Məhkəmə qərarları › İş №2(102)-6688/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6688/2019

08.11.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6688/2019 08.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)4843/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(002)-62/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.K.Mürsəlov) İddiaçı İB Cav abdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” barədə iddiası təmin edilərək, ünvan 1 ünvandan keçən, iddiaçı təşkilata məxsus diametri 325 mm-lik orta təzyiqli əhali qaz kəmərlərinin mühafizə zonasında inşa olunmuş fərdi yaşayış evinin cavabdehin hesabına əvəzi ödənilməklə sökülərək kəmərin mühafizə zonasından çıxarılması qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)4843/2019 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd olunub. İddiaçı təşkilat qətnamədən k assasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandan keçən iddiaçı təşkilata məxsus diametri 325 mm-lik orta təzyiqli əhali qaz kəmərlərinin mühafizə zonasında inşa olunmuş fərdi yaşayış evinin cavabdehin hesabına (əvəzi ödənilmədən) sökülərək kəmərin mühafizə zonasından çıxarılması barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, normativ hüquqi aktların tələblərini pozularaq cavabdeh iddiaçı təşkilatın balansında və istismarında olan ünvan 1 ünvandan keçən 325 mm diametrlik orta təzyiqli əhali qaz kəmərinin 0,5 metr məsafədə, yəni mühafizə zonasında cavabdeh tərəfindən fərdi yaşayış evi inşa olunub. Cavabdeh tərəfindən inşa olunmuş həmin ev orta təzyiqli qaz kəmərinin təhlükəsizlik zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyi olduğundan iddiaçı təşkilat tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıq edilib. Lakin, dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh həmin qeyri-qanuni tikilinin sökülməsi üçün heç bir tədbir görməyib. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı İB vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı İB vəkili Xun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, p rosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddiaçı təşkilatın sökülməsini iddia etdiyi evin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məh kəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbləri və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, iddiaçı təşkilat iddia ərizəsində iddia etmişdir ki, cavabdeh normati v hüquqi aktların tələblərini pozularaq, iddiaçı təşkilatın balansında və istismarında olan ünvan 1 ünvandan keçən 325 mm diametrlik orta təzyiqli əhali qaz kəmərinin 0,5 metr məsafəsində, yəni mühafizə zonasında fərdi yaşayış evi inşa edib. Cavabdeh tərəfindən inşa olunmuş həmin ev orta təzyiqli qaz kəmərinin təhlükəsizlik zonasında yerləşdiyindən qanunsuz tikili və daim təhlükə mənbəyi olduğundan, cavabdehin öz vəsaiti hesabına sökülməlidir. Cavabdeh isə mübahisəli evin xüsusi mülkiyyətində olduğunu göstərib iddia tələbinə etiraz etmişdir. İşdən görünür ki, 07 avqust 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 93,7 kv.metr, yaşayış sahəsi 60,3 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmışdır. İşin mübahisə olunmayan həqiqi hallarından görünür ki, iddiaçı təşkilatın sökülməsini tələb etdiyi ev cavabdehin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi ic azəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Apellyasiya instansiyasıya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, mülkiyyət hüququ ilə bağlı sənədlərə əsasən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi cavabdehə mülkiyyət hüququ əsasında məxsus olduğundan, həmin torpaq sahəsi zəbt edilmiş və onun üzərində inşa edilmiş fərdi yaşayış evi isə özbaşına tikili sayıla bilməz. Belə ki, iddiaçı təşkilatın iddia etdiyi ünvanda cavabdehin torpaq sahəsini özbaşına tutaraq həmin sahədə buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normal arını və qaydalarını ciddi surətdə pozmaqla tikili inşa etməsi mülki iş materialları ilə istisna olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini n 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, mübah isəli ərazidə yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair cavabdehin mülkiyyət hüququnu təsdiq edən sənədlər qüvvədə olduğu, eləcə də ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi halda, tikilini qanunsuz saymaqla onun sökülməsi barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara s adalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiya sı məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)-4843/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar