Məhkəmə qərarları › İş №2(102)-659/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-659/2022

31.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-659/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 oğluna və "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsini cəlb etməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, kəsici müddət. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərki bdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6186/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə cavabdehlər Cavabdeh2 oğlu və "Bank VTB (Azərbaycan)" ASC arasında 29 noyabr 2013-cü il tarixli 119741-NEDVİJ-2036 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında 2 mərtəbəli, 4 otaqlı, 93,4 kvadrat metr yaşayış, 202 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 oğluna və "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı bağlanmış 29 noyabr 2013cü il tarixli 119741-NEDVİJ-2036 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakının yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kürəkəni Cavabdeh2 oğlu c avabdeh “Bank VTB” (Azərbaycan) kredit götürməklə iddiaçıya məxsus fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kürəkəni əvvəlcə "xxxx" ASC-dən kredit götürüb iddiaçının razılığı ilə evini ipoteka ilə yüklü etmişdir. Bununla bağlı iddiaçı onunla bir neçə dəfə notariat kontoruna getmişdir. Lakin sonradan evinin Cavabdeh1 ASC-yə girov qoyulmasından xəbəri olmamış və iddiaçı buna razı olmamışdır. Çünki həmin vaxt onun qızı ilə münasibəti korlanmışdır və iddiaçı ondan "xxxx" ASC-yə olan borcunu tez bağlayıb evini ipotekdan azad etməsini tələb etmişdir. Kürəkəni iddiaçıya bildirmişdir ki, Dəmirbankda olan borcunu bağladığı üçün onunla notariusa və banka gedib bir sıra sənədləri imzalamalıdır. İddiaçı onun sözünə inanıb evini girovdan azad etmək niyyəti ilə notariat kontoruna, sonra isə banka getmişdir. Notariat kontorunda evinin sonradan ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsinin necə rəsmiləşdirildiyindən xəbəri olmamışdır. Ehtimal edir ki, ipoteka müqaviləsində olan imza iddiaçının adından imzalanmışdır. İpoteka müqaviləsi bağlanarkən iddiaçı notariat kontoruna dəvət olunsa da, müqaviləyə imza etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 2(006)-1992/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilə 29 noyabr 2013-cü il tarixdə bağlanmış, lakin həmin tarixdən 7 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan m ülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid dir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Mülki Məcəllənin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə qeyd etmişdir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Əgər müba hisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunanlar formal mülahizələrə əsaslanmaqla əsassızdır. Belə ki, mübahisə predmeti olan ipoteka müqaviləsi iddiaçı tərəfindən imzalanmışdır ki, id diaçı tərəfindən bunun əksin sübut edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq etibarnamə verilmiş və etibarnamənin qüvvədə olduğu müddətdə müəyyən qanuni hərəkətlər edilərək ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda, məhkəmə tədqiqatı zamanı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evinin banka girov qoyulmasından xəbəri olmamışdır və buna razılığı alınmamışdır. İradə ifadəsi olmadan mülkiyyəti sonrakı ipotekaya qoyulmuşd ur. Digər tərəfdən iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razı deyil, çünki Cavabdeh2 kürəkəni olduğundan ona inanmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Vəfaddin İbayev) 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarından görünür ki, iddiaçı "Bank VTB (Azərba ycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 oğluna, İddiaçı və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və s. tələbi üzrə İddiaçı şəxsən məhkəmə iclasında iştirak etmiş, izahat vermişdir ki, buradan belə qənaətə gəlmək olar ki, iddiaçı ipoteka müqaviləsinin bağlanmasından məlumatı olmuş, hazırki iddianı isə 21.01.2021-ci il tarixdə qaldırmışdır. Ona görə də, onun müddətin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi çıxış etdiyi hallar barədə yəni ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı mötəb ər sübut təqdim etməmiş, Cavabdeh2 tərəfindən aldadılması halı isə işin faktiki halları ilə müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən ba xılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-i stifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məluma t vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün ç ağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə koll egiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiya sının 2(103)-6186/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar