Məhkəmə qərarları › İş №2(102)-6588/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6588/2019

05.11.2019 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6588/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh1 və nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(103)1437/2019 saylı qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(103)1437/2019 saylı qərardad ı ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məhkəmənin 03 aprel 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti geri qaytarlıb. Cavabdehlər qərardaddan kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlakın dölət reyestrində aparılmış qeydiyyatların, alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi təmin edilib. 27 iyun 2019-cu il tarixdə cavabdehlər qərardaddan kassasiya şikayəti vermişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi onların qətnamədən verdikləri kassasiya şikayətini geri qaytararkən prosessual normaların tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh1 və nümayəndəsi İsrafil İsmayılov məhkəmə iclasında iştirak etsələr də vəkilli birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı, Cavabdeh2, vəkili X və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 14 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual h üquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin qətnamədən verdikləri kassasiya şikayətini geri qaytararkən, kassasiya şikayətinə vəkilin orderinin əslinin əlavə edilməməsinə və kassasiya şikayətinin geri qaytarılması üçün prosessual əsasların olmasına istinad edib və hüquqi mövqeyini MPM-nin 67.1, 407.4, 408.1.3-cü maddələrinin və digər prosessual normalar ın tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsində göstərilir ki, şikayət onu verə n şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 407.4-cü maddəsində göstərilir ki, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb müəyyən etmişdir ki, kassasiya şikayəti onu verən cavabdehlər və onu tərtib edən vəkil Çingiz Mansurov tərəfindən imzalansa da, kassasiya şikayətinə vəkilin səlahiyyətlərini təsdiq edən orderin əsli və lazımi qaydada təsdiq edilmiş surəti əlavə edilməmişdir. Halbuki, MPM-nin 89.3-cü maddəsinin mənasına görə, işə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığından və kassasiya şik ayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, cavabdehlər MPM-nin 89.3, 407.3, 407.4-cü maddələrində göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il t arixli, 2(103)-1437/2019 saylı qərardadı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar