Məhkəmə qərarları › İş №2(102)-6670/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6670/2021

28.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6670/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçıx1nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı (AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi, X3, X7, X8 və X9 üçüncü şəxslər olmaqla) iş üzrə QƏRARİ iş № 2(102)-6670/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 28 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 vəkili Mirzəliyev Rüfət Əsəd oğlunun iştirakı ilə, İddiaçıx1nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı (AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi, X3, X7, X8 və X9 üçüncü şəxslər olmaqla) «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-998/2021 nömrəli, 26.04.2021-ci il tarixli qətnaməsindən iddiaçıx1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağa mülkiyyət hüququna dair JN–112 KOD 50407038 nömrəli Dövlət Akta əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli 47 nömrəli qərarı ilə X4, X7, X8 və X5 Şəmkir rayonu Qapanlı kəndinin ərazisindən 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəs i ümumi birgə mülkiyyətlərinə verilmişdir. 16 sentyabr 2003-cü il tarixdə Şəmkir rayon 1 saylı dövlət notariat kontorunda 4ə-371 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X1 rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli 47 nömrəli qərarı ilə JN-112 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında özünə və ailə üzvülərinə məxsus olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinix1na həmin vaxt dövriyyədə olan pul vahidi ilə ******* (üç milyon) manata satmışdır. 2. 08 aprel 2006-cı il tarixdə Şəmkir rayon 1 saylı Dövlət notariat kontorunda 4ə-241 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli 47 nömrəli qərarı ilə JN-112 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında özünə və ailə üzvülərinə məxsus olan Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh1 9200 manata satmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 05 fevral 2019-cu il tarixli arayışdan görünür ki, JN-112 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X6 və onun digər ailə üzvlərinə məxsus olmuş Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəmkir rayon 1 saylı Dövlət notariat kontorunda bağlanmış 08 aprel 2006-cı il tarixli 4ə-241 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Ca vabdeh1 adına özgəninkiləşdirilərək sonuncuya ********** qeydiyyat nömrəli, 19 yanvar 2018-ci il tarixli reyestrdən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçıx1 cavabdehlər Cavabdeh1, Şəmkir rayon notariat ofisi və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi, X3, X7, X8, X5 qarşı iddiа ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə mürаciət edərək, Şəmkir rayon notariat ofisində Cavabdeh1 ilə üçüncü şəxs X6 arasında bağlanmış 08 aprel 2006-cı il tarixli 4Ə241 reyestr nömrəli alqı-satqı müqaviləsinin etbarsız hesab olunması, həmin müqavilə əsasında 19 fevral 2018-ci il tarixdə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tər əfindən verilmiş 19 fevral 2018-ci il tarixli ******* nömrəli çıxarışın və həmin tarixli ********** nömrəli qeydiyyatın 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə ləğv edilməsi, eləcədə Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsini 2003-cü ildə notarial qaydada alqı-satqı yolu ilə almış, lakin DƏDRX-dən müvafiq Çıxarış əldə etməmişdir. Torpaq sahəsindən 2 il təyinatı üzrə istifadə etdikdən sonra, şifahi razılaşma əsasında torpaq sahəsini cavabdehə icarəyə vermişdir. Sonralar torpaq sahəsi üzərində öz adına mülkiyyət hüququna dair Çıxarış əldə etmək istəmiş, lakin Cavabdeh1 həmin torpaq sahəsinin üçüncü şəxslər tərəfindən ona satıldığını bildirmişdir. İddiaçıya məlum olmuşdur ki, üçüncü şəxslər və cavabdeh arasında 08 aprel 2006-cı il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda 40-241 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış, eləcə də cavabdehə 2018-ci ildə müvafiq Çıxarış verilmişdir. İddiaçı hesab edir ki, üçüncü şəxslər həmin torpaq sahəsini ona satdıqları üçün həmin torpaq sahəsi artıq yüklü olmuşdur. Onun həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ alqı-satqı müqaviləsi notarial qaydada qeydə alındığı andan əmələ gəlmişdir. Alqı-satqı müqaviləsinin DƏDRX-də qeydiyyata alınmaması onun həmin torpaq sahəsi üzərində sərəncam hüququna təsir edə bilərdi, çünki onunla üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsi şərtlərdən və öhdəliklərdən asılı edilməmişdir. Ona görə də, həmin torpaq sahəsi ikinci d əfə alqı-satqı predmeti ola və üçüncü şəxs X6 tərəfindən təkrar olaraq özgəninkiləşdirilə bilməzdi. İddiaçı vicdanlı yolla əldə etmiş olduğu əmlakdan, cavabdehin qanunsuz hərəkəti nəticəsində saxta yolla tərtib olunmuş alqı-satqı müqaviləsi ilə məhrum olmuşdur.

6. Şəmkir Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(076)-2369/2020 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində heç bir zaman iddiaçının adına qeydə alınmamışdır. Hazırda da mübahisəli torpaq sahəsi üzərində cavabdehin mülkiyyəti hüququ qeydə alındığından iddiaçının, ümumiyyətlə, hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur.

8. Həmin qətnamədən iddiaçıx1 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya sı məhkəməsindəki icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər- R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədov) 26.04.2021-ci il tarixli, 2(104)-998/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Şəmkir Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(076)-868/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, 08 aprel 2006-cı il tarixli, 4ə-241 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin saxta yolla tərtib olunması işdən müəyyən olunmur.

11. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. B irinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericiliyin normalarını təkrarlamaqla, öz mövqeyini əsaslandırmışdır.

13. Qətnamədən narazı qalan iddiaçıx1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçıx1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasi ya şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı Cavabdeh1 vəkili və nümayəndəsi Mirzəliyev Rüfət Əsəd oğlu tərəfindən etiraz daxil olmuşdur. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. Cavabdeh1 vəkili və nümayəndəsi Mirzəliyev Rüfət Əsəd oğlu kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

20. Maddə. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

21. Maddə. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

22. Maddə. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiy yatı tarixindən əmələ gəlir.

23. Maddə. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

24. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

25. Maddə. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının ( yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

26. Maddə. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

27. Maddə. 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üç ün əsas hesab olunur.

28. Maddə. 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

34. Kassasiya şikayətinin dəlilləri iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə eyniyyət təşkil edir ki, həmin hallara aşağı instansiya məhkəmələri tərəfindən ətraflı araşdırma aparılmaqla qiymət verilmişdir.

35. Belə ki, hazırki iddia tələbi daşınmaz əmlaka dair mülkiyyət hüququ ilə bağlıdır. Mülkiyyət hüququnun əsasları isə AR Mülki Məcəlləsi ilə tənzimlənir. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sə rəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ nəzərdə tutulur. (Mülki Məcəllə 152.1. maddə)

36. İş materiallarından göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsini 6 sentyabr 2003-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə satın alması işin mübahisəsiz halıdır.

37. Həmçinin, iddiaçı iddia ərizəsində etiraf etmişdir ki, o, torpaq sahəsini satın aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almamışdır.

38. Nəticə olaraq, Mülki Məcəlləyə əsasən, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ yaransa da, sərəncam vermək hüququ yaranmamış, sərəncam vermək hüququ müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdə qalmışdır. Üçüncü şəxslər isə sərəncam vermək hüququndan istifadə edərək, torpaq sahəsini sonr alar Cavabdeh1 satmış, cavabdeh isə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq Çıxarış almışdır.

39. Göründüyü kimi, hazırda torpaq sahəsi Cavabdeh1 qanuni mülkiyyətindədir.

40. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi “apellyasiya məhkəməsi tərəfindən torpaq sahəsinin şifahi razılıq əsasında cavabdehə icarəyə verilməsi barədə dəlilinə qiymət verilməməsi” mövqeyinə münasibətdə qeyd edir ki, iddiaçı həmin dəlilini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin, həmin dəlil iş materiallarıyla da öz təsdiqini tapmamışdır. Əksinə, torpaq sahəsinin iddiaçının etiraf etdiyi kimi 2005-ci ildən cavabdehin istifadəsində olması, həmin sahənin cavabdeh tərəfindən satın alınması və bu barədə iddiaçının da məlumatlı olmasına işarədir.

41. Bel ə olan halda, iddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər formal mülahizələr olmaqla, əsassız hesab olunmalıdır.

42. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıx1nun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-998/2021 nömrəli, 26.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar