Məhkəmə qərarları › İş №2(102)-6589/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6589/2019

11.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6589/2019 11.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu, Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, iddiaçının vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı zəbt olunmuş mənzildən çıxarılma və mənzilə köçürmə barədə birinci iddia üzrə, iddiaçı Cavabdeh1 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 1 saylı Baki Şəhəri Ərazi İdarəsinə, Baki Şəhəri 6 saylı Notariat Kontoruna və İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın lə ğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair ikinci iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) İddiaçı Cavabdeh1 qarşı zəbt olunmuş mənzildən çıxarılma və mənzilə köçürmə tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, N.Məlikov küçəsindəki 7 saylı evin 25 saylı mənzilindən çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev) iddiaçı Cavabdeh1 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 1 saylı Baki Şəhəri Ərazi İdarəsinə, Baki Şəhəri 6 saylı Notariat Kontoruna və İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və İ.Kərimli) Nərimanov rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya mü raciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, N.Məlikov küçəsindəki 7 saylı evin 25 saylı mənzilindən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək cavabdehlər ƏMDK yanında DƏDRX-nin 1 saylı Baki Şəhəri Ərazi İdarəsinə, Baki Şəhəri 6 saylı Notariat Kontoruna və İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Gəncə şəhəri 7 saylı dövlət notariat kontoru tərəfində n təsdiq edilmiş 14.12.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X13 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 2-ci döngə, ev 9, 7 saylı mənzilini 15.000.000 manata (köhnə manat) alıcı X1. Gəncə şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 13.12.2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X10 özünə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 2-ci döngə, ev 9, 7 saylı mənzilini 23.879 manata alıcı Nəzirova-X2. Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 27.12.2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X8 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nəsib Məlikov (Naqornaya) küçəsində yerləşən 7 say lı evin, 25 saylı mənzilini 19.600 manata alıcı X1. Həmin müqavilə əsasında X1in mülkiyyət hüququ daşənmaz əmlakın dövlət reyestrindəqeydiyyata alınmışdır. 01.12.2017-ci ildə X1 vəfat etmişdir. X1in vəfatından sonra ondan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil miras qalmışdır. Bundan sonra X1in qızı İddiaçı ona həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariusa müraciət etmişdir və ona həmin evə dair 08.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə əsasında mübahisələndirilən mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla yanaşı işin halları ilə görünür ki, Cavabdeh1 X1lə faktiki nikah münasibətində olmuş, onların arasında rəsmi nikah bağla nmamışdır. Cavabdeh1 tələbini onunla əsaslandırmışdır ki, ünvan X10 ilə faktiki olaraq birgə yaşadıqları dövrdə əldə olunduğu üçün həmin əmlaka tək İddiaçı adına verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız sayılmalı, əmlak üzərində ½ hissədə onun mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Republikası Ailə Məcəlləsinin 1.4. maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 9.4. maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən nikah müddətində ər-arvadın əldə etdiklə ri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün əmlakın ər-arvadın nikah dövründə əldə olunması əsas şərtdir. İşin hallarından göründüyü kimi X1lə Cavabdeh1 arasında nikah olmamış, sadəcə olaraq faktiki birgə yaşamışlar. Tərəflərin faktiki birgə yaşaması onların nikah münasibətlərində olması demək deyil, çünki Azərbaycan Respublikasında yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Deməli, tərəflər arasında nikah olmadığı üçün əldə edilmiş əmlak tərəflərin birgə əmlakı hesab oluna bilməz. Hətta, tərəflər faktiki nikahda yaşasalar belə əldə edilmiş əmlaklar birgə əmlak sayılmır. Göründüyü kimi İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Belə ki, həmin mənzil vərəsəlik üzrə X5 qızı İddiaçı keçmiş v ə onun mülkiyyət hüququna dair çıxarış verilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi mübahisənin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını rəhbər tutaraq Cavabdeh1 mənzildən çıxarılması barədə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5 maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlrdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və onda dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar