaçının adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri tərtib edilmişdir. Qeyd etdiyi hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmündə əks olunmuşdur. Ona görə də, iddia tələbi nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən MMC ilə iddiaçı arasında bağlanmış 12 fevral 2014-cü il tarixli müqaviləyə əsasən mənzil iddiaçıya satılmışdır. MMC-nin verdiyi 12 fevral 2014-cü il tarixli kassa mədaxil orderinə əsasən iddiaçı həmin tarixli müqavilə üzrə 283500 manat məbləğində ödəniş etmişdir. MMC-nin verdiyi 07 mart 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, iddiaçı 12 fevral 2014-cü il tarixl i müqavilə üzrə şirkətə heç bir borcu qalmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Həqiqət Əhmədova) 22 sentyabr 2020-ci il tarixli 2(007)-1126/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə mübahisəli mənzilin 27.11.2010-cu il tarixli müqavilə ilə Cavabdeh2 satıldığı, sonradan isə qanunsuz olaraq iddiaçıya satıldığı və onun adına saxta sənədlər tərtib edildiyi müəyyən edilmişdir, hansı ki, həmin hökm hazırki mülki işə baxarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı MMC və Cavabdeh2 arasında mübahisəli mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqaviləsinin etibarsız he sab edilməsini xahiş etsə də, həmin müqavilənin etibarsız hesab olunması üçün heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə iş materilları ilə MMC ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış 27 noyabr 2010-cu il tarixli müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər daxilində bağlandığı müəyyən olunmuşdur. Mənzilə dair qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 27 dekabr 2018-ci il tarixli akt, su sayğaclarının qəbulu haqqında 27 dekabr 2018ci il tarixli akt, qazın alğı-satqı müqaviləsi barədə 10 dekabr 2019-cu il tarixli müqavilə də Cavabdeh2 arasında bağlanmışdır. Göstərilənlərə əsasən məhkəmə elə nəticəyə gəlmişdir ki, iddia tələbi mübahisəli mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. İddia tələbinin mübahisəli mənzilə mülkiyyət hüqüqu tanınmaqla, maneəsiz istifadəsinə verilməsinin cavabdeh MMC-nin üzərinə vəzifə qoyulması hissəsi törəmə tələblərdir. Belə olan halda əsas iddia tələbi olan həmin hissədə də rədd edilməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, yalnız Cavabdeh2 xeyrinə olan dəlilləri nəzərə almış, iş materiallarında iddiaçının xeyrinə olan sübutları nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən MMC-nin rəhbərliyi tərəfindən iddiaçıya saxta müqavilə, mədaxil orderi və maliyyə arayışı verilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə də təsdiq olunmuşdur. Məhkəmə hökmünə əsasən, cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzi kimi 35480,5 manat pulun iddiaçıya ödənilməsi qərara alınmışdır. Bundan başqa MMC və Cavabdeh2 arasında mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilənin etibarlılığını şübhə altına alan heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən yalnız Cavabdeh2 xeyrinə olan dəli llərin nəzərə alınması, iddiaçının xeyrinə olan sübutların nəzərə alınmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyn i olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kass asiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanm ış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin aşağı instansiya məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən MMC-nin rəhbərliyi tərəfindən iddiaçıya saxta müqavilə, mədaxil orderi və maliyyə arayışı verilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə də təsdiq olunmuşdur. Məhkəmə hökmünə əsasən, cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzinə mübahisələndirilən mənzilin ona verilməsi barədə iddiaçının tələbi rədd olunmuş, lakin vurulmuş ziyanın ödənilməsi qismən, 35480,5 manat məbləğində məhkum edilmiş şəxslər tərəfindən təimin edilmişdir. Belə olan halda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi müqavilənin özü etibarsız əqd olmuş, onun ümumiyyətlə cavabdehə qarşı mübahisələndirilən mənzilə dair iddia irəli sürmək üçün h üququ olmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3094/2021 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6579/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6579/2021
20.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver