Məhkəmə qərarları › İş №2(102)-6607/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6607/2019

16.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6607/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X3 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və vəkili ***, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli, 2(103)4128/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov) 2(006)-1826/2017 saylı 28 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edil mişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov) 11 yanvar 2018-ci il tarixli 2(103)-1296/18 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, 28.10.2016-cı il tarixdə İddiaçı adından nümayəndəsi X7 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,53 kv.m olan 2 otaqlı mənzilin 1 otağının bağışlanması barədə 22 saylı DNK tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması barədə müqavilə və onun hüquqi nəticələri etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Ə.İbayev, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) 20 aprel 2018-ci il tarixli 2(102)-2879/18 saylı Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) 04 iyul 2018-ci il tarixli 2(103)-7232/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(006)-1826/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,53 kv.m olan 2 otaqlı mən zilin 1 otağının bağışlanması barədə 28.10.2016-cı il tarixdə bağlanmış və 22 saylı DNK tərəfindən reyestrdə 4-Ə-117 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması barədə müqavilə və onun hüquqi nəticələri etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.M.Rüstəmov, M.T.Əhmədova və Ə.G.Nurməmmədov) 07 yanvar 2019-cu il tarixli 2(102)-116/19 saylı Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) 22 aprel 2019-cu il tarixli, 2(103)-4128/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin ed ilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(006)-1826/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Ədliyyə Nazirliyi 22 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.10.2016-cı il tarixdə onun adından nümayəndəsi X7 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,53 kv.m olan 2 otaqlı mənzilin ½ hissəsinin bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi, cavabdehlərin hər birindən 5.000 manat olmaqla, cəmi 10.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia çı tələbini belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilin 1 (bir) otağı mülkiyyət hüququ ilə ona, digər 1 (bir) otağı isə bacısı X5 məxsus olmuşdur. Onunla T.Bağırlı sağlığında belə razılaşmışlar ki, həmin mənzili satıb hər biri ayrı-ayrılıqda iki ədəd bir otaqlı mənzil alsınlar. Bu məqsədlə 10 iyul 2013-cü il tarixdə T.Bağrlının adına 22 saylı Notariat Kontorunda notarius X1 təsdiqi ilə etibarnamə rəsmiləşdirdilər. Bu barədə etibarnamə rəsmiləşdirildikdən sonra həm onun, həm də bacısının sağlamlığında problemlər yarandığından evin özgəninkiləşdirilməsinə dair planları təxirə salmalı olmuşlar. Bacısı səhhətində yaranmış problemlə əlaqədar 27 noyabr 2016-cı il tarixdə vəfat etmiş və el adəti üzrə dəfn mərasimi keçirildikdən sonra o, mülkiyyətində olan mənzilə gələ rkən həmin mənzilin qapsının bağlı olduğunu və mənzilin açarlarının dəyişdirildiyini görmüşdür. O, mənzilinin açarlarının kim tərəfindən dəyişdirilməsini öyrənmək üçün ərazi üzrə MKİS-nə getmiş və orada ona məlum olmuşdur ki, mənzilin giriş qapsının açarlarını mənzilin yeni sahibi, iş üzrə digər Cavabdeh1 dəyişdirmişdir. Beləliklə Cavabdeh1 hansı əsasla və hansı tarixdə ona məxsus mənzilə sahib çıxmasını öyrənmək və dəqiqləşdirmək üçün aidiyyatı üzrə cavabdeh olan Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən almış cavab məktubunun məzmunundan məlum olmuşdur ki, mülkiyyət hüququ ilə ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilin 1 (bir) otağı bacısı T.Bağırlı tərəfindən onun 10 iyul 2013-cü il tarixdə verdiyi etibarnamə əsasında 28 oktyabr 2016-cı il tarixdə Cavabdeh1 bağışlanmışdır. 10 iyul 2013-cü il tarixdə etibarnamə verərkən onun və mərhum bacısının niyyəti həmin etibarnamə əsasında ancaq həmin mənzilə dair hazır olan sənədləri imza etmək olmuşdur. 10 iyun 2013-cü il tarixdə Tahirənin adına Notariat Kontorunda etibarnamə verərkən həmin etibarnamənin məzmunu latın qrafikası ilə yazıldığından həm o, həm də bacısı oxuya bilməmiş və etibarnamənin mahiyyəti və məzmunu notarius tərəfindən onlara izah olunmamışdır. Həmin iş üzrə cavabdeh Notariat Kontoru onun adından verilmiş etibarnamə əsasında T.Bağırlı tərəfindən bağışlanma müqaviləsini rəsmiləşdirməyə səlahiyyətli deyildir. Ona görə ki, onun tərəfindən həmin etibarnamədə Bağırlı Tahirəyə konkret olaraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəs i, ev 14 ünvanında yerləşən 17 saylı mənzilinin ona məxsus 1 (bir) otağının bağışlanılmasına səlahiyyət verilməmişdir. Cavabdeh İddiaçı T.Bağırlının ağır xəstə olmasını və çox yaşamayacağını qabaqcadan bilmiş və özünü idarə edə bilməməsindən sui-istifadə edərək bağışlama müqaviləsinə qol çəkdirməklə, ona aid mənzili aldatma yolu ilə ondan gizlincə rəsmiləşdirmiş, bunu həm ondan, həm də digər qohumlardan gizli saxlamış, müqavilə rəsmiləşdirildikdən sonra iki ay keçməmiş, yəni 27 noyabr 2016-cı il tarixdə bacısı vəfat etmişdir. T.Bağırlının yaşlı və qoca olmasından, görmə qabiliyyətinin zəıfləməsindən və öz hərəkətlərinin mənasını başa düşə bilməməsindən sui-istifadə edərək bacısının adına olan bir otağa dair öz adına vəsiyyətnamə də yazdırmışdır. Baxmayaraq ki, bacısı özünə aid otağı ilk dəfə vəsiyyətnamə əsasında başqa şəxsə vəsiyyət etmişdir. İddiaçı həm ona aid bir otağı bağışlama müqaviləsi ilə, həm də bacısına aid bir otağa dair vəsiyyətnamə yazdırmaqla bütöv mənzili gələcəkdə öz adna keçirməyi qabaqcadan planlaşdırmış, digər cavabdeh 22 saylı Notariat kontoru ilə gizlin əlaqəyə girmiş, onun və bacısının xəstə, qoca və görmə qabiliyyətinin zəifləməsindən, yəni fəaliyyət qabiliyyətli olmadığından, həmçinin latın qrafikası ilə yazıb-oxuya bilməmələrindən, habelə mərhum T.Bağırlının, həm də özünün ona olan etibarından sui-istifadə edərək, aldatma yolu ilə onun və bacısının əmlak hüquqlarına sahib çıxmış və ona külli miqdarda ziyan vurmuşdur. Cavabdeh1 bu qanunsuz hərəkətləri qabaqcadan düşünülmüş və planlaşdırılmışdır. Ona görə də, Cavabdeh1 əməlində dələduzluq cinayətin in tərkib əlamətlərinin olub-olmamasının yoxlanılması məqsədi ilə xüsusi qərardad çıxarılmalı və müvafiq tədbir görülməsi üçün rayon Prokurorluğuna göndərilməlidir. Hər bir halda bağışlama müqaviləsi əsasında bağışlanan mənzil onun mülkiyyətidir. Bacısı Tahirə həmin müqavilədə təmsilçi kimi çıxış etmişdir. Bu səbəbdən də müqavilə rəsmıləşdirilərkən həmin müqavilənin mahiyyəti və məzmunu barədə notarius tərəfindən mütləq ona məlumat verilməli idi. Notariat Kontoru 28 oktyabr 2016-cı il tarixdə bağışlama müqaviləsini rəsmiləşdirərkən etibarnamə əsasında onu təmsil edən T.Bağırlının əmək qabiliyyətli olmadığını, xəstə olmasını, öz hərəkətlərinin mənasını başa düşməməsini və fəaliyyət qabiliyyətli olmadığını yoxlamamış və qanunsuz notariat əməliyyatı aparmışdır. 2013-cü ildən indiyə kimi sözüg edən etibarnamənin onda və ya bacısında olması hər ikisi üçün naməlum olmuşdur. Həmin etibarnaməni İddiaçı onların xəbəri olmadan götürmüş və gizlətmişdir. İddiaçı ilə yaxın qohumluq münasibətində olduqları üçün belə niyyətdə olmasını düşünə bilməzdilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, qeyd olunan işlərdə həmin vəsiyyətnamədə də imzalar və yazı Bağırlı Tahirəyə məxsus deyil. Onun yazı nümunələri tərəflərindən məhkəməyə təqdim edilsə də, bununla bağlı xəttşünaslıq ekspertizası keçirilməli olduğu halda keçirilməmiş, bu kimi hallara məhkəmə diqqət yetirməməklə münasibət bildirməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Abduləzizli Şair Abbas oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh1 nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qay dada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 22.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 14 saylı evin 16 saylı mənzilinin 1 otağına mülkiyyət hüququ 25.02.2015-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəfindən X5 10.07.2013-cü il tarixdə 10.07.2018-ci il tarixədək onu notariat kontorunda təmsil etmək, adından bağışlama müqaviləsini imzalamaq, lazımi sənədlər təqdim etmək, ərizə yazmaq, imzalamaq və bu tapşırıqla bağlı bütün zəruri hərəkətləri adından etməyi etibar etməsi barədə etibarnamə vermişdir. İddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh2 xüsusi notariusu Ş.Gülməmmədov tərəfindən təsdiq olunmuş, 4Ə-117 reyestrlə qeydə alınmış 28 oktyabr 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 (İddiaçı nümayəndəsi qismində) paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 14 saylı evin 16 saylı mənzilinin İddiaçı paylı mülkiyyət hüququ ilə aid olan 1 otağı Cavabdeh1 bağışlamışdır. X7 27.11.2016-cı il tarixdə vəfat etmişdir. Mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. İddiaçı hesab etmişdir ki, 28.10.2016-cı il tarixdə onun adından nümayəndəsi X7 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 37,53 kv.m olan iki otaqlı mənzilin bir otağının bağışlanması barədə 22 saylı DNK tərəfindən təsd iq edilmiş “Daşınmaz əmlakın bağışlanması barədə” müqavilə onun iradə ifadəsi və tapşırığı olmadan bağlanmışdır. Ona görə də Mülki Məcəllənin 777.1, 777.2, 778.1, 389.1, 390.1, 666.1 və 337.1-ci maddələrinə əsasən həmin müqavilə etibarsız hesab edilməlidir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmas ı müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəyə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəyə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Apellyasiya instanisyası hesab etmişdir ki, İddiaçı 10 iyul 2013-cü il tarixdə X5 beş il müddətinə etibarnamə verərək öz adından notariat kontorunda onu təmsil etməyi və bağışlama müqaviləsini imzalamağı ona həvalə etmişdir. Həmin müqavilə notariat qaydasında təsdiq olunmuş və 10 iyul 2018-ci il tarixə kimi hüquqi qüvvəyə malik olmaqla, iddiaçı tərəfindən ləğv edilməmişdir. Etibarnamə alğı-satqı və ya başqa əqdin deyil, yalnız bağışlanma müqaviləsinin bağlanması üçün verilmişdir. Beləliklə, İddiaçı 10 iyul 2013-cü il tarixli etibarnamə ilə öz adından bağışlama müqaviləsini imzalamaq səlahiyyətini bacısı X5 verməklə iradə ifadəsini bildirmiş və etibarnaməni verməklə X5 müvafiq tapşırıq vermişdir. Ona görə də İddiaçı bağışlama müqaviləsi bağlanması üçün əlavə tapşırıq verməsinə ehtiyac olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında müqavilənin etibarsızlığı ilə bağlı hər hansı başqa hallar (etibarnaənin məzmununun notarius tərəfindən təhrif edilməsi, X8 bağışlama müqaviləsini bağlayarkən öz hərəkətlərinin mənasını dərk etməməsi və s.) müəyyən edilməmiş, nə də iddiaçı tərəf bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. X8 əqd bağlanan ərəfədə xəstə olması və bir neçə dəfə təcili tibbi yardıma müraciət etməsi isə onun hərəkətlərinin mənasını dərk etməməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, bağışlama müqaviləsindən görünür ki, mərhum Tahirə Bağırlı notariusda olmaqla, onun fotoşəkli çəkilmiş və notarius tərəfindən fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Bu halları şübhə altına almağa əsaslar mövcud deyil. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, iddiaçının rəhbər tutduğu maddi hüquq normalarının dispozisiya şərtləri mövcud deyil, ona görə də iddia təmin oluna bilməz. Eləcə də, bağışlama müqaviləsinin etibarsızlığına əsaslar olmadığından, iddiaçı tərəfindən mübahisələndirmə müddətinin (kəsici müddətin) ötürülüb-ötürülməməsinin əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iddianın əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddianın mənəvi ziyanla bağlı hissəsinə dair qeyd etmişdir ki, hazırki tələb üzrə əqdin etibarsız hesab edilməsi hissəsində iddia təmin olunamadığından, onunla birbaşa bağlı olan mənəvi ziyan tələbi təmin edilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsas sızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassator kassasiya şikayətində bağışlanma müqaviləsindəki imzanın bacısına məxsus olmamasını qeyd etməklə apellyasiya instanisyası məhkəməsi tərəfindən xətşünaslıq ekspertizasının keçirilməməsini prosessual pozuntu hesab etsə də, kollegiya bu dəlillə razılaşmır. Belə ki, iddiaçı bu dəlilə nə birinci, nədəki apellyasiya instansiyası məhkəməsində işə baxılarkən toxunmamış, habelə ümumiyyətlə müqavilədəki imzanın bacısına məxsus olmamasını mübahisələndirməmişdir. Belə olduğu halda, apellyasiya instanisyası məhkəməsi haqqlı olaraq imzanın yoxlanılması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelly asiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bu dəlilin ilk dəfə kassasiya şikyətində qeyd edilməsi ilə bağlı isə kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsində işin faktiki halları ilə bağlı dəlillərə qiymətin verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Odur ki, iddiaçı tərəf bacısının müqaviləsindəki imzanın onun tərəfindən icra edilməsini aşağı instansiya məhkəmələrində mübahisələndirmədiyindən, mevafiq ekspertizanın keçirilməməsindən ibarət apellyasiya instansiyası məhkəməsinin hərəktlərində hər hansı prosessual pozuntu olmamışdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli, 2(103)-4128/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar