Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-661/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs cəlb edilməklə) Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta müqaviləsi, sığorta ödənişi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin həyata keçiri lməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4881/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli Kredit müqaviləsinə əsasən Həsənov Rövşən Mais oğluna 168 ay müddətinə illik 4% dərəcəsi ilə 26900 manat məbləğində ipoteka krediti verilmişdir.
2. İpoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında üç tərəfli xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinə müqavilə bağlanmışdır. 3. xx.xx.2020-ci il t arixli Sığorta şəhadətnaməsinə əsasən, sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTBM-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsinə üzrə sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəliyi və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manatdır.
4. Həsənov Rövşən Mais oğlu tərəfindən imzalanmış ərizəyə əsasən, R.Həsənov tibbi müayinədən keçmədiyinə görə və ya yanlış və natamam məlumatların təqdim olunması, hə mçinin məlumatları təqdim etməkdən imtina, baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas olmasına razılıq vermişdir.
5. Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür.
6. İddiaçı1 və Həsənli X1 Rövşən Mais oğlunun övladlarıdır.
7. Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin tərtib etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”nin 1-ci hissəsinin “a” bəndinə əsasən, Həsənov Rövşən Mais oğlunun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), “b” bəndinə əsasən əvvəlcə mövcud olan səbəb kimi “essensial (birincili) hipertenziya” (15 il) çıxış edir.
8. Həmin şəhadətnaməyə Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən düzəliş edilmiş və əvvəlcə mövcud olan səbəb “essensial (birincili) hipertenziya” (15 il) sözü “5 gün” sözü ilə əvəz edilmişdir.
9. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən, İddiaçı1 və Həsənli X1 Rövşən Mais oğlunun vərəsələridir və miras əmlak olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzildən ½ hissədə pay almışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 24591,59 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, 5714,33 manat pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 181 manatın iddiaçılara ödənilməsi vəzifəsinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasın ı xahiş etmişlər.
11. Bank "xxxx" ASC və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.
12. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB-M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanaraq sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəliyi və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manat təşkil edir.
13. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə “beyindaxili beyin kötüyünə qansızma” səbəbindən vəfat etmişdir. Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və Həsənli X1 Rövşən Mais oğlunun vərəsələridirlər. Həsənov Rövşən Mais oğlunun vəfat etməsinə və nəticədə sığorta müqaviləsi sığorta hadisəsinin baş verməsinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçılara münasibətdə sığorta ödənişi həyata keçirilməmişdir.
14. İddiaçılar iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 425.1, 883.1, 884.62, 922, 926.1, 928 və 935.2-ci maddələrinə istinad etmişlər.
15. Cavabdeh iddiaya etiraz vermişdir. Etirazın dəlilləri belə olub: - xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Həsənov Rövşən Mais oğlunun ölümünə səbəb “beyindaxili beyin kötüyünə qansızma” olmuşdur; - sığorta hadisəsinin hərtərəfli araşdırılması və sığorta ödənişinin verilməsi (və ya bundan imtina) barədə qərarın qəbul olunması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş ölümün səbəbi üzrə mövcud olan hallar haqqında məlumatların əldə edilməsi zərurəti yarandığından Göyçan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə müraciət olunmuşdur. Xəstəxananın 22 noyabr 2021-ci il tarixli 5217 nömrəli cavab məktubuna əlavə edilmiş 14 oktyabr 2021-ci il tarixli **********08 nömrəli tibbi şəhadətn amədə “beyindaxili beyin kötüyünə qansızma”ya səbəb olan xəstəlik kimi göstərilən “essensial” (birincili) hipertenziyanın R. Həsənovda 15 il davam etdiyi qeyd edilmişdir; - R.Həsənovun ölümünə səbəb olan xəstəliyin başlanma tarixi 4 mart 2020-ci il tarixli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanılmasından öncəyə, yəni 15 il əvvələ) təsadüf etdiyindən Mülki Məcəllənin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş Q-21 saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın tələblərinə əsasən Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-yə sığorta ödənişi verilməsindən imtina barədə məktub verilmişdir; - Göyçay Rayon Mərkəzi Xəstəxanası 13 dekabr 2021-ci il tarixli 5596 nömrəli və 22 dekabr 2021-cil tarixli 5731 nömrəli məktublarla yenidən Sığorta Şirkətinə müraciət edərək yuxarıda qeyd olunan ölüm haqqında tibbi şəhadətnamədə patoloji prosesin başlama tarixində mexaniki səhvə yol verildiyini, 5 gün əvəzinə 15 il qeyd edildiyini, bu səbəbdən də tibbi şəhadətnamədə dəyişiklik olunmasını bildirmişdir; - qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 31 yanvar 2018-cil tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması və Qaydası”na zidd olaraq Xəstəxana tərəfindən **********08 nömrəli ölüm haqqında tibbi şəhadətnamədə müvafiq düzəliş əl yazısı ilə, **********08 nöm rəli olum haqqında tibbi şəhadətnamədə müvafiq düzəliş isə kompüter vasitəsilə edilmişdir; - halbuki qeyd olunan Qaydaların 5.3-cü bəndinə görə tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur; - “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3-cü bəndinə əsasən sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda İ və İİ qrup əlillərə, o cümlədən xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrlə sığorta müqaviləsi bağlanmır; - Mülki Məcəllənin 935.1.6 və qeyd olunan Qaydaların 18.1.3 bəndinə görə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir; - göründüyü kimi, 4 mart 2020-ci il tarixli “İpoteka kredit i üzrə borc alanın həyat sığortası” müqaviləsi könüllü sığorta növü olduğundan, müqavilə bağlanan zaman R.Həsənov onun xəstəliyinə dair qoyulmuş diaqnoz barədə sığortaçıya məlumat təqdim etsə idi, sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı, buna görə də iddiaçıya sığorta ödənişinin verilmə öhdəliyi yaranmadığından iddia təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi göstərmişdir ki, Xəstəxana tərəfindən müddətlə bağlı texniki səhv olub. Və həmin səhv vizual olaraq düzəldilib. Lakin həmin səhv faktiki olaraq məhkəmə qaydasında düzəldilməlidir.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2024 nömrəli 11 iyun 2024-cü il tarixli qə tnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Fariz Əlizadə)
18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixdə ipoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə mənzilin satış qiyməti 29949 manat, vəsaitin 3049 manat hissəsi alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu tərəfindən, 26900 manat hissəsi isə illik 4% dərəcəsi ilə 168 ay müddətinə kreditor-ipoteka saxlayan Bank "xxxx" ASC və alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA-392/2020 nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmişdir. xx.xx.2020-ci il tarixdə sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB-M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanaraq sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəli və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manat təşkil edir. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə “beyindaxili beyin kötüyünə qansızma” səbəbindən vəfat etm işdir. Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və Həsənli X1 Rövşən Mais oğlunun vərəsələridirlər. Həsənov Rövşən Mais oğlunun vəfat etməsinə və nəticədə sığorta müqaviləsi sığorta hadisəsinin baş verməsinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçılara münasibətdə sığorta ödənişi həyata keçirilməmişdir”.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sığortalı Həsənov Rövşən Mais oğlu sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməmiş, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin 1-ci hissəsinin “a” bəndinə əsasən Həsənov Rövşən Mais oğlunun ölümünü n səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), əvvəlcə mövcud olan səbəb isə “essensial (birincili) hipertenziya” (15 il) çıxış edir. Lakin, müvafiq şəhadətnaməyə səlahiyyətli qurum tərəfindən texniki düzəliş edilmiş və əvvəlcə mövcud olan səbəb üzrə “essensial (birincili) hipertenziya” 15 il qeydi 5 gün ilə əvəz edilmiş və bu barədə vizual gözlə görülən müvafiq texniki düzəliş aparılmışdır. Lakin sözügedən düzəliş yuxarıda qeyd olunan normativ tələblər əsas götürülməklə yalnız məhkəmə qaydasında aparıla bilər.
20. Birinci instansiya məhkəməsi həmin düzəlişin məhz sığorta ödənişinin alınması məqsədilə formal əsaslarla aparılması ehtimalının yüksək olmasını nəzərə aldığını qeyd edərək, hesab etmişdir ki, cavabdeh Sığorta Şirkəti tərəfindən məhz tərəflər arasında bağlanmış sığorta razılaşması şərtləri nöqteyi-nəzərindən sığorta ödənişindən imtina edilməsi əsaslı olmuşdur.
21. Birinci instansiya məhkəməsi iddiaçılara izah etmişdir ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həsənov Rövşən Mais oğlu barəsində müvafiq qərarını məhkəmə qaydasında (inzibati məhkəmə) mübahisələndirmək hüquqları vardır. Həmin iddia tələbinin təmin edilməsi halında hazırkı iddianın perspektivi müzakirə oluna bilər.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 911.2, 924.1, 935.1.6, 935.1.8-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 5.3-cü, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının 23 sentyabr 2014-cü il tarixli, Q-21 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 2.0.11, 4.3-cü bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləsinin 935.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığort alı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Bu maddənin tələbindən də göründüyü kimi, iş üzrə Cavabdeh Sığorta Şirkətinin sığortalıya müvafiq sığorta müqaviləsi əsasında üzərinə götürdüyü sığorta ödənişinin ödənilməsinə dair öhdəliyini icra etməkdən imtina etdiyi zaman gətirdiyi səbəb qanuni səbəb ola bilməz. Birinci instansiya məhkəməsi qətnaməsində yanlış mövqeyə gələrək göstərmişdir ki,“... Beləliklə, araşdırma nəticəsində müəyyən olunur ki, sığortalı Həsənov Rövşən Mais oğlu sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməmiş, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etmişdir”. Birinci instansiya məhkəməsinin hansı hüquqi əsasa görə və hansı möhtəbər sübutlar əsasında məhz sığorta müqaviləsi bağlanarkən sığortalı Həsənov Rövşən Mais oğlunun ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini müəyyən etməsi şübhə doğurur. Ümumiyyətlə, mövcud iddia tələbi ilə bağlı işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan hər hansı bir halın araşdırılması istiqamətində demək olar ki, tədqiqat aparılmayıb. O cümlədən iddiaçı tərəfdən məhkəməyə Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə müvafiq məhkəmə sorğusu göndərməklə “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən 14 oktyabr 2021-ci il tarixində vəfat etmiş xx.xx.1969-cu il təvəllüdlü Həsənov Rövşən Mais oğlunun ölüm səbəbinin aydınlaşdırılması məqsədilə beyindaxili beyin kötüyünə qansızmaya səbəb olmuş xəstəliklər (olduğu halda), mərhumun ölüm tarixinədək keçirtdiyi xəstəliklər və buna səbəb olmuş hallar barədə, ölüm tarixinədək hansı xəstəlik və ya xəstəliklərin mərhum Həsənov Rövşən Mais oğlunda aşkar edildiyi, Həsənov Rövşən Mais oğlu tərəfindən həmin xəstəliklərlə bağlı məhz hansı tarixlərdə “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə rəsmi qaydada müraciət edildiyi, aşkar edilmiş xəstəlik və ya xəstəliklər üzrə Həsənov Rövşən Mais oğlunun hansı tarixlərdə müayinə və ya müalicə edildiyi barədə ətraflı arayışın, sadalanan halları təsdiq edən məlumatlarla bağlı Mərkəzi Xəstəxanada saxlanılan arxiv sənədlərinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi” barədə təqdim edilən vəsatət də hər hansı bir formada əsaslandırılmadan təmin edilməmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər hüquqi əsaslar və faktlar olmadan tərəflər arasında sığorta müqaviləsindən irəli gəlmiş mülki mübahisəyə yanlış olaraq Mülki Məcəllənin 935.1.6 və 935.1.8-ci maddələrini tətbiq etməkdə haqlı olmaması nəticədə sığortalı Həsənov Rövşən Mais oğlunun hüquqi varislərini/qanun üzrə vərəsələrini (iş üzrə iddiaçıları) müvafiq sığorta ödənişini almaq hüququndan məhrum etmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkətinin sığortalıya sığorta ödənişinin ödənilməsindən imtina etməsinin yeganə səbəbi kimi istinad etdiyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş ölüm haqqında tibbi şəhad ətnamədə əvvəlcə 15 il, sonradan baş vermiş texniki səhvin düzəldilərək 5 gün göstərilməsinə dair qeydinə əsaslanaraq, məhz bu əsasla sığorta müqaviləsi üzrə əsas öhdəliyi olan sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin sığortalıya ödənilməsindən imtinası mülki qanunvericiliyin və sığorta haqqında qanunun tələblərinə zidd olmaqla, həmin imtina qanuni və əsaslı sayıla bilməz. Həmçinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən cavabdehə onun müraciəti əsasında təqdim edilmiş məktublarda və eləcə də publik hüquqi şəxsin nümayəndəsi xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə baxışında verdiyi izahatında PHŞ tərəfindən sığortalının adına verilmiş ölüm haqqında tibbi şəhadətnamədə 15 il deyil, əslində 5 gün göstərilməli olduğunu bir daha təsdiq etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4881/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)
26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, iddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəz ərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 911.2, 924.1, 935.1.6, 935.1.8-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci, Mülki Məcəllənin 926.1, 928, 935.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 nömrəli, 24 noyabr 2005- ci il tarixli qərarına, MPM-in 14, 217, 218.1, 417.1.4, 418.1 və 418.3-cü maddələrinə istinad edilməklə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işin hərtərəfli və tam tədqiqi aparılmamış, düzgün olmayan və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdiril miş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Maddə 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Maddə 935.1.6. Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həc mini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və y a məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
36. İşin müəyyən edilmiş hallarına görə iddiaçıların atası X2 "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli Kredit müqaviləsinə əsasən 168 ay müddətinə illik 4 faizlə 26900 manat məbləğində ipoteka krediti verilmişdir. İpoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında üç tərəfli xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi” bağlanmışdır. xx.xx.202 0-ci il tarixli Sığorta şəhadətnaməsinə əsasən, Həsənov Rövşən Mais oğlu oğlunun ölməsi, xəstəliyi və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür.
37. İşdən görünür ki, Sığorta Şirkəti sığorta ödənişindən imtinasını onunla əsaslandırmışdır ki, sığortalı R.Həsənov müqavilə bağlanan zaman xəstəliyi barədə sığortaçıya məlumat təqdim etməmişdir, təqdim etsəydi, sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Belə ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin tərtib etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”də R.Həsənovun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), xəstəliyin mövcud olan səbəb kimi 15 il əvvəldən mövcud olan “essensial (birincili) hipertenziya” göstərilmişdir.
38. Birinci instansiya məhkəməsi də cavabdehin istinad etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”də göstərilən məlumatlara əsasən sığortalı R.Həsənovun sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməməsinə, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etməsinə isitnad edərək iddianı təmin etməmiş, eləcə də “Ölüm haqqında tibbi şəhadətnamə”də ölümün səbəbi kimi 15 il əvvəldən mövcud olan “essensial (birincili) hipertenziya” olmasını qeyd edərək, sonrakı düzəlişin (5 gün) məhz sığorta ödənişinin alınması məqsədilə formal əsaslarla aparılması ehtimalının yüksək olması ilə izah etmişdir.
39. Əvvəla, mülki prosessual qanunvericiliyin qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM, 217.3. 217.4)
40. Qeyd edilən normaların məzmunu onu deməyə imkan verir ki, qətnamə heç bir halda ehtimala əsaslana bilməz. Hər bir ehtimal tədqiq olunmuş sübutlarla təsdiq və ya təkzib edilməlidir. Məhz belə təsdiq və ya təkzib ehtimalı aradan qaldırır, onu təsdiq və ya təkzib edilmiş fakta çevirir.
41. Hazırki işdə mübahisəli hal ölümün əvvəlki səbəbinin yaranması vaxtıdır. İşdə olan 14 oktyabr 2021-ci il tarixli ölüm epikrizində (iş v.104) qeyd edilib ki, yaxınlarının deməsinə görə mərhum R.Həsənov sağlam olub, heç vaxt həkimə müraciət etməyib, son 10-15 gün ərzində təzyiqinin səbəbsiz tez-tez qalxması və mədəsindən şikayət etmişdir.
42. Birinci instansiya məhkəməsi işdə olan 14 oktyabr 2021-ci il tarixli ölüm epikrizinə qiymət verməmiş, orada əks edilən məlumatlarla Sığorta Şirkətinin ödənişdən imtina üçün istinad etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin ziddiyyət təşkil edibetməməsinə aydınlıq gətirməmişdir.
43. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.
44. Göründüyü kimi, qeyd edilən Qaydaya görə şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. sənədlər əsasında verilir.
45. Belə olan halda, Sığorta Şirkətinin ödənişdən imtina üçün istinad etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və ya hər hansı digər sənədlər əsasında yazılması müəyyən edilməli idi. 46. “Ölüm haq qında tibbi şəhadətnaməni verən Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi iş üzrə mübahisə predmeti barəsində müstəil tələb irəli sürən şəxs kimi işə cəlb edilib. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı həmin Xəstəxanadan üçüncü şəxs olaraq **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin hansı sənədlər əsasında yazılması ilə bağlı hər hansı sənəd təqdim etməsini təklif etməyib.
47. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 57.2-ci maddəsinə görə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.
48. Bir sıra hüquqlar istisna olmaqla, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin tərəfin prosessual hüquqlarından istifadə etməsi və onun prosessual vəzifələrini daşıması nəzərə alınarsa, birinci instansiya məhkəməsinin xidməti vəzifəsi olaraq ümumi qaydada özündə olan sübutları təqdim etməyi üçüncü şəxsə də tapşırıb, həmin sənədləri əldə etməklə yuxarıda qeyd edilən hallara aydınlıq gətirə bilərdi ki, buna əməl edilməyib.
49. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
50. Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir.
41. Həmçinin Sığorta Şirkəti Göyçay Rayon Mərkəzi Xəstə xanası publik hüquqi şəxsin ilkin olaraq təqdim etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”yə istinadən sığorta ödənişindən imtina etsə də, sonradan həmin PHŞ tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, **********28 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”də (iş v.42, 83) ölümün əvvəlcə mövcud olan səbəbi kimi göstərilən diaqnozun 5 gün əvvələ təsadüf etməsi qeyd edilmişdir.
42. Başqa sözlə, Göyçay Rayon Mərkəzi Xəstəxanası başqa nömrə və tarixlə tərtib etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”də patoloji prosesin 5 gün əvvəl başlamasını göstərib. Eyni zamanda bu sənəddə də qeydin ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və ya hər hansı digər sənədlər əsasında yazılması müəyyən edilməyib.
43. Həm də nəzərə alınmalıdır ki, patoloji prosesin 5 gün əvvəl b aşlaması göstərilən “Ölüm haqqında tibbi şəhadətnamə” daha sonradan verilmiş sənəddir.
44. Birinci instansiya məhkəməsi sonuncu Şəhadətnamə veriləndən sonra, verilmiş birinci Şəhadətnamənin qüvvədə olub-olmamasını da aydınlaşdırmamışdır. Halbuki iddianın düzgün həllində bunun mumum əhəmiyyəti olmuşdur.
45. Başqa bir məsələ, birinci instansiya məhkəməsinin iddiaçılara “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həsənov Rövşən Mais oğlu barəsində müvafiq qərarını məhkəmə qaydasında (inzibati məhkəmə) mübahisələndirmək hüquqları olmasının izah edilməsi, həmin iddia tələbinin təmin edilməsi halında hazırkı iddianın perspektivinin müzakirə oluna bilməsi ilə bağlı mövqeyidir.
46. Birinci instansiya məhkəməsi bu mövqeyini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3 1 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 5.3-cü bəndinə istinadla əsaslandırmışdır. Həmin bəndə görə Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini ziddiyyətsiz hesab etmir.
48. Əvvəla, Şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli məsələ iddiaçıların mövqeyi və işin halları baxımından onların həmin Şəhadətnaməni verən tibb müəssisəsinə müraciəti əsasında hazırki vəziyyətdə aradan qalxmış kimi görünür.
49. Yuxarıda qeyd edildiyi kimi “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi R.Həsənovun ölümünün səbəb olan patoloji prosesin başlanma vaxtı ilə bağlı iki müxtəlif nömrə və tarixlərdə “Ölüm haqqında tibbi şəhadətnamə”lər vermişdir. Birincidə patoloji prosesin 15 il əvvəl, ikincidə isə 5 gün əvvəl başlamasını göstərmişdir. Həmçinin yuxarıda o da qeyd edildi ki, ikinci Şəhadətnamə veriləndən sonra, verilmiş birinci Şəhadətnamənin qüvvədə olub-olmamasına aydınlıq gətirilməyib.
50. Buna görə də Şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli halların məhkəmə qaydasında həlli ilə bağlı məhkəməyə nəyə görə Sığorta Şirkətinin deyil, məhz iddiaçıların müraciət etməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz. Müəyyən edilsə ki, ikinci Şəhadətnamənin verilməsi ilə birinci Şəhadətnamə öz qüvvəsini itirib, əksinə, bu zaman iddiaçıların həmin məsələni məhkəmədə mübahisələndirməsinin hər hansı məntiqi qalmır.
51. Şərh edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
52. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla eyni səhvə yol vermiş, apellyasiya şikayətini dəlilləri ilə bağlı hər hansı dəyərləndirmə aparmamışdır.
53. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
54. İddiaçının apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiy mət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
55. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımın dan bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4881/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.