Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6679/2021 25.10.2021 ALİ MƏHKƏMƏ İşin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2615/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı1 MMMC cavabdeh "xxxx" ASC-ə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" ASC 17 may 2021-ci il tarixdə vəsatət verərək mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2615/2021 nömrəli, 03.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 MMC-nin cavabdeh "xxxx" ASC-ə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə cavabdehin mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair cavabdeh "xxxx" ASC-nin vəsatəti rədd edilmişdir. Həmin qərardaddan cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qərara gəlir ki, işin icraata qəbul olunmasından imtina edilməli və iş şikayətlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, şikayətə vəkilin orderi əlavə e dilməyib və şikayət vəkil tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Madd ə 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Maddə 408.1.1. və 408.1.3. kassasiya şikayəti imzalanmamışsa və kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə geri qaytarılır. Bu səbəbdən hesab edirəm ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.3 və 407.4-cü maddələrinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət onun geri qaytarılması məsələsinin həlli üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1.3, 407.3, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2615/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6679/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6679/2021
25.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver