Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6673/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və prosessual hüquq normalarının pozuntusunun nədə ifadə olunmasının kasasiya şikayətində göstərilməməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-189/2020 nömrəli iş üzrə 12 iyul 2021-c i il tarixli qərardadından cavabdehlər tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, 3-cü şəxslər Şəmkir rayon Dövlət Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi müddətinin gecikdirilməsi səbəblərinin üzrlü sayılaraq bərpa edilməsi, miras qalmış torpaq sahəsinin faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras torpaq sahəsinə bütövlükdə mülkiyyətçi tanınması, həmçinin həmin miras torpaq sahəsindən cavabdehlərin yetkinlik yaşına çatmaya n uşaqları ilə birlikdə çıxarılması, torpaq sahəsinin qaytarılması, özbaşına tikilinin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 iyun 2018-ci il tarixli, 2(076)-133/2018 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəhman Muradov sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Afiq Hüseynzadə) 2(104)-189/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi cavabdehlərin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(076)-133/2 018 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamədən cavabdehlər birgə kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakim – Abiddin Hüseynov) 2(102)-4349/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərarı ilə kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və işin kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəhman Muradov sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Əlizamin Abdullayev) 2(104)-189/2020 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini g eri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, kasasiya şikayətinin mümkünlüyü araşdırılarkən müəyyən olunmuşdur ki, kasasiya şikayəti Mülki Prossesual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, cavabdehlər kasasiya şikayətində qətnamə çıxarılarkən maddi və prossesual hüquq normalarının pozulmasını qeyd etsələr də, lakin sonuncular maddi və prossesual hüquq normalarının pozulmasını nədən ibarət olmasını konkret olraq göstərməmişlər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh10, Cavabdeh5 (vəkilləri Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək şikayətlərinin Azərbay can Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi qeyd edilən qərardadı qəbul edərkən onların iştirakını təmin etməmiş, bu barədə onlara lazımi qaydada məlumat verməmişdir. Daha sonra məhkəmələr onların nə sübutlar təqdim etmələrinə şərait yaratmış, nə də özləri sübut toplamışlar. Bununla da məhkəmələr ədalətli məhkəmə araşdırması prinsipini pozmuşlar. Kassiya şikayətlərinin icraata qəbul edilməməsi əslində onların konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası icla sının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh10, Cavabdeh5, onların vəkili Vəkil, digər Cavabdeh6, 3-cü şəxslər Şəmkir rayon Dövlət Notariat Kontorunun və AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 407.1.4. Kasasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsininjıgdan ibarət olması göstərilməlidir. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdınlmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğur, olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. Kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərilməmişsə kassasiya şikayəti geri qaytarılır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apely asiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehlər kasasiya şikayətində qeyd edilən qərardadın qəbul edilməsi ilə onların konstitusion hüquqlarının məhdudlaşdırılmasına istinad etsələr də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cavabdehlər apelyasiya kollegiyası tərəfindən qəbul edilmiş yuxarıda adıçəkilən qətnamədən kasasiya şikayəti verərkən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olmasını göstərməmişlər. Belə olan halda prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun olaraq kasasiya şikayəti apelyasiya kollegiyası tərəfindən geri qaytarılmalıdır. Qanunvericiliyin tələblərinə əməl edilməklə kasasiya şikayətinin geri qayta rılması nəinki konstitusion hüquqların, həmçinin digər hər hansı hüququnun pozuntusu hesab edilə bilməz. Çünki kasasiya şikayəti tərtib edilərkən prosessual qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməli olması qanunvericilikdə imperativ norma kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh10 və Cavabdeh5 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-189/2020 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.