Məhkəmə qərarları › İş №2(102)-66/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-66/2021

08.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-66/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı ilə bağlı kəsici müddətin tətbiqi, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditorun zərərin əvəzini tələb etmək hüququnun yaranması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçının hüquqi varisləri X8, X6 və onların vəkili Vəkil, Cavabdeh2 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1928/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı hüquqi varisləri X12 və X9 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, mübahisə predmeti Cavabdeh1 MMC tərəfindən X məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69 kv.m olan xx saylı 1 otaqlı mənzildir. Həmin mənzilə dair Cavabdeh1 MMC tərəfindən 3 müqavilə bağlanmışdır: birinci müqavilə xx.xx.2011-ci il tarixdə İddiaçı ilə; - ikinci müqavilə xx.xx.2015-ci il tarixdə X4 ilə; - üçüncü müqavilə xx.xx.20 16-ci il tarixdə Cavabdeh2 ilə bağlanmışdır. Hər üç şəxs mənzilin dəyərini tam ödəmişdir. Mənzildə təmir işləri 2015-ci ildə N tərəfindən aparılmışdır və 2016-cı ildən etibarən orada Cavabdeh2 yaşayır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-xx/xxxx saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs X13 təsisçisi olmaqla cəmiyyətin fəaliyyəti üzrə təşkilati-sərəncamverici və inzibati təsərrüfat funksiyaları faktiki yerinə yetirərək öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni məqsədlə, Cavabdeh1 MMCnin direktoru, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-xxx/xxxx saylı, xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X14 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, X məhəllədə yerləşən yaşayış binasından üm umi sahəsi 68,8 kv.metr olan xx №-li mənzilin xx.xx.2007-ci il tarixli alqısatqı müqaviləsi əsasında “xxxx” MTK tərəfindən İddiaçı 39.560 manata satılmasına baxmayaraq, həmin mənzili qanunsuz olaraq xx.xx.2015-ci il tarixdə X2 cəmiyyətin direktoru A vasitəsi ilə 49.500 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin tarixdə cəmiyyətin qeyd olunan ofisində A vasitəsi ilə sonuncudan alaraq, mənzilin N satılınası barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdirməklə tərtib edilmiş saxta rəsmi sənədləri - xx xxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinivə maliyyə arayışını A tərəfindən imzalanıb cəmiyyətin “sənədlər üçün” möhürü ilə təsdiq olunmasını təmin edərək, eləcə də mənzilin N adına alqı-satqısının rəsmiləşdirilməsi adı ilə 2000 manat, təmirə başlamasına icazə verməsinə isə 400 manat pulu Ndan göstərilən tarixdə cəmiyyətin qeyd olunan ünvandakı ofisində A vasitəsi ilə alıb, N həmin mənzili təmir etməsinə şərait yaratmaqla, sonuncuya məxsus aldığı ümumilikdə 51.900 manat pulu A aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə- özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra qeyd olunan cinayət əməllərini davam etdirərək o, cəmiyyətin direktoru, iş üzrə digər təqsirləndirilən şəxs X10 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyin ə qəsdən zidd olaraq istifadə edib, N özünün hesab etdiyi mənzili xx xxxxxx 2016-cı il tarixdə 67.500 manata Cavabdeh2 satmasına şərait yaradaraq, sonuncuya xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsini və maliyyə arayışını E imzaladıb cəmiyyətin “sənədlər üçün” möhürü ilə təsdiq olunaraq verilməsinə nail olub, vəzifə səlahiyyətlərindən sui-istifadə edib Cavabdeh2 hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, mənzilin Cavabdeh2 adına alqısatqısının rəsmiləşdirilməsi adı ilə Ndan göstərilən tarixdə cəmiyyətin qeyd olunan ünvandakı ofisində 2000 manat pulu tanışı X5 vasitəsi ilə alıb özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, Cavabdeh2 həmin mənzildə yaşamasına şərait yaratmaqla, vəzif ə səlahiyyətlərindən suiistifadə edib İddiaçı faktiki mənzilindən məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməsinə nail olub vəzifə saxtakarlığı törətmişdir. 3. 01.04.2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə ekspertizaya təqdim olunmuş "xxxx" MTK- ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin “xxxx” qrafasındakı imza və Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilədəki “xxxx” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. 4. 28.03.2019-cu il tarixli sənədlərin texniki ekspertizasının rəyi ilə təqdim olunmuş “xxxx” MTK sədri Z v ə İddiaçı arasında bağlanılmış “Kooperativ binada mənzil tikintisi haqqında” xx xxxxxx 2007-ci il tarixli, “xxxx” MMC-nin direktoru A və İddiaçı arasında bağlanılmış “Mənzil tikintisi haqqında” xx xxxx 2011-ci il tarixli, x xxxx 2019-cu il tarixdə “Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış “Mənzil tikintisi haqqında” xx.xx.2016-cı il tarixli müqavilələrdə olan möhür əkslərinin relyef klişelər vasitəsilə vurulması, təqdim olunmuş müqavilələrdə olan əlyazma mətn və imzaların bir başa qələmlərlə icra olunması müəyyən edilmiş, rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəbə görə müqavilələrin faktiki tərtib olunduğu müddətlərin müəyyən edilməsi sual üzrə tədqiqat aparılımamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı “mənzilin qeyriqanuni sahiblikdən götürülməsi, mənzildən çıxarılma, mənzilə mülkiyyət hüququnun tanınması, mənzilin qaytarılması, mənzildən sahiblik və istifadə hüququnun təmin edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında X məhəllədə yerləşən MMC-yə məxsus binanın 1-ci giriş, 7-ci mərtəbə, 1 otaq, ümumi sahəsi 68,8 kv.m olan xx nömrəli mənzilinin tikintisi haqqında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin Cavabdeh2 qeyri-qanuni sahibliyindən götürülməsi və bütün əmlakı ilə mənzildən hər hansı qeyd-şərt olmadan çıxarılması, mənzilə özünün mülkiyyət hüququnun tanınması, mənzilin ona qaytarılmasının v ə mənzildən sahiblik və istifadə hüququnun tam təmin edilməsininCavabdeh1 MMC-yə bir vəzifə kimi həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən cəmiyyət X məhəllədə yerləşmiş tikilməkdə olan binasında 1-ci giriş, 7-ci mərtəbə, 1 otaq, ümumi sahəsi 68,8 kv.m olan xx nömrəli mənzili ona (xxxxya) verməyi, o isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri olan 39560 manat məbləğ tərəfindən tam həcmdə ödənilib. Mənzil üzrə ilk xx.xx.2007-ci il tarixli müqavilə onunla "xxxx" MTK arasında bağlanmışdır. Mənzilin tam dəyəri, yəni, 39560manatın ödəni lməsi, mənzilin ona təhvil verilməsi üzrə kooperativin bütun vəzifə, öhdəlik və səlahiyyətləri koopeativin və cəmiyyətin xx.xx.2009-cu il tarixli birgə iclas protokolu əsasında cəmiyyətə verildikdən sonra onunla cəmiyyət arasında xx.xx.2011-ci il tarixli müqavilə bağlanmışdır (həmin protokol barədə qeyd müqavilənin prembulasında mövcuddur). xx.xx.2011-ci il tarixli müqavilədə xüsusilə qeyd olunmuşdur ki, onun bu müqavilə üzrə mənzilə görə cəmiyyətə borcu yoxdur. xx.xx.2011-ci il tarixdə, mənzilin tam dəyəri tərəfindən tam ödənildiyinə görə cəmiyyət tərəfindən ona mənzilin açarı təqdim olunaraq mənzilə baxış keçirilmiş və mənzil tərəfindən qəbul olunmuşdur. 2012-ci ildə mənzildə giriş seyf qapısı quraşdırmışdır. 2014cü ildən 2016-cı ilin oktyabr ayına qədər Bakı şəhərində olmamışdır. xx.x x.2016-cı il tarixdə növbəti dəfə Bakı şəhərinə gələrək təmir etmək məqsədilə mənzilə gəlmiş, məlum olmuşdur ki, mənzilin giriş qapısı dəyişdirilmişdir və mənzilə daxil ola bilməmişdir. Cəmiyyətin rəhbərliyinə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, mənzil cəmiyyət tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh2 mənzildə faktiki olaraq yaşayır. Yalnız 2018-ci ilin oktyabr ayında cavabdehlər arasında bağlanmış mənzilə dair xx.xx.2016-cı il tarixli müqavilənin kserosurətini əldə etmişdir. Xüsusilə bildirir ki, mənzili digər şəxsə satmamış və verməmiş, həmçinin mənzil üzrə hüquqlarını heç kimə, o cümlədən İkinci cavabdehə verməmişdir, yəni həmin hüquqlarından heç bir şəxsin xeyrinə imtina etməmişdir. Mənzillə (öz payı ilə) əlaqədar etibarnamə və müvafiq səlahiyyətləri (satılması və ya hər hansı hərəkətlərin həyata keçirilməsi üçün) heç bir şəxsə verməmişdir. Hər hansı şəxsin mənzillə (payla) əlaqədar onun adından hərəkət etmək səlahiyyəti olmamışdır, buna görə də mənzilin birinci cavabdeh tərəfindən ikinci cavabdehə satılması qanunsuzdur, Azərbaycan Respublikasının mülki və mənzil qanunvericiliyinə ziddir.Məhkəmə prosesinin gedişatı zamanı məlum olmuşdur ki, hal-hazırki mübahisə predmeti olan mənzili Cavabdeh2 67500 manat ödəməklə X1 almış və N həmin mənzilə dair Cavabdeh1 MMC ilə xx.xx.2015-ci il tarixli mənzilin tikintisinə dair müqaviləsi mövcud olmuşdur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(011)1005/19 nömrəli qətnaməsi ilə (hakim S.Mehrəliyev) İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. ” tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında X məhəllədə yerləşən Cavabdeh1 MMC-yə məxsus binanın 1-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 68,8 kv.m olan xx saylı mənzilinin tikintisi haqqında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, Cavabdeh2 X məhəllədə yerləşən Cavabdeh1 MMC-yə məxsus binanın 1-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 68,8 kv.m olan xx saylı mənzildən çıxarılması, X məhəllədə yerləşən Cavabdeh1 MMC-yə məxsus binanın 1-ci giriş, 7-ci mərtəbə, 1 otaq, ümumi sahəsi 68,8 kv.m olan xx saylı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi qət edilmiş, iddia tələbi “mənzilə mülkiyyət hüququnun tanınması” hissəsində təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, şəxslərin izahatları və işin digər materialları ilə Cavabdeh1 MMC tərəfindən X məhəllədə yerləşmiş tikilməkdə olan binasında 1-ci giriş, 7-ci mərtəbə, 1 otaq, ümumi sahəsi 69 kv.m olan xx saylı mənzilin alqı-satqı müqaviləsi ilkin olaraq İddiaçı ilə bağlandığından onun razılığı olmadan, mülki qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə riayət edilmədən sonradan həmin mənzilin X2 və Cavabdeh2 satılması müəyyən edilmişdir. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilənin qanunvericiliyin tələbləri nöqteyi nəzərindən etibarsız əqdlər olması tam olaraq sübuta yetirildiyinə görə, iddia tələbləri həmin müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzil in İddiaçı sahibliyinə və istifadəsinə verilməsinə dair hissələrdə əsaslı olduğundan təmin edilməlidir.

9. Bununla yanaşı, birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi mənzilə mülkiyyət hüququnun tanınması hissəsində təmin edilməməlidir. Belə ki, İddiaçı X məhəllədə yerləşmiş tikilməkdə olan binasında 1-ci giriş, 7-ci mərtəbə, 1 otaq, ümumi sahəsi 69 kv.m olan xx saylı mənzil üzərində mülkiyyət hüququnun yaranması üçün həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 324.1, 337.1, 337.2, 139-1.1.6, 146.1, 146.2-ci maddələrinə, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiy a instansiyası məhkəməsindəki birinci icraat

11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), İ.Xəlilov və A.İmanov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək, Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı sözügedən mənzilin dəyərini tam ödəməklə, mübahisəli mənzili almış və həmin vaxtdan sonra iddiaçının həmin mənzilə sahiblik və istifadə hüququ yaranmışdır. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilən in etibarsız hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.

14. Həmçinin Kollegiya qeyd etmişdir ki, məhkəmə Mülki Məcəllənin 139-1.1.6, 146.1, 146.2-ci maddələrinə istinad edərək, sözügedən mənzilin daşınmaz əmlakın dövlətreyestrində ərazilər üzrə qeydiyyata alınmamasından dolayı iddia tələbinin mənzilə mülkiyyət hüququnun tanınması hissəsində təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

15. Cavabdeh2 apellyasiya şikayətində N bağlanmış müqavilə etibarsız hesab edilmədiyi halda, onunla bağlanmış müqavilənin etibarsız hesab edilməsinin qanunsuz olması ilə bağlı qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir, həmin əqd puçdur. Yəni, Cavabdeh2 qeyd etdiyi Cavabdeh1 MMC ilə N arasında bağlanmış xx.xx.2015-ci il tarixli əqd, həmin MMC ilə onun arasında bağlanmış xx.xx.2016-ci il tarixli əqd kimi əhəmiyyətsizdir. Buna görə də Cavabdeh2 bununla bağlı qeyd etdikləri əsassızdır.

16. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməmişdir, iddia müddəti tətbiq edilməklə idda rədd edilməlidir. Bununla bağlı qeyd edilməlidr ki, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahi sələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Hazırki işdə iddiaçının izahatından belə aydın olur ki, o, yalnız 2018-ci ilin oktyabr ayında cavabdehlər arasında bağlanmış mənzilə dair xx.xx.2016-cı il tarixli müqavilənin kserosurətini əldə etmiş, xx.xx.2018-ci il tarixdə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bir illik müddət ötürülməmişdir. Apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.

17. Məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, ə gər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Baxılan iş üzrə etibarsız hesab edilən əqd (xx.xx.2016-cı il tarixli müqavilə) üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC, habelə Ndan hər hansı məbləğdə pul alması müəyyən edilmir. Ona görə də həmin əqdin etibarsızlığından irəli gələn nəticələri hazırki işin icraatı çərçivəsində həll etmək mümkün deyildir və həmin məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq maraqlı tərəfin iddiası əsasında ayrıca icraat qaydasında baxıla bilər. kassasiya insta nsiyası məhkəməsindəki birinci icraat

18. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu İl tarixli 2(102)-7934/2019 saylı Qərarı ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) Cavabdeh2 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10045/19 saylı qətnaməsinin ləğv olunması və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

20. Məhkəmə kollegiyası qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən iddiaçının hazırkı mülki iş üzrə məhkəmə islasında ve rdiyi izahata istinad istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nə qədər ki MPM-nin 82.4-cü maddəsini rəhbər tutaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün hazırkı iş üzrə preyudisiallığını qəbul edir, iddiaçının həmin cinayət işinin istintaqı zamanı verdiyi ifadə ilə müəyyən edilən halların (faktların) preyudisiallıq keyfiyyəti daşıyıb-daşımamasına da qiymət verməlidir. Adı çəkilən hökmdən görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş kimi verdiyi ifadəsində xx.xx.2016-cı ildə mübahisəli mənzilə getdiyini və orada Cavabdeh2 yaşadığını gördüyünü göstərmişdir. Hazırkı iş üzrə əqdin etibarsız hesab olunması barədə iddia isə məhkəmədə xx.xx.2018-ci ildə qaldırılmışdır. Ona görə də işə apellyasiya qaydasında yenidən baxılarkən İddiaçı tərəfindən hazırkı iş üzrə iddia qaldırılanadək Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin buraxılıb-buraxılmadığı bir daha ətraflı tədqiq edilməli və qiymət verilməlidir.

21. Bundan başqa kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət iddia müddəti yox, əqdi mübahisələndirmək hüququ verən “kəsici” müddətdir və bu müddətin tətbiq olunması üçün ərizəyə ehtiyac yoxdur. Mülki hüquqların müdafiəsi üçün qanunvericilik müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilə n vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Bunun mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin, o cümlədən, “kəsici”müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında Avropa İnsan H üquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

22. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılarkən Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin də tələbi pozulmuşdur. Belə ki, hazırkı işdə N bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə mübahisələndirilməsə də, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində həmin əqdə qiymət verərək onun əhəmiyyətsiz əqd olduğunu qeyd etmişdir.

23. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən tərəflərin bərabərliyi prinsipini gözləməklə onların verdiyi işə aid bütün müraciətləri, vəsatətləri araşdırmalı və qiymət verməlidir.

24. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya qaydasında yenidən baxılarkən iddiaçıya mübahisəli mənzilə görə ödədiyi pay haqqının qaytarılmasına dair cavabdeh tərəfin, 3-cü şəxsin və şahidin ifadələrində göstərilənlər cinayət işi üzrə hökmlə müəyyən olunmuş hallar nəzərə alınmaqla ətraflı araşdırılmalı və qiymət verilməlidir. Eləcə də, işə yenidən baxan məhkəmə mübahisəli mənzilin 2015-ci ildə N tərəfindən təmir olunduğunu və hazırda orada cavabdehin yaşadığını nəzərə alaraq sonuncunun hərəkətlərində hər hansı qanunsuzluq olubolmamasına, mübahisələndirilən əqdba ğlanarkən hər hansı qanun pozuntusuna yol verilib-verilməməsinə, Cavabdeh2 vicdanlı əldə edən olub-olmamasına da qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1928/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(011)-1005/2019 nömrəli qətnaməsi ləğv olunmuş, iddianın rədd olunması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının xx xxxx 2020-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirmişdir ki, mübahisəli mənzili X MMC-dən almışdır. Şirkətdə “mənzilin təmizliyi”nə dair sənədlər ona göstərilmişdir. Mənzili aldıqdan iki ay yarımdan sonra evi təmir etmiş və bu zaman heç kim gəlib ona heç nə deməmişdir. Mənzili 49 500 manata almış və əlavə 27 000 manat pul qoyub, 67500 manata daşınmaz əmlakların satışına dair internet saytı vasitəsilə hazırkı iş üzrə Cavabdeh2 satmışdır.

27. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(101)97/2018 saylı cinayət iş üzrə hökmündə qeyd olunur ki, zərərçəkmiş şəxs İddiaçı ifadəsində bildirmişdir ki, xx xxxxxx 2007-ci il tarixdə “xxxx” MTK nın ofisinə gedib. Gülmalıyevdən 46 nömrəli mənzili almış, mənzilin qiymətinin 39560 manata olması barədə razılaşıb 2010-cu ilin iyul ayına kimi ödəniş haqqını hissə-hissə olaraq tam ödəmişdir. Rusiya Fedarasiyasında yaşadığı üçün mənzilinə baş çəkə bilməmiş və xx xxxxxxxx 2016cı il tarixdə mənzilə baxmağa gedəndə X soyadlı qadının orada yaşamasını görmüşdür. Mənzili aldıqdan sonra heç kimə, eləcə də X satmamış və onun kim olmasını bilmir.

28. MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddi a müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli ”B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ Qərarında qeyd olunur ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüquq un vaxtından əvvəl xitamına səbəb olur.

30. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxxxx 2016-cı il tarixdə mənzildə Cavabdeh2 orda yaşadığını bilmiş, lakin iddia ərizəsini xx xxxxxxx 2018-ci il tarixdə məhkəməyə vermişdir. Beləliklə, o kəsici müddəti ötürmüşdür. Məhkəmə kollegiyası tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsininin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı xx.xx.2016-cı il tarixli müqaviləni mübahisələndirmə hüququ verən müddət ötürüldüyündən iddia tələbi rədd olunmalıdır.

32. Ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Ona görə də xx.xx.2016-cı il tarixli müqavilənin etibarsızlığı ilə bağlı tələb rədd olunduğundan bu tələbdən irəli gələn digər tələblər də təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı hüquqi varisləri X12 və X9 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında xx.xx.2016-ci ildə bağlanmış müqavilənin mövcudluğu barədə ilk dəfə 2018-ci ilin oktyabrında məlumatlı olmuşdur. Ona görə də kəsici müddəti ötürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Cavabdeh2 və vəkili X7 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

37. İddiaçının hüquqi varisləri X12, X9 və onların vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətini n təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.

38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 MMC hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə Cavabdeh1 MMC -nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

39. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

40. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində iş üzrə İddiaçı hüquqi varisləri X12 və X9 apyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə 43. ”Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1)

44. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.(maddə 354.1)

45. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (maddə 354.2)

46. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona veri lməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (maddə 452.1)

47. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (maddə 452.2) Mülki Prossesual Məcəllə

48. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

49. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

50. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş dig ər qərarı mülki işə və”kommersiya mübahisəsinə”baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. (maddə 82.4)

51. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

52. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

53. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, mübahisə predmeti olan mənzil barədə iddiaçı ilə cavabdeh MMC arasında podrat müqavilə münasibətləri olmuş, həmin müqavilə əsasında iddiaçı öz üzərinə düşən ödəliyi yerinə yetirsə də cavabdeh MMC müqavilə əsasında sifariş olunmuş fərdi-müəyyən əşyanı yəni, mənzili iddiaçıya deyil N sonradan isə Cavabdeh2 təhvil vermişdir. Bu hal isə iddiaçıya MMC-dən mənzili deyil, ona dəymiş zərərin əvəzini tələb etmək hüquq verir. (46-47)

58. Cavabdeh1” MMC ilə Cavabdeh2 arasında xx.xx.2016-ci ildə bağlanmış müqavilənin mövcudluğu barədə ilk dəfə 2018-c i ilin oktyabrında məlumatlı olması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə isə nəzərə alınmalıdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(101)-97/2018 saylı cinayət iş üzrə hökmü ilə İddiaçı xx xxxxxxxx 2016-cı il tarixdə mənzildə Cavabdeh2 yaşadığını bildiyi öz təsdiqini tapmışdır. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsini xx xxxxxxx 2018-ci il tarixdə verməklə qanunda nəzərdə tutulan kəsici müddəti ötürmüşdür.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qər ara aldı: İddiaçı hüquqi varisləri X12 və X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1928/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar