Məhkəmə qərarları › İş №2(102)-6584/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6584/2019

24.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6584/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-5873/2018, hakim R.Ə.Səmədov) İddiaçı “xxxx” KB ASC-yə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5231/2019, hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 14 may 2015-ci tarixli kredit müqaviləsinə əsasən “xxxx” KB ASC İddiaçı illik 16 faiz olmaqla, 48 ay müddətinə 90.000 doları ABŞ məbləğində kredit verilmiş, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi sonuncuya məxsus mənzil, eləcə də X1 məxsus qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. “xxxx” KB ASC-nin İddiaçı və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetiləri olan əmlakların açıq hərracdan satılması barədə iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. 10 sentyabr 2018-ci il tarixdə İddiaçı “xxxx” KB ASC-yə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsitələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edi lərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İş in mübahisələndirilməyən halları ondan ibarətdir ki, 14 may 2015-ci tarixli kredit müqaviləsinə əsasən “xxxx” KB ASC İddiaçı illik 16 faiz olmaqla, 48 ay müddətinə 90.000 doları ABŞ məbləğində kredit verilmiş, ipoteka müqavilələrinə əsasən sonuncuya məxsus mənzil, eləcə də X1 məxsus qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu İddiaçı bank qarşısında öhdəliklərini lazımınca icra etməmiş, bank kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 13 fevral 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin məhkəmə mübahisəsi zamanı hazırki iş üzrə İddiaçı qarşılıqlı iddia ilə məhkə məyə müraciət edərək ipoteka müqavilələrinin ləğvini mübahisələndirmiş və həmin tələb rədd edilmişdir. Bundan sonra, 10 sentyabr 2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 339-cu maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin anlayışı təsbit edilmişdir. Həmin Məcəllənin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı əsasları müəyyən edilmişdir. Sözügedən mübahisəli müqavilələr ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamədə ipoteka predmetləri olan İddiaçı məxsus mənzilin ilkin satış qiymətinin 70.000 manat və X1 məxsus qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməklə hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına İddiaçı banka olan borcunun ödənilməsi öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürü lə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüqu quna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi etibarlılığı mübahisələndirilən ipoteka müqavilələrini 12 may 2015-ci tarixdə bağlanılmı ş, iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsi barədə 10 sentyabr 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar