Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-666/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət notariat kontoruna, Cavabdeh1 və Cavabdeh3 Hümbət qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ ilə bağlı mübahisələr, miras üzərində payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 11 Saylı Dövlət Notariat Kontoruna, Cavabdeh1, Cavabdeh3 (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı miras payının müəyyən ed ilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(103)5557/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı atası Hümbətov Hümbət Cəlil oğlu xx.xx.1942-ci ildə X8 ilə nikaha daxil olmuş, onların bu nikahlarından xx.xx.1945-ci il təvəllüdlü X12 və xx.xx.1948-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur.
2. Valeh Hümbətov xx.xx.1998-ci il tarixdə, Enfira Hümbətova xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. Valeh Hümbətov Cavabdeh1 atasıdır. Enfira Hümbətova ailə qurmamış, övladları olmamışdır.
3. İddiaçı atası Hümbətov Hümbət Cəlil oğlu arvadı X2 ayrılaraq, iddiaçının anası X15 ilə nikah bağlamış, bu nikahdan xx.xx.1957-ci il tarixdə İddiaçı və xx.xx.1960-cı il tarixdə Abdullayeva (Hümbətova) Dürdanə Hümbət qızı anadan olmuşdur.
4. Tərəflər arasında X6 miras əmlakı ilə bağlı mübahisə yaranmışdır. Miras əmlak ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan (bundan sonra mübahisəli mənzil) və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Binəqədi fılilalında olan ümumilikdə 72.039,63 manat pul vəsaitindən ibarətdir. Bu miras əmlaka dair Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 11 sa ylı notariat ofisinin xüsusi notariusunun verdiyi, 2V-103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Enfira Hümbətovanın miras əmlakı olan ünvan 2 ünvanında yerləşən mənzildə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72.039,63 manat məbləğində pul vəsaitində onun tam hissədə miras payının müəyyən olunması - ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi - Cavabdeh1, qət namə icra olunan vaxt mənzildə olan digər şəxslərin və onların əşyalarının mənzildən çıxarılaraq, mənzilin iddiaçıya təhvil verilməsi, 72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum Enfira Hümbətovanın miras əmlakı olan mənzilini ölümündən sonra vərəsələrdən ancaq iddiaçı faktiki olaraq qəbul edərək sahiblənmiş və həmin evdə yaşamağa başlamışdır. Binəqədi rayon prokurorluğunun stajoru X24 C-126 nömrəli material üzrə hadisə yerinə baxış zamanı götürülmüş Enfira Hümbətovanın yaşadığı mənzilin açarlarını xx.xx.2019-cu il tarxdə mərhumun qardaşı kimi iddiaçıya təhvil vermişdir. Notariat işindən müəyyən olunur ki, Cavabdeh1 notariusa xx.xx.2019-cu il tarixdə ərizə ilə m üraciət etmiş, 2019-cu ilin sonlarında isə iddiaçının həmin vaxt evdə olmamağından istifadə edərək, qıfılı sındırmaqla mənzilə daxil olmuş, sonra isə iddiaçının mənzilə daxil olmağına imkan (icazə) verməmişdir. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunla müəyyən edilmiş 3 aylıq müddət daxilində mirası qəbul etmələrinə dair nə faktiki, nə də rəsmi hərəkətlər etməmişlər. Belə olan halda, miras əmlaka dair verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qanuni hesab etmək mümkün deyil.
7. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişlər ki, iddiaçıya Hümbət Hümbətov atalıq verməmişdir. İddiaçının təqdim etdiyi sənədlərin hamısı saxtadır.
8. Məhkəmə iclasında şahid X13 bildirmişdir ki, iddiaçını 20 22-ci ildən tanıyır. Enfira xanım mübahisəli mənzildə yaşamıdır. O, həmin binanın komendantı işləmişdir. İddiaçının arvadı ilə Enfiragilə gəlib-getdiyini görmüşdür. Enfira öləndən sonra Kəmalə adında şəxs ortalığa çıxmışdır. Enfira öləndə meyidi 3 gün mənzildə qalmış, iddiaçı gəlib meyidi aparıb basdırmışdır.
9. Məhkəmə iclasında şahid X16 bildirmişdir ki, iddiaçı onun atasıdır. Babası Hümbət 1998-ci ildə rəhmətə getmişdir. Babası ölən günə qədər onlarla birgə yaşamışdır. Enfira babasının ögey qızı olmuşdur. Lakin buna baxmayaraq, daimi bir-birləri ilə qohumluq əlaqəsində olmuş, bibisinə daima qulluq etmişdir. Bibisi 2019-cu ilin aprel ayında rəhmətə getmiş, Bərdə rayonunda dəfn edilmişdir. Bibisi ölməmişdən əvvəl bütün sənədləri atasına təqdim etmişdir. Bibisinin yas mərasiminə qədər Kəma lə adlı şəxsi tanımamışdır. Bibisi öləndən sonra sözügedən mənzildə o, yaşamış və bütün kommunal xərcləri ödəmişdir.
10. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(001)-4630/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Rəşad Qoşqarlı)
11. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı Enfira Hümbətovanın qardaşı oğlu olduğunu bildirsə də, iş materiallarından görünür ki, atalığı Hümbət Hümbətov iddiaçıya rəsmi qaydada atalıq verməmişdir. Bu hal iş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş № 104-05/69 saylı, xx.xx.2019-cu il tarixli arayışdan da görünür. Belə ki, X17 xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, ana qrafasında X18 qeyd edilmiş, ata qrafası boş saxlanılmışdır. Eyni zamanda iş materiallarında olan məktubda X1 “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə iddiaçı, atalığı-Hümbətov Hümbət Cəlil oğlunun doğma (bioloji) övladı olmamış və sonuncu tərəfindən övladlığa götürülməmişdir. Bir sözlə, o, mərhumədən qalan mirasa dair vərəsə ola bilməz. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 29-cu (V hissə), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2, 1134.1, 1159.1.1 - 1159.1.3, 1145, 1243.2, 1246, 1252, 1300-cü, “Nota riat haqqında” Azərbaycan Respublikası Qanununun 58, 59-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 124.2 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, hakim qətnaməsini işdə mövcud olmayan, məhkəmədə tədqiq olunmamış sübutla əsaslandırmışdır. Bu cür əsaslandırma isə prosessual normaların tələblərinə ziddir. Doğum akt qeydinə dair olan məlumatlar fərdi məlumatlardır. Bu məlumatları Cavabdeh1 qanunsuz olara q əldə etmiş və hazırda işə baxıldığı zaman məhkəməyə şifahi olaraq təqdim etmişdir. Təəssüf ki, məhkəmə həmin qanunsuz əldə olunmuş məlumat əsasında Bərdə rayon qeydiyyat şöbəsinə sorğu göndərmişdir. Yalnız bundan sonra ona məlum olmuşdur ki, doğum akt qeydində bəzi məlumatlar yazılmamışdır. Bundan sonra, həmin məlumatlara dair hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Binəqədi Rayon Məhkəməsində hazırkı işdə də icraatın dayandırılmasını xahiş etmişdir. Lakin, hakim əsassız olaraq ərizəni təmin etməmiş və icraatı dayandırmamışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən sonra qəbul olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, ərizə qismən təmin edilmiş, iddiaçının xx.xx.1957-ci ildə Bərdə şəhərində doğulması, doğum aktında atasının Hümbətov Hümbət Cəlil oğlu, anasının Qazieva (Həziyeva) Səriyyə İbad qızı kimi qeyd olunmaqla atalıq faktı müəyyən olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini yeni sübut kimi təqdim edir. Çünki, Binəqədi Rayon Məhkəməsində hakim icraatı dayandırmayaraq işə baxmağa davam etmiş və xx.xx.2023cü il tarixdə qətnamə qəbul edərək, işə baxılmasını tamamlamışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1532/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəb ul edilməklə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş, 2V103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin eibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında mübahisəli mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 miras əmlakı olan mübahisəli mənzilə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72.039,63 manat məbləğində pul vəsaitinə iddiaçının tam hissədə miras payının müəyyən olunmsı, 72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, Cavabdeh1 əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin iddiaçıya təh vil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisəli mənzil üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi üçün əsas olması, iddia tələbinin və apellyasiya şikayətinin verilməsi ilə əlqədar ödənilmiş 740 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus 421522 nömrəli doğum haqqında şəhdətnamənin əslindən görünür ki, şəhadətnamə 1957-ci ildə Bərdə rayon ZAQS bürosu tərəfindən verilmişdir. Şəhadətnamədə “Hümbətov Hümbət Cəlil oğlu” atası kimi yazılmışdır. Şəhadətnamədən o da görünür ki, doğum vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1957-ci ildə 271 nömrə ilə qeydə alınmışdır. Hazırda da qüvvədə olan bu şəhadətnamə əsasında iddiaçı həm sovet dönəmində, həm də müstəqillik dönəmində pasport və şəxsiyyət vəsiqələri almışdır. Başqa sözlə, bu günədək məhz həmin şəhadətnamə əsasında şəxs və vətəndaş kimi mövcud olaraq, hüquqlarından istifadə etmiş və vəzifələrini icra etmişdir. Göründüyü kimi, Azərbaycan dövləti iddiaçını məhz qeyd edilən şəhadətnamə əsasında vətəndaşı kimi tanımışdır.
17. Birinci instansiya məhkəməsi tərəfindən istinad edilən digər sübut isə Bərdə rayon qeydiyyat şöbəsinin Bakı şəhəri Binəqədi rayon məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubudur. Məktubda göstərilir ki, “X1 “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilməmişdir.”
18. Məhkəmə kollegiya hesab etm işdir ki, birinci instansiya məhkəməsi qeyd edilən məktubu sübut kimi qiymətləndirərkən nəzərə almamışdır ki, akt qeydini vətəndaş tərtib etmir və akt qeydində olan natamam məlumatlara görə vətəndaş məsuliyyət daşımamalıdır. İddiaçıya verilmiş doğum haqqında şəhadətnamədə ata adı “Hümbətov Hümbət Cəlil oğlu” olaraq dəqiq göstərilmişdir. Həmin şəhadətnamənin mötəbərliyi mübahisələndirilmir və hazırda da qüvvədədir. Bu şəhadətnamədəki məlumatların eynilə doğum akt qeydində təkrarlanmamasının məsuliyyəti şəxsə (hazırkı halda iddiaçıya) aid edilə bilməz və akt qeydində məlumatın olmaması iddiaçının qanuni olan doğum haqqında şəhadətnaməsinin mötəbərliyini şübhə altına ala bilməz.
19. Həmçinin, apellyasiya şikayətinə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-4271/2023 nömrəli, 20 dekabr 2 023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, onun xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olması, atasının Hümbətov Hümbət Cəlil oğlu, anasının isə X19 olması və xx.xx.1957-ci il tarixli, 271 saylı akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmiş və məhkəmə ərizəni qismən təmin edərək İddiaçı xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində doğulması, doğum aktında atasının Hümbətov Hümbət Cəlil oğlu, anasının isə Qazıeva (Həziyeva) Səriyyə İbad qızı kimi qeyd olunmaqla atalıq faktının müəyyən edilməsi qət edilmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qətnaməsi yeni sübut olaraq apellyasiya icraatı zamanı qəbul edilməlidir. Belə ki, qeyd edilən qətnamənin qanuni qüvvəsinin alıb-almadığını müəyyən etmək üçün Bərdə Rayon Məhkəməsinə sorğu edilmiş və məhkəmənin 05 mart 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 2(021)-4271/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnamə 31 yanvar 2024-cü il tarixdə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Bərdə rayon Qeydiyyat şöbəsinə göndərilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı iddiaçının nümayəndəsi tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edildiyi üçün mülki işin icraatının dayandırılması xahiş edilmiş, həmin hal hazırkı işin nəticəsinə birbaşa təs ir etdiyi halda birinci instansiya məhkəməsi vəsatəti əsassız olaraq təmin etməmiş və mülki işin icraatını dayandırmamışdır. Nəticədə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi üçün əsas olmuş qənaəti məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə aradan qalxmışdır. Belə ki, MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Məhkəmə kollegiyası iddia tələbinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mərhum X9 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. İddiaçı mə rhum Enfira Hümbətovanın qardaşı, Cavabdeh1 isə mərhum Enfira Hümbətovan digər qardaşının (Valeh Hümbətovun) qızıdır. X3 miras əmlak mübahisəli mənzildən və "xxxx" QSC-nin Binəqədi filialında olan cəmi 72.039,63 manat puldan ibarət olmuşdur. Binəqədi rayon prokurorluğunun stajoru X27 rayon prokurorluğunda araşdırılan C-126 nömrəli material üzrə hadisə yerinə baxış zamanı götürülmüş X6 yaşadığı mənzilin açarlarını xx.xx.2019-cu il tarxdə mərhumun qardaşı kimi iddiaçıya təhvil vermişdir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, miras qoyanın ölümü ilə 2 potensial vərəsədən yalnız İddiaçı mirası faktiki olaraq qəbul etmiş, Cavabdeh1 isə mərhum Enfira Hümbətovanın qardaşı qızı olması faktının müəyyən edilməsi haqqında qətnamənin icrasının axarı olaraq yalnız xx.xx.2021-ci il tarixdə tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri 11 saylı notariat ofisi Cavabdeh1 2V-103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdə haqlı olmamışdır. Belə ki, MM-in 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
25. Məhkəmə kollegiyası iddia tələbinin digər hissələrinə münasibətdə qeyd etmişdir ki, həmin tələblər “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinin məntiqi nəticəsi, həmin tələbdən doğan yanakı tələb olduğundan və həmin tələb təmin edildiyindən, şəhadətnamə əsasında müba hisəli mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş çıxarış ləğv edilməli, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 miras əmlakı olan mübahisəli mənzilə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72.039,63 manat məbləğində pul vəsaitinə iddiaçının tam hissədə miras payı müəyyən olunmalıdır.
26. Məhkəmə kollegiyası iddia tələbinin “72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçıya verilməsi və Cavabdeh1 əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla, mənzilin iddiaçıya təhvil verilməsi hissəsində də iddia tələbini əsaslı hesab etmişdir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, Cavabdeh1 vərəsəlik şəhadətnaməsi aldıqdan sonra mənzilə mülkiyyət hüququ əldə etmiş və "xxxx" QSC-dən 72.0 39,63 manat məbləğində pul vəsaitini qəbul etmişdir, bu hal da cavabdeh tərəfindən mübahisələndirilmir. Ona görə də iddia tələbi həmin hissələrdə təmin edilməlidir.
27. Məhkəmə kollegiyası iddia tələbinin “qətnamə icra olunan vaxt mənzildə olan digər şəxslərin və onların əşyalarının mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olduğundan və dəqiqləşdirilmədiyindən təmin edilə bilməz.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 29-cu (V hissə), Mülki Məcəllənin 1133.2, 1134.1, 1159.1.1 - 1159.1.3, 1145, 1243.2, 1246, 1252, 1300-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 59-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106.1, 124.2 və 217.1-ci maddələrinə istinadla ə saslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2444/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1532/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X20 və Nümayəndə Əli oğlundan ibarət tərkibdə).
30. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsin i ləğv edərək, İddiaçı iddiasını, onun miras əmlakda payının müəyyən olunması hissəsində təmin etməklə düz nəticəyə gələrək, bununla bağlı maddi hüquq normalarını düzgün tətbiq etsə də, miras əmlakda iddiaçının tam hissədə miras payını müəyyən etməkdə, həmçinin mirası qanunla müəyyən edilmiş qaydada qəbul etməməsi əsası ilə Cavabdeh1 miras əmlakdakı payını müəyyən etməkdən imtina etməkdə və ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni tam etibarsız hesab etməkdə səhvə yol vermiş, bununla bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edilibedilməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanu nvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə apellyasiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş “Dövlətin mülkiyyət və vərəsəlik hüquqlarına təminat verməsi” barədə müddəalarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.” Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğu nun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hü quqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış ol an, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməsi ilə bağı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə u yğun olaraq həyata keçirilməlidir.
32. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13-cü (İ hissə), 29-cu (Vİİ hissə), Mülki Məcəllənin 5.3, 337.1, 337.4, 1133.2,1134.1.1,1145, 1159.1.1-1159.1.3, 1159.2,1243.2, 1300-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 59-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1-217.3,407.2, 417.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(103)-5557/2024 nömrəli qətnaməsi ilə (hakimlər Mərdanova Xumar - sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid və Bəhrəmzadə Sabit) İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4630/2 023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş, 2V103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tam etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş çıxarışın tam ləğv edilməsi, 20 aprel 2019-cu il tarixdə vəfat etmiş X6 miras əmlakı olan ünvan 2 ünvanında yerləşən mənzilə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72.039,63 (yetmiş iki min otuz doqquz manat altımş üç qəpik) manat məbləğində pul vəsaitinə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 1/3 hissədə miras payı müəyyən olunması, 20 aprel 2019-cu il tarixdə vəfat etmiş Enfira Hümbətovanın miras əmlakı olan ünvan 2 ünvanında yerləşən mənzilə vərəsələrə münasibətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, 24.013,21 manat (iyirmi dörd min on üç manat, iyirmi bir qəpik) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh3 "xxxx" QSC-dən 72039,63 manat məbləğinə münasibətdə ona düşən 1/3 hissənin Cavabdeh1 tələb etmək hüququnun olması izah edilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmi ş dövlət rüsumlarının məbləğləri iddiaçıya aid edilməsini qət etmişdir.
34. Məhkəmə kollegiyası iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı atası Hümbətov Hümbət Cəlil oğlu arvadı X2 ayrılaraq, iddiaçının anası X15 ilə evlənmiş, onların bu evliliyindən xx.xx.1957-ci il tarixdə İddiaçı və xx.xx.1960-cı il tarixdə Abdullayeva (Hümbətova) Dürdanə Hümbət qızı anadan olmuşdur.
35. Göründüyü kimi miras qoyanın hazırda vərəsələri olaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 olmuşdur.
36. Belə olan halda X4 qalmış miras kütləsində iddiaçı eləcə də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir.
37. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notarius tərəfindən verdiyi, 2V-103 reyestr nömrəli, 20 may 2021- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməklə iddiaçı eləcə də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 miras əmlaka 1/3 hissədə payları müəyyən edilməli, 20 aprel 2019-cu il tarixdə vəfat etmiş Enfira Hümbətovanın miras əmlakı olan ünvan 2 ünvanında yerləşən mənzilə vərəsələrə münasibətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır.
38. Məhkəmə kollegiyası iddia tələbinin digər hissələrinə münasibətdə qeyd etmişdir ki, həmin tələblər “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinin məntiqi nəticəsi, həmin tələbdən törəmə tələb olduğundan və həmin tələb qismən təmin edil diyindən, şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş çıxarış ləğv edilməli, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 miras əmlakı olan ünvan 2 ünvanında yerləşən mənzilə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72.039,63 manat məbləğində pul vəsaitinə iddiaçı eləcə də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 1/3 hissədə miras payı müəyyən olunmalıdır.
39. Məhkəmə kollegiyası eyni zamanda iddia tələbinin “72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı verilməsi və Cavabdeh1 əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla, mənzilin İddiaçı təhvil verilməli hissəsində də iddia tələbini qismən əsaslı hesab etmişdir.
40. Cavabdeh1 vərəsəlik şəhadət naməsi aldıqdan sonra "xxxx" QSC-dən 72.039,63 manat məbləğində pul vəsaitini qəbul etməsi cavabdeh tərəfindən mübahisələndirilmir.
41. Ona görə də iddia tələbi həmin hissələrdə qismən təmin edilməklə 72.039,63 manat məbləğində pulun 1/3 hissəsi 24013,21 manat vəsait cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
42. Məhkəmə kollegiyası digər Cavabdeh3 payına münasibətdə isə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh3 tələbi olmadığından, həmçinin hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından miras kütləsində vərəsələrin payları müəyyən edilməli, miras qalmış 72.039,63 manat pul məbləğinə münasibətdə özünə düşən 1/3 hissənin Cavabdeh1 tələb etmək hüququnun olması izah edilməlidir.
43. Məhkəmə kollegiyası iddia tələbinin “qətnamə icra olunan vaxt mənzildə olan digə r şəxslərin və onların əşyalarının mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olduğundan və dəqiqləşdirilmədiyindən təmin edilə bilməz.
44. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi - Cavabdeh1 əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi hissəsində əsassız olmuşdur. Belə ki, işin qeyd olunan halları ilə cavabdehin də miras əmlakda vərəsəlik hüquqları üzrə paylarının mövcud olması öz təsdiqini tapmışdır.
45. Birinci instansiya məhkəməsi tərəfindən istinad edilən digər sübut isə Bərdə rayon qeydiyyat şöbəsinin Bakı şəhəri Binəqədi rayon məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubudur ki, həmin məktubda göstərilmişdir ki, “X1 “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayo n qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilməmişdir”.
46. Halbuki, iddiaçıya verilmiş doğum haqqında şəhadətnamədə ata adı “Hümbətov Hümbət Cəlil oğlu” olaraq dəqiq göstərilmişdir. Həmin şəhadətnamənin mötəbərliyi mübasihələndirilmir və hazırda da qüvvədədir. Bu şəhadətnamədəki məlumatların eynilə doğum akt qeydində təkrarlanmamasının məsuliyyəti şəxsə (hazırkı halda iddiaçıya) aid edilə bilməz və akt qeydində məlumatın olmaması iddiaçının qanuni olan doğum haqqında şəhadətnaməsinin mötəbərliyini şübhə altına ala bilməz.
47. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-4271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1957-ci il tarixdə B ərdə şəhərində anadan olmağı, atasının Hümbətov Hümbət Cəlil oğlu, anasının isə X19 olması və xx.xx.1957-ci il tarixli, 271 saylı akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və məhkəmə ərizəni qismən təmin edərək İddiaçı xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində doğulması, doğum aktında atasının Hümbətov Hümbət Cəlil oğlu, anasının isə Qazıeva (Həziyeva) Səriyyə İbad qızı kimi qeyd olunmaqla atalıq faktının müəyyən edilməsini qət etmişdir. Qətnamə 31 yanvar 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır.
48. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi üçün əsas olmuş qənaəti məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə aradan qalxmışdır. Belə ki, MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzr ə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
49. Beləliklə, İddiaçı və Cavabdeh3 doğma bacı qardaş olmaları, mərhumə Elfiranın isə onların ata bir ana ayrı olmaqla bacıları, eyni zamanda Cavabdeh1 mərhumənin doğma qardaşı qızı olması işin mübahisəsiz halıdır.
50. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edilib-edilməməsi əsasında hüquqi qiymət verilməlidir.
51. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin ə mlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir.
52. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13-cü (İ hissə), 29-cu (Vİİ hissə), Mülki Məcəllənin 5.3, 337.1, 337.4, 1133.2,1134.1.1,1145, 1159.1.1-1159.1.3, 1159.2,1243.2, 1300-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 59-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1,217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
53. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən şikayət təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinə göstəriş verməklə, işi ləğv edərək geri qaytarsa da, apelyasiya instansiyası məhkəməsi buna əməl etməyərək, yenidən Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına məhəl qoymamışıdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2041/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(021)-825/2020 saylı qə tnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı və maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və qohumluq faktının təsdiq edilməsinə” dair iddiası qismən təmin edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(021)-825/2020 saylı qətnaməsi tamamilə ləğv edilərək, ikinci iddia tələbi qohumluq faktının təsdiq edilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, 28 may 1948-ci ildə anadan olmuş X6 İddiaçı bacısı olması faktının müəyyən edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi və Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)1594/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə qərardad çıxarılması qət edilmişdir. Bundan əlavə, iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(043)-2384/2019 saylı qətnaməsi ilə ərizə təmin edilərək, ərizəçi xx.xx.1970-ci il tarixində doğulmuş Cavabdeh1 xx.xx.2019-cu il tarixində vəfat etmiş mərhum X6 qardaşı qızı olması faktı müəyyən olunmuşdur.Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Ko llegiyasının 2(102)-2623/21 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2041/2020 saylı nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Belə ki, iş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş №104-05/69 saylı, 21 may 2019-cu il tarixli arayış ilə müəyyən edilmişdir ki, X17 xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olmuş ana qrafasında X18 qeyd edilmiş, ata qrafası boş saxlanılmışdır. Eyni zamanda iş materiallarında olan məktubda X1 “Hümbətov” a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə iddiaçı, atalığı-Hümbətov Hümbət Cəlil oğlunun doğma (bioloji) övladı olmamış və sonuncu tərəfindən övladlığa götürülməmişdir, bir sözlə o, mərhumədən qalan mirasa dair vərəsə ola bilməz. Kassator öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu (Vİİ hissə), Mülki Məcəllənin 1133.2, 1134.1.1, 1145, 1159.1.11159.1.3, 1252, 1300-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 59-cu, Mülki Prosessual Məcəllənin 88,106, 218.3, 416, 417.0.3,418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(103)-5557/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırlımışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəsi qismən təmin edilmiş, onun xx.xx.1957-ci ildə Bərdə şəhərində doğulması, doğum aktında ata qrafasında Hümbətov Hümbət Cəlil oğlu, ana qrafasında X5 qeyd olunmaqla atalıq faktı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
56. Maddə
29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
57. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
58. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
59. Maddə 1159.1.1-1159.1.3. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
60. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaq ları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
61. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
62. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
63. Maddə 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyən ləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən ed ilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.
71. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkə mə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
72. Kassasiya şikayətində qeyd edilmiş iddiaçının Hümbətov Hümbət Cəlil oğlunun oğlu olmadığına dair dəlillə bağlı kollegiya qeyd edir ki, bu dəlil əvəlki kassasiya şikayətində də irəli sürülmüş, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətini bu hissədə əsassız hesab edərək iddiaçının Hümbətov Hümbət Cəlil oğlunun vərəsəsi olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
73. Kollegiya tərəfindən şikayətdə istinad edilmiş normaların pozuntusuna yol verilib-verilmədiyi araşdırılaraq müəyyən edilir ki, işə ikinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında vərəsəlik hüququndan irəli g ələn mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının iş üzrə qəbul edilmiş qərarındakı göstərişlər icra edilməklə düzgün həll edilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir.
74. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli, 2(103)-5557/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi