Məhkəmə qərarları › İş №2(102)-660/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-660/2021

03.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-660/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "İddiaçı” (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin Cavabdeh na qarşı, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin müstəqil tələb irəli sürməyən şəxs qismində iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı "İddiaçı” (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin vəkili X1, Cavabdeh nun və vəkili Vəkil Amil oğlunun iştirakı ilə, Bakı Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5011/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə Bakı şəhəri Binəqədi rayonu ərazisində, Azərbaycan Respublikasının xx xxxxx 2005ci il tarixli, 901 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinat və şirkətin saziş ərazi hüdudları daxilində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı şirkəti ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh nun Şirkətin Saziş ərazi hüdudları, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152961 və 152723 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 1529 61 və 152723 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. xx xxxxxxxx 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş (bundan sonra – Saziş) imzalanmış və xx xxxxx 2005-ci il tari xində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4cü bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və AZEN Oyl Kompani Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və İddiaçı Şirkətləri arasında imzalanmış X2 3-cü maddəsinin müddəala rına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdehin dö vlətin müstəsna mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Torpaq Məcəlləsinin aidiyyəti maddələrinin tələblərini pozmuşdur. İddiaçı tələbin hüquqi əsası kimi, Mülkü Məcəllənin 180-ci maddəsinə həmçinin “Memarlıq fəaliyyəti haqqında” Qanuna, “Torpaqların alqı-satqı Qaydaları”na, “Yerin təki haqqında” Qanuna, “Texniki təhlükəsizlik haqqında” Qanuna və digər normativ hüquqi aktlara istinad etmişdir.

4. Cavabdehin vəkili birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 598 saylı, xx xxxx 2006-cı il tarixli qərarı ilə Biləcəri bələdiyyəsinin hüdudlarında 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə Cavabdeh nun adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi a yrılarkən X4 İdarəsi, Binəqədi su-Kanal idarəsi, Binəqədi rayon Enerji İstismarı idarəsi yerində baxış keçirilməklə orada evin inşasına maneə yaradan hər hansı obyektlərin olmaması göstərilməklə rəsmi cavabdeh şəxslərin imzası və ştampları ilə rəsmiləşdirilmişdir. Digər tərəfdən cavabdehin istinad etdiyi Sazişdə konkret olaraq göstərilmişdir ki, özbaşına tikilinin onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq, Şirkətin qanuni istifadəsinə qaytarılması Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandadağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü nəzərdə tutulmuşdur. Həmin sazişdə Biləcəri qəsəbəsi nəzərdə tutulmamışdır. Həmçinin, 152961 və 152793 saylı neft quyularının konkret hansı Bələdiyyənin ərazisində yerləşmə si də barədə rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia ərizəsinin verilməsi üçün 3 illik iddia müddətini də üzürsüz səbəbdən buraxmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(001)114/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə, Mülki Məcəllənin 180-cı və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, xx xxxxxxxx 2003-cü il tarixli qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti ara sında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Saziş tərəfləri arasında imzalanmış X2 3-cü maddəsinin müddəalarına əsasən İddiaçı əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu Birgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir. Sadalanan maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh, iddiaçının qanuni istifadəsində olan sahədə inşa etdiyi özbaşına tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının (hakimlər-F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) xx xxxx 2020-ci il tarixli, 2(103)-5011/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Milli Məclisinin xx xxxxx 2005-ci İl, 901-İİQ nömrəli qanunu ilə "Azərbaycan Respublikasında Binəqədi, Qı rməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X5 Bİ.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş" təsdiq edilməklə qəbul olunmuş və onun həyata keçirilməsinə icazə verilmişdir (Qanunuun 1-ci bəndi). Qanunun mahiyyətindən də göründüyü kimi, AR-nın adından çıxış edən ARDNŞ ilə X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişdə qeyd edilən neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü İlə bağlı məsələlər barədə razılığa gəlinmişdir. Həmin Sazişlə göstərilən sahə barədə əvvəllər bağlanmış hər hansı bir sazişin, kontraktın və bu kimi digər sənədlə verilə bilən bütün hüquq və vəzifələrin lə ğv edilməsi qeyd edilir (Qanunun 5-ci bəndi). Yəni, kontrakt sahəsi barədə vaxtı ilə bağlanmış və yalnız neft yataqları barədə olan kontraktlar nəzərdə tutulmuşdur. Çünki qeyd edilən Saziş AR-sı ilə digər neft şirkətləri arasında olan müqavilələrə aid olunmaqla, beynəlxalq hüquq normaları statusuna malikdir. Buraya digər fiziki və ya hüquqi şəxslərin bağladığı müqavilə və ya bu kimi digər hüquq müəyyənedici sənədlərin nə nəzərdə tutulması, nə də ki onların tətbiqi mümkün ola bilməz. Çünki neft yataqları ilə bağlı hüquq münasibətlərinin həli və ya onların tənzimetməsi Dövlətin (AR-nın) müstəsna səlahiyyətləri çərçivəsindədir. Hətta, qeyd edilən Sazişin ARDNŞ-nin Dövlətin adından bağlanmasına icazə verilməsinə AR-nın Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 nömrəli Sərəncamı ilə müəyyən edilmişdir (Sərəncamın 1-ci bəndi). Beləliklə, xx.xx.2005-ci il tarixli Qanunun hazırki mübahisəyə heç bir aidiyyatı yoxdur və həmin qanunla təsdiq edilmiş Sazişin də müddəalarının tətbiqi Saziş iştirakçılarının (tərəflərin, podratçılarımın və s.) dairəsinə aiddir. Ancaq iş üzrə iddiaçı Sazişdə ona verilmiş bu səlahiyyətlərdən sui-istifadə etməklə, cavabdehin qanuni sahiblik və istifadəsində olan torpaq sahəsindən çıxarılmasına nail olmaq üçün belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. İkinci bir tərəfdən, xx.xx.2005-ci il tarixli Qanunun qəbul olunması zamanı bu sahəni tənzimləyən normativ hüquqi aktların olmaması və Sazişdə onun təsdiq edilməsindən sonra Qanun statusunun verilməsi artıq həmin Sazişin dövlətdaxili normativ hüquqi akt olması statusunu yaratmışdır. Bu isə onu bildirir ki, həmin Saziş münasibətlərin hüquqi cəhətdən tənzimində normativ hüquqi akt sayılır. Özü də Sazişin, ona əlavələrin və hökümtə təminatlarının da Qanun olması adı çəkilən qanunla da müəyyən edilir və sonradan da onun digər qanunvericilik aktlarında üstün hüquqi qüvvəyə malik olması göstərilir (Qanunun 4-cü bəndi). Göründüyü kimi, Qanunun Özünün mahiyyətinə görə, Qanunun tətbiqi sırf neft sahəsinin yerləşdirdiyi bloka aid olan normativ hüquqi sənədlərdən üstünlüyünü müəyyən edir. Çünki Sazişin mahiyyəti Beynəlxalq hüquq normalarından irəli gələn öhdəliklərin təminatının məntiqi sonluğunu yaradır. Əgər Saziş dövlətdaxili hüququn tərkib hissəsi olsa idi, onun (Sazişin) sonradan ratifikasiyasına və xx.xx.2005-ci il tarixli qnunun qəbul olunmasına ehtiyac qalmazdı. Bu isə onunla nəticələnir k i, haqqında danışılan Saziş və onun da qanun olaraq hüquqi status verən xx.xx.2005-ci il tarixli Qanunun tətbiqi Sazişdə qeyd edilən neft sahələri üzrə bağlanmış və beynəlxalq hüquq normalarına uyğun olan digər müqavilələri nəzərdə tutmuşdur ki, bu mübahisəyə də həmin aktların tətbiqi yolverilməzdir. İddiaçının verdiyi iddia tələbinin hüquqi cəhətdən əsaslandırılması, cavabdehin sahiblik və istifadəsində olan torpaq sahəsində Biləcəri qəsəbəsində yerləşən, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152961 və 152723 saylı neft quyularının təhlükəsizlik zolağında yerləşməsidir. Bunun hüquqi cəhətdən sübut olunması isə birinci instansiya məhkəməsinin təşəbbüsü İlə təyin edilmiş ekspert rəyinə uyğun həll edilmişdir. Belə ki, mülki iş üzrə keçirilmiş məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli, 28615 nömrəli rəyi ilə qeyd edilən neft quyularının təhlükəsizlik zolağı daxilində olub-olmamasının müəyyənləşdirilməsini mümkün olmadığı qeyd edilmişdir(göstərilir). Göründüyü kimi, Saziş üzrə Biləcəri qəsəbəsində yerləşən neft quyuları barədə razılıq olmadığından və hazırki iş üzrə istinad edilən neft yataqlarının da təhlükəsizlik zolağı daxilində olub-olmamasının müəyyənləşdirilə bilinməməsi halında iddia tələbinin bu hissədə təmin olunması tamamilə əsassızdır. Əgər iddiaçının iddia etdiyi neft quyuları təhlükəsizlik zolağında olub-olmamasının müəyyənləşdirilməsi mümkün deyildirsə, onda iddia tələbi əsassızdır. Sübut etmə yükü də iddiaçının üzərindədir və iş üzrə də digər hər hansı bir ekspert rəyi qəbul edilməmişdir. Ekspert tərəfindən haqqında danışılan neft quyuları barədə b u qaydada rəy verməsi də təbiidir. Ona görə ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə Sazişdə qeyd edilən ərazilərə aidiyyatı yoxdur. Çünki Biləcəri qəsəbəsində yerləşən neft yataqları barədə Sazişdə qeyd edilməmişdir. Belə olan halda, həmin Sazişin hazırki mübahisə ilə bağlılığı tamamilə itmiş olur. İş üzrə qeyd edilən normativ hüquqi akta ancaq birinci instansiyanın qərarında istinad edilir və bu barədə apellyasiya instansiyası toxunmur (Bİnəqədi Rayon Məhkəməsinin Qətnaməsinin 3cü səhifəsinin ikinci abzasının 4-cü cümləsi). Məhkəmənin bu qərara istinad etməsində məqsəd, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına olmasını hüquqi cəhətdən əsaslandırmaq istəməsidir. Qeyd edilən qərar həmin tarixdə qəbul edilməklə, “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdir ilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları"dır. Həmin normativ sənəd təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, yenidənqurma işlərinin aparılması və mühəndis-nəqliyyat təminatı üzrə obyekt və kommunikasiyaların yenidən qurulması, texniki yeniləşdirilməsi və onlarda dəyişikliklər edilməsi qaydalarını və ümumiyyətlə mövcud obyektlərin layihə-planlaşdırma, həcm-fəza həllərinin və təyinatının dəyişdirilməsini şəhərsalma sənədlərini işləyən layihə müəllifı(tərtibatçı) və təsdiq edən müvafiq icra hakimiyyəti orqa nları ilə razılaşdırılma qaydalarını müəyyən edir və tənzimləyir. Göründüyü kimi, normanın tənzimetmə sahəsi hazırki mübahisə predmetinə tam şəkildə bağlılığı yoxdur. Birinci instansiya məhkəməsi iddiaçıya yardım etməklə sübut etmək istəmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili bu qaydalardan kənar olaraq tikilmişdir. Ancaq iş materiallarına əlavə edilmiş və cavabdehin həmin - torpaq sahəsində inşa işlərini aparmaq səlahiyyətləri torpaq sahəsini alqısatqısı barədə akt, torpaq sahəsini yerləşdiyi yerin cizgisi, torpaq sahəsində tikintinin aparılmasına icazə verilməsi barədə Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı İl tarixli məktubu, eləcə də tikintinin aparılmasından qabaq bəzi dövlət strukturlarından alınmış məktublar iş materiallarına əlavə edilmişdir. Göstərilən bu hallar torpaq s ahəsində cavabdehin istinad edilən Qaydalara uyğun tikilinin həyata keçirilməsini özündə cəmləşdirir (Qaydaların 2-ci bəndi). Odur ki, tikilinin özbaşına olaraq həyata keçirilməsi nəticəsinə gəlinmə tamamilə əsassız və qanuna uyğun deyildir. Mübahisə predmeti üzrə məhkəmə prosesi birinci instansiya məhkəməsində gedərkən cavabdeh iddia müddətinin ötürülməsi barədə ərizə vermişdir. Ancaq həmin ərizə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməməsi barədə qeyd edilməklə kifayətlənmişdir (Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin 4-cü səhifəsinin 4-cü abzası bütünlüklə). Apellyasiya İnstansiyası isə ümumiyyətlə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməmişdir. Birinci instansiya tərəfindən iddia müddətinin tətbiq edilməməsi barədə fikrə məhkəm ənin gəlməsi əsaslandırılmamışdır. Çünki, iddiaçı 2005-ci İl tarixli qanunla həmin ərazilərin onlara məxsus olduğunu bildirir, ancaq 2018-ci il tarixə qədər bu barədə iddia irəli sürməmişdir. Əgər belə bir hal olardısa və Sazişdə qeyd edilən yataqların işlənməsi zamanı həmin tikilinin və torpaq sahəsinin boşaldılması ilə əlaqədar iddia irəli sürmək imkanı olduğu halda bunu etməmişdir. Belə çıxır ki, iddia müddəti ilə bağlı qanunvericiliyin tələb etdiyi normaların əhəmiyyəti yoxdur(!?). İstənilən şəxs istədiyi vaxtda öz istək və arzularına görə iddia ilə məhkəməyə müraciət etmək imkanı vardır? İşə baxan məhkəmə də buna göz yummaqla, iddia müddətinin tətbiq edilməməsinin hüquqi cəhətdən əsaslandırmamışdır. Baxmayaraq ki, iddiaçı hazırkı iş üzrə iddia tələblərini çoxdan irəli sürmək imkanını itirmişdir. Beləliklə, iş üzrə hallara nəzər yetirildikdə, isə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Həmçinin isin mahiyyəti üzrə deyil, başqa bir hüquq münasibətlərini tənzim edən normalara istinad edilmiş və tətbiq etməklə tövsüf olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı verilmiş etiraz belə əsaslandırılmışdır ki, şikayətin məzmunundan göründüyü kimi cavabdeh şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuzluğuna dair fikirlər qeyd etsə də, bu qanunsuzluqlan əsaslandıra biləcək heç bir mötəbər sübutunu nə şikayətində göstərməmiş, nə də şikayətə əlavə etməmişdir. Belə ki, cavabdeh 29 aprel 2{f05-ci il tarixli, 901-İİQ saylı Qanunun müddəalarını özünə məxsus formada şərh və təhrif etməklə bu Qanunun müddəalarını yalnış formada Ali Məhkəməyə çatdırmağa çalışmışdır. Halbuki, Ali Məhkəmənin icraatında bu timsalda yüzlərlə anoloji işlərə (şirkətin iddia tələblərinə) baxılmış və ədalətli qərarlar qəbul edilmişdir. İddiaçının iddiasında istinad etdiyi Qanunda (Saziş) cavabdehin qeyd etdiyi fikirlərin heç biri öz əksini tapmır, yəni Qanunda cavabdehin göstərdiyi kmi konkret olaraq, “bu Qanunun vaxtı ilə bağlanmış və yalnız neft yataqları barədə olan kontraktlar nəzərdə tutulmuşdur, Buraya digər fiziki və ya hüquqi şəxslərin bağladığı müqavilə və ya bu kimi digər hüquq müəyyənedici sənədlərin nə nəzərdə tutulması, nə də ki onların tətbiqi mümkün ola bilməz” kimi hər hansı fikir və ya ifadə göstərilməmişdir. Cavabdehin “iş üzrə keçirilmiş eksper tizanın nəticəsinə dair” fikrinə münasibətdə cavabdeh bildirir ki, məhkəmə qətnaməsindən də göründüyü kimi, qətnamədə “Məhkəmə Ekspertizası Mərkəzinin 28615 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh tərəfindən inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsinin Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları və Şirkətin Saziş ərazisi hüdudları daxilində yerləşdiyi, lakin 152961 və 152723 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində olub-olmaması barədə məlumatın elektron bazada aşkar edilmədiyi” qeyd olunmuşdur. Bu o anlama gəlmir ki, elektron baza sistemində quyular görünmürsə demək, torpaq Saziş ərazisi deyildir. Çünki rəydə ilk olaraq ərazinin Saziş ərazisi olması təsdiq olunmuş, daha sonra isə torpaq sahələsinin quyuların mühafizə zolağı d axilində olub-olmaması barədə qeyd aparılmışdır. Həmçinin şirkətin iddia tələbi mübahisəli torpaq sahəsinin məhz kontrakt sahəsinin hüdudları daxilində olması əsası ilə məhkəmədə qaldırılmışdır. Yəni Şirkət özünə məxsus olan torpaqda mövcud olan özbaşına tikilini mübahisələndirmişdir. Cavabdehin iddia müddətinin ötürülməsi” ilə bağlı dəlili ilə əlaqədar qeyd edirlər ki, bu məsələdə də cavabdeh yalnış fikirdədir və bu əsassız fikirləri ilə məhkəmə kollegiyasının ədalətli qərar qəbul etməkdən yayındırmağa çalışmışdır. Yəni mülki qanunvericiliyin tələbinə görə şirkətin torpaq münasibətləri ilə bağlı bu tip iddialarına iddia müddətləri şamil edilmir. Həmçinin, sözügedən torpaq sahəsinə dair Biləcəri Bələdiyyəsi tərəfindən torpaq sahəsinin Cavabdeh ayrılması barədə qəbul edilmiş 508 saylı, xx.xx.2006-cı il tarixli qərarı da Şirkət tərəfindən məhkəmədə mübahisələndirilmişdir və həmin iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1563/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadında göstərilmişdir ki, “Məhkəmə hesab edir ki, artıq qəbul olunduğu andan qanuna zidd aktın yenidən məhkəmə qərarı ilə qanunsuzluğunun tanınmasına lüzum yoxdur və buna görə də iddia mümkün sayılmamışdır”. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etirazın dəlillərini müdafiə edərək şikayətin rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsi:

14. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

15. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

16. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəməni n qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiya sı məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

23. Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28615 nömrəli ekspert rəyinə əsasən Cavabdeh tərəfindən inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli, 901 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinattan və şirkətin saziş ərazi hüdudları daxilindədir, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152961 və 152723 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində olub-olmaması barədə məlumat elektron bazada aşkar edilməmişidr. Cavabdeh tərəfindən inşa olunan tikilnin yerləşdiyi torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğu və iş materiallarında sənəd olmadığına görə həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarın a əsasən tikinti norma qaydalarına uyğun inşa olunmadığı müəyyən olunmuşdur.

24. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddia tələbinin hüquqi əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 180-ci maddəsinin dispozisiya şərtləri hazırkı işdə aşkar edilmişdir. Mübahisəli sahənin və tikilinin adı çəkilən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinat və saziş ərazi hüdudları daxilində yerləşməsi, torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olması, habelə tikilinin müvafiq tikinti norma qaydalarına uyğun inşa olunmadığı ekspertiza rəyi ilə təsdiqlənmişdir. Cavabdeh də həmin sahəyə və tikiliyə özünün qanuni sahibliyi və digər əmlak hüquqlarına dair mötəbər sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Eyni zamanda iddia müddətinin tətbiqinə dair cavabdehin mövqeyi əsaslı sayıla bilməz. Belə ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil olunmur (MM, maddə 157.8, 384.0.4). Odur ki, apellyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur.

25. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şik ayəti təmin olunmamalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5011/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar