Məhkəmə qərarları › İş №2(102)-6592/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6592/2019

31.10.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6592/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Qoldman Tatyana Aleksandrovna və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-8418/2018, hakim N.Ə.Misirzadə) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair idd iası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-40632/2019, hakimlər Z.Ə.Əliyev, F.Ş.Talışinski, R.Ə.Eyvazov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2018-ci il tarixli aktda ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacına texniki baxış keçirildiyi və istixana sayğacının qaz xəttindən qaynaq vasitəsilə kəsilməsi, sayğacın qaz sərfiyyatını qeydə almadığının video görüntüdə əks olunması, istifadə olunan cihazın və əkinin şəklini çəkməyə abon entin imkan vermədiyi qeyd edilmişdir. İddiaçı abonent hesabına itirilmiş qazın bərpası üzrə 4.276 manat borc hesablanmışdır. 18 sentyabr 2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız olaraq hesablanmış 4276 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qaz sayğacı yaşayış evindən kənarda quraşdırılmış və sayğac əvəz edilərkən bütün möhürləri üzərində olmuşdur. Belə olan halda sayğaca hər hansı müdaxilənin edilməsi qeyri-mümkündür. Sayğacın texniki cəhətdən sıradan çıxmasına görə iddiaçı məsuliyyət daşıya bilməzdi. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi sayğac fərdi yaşayış evinin sayğacıdır və qətnamədə qeyd edilən “istixananın” bu sayğaca aidiyyəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsasız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndiriləməyən halları ondan ibarətdir ki, 31 mart 2018-ci il tarixdə ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacına texniki baxış keçirilmış və istixana sayğacının qaz xəttindən qaynaq vasitəsilə kəsilməsi, sayğacın qaz sərfiyyatını qeydə almadığı aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Cavabdeh sayğaca iddiaçı tərəfindən qanunsuz müdaxilə edilməklə faktiki sərf olunan qazın hesablanmasının qarşısının alındığı, müdaxilə nəticəsində qaz sayğacının istismara yararsız hesab olunduğuna əsaslanaraq, iddiaçının abonent hesabına itirilmiş qazın dəyəri olan 4.276 manat məbləğində borc hesablamışdır. İ ddiaçı sayğaca müdaxilə etmədiyini bildirərək borcun silinməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, quraşdırılmış sayğac 29.999 m3 sərfiyyatı göstərdikdən sonra artma əvəzinə azalaraq 20.000 m3 qaz sərfiyyatı olduğunu göstərir. Yəni qaz sərfiyyatını göstərən rəqəm artmaq əvəzinə azalmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mənzillə müqayisədə kifayət qədər qazın sərf edildiyi istixana üçün quraşdırılmış sayğacın göstəricilərinin artması əvəzinə azalması, həmçinin sayğaca edilmiş müdaxilənin məhz iddiaçının mənafeyinə uyğun olması (onun xərclərinin azalması ilə nəticələnməsi) sayğaca müdaxilənin iddiaçı tərəfindən edilməsi nəticəsinə gəlməyə əsas verir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi), yaxud üzərinə düşən vəzifələri icra etməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək paylayıcı olan cavabdehin hüququdur. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar