Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-66/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh4 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vicdanlı alıcı) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(103)4015/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 06 saylı ünvanda yerləşən, ümumi sahəsi 200,8 kv.metr olan qeyri-yaşayış sahəsi 02 aprel 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, Rusiya Federasiyasında yaşayır, 16 fevral 1983-cü il tarixdən X8 ilə rəsmi nikahdadır.
3. İddiaçı 22 oktyabr 2020-ci il tarixdə Moskva şəhərində yerləşən notariat ofisində rəsmiləşdirilmiş etibarnamə əsasında, ona məxsus Bakı şəhəri ərazisində yerləşən hər hansı bir daşınmaz əmlakın idarə edilməsini, icarə müqavilələrinin bağlanmasını və imzalanmasını, müqavilələr üzrə ödənişlərin aparılmasını, lazımi təmir işlərinin aparılmasını, əmlakların qaydada saxlanılmasına nəzarət edilməsini, bağlanan müqavilələri və zəruri sənədləri göstərilən daşınmaz əmlak obyektlə rini satmaq hüququ olmadan daşınmaz əmlaka dair hüquqların və onunla aparılan əməliyyatların dövlət qeydiyyatını aparan Azərbaycan Respublikasında dövlət orqanlarında qeydiyyatdan keçirmək, pulsuz girişə sahib olmaq və bu tapşırığın yerinə yetirilməsi üçün lazım olan müxtəlif qurumlarda onun nümayəndəsi olmaq hüququnu 10 il müddətinə Cavabdeh5 etibar etmişdir.
4. Etibarnamə üzrə nümayəndə Cavabdeh5 İddiaçı bacısı oğludur.
5. Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi 07 aprel 2021-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamə əsasında Cavabdeh5 tərəfindən 70.000 manata Cavabdeh3 satılmış, müqavilə rəsmiləşdirilərkən notariat kontoruna təqdim olunmuş etibarnamədə (etibarnamənin Azərbaycan dilinə tərcümə olunmuş və Bakı şəhəri, 09 saylı notariat o fisində təsdiqlənmiş surətində) Cavabdeh5 əmlakı satmaq hüququnun olduğu göstərilmişdir.
6. Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi 12 aprel 2021-ci tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır.
7. Cavabdeh3 Bakı şəhəri, 19 saylı notariat ofisində 13 aprel 2021-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsini 338.000 manata Cavabdeh4 satmış və həmin qeyri-yaşayış sahəsi 15 aprel 2021-ci il tarixdə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. 8. 15 aprel 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı- X9 Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.me tr sahəsini 11 ay müddətinə, hər ay 1.000 manat icarə haqqı ödəməklə X1 icarəsinə vermişdir. 9. 10 iyun 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı- X9 Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.metr sahəsini 11 ay müddətinə, hər ay 1.000 manat icarə haqqı ödəməklə X3 icarəsinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh3 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 və Cavabdeh3 arasında Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 07 aprel 2021ci il tarixdə ünvan 2 notariat kontorunda bağlanmış 4Ə-399 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesa b edilməsi, həmin müqavilə əsasında Reyestr Xidməti tərəfindən verilmiş 12 aprel 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 13 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Reyestr Xidməti tərəfindən 15 aprel 2021-ci il tarixdə verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, 9 saylı notariat ofisində ** AQ ***3414 saylı etibarnamənin Rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, reyestrdə 8İ2435 nömrə ilə qeydə alınmış nüsxəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh5 tərəfindən Cavabdeh3 70.000 manata satılması barədə ünvan 2 Notariat ofisi tərəfindən təsdiq olunmuş 07 aprel 2021-ci il tarixli, reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 07 aprel 2021-ci il tarixdə reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş 12 aprel 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338.000 manata satılması barədə Bakı şəhəri, 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş 13 aprel 2021-ci il tarixli, reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş 12 a prel 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair onun adına Çıxarış verilməsi öhdəliyinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Rusiya Federasiyasının vətəndaşı olmaqla uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Bakı şəhərində yerləşən əmlakların, o cümlədən qeyd edilən qeyri-yaşayış sahəsinin idarə olunmasını, bu əmlaklarla bağlı işlərin görülməsini yaxın qohumu olan Cavabdeh5 etibar etmiş və bu məqsədlə ona 2 2 oktyabr 2020-ci il tarixdə etibarnamə vermişdir. Rusiya Federasiyasında rəsmiləşdirilmiş bu etibarnamədə Cavabdeh5 ona məxsus əmlakları satmaq hüququnun olmaması qeyd edilsə də, etibarnamə saxtalaşdırılmış və əmlakı satmaq hüququnun olduğu əks etdirilmiş saxta etibarnamə əsasında və ona bu barədə məlumat verilmədən Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh5 tərəfindən Cavabdeh3 satılmışdır. Cavabdeh3 isə əmlakı Cavabdeh4 satmışdır və hazırda əmlak sonuncunun mülkiyyətindədir. Halbuki, tərəfindən Cavabdeh5 belə bir səlahiyyət verilməmiş və Cavabdeh5 buna səlahiyyəti olmadan əmlakı satmışdır. Digər tərəfdən, uzun illərdir ki, nikahdadır, lakin qeyd edilən hallar, habelə nikahda olması notariat ofisində araşdırılmamışdır. Bu səbəbdən onun la Cavabdeh3 arasında bağlanmış müqavilə etibarsız hesab edilməli, sonuncunun adına verilmiş çıxarış ləğv edilməlidir. Bu müqavilə etibarsız hesab edildiyindən, artıq Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış müqavilə də öz əhəmiyyətini itirmiş olur və etibarsız hesab edilməlidir. Belə olan halda, əmlakın onun mülkiyyətinə qaytarılması zəruridir.
13. Birinci instansiya məhkəməsində Cavabdeh5 iddianı ona aid hissədə qəbul edərək göstərmişdir ki, iddiaçı yaxın qohumudur və Azərbaycan Respublikasında olmadığından mübahisəli əmlakla bağlı zəruri işlərin görülməsi üçün ona etibarnamə vermişdir. O, həmin etibarnamənin məzmunu barədə məlumatlı olmamışdır. Mübahisəli əmlak onun istifadə və sahibliyində olmuşdur. Cavabdeh3 ilə iş birliyi yaratmaq və bu məqsədlə mübahisəli əmlakdan istifadə etməklə birgə fəaliyyət göstərmək qərarına gəlmişlər. Lakin bunun üçün vəsaitləri olmamışdır. Cavabdeh3 da bu məqsədlə Cavabdeh4 borca pul almağı və borcun təminatı olaraq mübahisəli əmlakı Cavabdeh4 girov verməyi təklif etmişdir. Aralarında bu barədə razılıq əldə edilməsinə baxmayaraq, müvafiq Notariat ofisi ona verilmiş etibarnamə ilə əmlakın Cavabdeh4 xeyrinə rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra Cavabdeh3 məsələnin həll ediləcəyini öz üzərinə götürmüş və bu məqsədlə əmlakı alqı-satqı yolu ilə ilk olaraq onun mülkiyyətinə keçirməyi təklif etmişdir. O, da buna etiraz etməmişdir. Bununla belə, bir müddətdən sonra onların arasında 07 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin alqı-satqı müqaviləsinin bağlanmasına nail olmaq üçün Cavabdeh3 tərə findən hansı tədbirlərin görülməsi ilə maraqlanmamış və bu müqavilə üzrə Cavabdeh3 tərəfindən ona hər hansı məbləğdə pul ödənilməmişdir. Əsas məqsədləri bu əmlakdan iş görmək üçün pul əldə etmək olmuşdur. Bundan sonra müraciətlərinə əsasən Cavabdeh4 onlara 330.000 manat pulu borc vermiş və həmin borcun təminatı olaraq əmlakla bağlı Cavabdeh3 ilə Cavabdeh4 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən borc ödənildikdən sonra əmlak ona qaytarılmalı idi. Həmin borca görə onlar hər ay Cavabdeh4 faiz qismində 12.000 manat pul ödəmişlər. Lakin, iş birlikləri alınmamış və 2021-ci ilin oktyabr ayından etibarən hər ay ödənilməsi razılaşdırılmış 12.000 manat məbləğində pulu faiz qismində Cavabdeh4 ödəyə bilməmişlər. Nəticədə problemlər yaranmış və sonradan qeyd edilənlər barədə idd iaçı məlumat əldə etmişdir. Cavabdeh4 tapşırığı ilə mübahisəli əmlakda hər hansı təmir işləri aparmamışdır.
14. Cavabdeh4 nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh4 ilə Cavabdeh3 13 aprel 2021-ci il tarixdə notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsini satın almış və əmlakın müqavilə üzrə müəyyən edilmiş dəyərini təşkil edən 338.000 manat pulu bank vasitəsi ilə tam şəkildə ödəmişdir. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh3 8.132,40 manat sadələşmiş vergi tutulmuşdur. Cavabdeh4 qeyd edilən əmlak barədə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs vasitəsilə məlumat əldə etmiş və əmlaka baxmışdır. Bundan sonra, Cavabde h5 ilə tanış olmuş və onunla əmlakın qiymətini razılaşdırılmışdır. Cavabdeh5 Cavabdeh4 əmlakın mülkiyyətçisinin dayısı olduğunu, onun Rusiya Federasiyasında yaşadığını, həmin dövlətin vətəndaşı olduğunu, Azərbaycan Respublikasında olan bütün işlərini, o cümlədən əmlakları üzərində bütün əməliyyatların aparılmasını ona etibar etdiyini, əmlakı aldığı təqdirdə onun təmir edilməsində, ikinci mərtəbəsinin inşası üçün müvafiq icazələrin alınmasında, həmin mərtəbənin inşa edilməsində və əmlakın icarəyə verilməsində ona yardımçı olacağını bildirmişdir. Görəcəyi bu işlər müqabilində Cavabdeh4 tərəfindən ona haqqı ödənilməsi barədə razılaşmışlar. Əmlaka dair Cavabdeh3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və ona bu barədə çıxarışın verilməsinin həqiqiliyini öyrəndikdən sonra Cavabdeh4 13 aprel 2021-ci il tarixdə Cavabdeh3 ilə əmlakın alqı-satqısına dair müqavilə bağlamış və əmlaka dair çıxarış əldə etmişdir. Bundan sonra razılaşdıqları kimi qeyri-yaşayış sahəsində təmir işləri başlamış və bu işlər başa çatdıqdan sonra iki hissəyə ayrılmış əmlakın bir hissəsi gözəllik salonu, digər hissəsi isə qadın geyimləri mağazası kimi icarəyə verilmişdir. Hazırki mübahisə yarandıqdan sonra iddiaçı onunla əlaqə saxlamış və ona məlum olmuşdur ki, iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh5 bu əmlakı Cavabdeh3 satmışdır. Müraciətinə uyğun olaraq, notariat kontorunda etibarnamədə və tərcümədə əmlakın satılması səlahiyyətinin qeyd edildiyi ona bildirilmişdir. İddiaçı, Cavabdeh4 Bakı şəhərinə gələrək, bacısı oğlu Cavabdeh5 ilə danışıb məsələni həll edəcəyini bildirmiş, lakin sonradan Cavabdeh4 qarşı məhkəmədə hazırkı iddianı qaldırmış və bacısı oğlu və onun dostu olan Cavabdeh3 tərəfindən aldadıldığını Cavabdeh4 söyləmişdir. İddiaçının və Cavabdeh5 hərəkətlərindən ona məlum olmuşdur ki, iddiaçı hələ Moskva şəhərində olan zaman onlar öz aralarında bu məsələni müzakirə etmişlər. Belə ki, iddiaçı tərəfindən Cavabdeh5 verilmiş etibarnamə bu günədək ləğv edilməmiş və iddiaçı bu məsələdə bir tərəfli mövqe nümayiş etdirərək, əmlakın idarə edilməsi məsələsində Cavabdeh5 qarşısını almamışdır. Nəticədə onun tərəfindən verilmiş etibarnamənin bacısı oğlu tərəfindən saxtalaşdırıldığını və bu yolla onu aldatdığını bildirən iddiaçı etibarnaməni bu günədək ləğv etdirməmiş və Cavabdeh5 hazırda da onun tapşırıqlarını yerinə yetirir. Hətta alqısatqı müqaviləsi bağlandıqdan təxm inən 1 il sonra, yəni 18 mart 2022-ci il tarixdə Cavabdeh5 iddiaçının adından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək əmlakın özgəninkiləşdirilməsinin qadağa edilməsini xahiş etmiş və məhkəmə tərəfindən bu barədə qərardad qəbul edilmişdir. Bununla belə, mövcud sübutlardan və işin faktiki hallarından göründüyü kimi, Cavabdeh4 mübahisəli əmlakı vicdanlı əldə edəndir və alqısatqı müqaviləsi üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmiş, o cümlədən əmlakın müqavilə üzrə müəyyən edilmiş dəyərini təşkil edən 338.000 manat pulu bank vasitəsi ilə satıcıya ödəmişdir. Bundan sonra, onun əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona bu barədə çıxarış verilmişdir. Tərəfindən həmin qeyri-yaşayış sahəsinin təmiri də həyata keçirilmişdir.
15. Bakı Şəhəri Binəqə di Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(001)5354/2022 saylı qətnaməsi ilə (hakim F.V.Abdiyev) iddia təmin edilmiş, Bakı şəhəri, 9 saylı notariat ofisində ** AQ ***3414 saylı etibarnamənin Rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, reyestrdə 8İ-2435 nömrə ilə qeydə alınmış nüsxəsinin etibarsız hesab olunması, Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh5 tərəfindən Cavabdeh3 70.000 manata satılması barədə ünvan 2 Notariat ofisi tərəfindən təsdiq olunmuş, 07 aprel 2021-ci il tarixdə reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv e dilməsi, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338.000 manata satılması barədə Bakı şəhəri, 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, 13 aprel 2021-ci il tarixdə 4Ə-194 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 338.000 manat pulun Cavabdeh3 alınaraq Cavabdeh4 verilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsinin təmin edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 07 aprel 2021-ci il tarixli alqısatqı müqaviləsi i ddiaçı tərəfindən deyil, onun tərəfindən verilmiş etibarnamə üzrə səlahiyyətli şəxs qismində çıxış edən Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmışdır. Həmin vaxt bu əqdi rəsmiləşdirən 21 saylı Notariat ofisinə təqdim edilmiş 22 oktyabr 2020ci il tarixli, Moskva şəhərinin notariusu tərəfindən verilmiş 77 Ar seriyalı, ******* nömrəli etibarnamənin tərcümə edilmiş surətinə əsasən iddiaçı ona məxsus olan əmlakın idarə edilməsini, satmaq hüququ da daxil olmaqla Cavabdeh5 vermişdir. Lakin, iddiaçı ona məxsus əmlakın idarə edilməsi ilə bağlı bir sıra səlahiyyətlərini Cavabdeh5 verməsini etiraf etsə də, idarə etməni satmaq hüququ olmadan verdiyini qeyd etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş eyni tarixli, seriyalı və nömrəli etibarnamənin surətinə əsasən, ona məxsus olan əmlakları satmaq hüquq u olmadan Cavabdeh5 adına etibarnamə vermişdir. İddiaçı, notariat işində olan surətdən fərqli olaraq təqdim etdiyi etibarnamənin əslini də məhkəməyə təqdim etmişdir (etibarnamənin əsli mülki iş materiallarında olan surətlə müqayisə edildikdən sonra bu hal təsdiq edilmiş və sənədin əsli iddiaçıya qaytarılmışdır). Notariat işində olan etibarnamənin əslinin olması müəyyən edilməmişdir.
17. Bununla belə, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş etibarnaməni mötəbər sübut kimi qəbul edib belə qənaətə gəlmişdir ki, 12 oktyabr 2022-ci il tarixli etibarnaməyə əsasən, iddiaçı tərəfindən Cavabdeh5 onun mülkiyyətində olan əmlakı satmaq hüququ verilməmişdir. Hüquqi nəticə etibarilə 07 aprel 2021-ci il tarixdə iddiaçının mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi rəs miləşdirilərkən, həmin müqavilə üzrə satıcı qismində iddiaçının təmsilçisi kimi çıxış edən Cavabdeh5 saxta etibarnamə ilə hərəkət etmiş və əslində bu statusla çıxış etmək səlahiyyətinə malik olmamış, səlahiyyətsiz olmuşdur. Hüquqi nəticə etibarilə Cavabdeh5 buna hər hansı səlahiyyəti olmadan iddiaçının mülkiyyətində olan əmlakı Cavabdeh3 satmışdır. Qeyd edilən müqavilə üzrə əmlakın satış qiyməti qismində müəyyən edilmiş 70.000 manat məbləğində pulun sənəd üzrə Cavabdeh3 tərəfindən Cavabdeh5 təhvil verilməsi öz təsdiqini tapsa da, reallıqda, yəni nəticə etibarilə Cavabdeh5 bu vəsaitə sahib olması öz təsdiqini tapmışdır. Göstərilənlər öz növbəsində notariat kontoruna təqdim edilməklə əmlakın satılması hüququnun təsbit edildiyi etibarnamənin və həmin etibarnamə əsasında rəsmiləşdirilmiş 07 ap rel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız olmasına dəlalət edir. Bu da öz növbəsində həmin müqavilənin nəticəsi olaraq dövlət reyestrində həmin əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ ilə bağlı aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.
18. Belə ki, iddiaçı hazırda əmlakın onun mülkiyyətinə qaytarılmasını tələb edir. Ləğv edilməsi tələb edilən çıxarış isə dövlət reyestrində mülkiyyət hüququ ilə bağlı aparılmış qeydə əsaslanır və yalnız çıxarışın ləğv edilməsi məsələni mahiyyəti üzrə həll etmiş olmur və əmlakın iddiaçının mülkiyyətinə qaytarılmasını təmin edir. Hüquqi nəticə etibarı ilə çıxarışın ləğv edilməsini tələb edən iddiaçı məhz cavabdehlərin adına mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin ləğv edilməsini tələb edir. Belə ki, bu barədə də tələb irəli sürmüşdür. Bu səbəbdən məhkəmə iddia tələbinin bu hissəsinə məhz bu qaydada yanaşır.
19. Məhkəmə, iddia tələbinin 13 aprel 2021-ci il tarixli müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd edilən müqavilənin ləğvi barədə tələb irəli sürsə də, nümayiş etdirdiyi hüquqi mövqe, habelə gətirdiyi dəlillər bu müqavilənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə iclasında da bunu açıq şəkildə bəyan etmişdir. Bu səbəbdən məhkəmə, iddia tələbinin bu hissəsinə müqavilənin etibarsızlığına hüquqi qiymət vermiş və qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisəli əmlakla bağlı ilk dəfə alqı-satqı müqaviləsi 07 aprel 2021-ci il tarixdə bağlanmış və həmin müqaviləyə uyğun olaraq əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ 12 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alındıqdan sonra, növbəti gün, yəni 13 aprel 2021-ci il tarixdə əmlak artıq onun mülkiyyətçisi olan Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış və sonuncunun əmlaka dair mülkiyyət hüququ 15 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və hazırda da mülkiyyətindədir. Bununla belə, əmlak cəmi 6 gün ərzində Cavabdeh3 mülkiyyətində olmuş və əmlaka dair onun mülkiyyət hüququ 12 aprel 2021-ci il tarixdə qeydə alındıqdan sonra, növbəti gün artıq Cavabdeh4 satılmışdır. Cavabdeh4 əmlak barədə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxsdən məlumat əldə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh5 isə bu şəxs barədə ona Cavabdeh3 tərəfindən məlumat verildiyini, əmlakın ondan alınmış 330. 000 manat borcun müqabilində, həmin borcun təminatı olmaqla və borc qaytarılanadək ona girov kimi verildiyini bildirmişdir.
20. Cavabdeh4 etirazında Cavabdeh5 ilə tanış olduğunu və onunla əmlakın qiymətini razılaşdırdığını, əmlakın onun dayısının mülkiyyətində olması, dayısının Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşadığını, Azərbaycan Respublikasında olan bütün işlərinin, o cümlədən əmlakları üzərində bütün əməliyyatların aparılmasını ona etibar etməsi barədə məlumat verdiyini bildirmişdir. Halbuki, bu şəxs əmlakı Cavabdeh3 almışdır. Əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ 15 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmasına və hazırda da əmlakın onun mülkiyyətində olmasına baxmayaraq, ötən dövr ərzində onun əmlaka sahiblik və ondan istifadə etməsi öz təsdiqini tapmır.
21. Cavabdeh4 mülkiyyətçi olduqdan sonra əmlakın məhz onun tapşırığı və vəsaiti hesabına Cavabdeh5 tərəfindən təmir edildiyini bildirsə də, bu halı təsdiq edə bilməmişdir. Cavabdeh5 isə bu halı etiraf etmir. İddiaçı isə əmlakın hazırda da onun istifadə və sahibliyində olduğunu və onun tərəfindən icarəyə verildiyini bildirir və bu barədə məhkəməyə icarə müqavilələri təqdim etmişdir.
22. Tərəflərin bu məsələdə ziddiyyətli mövqedən çıxış etməsi nəzərə alınaraq, məhkəmə iclasında fasilə verilməsi və mübahisəli əmlakın tərəflərdən hansının istifadə və sahibliyində olmasını müəyyən etmək məqsədi ilə yerində müayinənin keçirilməsi təklif edilsə də iddiaçı tərəf buna razı olmuş, lakin Cavabdeh4 nümayəndəsi və vəkili buna hər hansı zərurət görməmişdir (məhkəmə Cavabdeh4 bu məsələyə münasibətini əmlakı n onların istifadəsində və sahibliyində olmaması kimi qiymətləndirmişdir). Bununla belə, əmlak 6 gün ərzində iki dəfə mülkiyyətçi dəyişməsinə baxmayaraq, yenə də iddiaçının mülkiyyətindədir. Halbuki, iddiaçının həmin əmlaka hər hansı hüququ yoxdur. Buna baxmayaraq, Cavabdeh4 özü də iddiaçı ilə əlaqədədir və Cavabdeh5 borcu barədə məlumatı da ona məhz Cavabdeh4 vermişdir. Onların arasında baş vermiş telefon danışığında (məhkəmə iclasında dinlənilmişdir) Cavabdeh4 Cavabdeh5 və Cavabdeh3 hərəkətlərindən danışmış, ona olan borcunun ödənilməməsindən narazıçılıq etmiş və 2 ildir ki, hər hansı məbləğin ödənilmədiyini qeyd etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə uyğun olaraq dəyərini ödəməklə əmlakı əldə etmiş və onun mülkiyyətçisi olan Cavabdeh4 ona bu əmlakı satan Cavabdeh3 ilə münasib ətləri əmlakın alqı-satqısı rəsmiləşdirildikdən sonra yekunlaşmalı idi. Onunla Cavabdeh3, habelə Cavabdeh5 arasında rəsmi olaraq borc münasibətlərinin yaranmasını təsdiq edən hər hansı sənəd yoxdur. Məhkəmə iclasında ödənilmiş pulun qaytarılması müqabilində əmlakın geri qaytarılmasına razı olduğunu bildirmişdir. Belə olan halda, həmin şəxslərin ona borcunun hər hansı ayrıca müqavilə üzrə yaranması mümkün deyil və mövcud olan borc münasibətləri də məhz alqı-satqı müqaviləsi çərçivəsində yaranmışdır.
23. Məhkəmə bununla belə iddia tələbinin bu hissəsi ilə bağlı aparılmış araşdırmanın nəticələrini nəzərə alıb, habelə sərbəst daxili inamı rəhbər tutub belə qənaətə gəlmişdir ki, Cavabdeh4 mübahisəli əmlakın mülkiyyətçisi olsa da, həmin əmlakı vicdanlı əldə edən hesab edilə bilməz. Belə ki, 13 a prel 2021-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh4 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi onların arasında yaranmış borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmış və qeyd edilən əmlak hüquqi nəticə etibarı ilə Cavabdeh4 tərəfindən borc qismində verilmiş 330.000 manat pulun təminatı qismində çıxış etmişdir. Bu da öz növbəsində həmin müqavilənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh4 xeyrinə aparılmış mülkiyyət hüququ haqqında qeydin və verilmiş çıxarışın ləğv edilməsi üçün əsasdır.
24. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, həmin müqavilə üzrə əmlakın dəyərini təşkil edən 338.000 manat pul Cavabdeh3 tutularaq Cavabdeh4 ödənilməlidir. 07 aprel 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh5 nəticə etibarilə 70.000 manata sahib olması öz təsdiqini tapmadığından bu məbl əğin qaytarılması həyata keçirilməmişdir. Qeyd edilənlərlə həmçinin, mübahisəli əmlaka dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ona çıxarışın verilməsi təmin edilməlidir.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.5, 340.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh4 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Apellyasiya şikayəti, iddia ərizəsinə etirazın dəlillərinə uyğun onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, q anunsuz qətnamə çıxarmış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməli olan normaları tətbiq etməmişdir. Şikayətdə göstərilmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmuşdur və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair Bank sənədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. İşə əlavə edilmiş sübutlardan və faktiki hallardan görünür ki, vicdanlı alıcı olaraq üzərinə düşən ö hdəliklərini tam olaraq yerinə yetirmiş, 338.000 manat pul vəsaitini Bank vasitəsilə satıcıya ödəmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqları Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 15 aprel 2021-ci il tarixdə adına qeydə alınaraq çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin təmiri də həyata keçirilmişdir. Vicdanlı alıcı olaraq tam qanuni əsaslarla qeyri-yaşayış sahəsini əldə edərək satıcı Cavabdeh3 338.000 manat pul ödəmişdir. İddiaçı, əgər hesab edirsə ki, bacısı oğlu Cavabdeh5 etibar edilmiş sənədlərin saxtalaşdırılması yolu ilə, həm də Cavabdeh3 tərəfindən ona ziyan dəymişdir, onlardan reqress qaydasında təqsirin dərəcəsinə uyğun məbləğdə ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəflər arasında borc münasibətlərinin yaranmasını təsdiq edəcək sənədlərin mövcud olmadığını qeyd edir. Halbuki, məhkəmə prosesində ödənilmiş pulun qaytarılması müqabilində əmlakın geri qaytarılmasına razı olduğunu bildirmişdir, hansı ki, həmin şəxslərin ona borcunun hər hansı ayrıca müqavilə üzrə yaranması mümkün deyil və borc münabasibətləri də məhz alqı-satqı müqaviləsi çərçivəsində yaranmışdır. Lakin, tam aparılmayan araşdırmanın nəticələrini və özünün sərbəst daxili inamını rəhbər tutan məhkəmənin gəldiyi qənaətə baxılanda görünür ki, heç bir əsas göstərilmədən qanuni yolla əldə etdiyi əmlak barədə səhv nəticəyə gəlinmişdir. Əmlakın saxta sənədlər əsasında ona satıldığını bildikdən sonra bunun nə ilə nəticələnəcəyini dərk edərək ödədiyi pulu iddiaçıdan və digər cavabdehlər dən tələb etməsi ona əsas vermir ki, alqı-satqı müqaviləsi borc münasibətlərini pərdələmək məqsədilə bağlanmiş hesab olsun. Cavabdeh5 səmimiliyinə, ifadələrinin doğruluğuna inanmaq çətin olsa da, məhkəmə borc əvəzinə alqı-satqı müqaviləsi bağlandığını qəbul etmişdir. Hətta ona verilmiş 12.000 manat pulun məhz icarə haqqı olaraq verildiyi əvəzi borcun faizi kimi qeyd edilmişdir. Cavabdeh5 baş verənləri bilərəkdən etmiş, bu məqsədlə Cavabdeh3 ilə əlbir olmuş, gələcəkdə alqı-satqı müqaviləsinin etibarsız hesab ediləcəyini bilmiş və elə buna görə də sonradan onun əmlakla bağlı alqı-satqı hərəkətlərinin aparılmasının qarşısını almaq üçün müstəqil qaydada buna heç bir əsas olmadan məhkəmə qaydasında əmlak üzərində hər hansı bir hərəkət edilməsinin (satılması, boşaldılması və s.) qadağan olunması na dair Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bank vasitəsilə ödənilmiş 338.000 manat pula Cavabdeh5 sahib olmasının öz təsdiqini tapmaması fikri ümumiyyətlə yanlışdır. Belə ki, Cavabdeh5 öz ifadələrində Cavabdeh3 ilə iş birliyi yaratdığını etiraf edərək ona pul lazım olduğunu bildirmişdir.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(103)-4015/2023 saylı xüsusi qərardadı ilə Cavabdeh5, Cavabdeh3 və X4, habelə notariat ofislərinin notariuslarının əməllərində sənədin saxtalaşdırılması cinayətinin əlamətlərinin olub-olmadığının araşdırılması üçün zəruri sənədlərin surətləri əlavə edilməklə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
29. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2 023-cü il tarixli, 2(103)-4015/2023 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(001)5354/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi, iddiaçı, 22 oktyabr 2020-ci il tarixdə Moskva şəhərində yerləşən notariat ofisində rəsmiləşdirilmiş etibarnamə əsasında, özünə məxsus Bakı şəhəri ərazisində yerləşən daşınmaz əmlakların idarə olunması səlahiyyətini (satmaq hüququ olmadan) 10 il müddətinə bacısı oğlu Cavabdeh5 etibar etmiş, Rus dilində olan həmin etibarnamə Azərbaycan d ilinə tərcümə edilərkən onun məzmunu dəyişdirilmiş, etibarnamənin mətnindəki “satmaq hüququ olmadan” ifadəsi “satmağı” sözü ilə əvəz olunmuş, bundan sonra Cavabdeh5 saxtalaşdırılmış etibarnamə əsasında iddiaçıya məxsus əmlakı 70.000 manata Cavabdeh3, sonuncu isə bir-neçə gün sonra 338.000 manata Cavabdeh4 satmışdır. 31. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”.
32. Məhkəmə kollegiyası işin müəyyən olunan hallarını əsas götürməklə hesab etmişdir ki, iddiaçının əmlakını satmaq kimi niyyəti olmamışdır və müvafiq səlahiyyəti olmayan Cavabdeh5 onun adından bağladığı alqı-satqı müqaviləsi onun iradə ifadəsinin təzahürü hesab oluna bilməz.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli qeyri- yaşayış sahəsinin alqısatqısına dair Cavabdeh3 ilə Cavabdeh4 arasında 13 aprel 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə münasibətdə vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq həmin əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı).
34. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmas ını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" ASC-nin şikayəti üzrə Ali Məhkəmənin İnzibati və İqtisadi Kollegiyasının 18 oktyabr 2017 il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2018-ci il tarixli Qərarı).
35. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanl ı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin yuxarıda şərh olunan hallarından görünür ki, Cavabdeh4 əmlakı əldə edərkən daşınmaz əmlakın dövlə t reyestrinin məzmunu həqiqi olmamış, əmlak saxta etibarnamə əsasında iddiaçının mülkiyyətindən çıxarılmış vəziyyət almışdır (reyestrdə bu cür görünmüşdür).
37. Digər tərəfdən, Cavabdeh4 nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatdan aydın olur ki, o əmlakın alqı-satqısı ilə bağlı Cavabdeh5 ilə danışıqlar aparmış, qiyməti onunla razılaşmış, əmlakın iddiaçıya məxsus olduğunu və iddiaçı tərəfindən Cavabdeh5 etibarnamə verildiyini bilmişdir. Belə olan halda, əmlaka dair müqaviləni onu 2 gün əvvəl 70.000 manata satın almış şəxslə bağladığı zaman Cavabdeh4 hər bir halda şübhə yaranmalı, əmlakın hansı səbəblə birbaşa deyil, digər şəxsin adına keçirilməsindən sonra ona satılması ilə bağlı izaha ehtiyac duyulan sualları ortaya çıxmalı idi. Lakin görünür ki, o, hansısa səbəbdən ki fayət qədər ciddi olan bu məsələyə əhəmiyyət verməmiş, beləliklə də müqaviləni bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir.
38. Məhkəmə kollegiyasının qənaətinə görə, əmlaka dair bütün danışıqları Cavabdeh5 ilə aparan və məhz onun əmlak sahibini təmsil etdiyini bilən şəxsin, əmlakla bağlı alqı-satqı müqaviləsini onu 2 gün əvvəl əldə etmiş şəxslə bağladığı zaman lazımi sayıqlıq və ehtiyat nümayiş etdirdiyinə inanmaq, beləliklə də vicdanlı alıcı olduğunu qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir.
39. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 ilə Cavabdeh4 arasında 13 aprel 2021-ci il tarixdə bağlanmış əqdi etibarsız saydığından, həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsini həll etməkdə də h aqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.
40. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh4 kassasiya şikayəti və kassasi ya şikayətinə əlavə verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə 04 avqust 2022-ci il tarixdə təqdim edilmişdir. Bundan başqa iddia ərizəsində qeyd edilir ki, analoji iddia əvvəlcə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iyun, iyul aylarında təqdim edilmiş və məhkəmənin 20 iyul 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürmüşdür. Mülki iş materiallarında olan iddiaçının adına verilmiş çıxarışdan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair çıxarış 02 aprel 2021-ci il tarixdə iddiaçının adına verilmişdir. İddiaçı tərəfindən isə etibarnamə 2020-ci il tarixdə Rusiya Federasiyasında verilmişdir. Həmin etibarnamənin verilməsindən iddiaçı məlumatlı olmuşdur. İddiaçı tərəfindən Cavabdeh5 etibarnamənin hansı məqsədlə verilməsi zərurətini iddiaçı göstərə bilməmişdir. Məhkəmə isə bu hissədə hərtərəfli araşdırma aparmamış, iddiaçının həmin etibarnaməni verən zaman əsl niyyətinin nə olmasını, etibarnamə alan şəxs tərəfindən həmin etibarnamə əsasında hər hansı hərəkətin edilibedilməməsi aydınlaşdırılmamışdır. Belə ki, həmin əmlakda təmir-tikinti işlərinin görülməsi üçün iddiaçı tərəfindən cavabdehə etibarnamə verilməsinə zərurət yox idi. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddia çı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. İş materiallarından göründüyü kimi Cavabdeh4 qeyri-yaşayış sahəsini Cavabdeh3 üçüncü şəxslərin hüquqlarından azad formada almış, həmin zaman əmlaka dair çıxarış qüvvədə olmuş, həqiqiliyi şübhə doğurmamışdır. Bu zaman hər bir halda Notariat fəaliyyəti haqqında Qanunun 9-cu maddəsinin tələbinin tərəflərə izah edilməsi mütləq hal olmuşdur. 13 aprel 2021-ci il tarixli, 4Ə-194 reyestr nömrəli alqı-satqı müqaviləsi imzalanan zaman əqdlər üçün nəzərdə tutulmuş bütün tələblərə cavab vermişdir. Onun etibarsız sayılması üçün hər hansı əsas mövcud olmamışdır. Bundan başqa, Cavabdeh5 öz izahatında məhkəməy ə əmlakın ondan alınmış 330.000 manat borcun müqabilində, həmin borcun təminatı olmaqla və borc qaytarılanadək ona girov kimi verildiyini bildirmişdir. Lakin, bu hal hər hansı sübutla təsdiq olunmur. Belə ki, məhkəmələr öz qətnamələrində Cavabdeh4 “ayıqsayıqlıq” nümayiş etdirməli olduğunu vurğulasa da, nədənsə bu halı iddiaçı və onunla əlbir olub hüquqdan sui-istifadə etməklə qəbul edən Cavabdeh5 şamil etmir, onun da “ayıqsayıqlıq” göstərməli olduğunu və nə üçün ipoteka müqaviləsi bağlamadıqlarını aydınlaşdırmamışlar. Məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlara obyektiv və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmələr öz qətnamələrində qeyd etmişlər ki, “iddiaçı notariat işində olan surətdən fərqli olaraq təqdim etdiyi etibarna mənin əslini məhkəməyə təqdim edir (etibarnamənin əsli mülki iş materiallarında olan surətlə müqayisə edildikdən sonra bu hal təsdiq edilmiş və sənədin əsli iddiaçıya qaytarılmışdır). Notariat işində olan etibarnamənin əslinin olması müəyyən edilməmişdir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş etibarnaməni mötəbər sübut kimi qəbul edib, belə qənaətə gəlir ki, 12 oktyabr 2022-ci il tarixli etibarnaməyə əsasən iddiaçı tərəfindən Cavabdeh5 onun mülkiyyətində olan əmlakı satmaq hüququ verilməmişdir.” Lakin qeyd edilən faktın, alqı-satqı müqaviləsindəki etibarnamənin saxta olması müəyyən edilmir. Belə ki, məhkəmə xüsusi biliyə malik olan şəxs deyil və bu halın araşdırılması üçün müvafiq ekspertiza təyin etməmişdir. Belə ki, iddiaçı tərəfindən Rusiya Federasiyasında Cavabdeh5 ad ına neçə etibarnamə verilməsi araşdırılmamışdır. Bundan başqa, mülki iş materiallarına iddiaçı icarə müqavilələri əlavə edərək guya əmlaka faktiki sahiblik etməsini bildirir. Həmin icarə müqavilələri notarial qaydada bağlanmamış, müqavilənin giriş hissəsində tarix fərqli göstərilmiş, imza hissəsində isə tamamilə fərqli göstərilmişdir. Həmin müqavilələr iddiaçı tərəfindən deyil, X9 tərəfindən imzalanmışdır ki, həmin şəxsin kim olması barədə məlumat isə mülki iş materiallarında mövcud deyil və iddiaçı tərəfindən həmin şəxsə etibarnamə verilməmişdir. Bu fakt bir daha təsdiq edir ki, iddiaçının bacısı oğlu Cavabdeh5 əmlakı idarə etməsi üçün etibarnamə verməsinə zərurət yox idi, onsuzda etibarnaməsi olmayan X9 belə bir icarə müqaviləsi bağlaya bilirdi. Bütün bunlar onu deməyə əsas verir ki, həm in icarə müqavilələri etibarsız olmuşdur. Məhkəmələr həmin müqavilələrin etibarlı olubolmamasını aydınlaşdırmamışdır. Cavabdeh5 iddianı etiraf etsə də məhkəmə öz qətnaməsində buna ümumiyyətlə qiymət verməmişdir. Həmin etiraf hüquqdan sui-istifadə olmaqla iddiaçı ilə Cavabdeh5 əlbir olmasını sübut edir. İşin hallarından göründüyü kimi tərəflər qohumluq münasibətində olmuşlar. Məhkəmə işin hərtərəfli araşdırılmasını təmin etməmiş, iddiaçının mübahisələndirilən əmlakı həqiqətən satmaq niyyətinin olmaması halını sübut edə bilməmişdir.
43. Kassasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə sonuncu məhkəmə hazırlıq iclası 21 oktyabr 2021-ci il tarixdə keçirilmiş və həmin tarixdə mülki işin məhkəmə baxışına təyin edilməsi barədə Binəqədi rayon Məhkəməsi tərəfindən qərardad q əbul edilmişdir. Bundan sonra məhkəmələrin qətnamə qəbul edən zaman istinad etdiyi əsas iki sübut - səs yazısı və etibarnamənin əsli məhkəməyə 27 oktyabr 2022-ci il tarixdə təqdim edilmişdir. Halbuki həmin sübutlar Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla təqdim edildiyindən qəbul edilməməli və qiymət verilməməli idi. Səs yazısı və etibarnamə isə məhkəməyə 27 oktyabr 2022-ci il tarixdə təqdim edilmişdir. Halbuki hazırlıq iclas 21 oktyabr 2021-ci il tarixdə bitmişdir. Həmin səs yazısı və etibarnamənin isə məhkəmə baxışında iddiaçı tərəfindən təqdim edilməsi əsaslandırılmamış, məhkəmədə bu maddi sübutu məhz hazırlıq iclasında deyil, baxış iclasında qəbul edilməsini əsaslandırmamışdır. Bundan başqa mübahisələndirilən məhkəmə qətnaməsində göstərilir ki, guya Cavabdeh4 iddiaçı və digər cavabdehlərlə 1-2 ildir ki, əlaqələri vardır. Halbuki bu həqiqəti əks etdirmir. Məhkəmə bu hissədə düzgün araşdırma aparmamaqla cavabdehlərlə Cavabdeh4 arasında münasibətlərin hansı tarixdən etibarən mövcud olmasını aydınlaşdırmamışdır. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsi 2021-ci ilin aprel ayında imzalanmış, məhkəmə mübahisəsi isə 2022-ci ildən başlamışdır. Məhkəmə iclası davam edən dövrdən hesablanmaqla həqiqətən cavabdehlər biri-birini bir ildən artıq müddətdə tanıyıblar. Lakin, alqı-satqı müqaviləsi bağlanmamışdan öncə tərəflər arasında hər hansı bir tanışlıq və münasibət olmamışdır. Bundan başqa, məhkəmə hərtərəfli araşdırma aparmamaqla, mübahisəli ərazidə əvvəlki icarəçilərin hansı səbəbdən və nə zaman çıxarılmasını araşdırmamışdır. Eyni zamanda, iddiaçı bildirir ki, gu ya Cavabdeh3 daha əvvəllər tanımamışdır. Bu fakt özü də həqiqəti əks etdirmir. Bundan əlavə mübahisəli sahə ilə bağlı kənar şəxslərin oraya daxil olması və fəaliyyət göstərməsi barədə AR İN yanında DVX-ə məlumat verilmişdir. Lakin bu halda məhkəmələr tərəfindən araşdırılmamışdır. İşə baxan birinci instansiya məhkəməsi səs yazısı və etibarnaməni mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla iş materiallarına əlavə etməklə yanaşı, həmin səs yazısındakı səslərin kimə məxsus olmasını, etibarnamənin hansının saxta, hansının əsl olmasını müəyyən etmək üçün müvafiq ekspertizalar təyin etməmişdir. Bütün bunlara apellyasiya instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmiş, apellyasiya şikayətini təmin etməmişdir. Əlavə olaraq məhkəmə hərtərəfli araşdırma aparmamaqla iddiaçı tərəfindən Ca vabdeh5 verilmiş etibarnamədən ölkə ərazisində digər əqdlərin bağlanılıb - bağlanmamasını da yoxlamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. İddiaçının nümayəndəsi və vəkili Vəkil5 tərəfindən Ali Məhkəməyə kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmuşdur və etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
46. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
47. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
48. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
49. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla ba ğlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
50. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
51. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yara dır, dəyişdirir və onlara xitam verir.
52. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
53. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
54. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçün cü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
55. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
56. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Cavabdeh4 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
65. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 mübahisəli əmlakı (qeyriyaşayış sahəsini) vicdanlı əldə edib-etməməsi ilə bağlı gəldiyi nəticəni Mülki Məcəll ənin 140-cı maddəsinin tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırmayıb.
66. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Cavabdeh3 mülkiyyətində olan və üzərində hər hansı məhdudiyyət, yüklülük olmayan mübahisəli əmlakı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən arvadı X5 yazılı razılığı ilə 338.000 manata Cavabdeh4 satıb.
67. Həmçinin işin mübahisə olunmayan digər hallarına görə, Cavabdeh4 əmlakın dəyəri olan 338.000 manat pul vəsaitini notariusun Bankda olan depozit hesabına köçürüb və həmin məbləğ satıcı Cavabdeh3 tərəfindən kassa çekinə əsasən məxaric edilib və həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh4 adına qeydə alınıb.
68. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının əmlakı satmaq niyyəti olmayıb və bu səbəbdən də müvafiq səlahiyyəti olmayan Cavabdeh5 onun adından bağladığı əqd iddiaçının iradə ifadəsinin təzahürü kimi qəbul edilə bilməz.
69. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh4 əmlakı əldə edərkən daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi olmayıb, həmin əmlak saxta etibarnamə əsasında iddiaçının mülkiyyətindən çıxarılmış vəziyyət alıb (reyestrdə bu cür görünür). Bundan başqa, Cavabdeh4 nümayəndəsinin izahatı ilə təsdiq olunur ki, o sözügedən əmlakın alqı-satqısı ilə bağlı Cavabdeh3 ilə deyil, Cavabdeh5 ilə danışıqlar aparıb, qiyməti sonuncu ilə razılaşdırıb, əmlakın iddiaçıya məxsus olduğunu və onun tərəfindən Cavabdeh5 adına etibarnam ə verildiyini bilib. Belə olan halda, əmlaka dair müqaviləni onu 2 gün əvvəl 70.000 manata satın almış şəxslə bağladığı zaman Cavabdeh4 müəyyən şübhə yaranmalı, əmlakın hansı səbəblə birbaşa deyil, digər şəxsin adına keçirilməsindən sonra ona satılması ilə bağlı izaha ehtiyac duyulan suallar ortaya çıxmalı idi. Lakin o, hansısa səbəbdən kifayət qədər ciddi olan bu məsələyə əhəmiyyət verməyib və beləliklə də Cavabdeh4 vicdanlı alıcı olduğunu qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyil və müqaviləni bağlayarkən o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməyib.
70. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və Cavabdeh4 kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
71. Əvvəla, mül ki qanunvericiliyə görə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun tənzimlənir. Əmlakı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda əldə edən əmlakın mülkiyyətçisi olur. Vicdanlılıq faktı əmlak verilənə qədər mövcud olmalıdır.
72. Beləliklə, əmlak üzərində mülkiyyət və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir. Yəni, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəl ərində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapıb.
73. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı əmlakı əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur.
74. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Qanunun 2ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
75. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzər ində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüqüqunu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin, məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndi rilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir.
76. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Lakin, bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur.
77. Hazırkı halda, alıcı Cavabdeh4, əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə, həmin əmlakı iddiaçının etibarnamə üzrə nümayəndəsi Cavabdeh5 deyil, alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə bilavasitə mülkiyyətçinin özündən, yəni Cavabdeh3 satın alıb.
78. İşin bu halları mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair çıxarışla, həmin əmlakın üzərində hər hansı məhdudiyyətin və yüklülüyün olmamasına dair arayışla, əmlakın satılmasına dair satıcı Cavabdeh3 arvadı X5 yazılı razılıq ərizəsi, habelə əmlakın dəyərinin Cavabdeh4 tərəfindən tam məbləğdə ödənilməsinə dair Bank sənədləri və sair sübutlarla da təsdiq olunur. Başqa sözlə, əmlaka dair Cavabdeh3 ilə Cavabdeh4 arasında notarial qaydada 13 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlak barədə hər hansı üçüncü şəxsin, o cümlədən İddiaçı iddiası olmayıb və əmlakın iddiaçının iradəsi olmadan özgəninkiləşdirilməsi isə Cavabdeh4 yalnız 2022-ci ilin mart ayından sonra məlum olub.
79. Belə ki, Cavabdeh4 iddiaya etiraz ərizəsindən, habelə ona əlavə edilmiş sənədlərdən görünür ki, əmlaka dair Cavabdeh3 ilə Cavabdeh4 arasında sözügedən alqısatqı müqaviləsi bağlandıqdan 11 ay sonra, yəni 18 mart 2022-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Cavabdeh5 öz adından müvəqqəti təminat tədbirinin görülməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, əmlakın üzərinə həbs qoyulması, cavabdehə və üçüncü şəxslərə həmin əmlak üzərində hər hansı hərəkətin edilməsinin (istifadə olunması, boşaldılması, təmir edilməsi və sair) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş edib və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdehə qadağan edilib.
80. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsinin təfsirində səhvə yol verərək, vicdanlılıq faktının sözügedən əmlakın Cavabdeh4 satılanadək artıq mövcud olduğunu, əmlaka dair Cavabdeh3 adına səlahiyyətli orqan tərəfindən aparılmış reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyinin və tamamlığının prezumpsiyasının qüvvədə sayılmasını nəzərə almayıb.
81. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh4 dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq mübahisəli əmlak üzərində mülkiyyət hüququ əldə etdiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnamədə istinad etdiyi hallar, yəni iddiaçının əmlakı satmaq niyyətinin olmaması, əmlak üzərində sərəncam verərkən təmsilçi Cavabdeh5 səlahiyyət həddini aşması, habelə Cavabdeh4 əmlakın alqı-satqısı i lə bağlı Cavabdeh3 ilə deyil, Cavabdeh5 ilə danışıqlar aparması, qiyməti sonuncu ilə razılaşdırması və sair Cavabdeh4 əmlakı vicdanlı əldə etməməsi nəticəsinə gəlməyə əsas vermir.
82. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi digər hallar, yəni Cavabdeh4 Bayram oğlunun iddiaçı tərəfindən Cavabdeh5 etibarnamə verdiyini bilməsi, əmlaka dair müqaviləni onu 2 gün əvvəl 70.000 manata satın almış şəxslə bağladığı zaman onda hər hansı şübhə yaratmaması, əmlakın hansı səbəblə birbaşa deyil, digər şəxsin adına keçirilməsindən sonra ona satılması ilə bağlı izaha ehtiyac duyulan sualların ortaya çıxması, lakin onun hansısa səbəbdən kifayət qədər ciddi olan bu məsələyə əhəmiyyət verməməsi, əmlaka dair reyestrdə aparılmış qeydin qeyri-dəqiq olmasıni bilməsi kimi qiymətləndirilə bil məz.
83. Belə ki, mülki qanunvericilikdə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri, yəni əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri ilə tənzimlənir və həmin norma daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin norma əslində reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.
84. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140-cı maddəsinin dispozitiv şərtlərini nəzərə alma dan əsaslandırmağa çalışıb və Cavabdeh4 əmlaka dair reyestrdə aparılmış qeydin qeyri-dəqiq olmasını bilibbilməməsi ilə bağlı işin hallarını kifayət qədər araşdırmayıb və onun əmlakı Cavabdeh3 üçüncü şəxslərin hüquqlarından azad formada əvəzi ödənilməklə satın almasına əhəmiyyət verməyib.
85. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, əqd əsasında özgəninkiləşdirənin, yəni Cavabdeh3 adına qeydiyyata alınmış əmlaka mülkiyyət hüququ əldə edən Cavabdeh4 xeyrinə reyestrdəki qeyd, bu qeydə dair iddiaçının hər hansı etirazı reyestrə daxil edilmədiyi, habelə əmlakı əldə edən Cavabdeh4 həmin qeydin qeyri-dəqiq olmasını bilməsi kifayət qədər araşdırılmadığı üçün, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə əsasən qanuni və əsas lı sayıla bilməz. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
86. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(103)-4015/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.