Məhkəmə qərarları › İş №2(102)-6590/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6590/2019

16.10.2019 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6590/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tаrixli, 2(005)-846/2019 saylı qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilərək, İddiaçı ilə “xxxx” ASC arasında b ağlanmış 07.06.2013-cü il tarixli ********* №-li müqavilənin 1.1-ci bəndində 82,1 rəqəmi 70,13 rəqəmi ilə, 2.1-ci bəndindəki 84711,2 rəqəmi 56093,47 rəqəmi ilə, eyni bənddəki 664,26 rəqəminin 427,0 rəqəmi ilə əvəz edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, İş № 2(103)-6532/2019) cavabdeh “xxxx” STİK ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tаrixli, 2(005)846/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı, cavabdeh "xxxx"xxxx" ASC ilə arasında bağlanmış 07.06.2013-cü il tarixli ********* nömr əli müqavilənin 1.1-ci bəndində 82,1 rəqəminin 70,13 rəqəmi ilə, 2.1-ci bənddəki 84711,2 rəqəminin 56093,47 rəqəmi ilə, eyni bənddəki 664,26 rəqəminin 427 rəqəmi ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi, İddiaçı vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 may 2019-cu il tarixli qətn aməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad et məsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 390, 421, 422-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, 07.06.2013-cü il tarixli, ********* nömrəli mənzilin alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə görə, "xxxx"xxxx" ASC, ünvan 1 ünvanda yerləşən mənzilini İddiaçı satmağı, sonuncu isə həmin müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasmda razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndində mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 84.711,2 manat məbləğində müəyy ən olunmuş və alıcı İddiaçı qiyməti hər ay 664,26 manat olmaqla 120 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarından görünür ki, iddiaçı, əvvəlki mülki işdə keçirilmiş ekspertizanın rəyi ilə mənzilin ümumi sahəsinin 70,13 kv,m. olduğunu bildirərək, buna müvafıq şəkildə mənzilin ümumi dəyərinin 56093,47 manata, aylıq ödənişin isə 427 manata azaldılmasmı və bu məzmunda müqavilə bəndlərinin dəyişdirilməsini tələb etmişdir. Cavabdeh isə həmin halları mübahisələndirərək, tərəflərin mənzilin ümumi sahəsini 82,1 kv.m, bu sahəyə divarların və arakəsmələrin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olmasmı şərtləşdirildikərini, ekspertin rəy verərkən həmin sahələri (şərti) nəzərə almadığını, tərəflər arasında məznilin dəyərinin 1 kv.m. görə deyil, ümumi qiymətin 84.7 11,2 manat razılaşdırıldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisə müqavilənin bəndlərinin dəyişdirilməsi tələbi ilə bağlı olduğundan, mülki qanunvericiliyin bu münasibətləri tənzimləyən normalarına istinad etmişdir. Belə ki, Mülki Məcəllənin 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi, qanunverici, müqavilənin dəyişdirilməsini tərəflərdə n birinin onu əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında mümkün saymışdır. Bundan əlavə, müqavilə öhdəliyinin hər cürə pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin dəyişməsi deyil, pozuntunun və şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallarda müqavilə dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfı təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyin i görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası müqavilənin dəyişdirilməsi barədə tələb irəli sürmüş iddiaçının qeyd olunan maddələrin dispozisiya şə rtlərini, yəni qarşı tərəfın müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmasını, yaxud şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini sübuta yetirmədiyi üçün və baxılan işdə Mülki Məcəllənin 421- 422-ci maddələrinin dispozisiya şərtləri aşkar edilmədiyindən həmin tələbin haqlı sayıla və təmin oluna bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticələrini işin araşdırılmış hallarına uyğun olmaqla əsaslı sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdrırılmış halları üzrə düzgün olaraq bu qənaətə gəlmişdir ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, müqavilədən görünür ki, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 82.1 kv.m.- dir (1.1-ci bənd). Bu sahəyə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olduğu xüsusi şəkildə razılaşdırılmışdır (1.2-ci bənd). Kollegiya apellyasiya instansiyası məhkəməsinin qeyd olunan sahələrin (yəni müqavilənin 1.2-ci bəndi) nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil, daha az (70,13 kv.m.) sahəli başqa mənzil satması, bunun da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması barədə nəticəyə gəlinməsi tərəflərin razılaşmasına açıq-aşkar zidd olmasına dair nəticəsi ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmə işin həlli üçün mühüm əhəmiyyət kəsb edən müqavilənin 1.2-ci bəndinin xüsusilə nəzərə alınmalı olmasını düzgün vurğu lamışdır. Belə ki, həmin bəndlə tərəflər konkret olaraq ümumi sahəsi 82.1 kv.m mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olduğu sahəni xüsusi şəkildə razılaşdırmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, iddiaçı, əvvəlki mülki işdə keçirilmiş ekspertizanın rəyi ilə mənzilin ümumi sahəsinin 70,13 kv,m. olduğuna istinad etməsinin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin nəzərə almamasına dair dəlili də əsassızdır. Belə ki, kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət q ədər yüksək olması onun məhkəmə iclasında digər sübutlarla birgə tədqiq edilib qiymətləndirilməsindən asılıdır. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər s übutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Göründüyü kimi, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Çünki məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə əvvəlki mülki işdə keçirilmiş ekspertizanm rəyi ilə mənzilin ümumi sahəsinin 70,13 kv,m. olmasına dair rəyini düzgün olaraq sübut növü kimi qəbul etməmiş və qiymətləndirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, müqavilədə mənzilin razılaşdırlmış ümumi qiyməti olan 84.711,2 manatın məhz mənzilin kvadrat metrinə (yaxud 1 kv.m.-nə) görə hesablanmasına dair apellyasiya instansiyası məhkəməsi düzgün mövqeyə gəlmişdir. Çünki, müqavilədə həmin qiymətin mənzilin bir kvadrat metrinə görə müəyyənləşdirilməsi barədə şərt yoxdur. Müqavilədən ümumi sahəsi (divarlar, arakəsmələr, dəhliz və eyvanlar, habelə yardımçı sahələr də daxil olmaqla) 82.1 kv.m. olan iki otaqlı mənzilə görə ödəniləcək məbləğin 84.711,2 manat razılaşdırıldığı açıqca görünür. Başqa sözlə, tərəflər mənzilin dəyərini 1 kv.m. sahəyə görə hesablamamış, onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hallar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərini n iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatmm inkişafma şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanm 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fıziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələr in məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfın həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasının da nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin tərəflərin bağladıqları müqavilənin şərtlərində mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini azad şəkildə özləri razılaşdırdıqlarına və bununla bağlı da üzərlərinə qarşılıqlı öhdəliklər götürdükləri üçün həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzliyinə dair nəticəsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə huquqi qiymət verməkdə davam edərək hesab edir ki, Nərimanov rayon məhkəməsinin 31.10.2016-cı il tarixli 2(005)-926/2016 saylı qətnaməsində məhkəmənin İddiaçı cavabdeh "xxxx"xxxx" ASC-yə qarşı aralarında bağlanmış 07.06.2013-cü il tarixli ********* nömrəli müqavilənin 1.1 və 2.1ci bəndlərinin dəyişdirilməsi barədə iddia qaldırmaq hüququnun izah edilməsi və h əmin qətnamənin dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçının istinad etidyi mülki işdə olan sübutlara əsaslanaraq mülki qaydada iddia irəli sürməklə məqsədinə çata bilməsinə dair göstərilənlər hazırki iş üzrə iddiaçının müqavilə bəndlərinin dəyişdirilməsinə dair iddiasının əsaslı olması üçün hüquqi meyar olmadığına görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq tərəflər arasında əvvəl olmuş mülki üş üzrə qəbul edilmiş qərarların hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmədiyi üçün onlara istinad etməmiş və buna da kollegiyanın qənaətinə görə hüquqi zərurət də olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hər tərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsasl ı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək müqavilə şərtlərinin cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmaması, iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmaması və şəraitin dəyişməməsi kimi düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə a pellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar