Məhkəmə qərarları › İş №2(102)-6591/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6591/2019

11.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6591/2019 11.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu, Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X6, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh X3 və qeyrilənə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelliyasiya Məhkəməsinin MK-nın 22 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi ray on Məhkəməsinin 01 fevral 2019-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) İddiaçı cavabdeh X3 və qeyrilənə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, “xxxx” MMC ilə cavabdeh X2 arasında bağlanmış 10 aprel 2012-ci il tarixli müqavilə etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2019-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, hakimlər F.Talışınski və R.Eyvazov) Nəsimi rayon Məhkəməsinin 01 fevral 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2019-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X3 və qeyrilənə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia verərək, “xxxx” MMC ilə cavabdehin arasında bağlanmış 10 aprel 2012- ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin tələb üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşə kasassiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında İddiaçı yazılı ərizə verərək cavabdeh X3 və qe yrilənə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasından imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.1 və 52.5-ci maddələrinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan i mtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, Mülki Prosessual Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.— 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya Mülki Prosessual Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina ərizəsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla q orunan mənafelərini pozmadığından iddiadan imtina ərizəsi qəbul edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh X3 və qeyrilənə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: İddiaçıiddiadan imtina ərizəsi qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X3 və qeyrilənə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar