Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6644/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2039/2021 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 28 mart 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur. 25 iyun 2019-cu il tarixdə İddiaçı qohumluq münasibətində olduğu X1 ona məxsus evin üzərində sərəncam vermək hüququnu verən etibarnamə vermiş və sonuncu həmin etibarnamə əsasında evin 27.000 manata Cavabdeh satılması barədə müqavilə bağlamışdır. Müqavilə 20 avqust 2019-cu il tarixdə 31 saylı notariat ofisində təsdiq olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin avqust ayında X2 Cavabdeh və 3-cü şəxs Xəzər rayonu 31 saylı notariat ofisinin xüsusi notariusuna qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək nümayəndəsi Züleyxa Mərdiyeva tərəfindən evin 70.000 manata satılması barədə Cavabdeh ilə razılaşmasına baxmayaraq sonuncu tərəfindən ödəniləcək vergi məbləğinin az hesablanması üçün müqavilədə evin satış qiymətinin 27.000 manat göstərilməsini, müqavilədən sonra cavabdehin ərinin Z.Mərdiyevaya 4600 manat məbləğində pul ödəyib qalan məbləği bir gündən sonra verəcəyini vəd etsə də verməməsini əsas göstərməklə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsini xahiş etmişdir. 05 sentyabr 2019-cu il tarixdə Cavabdeh mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-380/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: E.M.Kazımov) iddia rədd edilmişdir. Apellyasiya i nstansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək alqı-satqı müqaviləsinin Züleyxa Mərdiyeva ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə Z.Mərdiyevanın öhdəliklərinin təminatı kimi bağlanmaqla yalan əqd olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2039/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(012)-380/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən Züleyxa Mərdiyevaya verilmiş 11.000 manat məbləğində borca görə bağlanmasını, alqı-satqı müqaviləsinin yalan əqd olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsin i xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 390.1 Fizi ki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, alqı-satqı müqaviləsi qanunun tələblərinə əməl edilməklə bağlanmış və müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar müəyyən olunmamışdır. Qətnamə iş üzrə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblər inə uyğun əsaslandırılmaqla çıxarılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. İddiaçının kassasiya şikayətində alqı-satqı müqaviləsinin yalan əqd olması iddia olunsa da, işdən görünür ki, iddiaçının bununla əlaqədar irəli sürdüyü dəlillər işə baxan məhkəmə instansiyaları tərəfindən yoxlanılmamış və onun göstərdiklərini təsdiq edə bilən hər hansı sübut müəyyən olunmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏ RARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2039/2021 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6644/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6644/2021
24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver