Məhkəmə qərarları › İş №2(102)-669/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-669/2021

15.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-669/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər “Nəriman-N“Müəssisəsinə, Cavabdeh2 Elman Əliağa qızına, X4, Zərbalıyeva(Bədirova) Şəbnəm Səid qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-669/21 (Açar sözlər: mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin bölünməsi, mülkiyyət hüququnun tanınması, mənzilə köçürülmə, müddətin ötürülməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliy i, Cavabdeh2 vəkili X12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, X4, xxx qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4781/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıla Cavabdeh2 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar.

2. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhəllədə 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 82.0 kv.m olan 2 otaqlı 33 saylı mənzili müqavilə ilə Cavabdeh1ndən Cavabdeh2 ilə birgə nikah dövründə əldə edib. Müqavilə Ca vabdeh2 ilə bağlanıb.

3. Cavabdeh2 iddiaçının verdiyi razılıq ərizəsi əsasında qeyd edilən evi X7, sonuncu da X4 satmışdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı Yasamal rayon Məhkəməsinə iddia ərizəsi və tələbin artırılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhllədə 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 82.0 kv.m. olan 2 otaqlı, 33-cü mənzilin alqı-satqısına dair Cavabdeh1 ilə X13 arasında bağlanmış xx.xx.2016-cı il tarixli və X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

5. İddiaçının ərizəsi əsasında X11 və X10 da cavabdeh qismi ndə işə cəlb ediliblər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhllədə 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 82.0 kv.m. olan 2 otaqlı, 33-cü mənzili Cavabdeh1ndən 120000 manata alıb, amma müqavilədə mənzilin dəyəri 6940 manat göstərilib.

7. İddiaçı sözügedən mənzilin Cavabdeh2 tərəfindən satılmasını məhkəmə gedişindən az əvvəl öyrənmişdir.

8. Belə ki, iddiaçı evin satılması üçün razılıq ərizəsini Rusiya Federasiyasının ərazisində olarkən vermişdir. Həmin razılıq ərizəsini verməkdə iddiaçının yeganə məqsədi bina evi olan mənzili daha baha qiyməyə satıb, başqa yerdə yeni həyət evi almaq olmuşdur.

9. İddiaçıdan xəbərsiz Cavabdeh2 birgə nikah vaxtı əldə edilən həmin mənzili 6940 manata bibisi qı zı X8, sonuncu isə mənzili iddiaçının qayınanası X2.

10. Bütün müqavilələrdə 120000 manata alınan mənzilin qiyməti 6940 manat göstərilmişdir.

11. Cavabdeh2 bu uydurma müqavilələri bağlamaqda məqsədi birgə nikah dövründə əldə edilən mənzili mənimsəmək olmuşdur. Bu məsələdə Cavabdeh1 də cavabdehlə əldir olub. Halbuki nə Cavabdeh2, nə də Cavabdeh1 mənzili satmaq səlahiyyətləri olmayıb.

12. Mənzildə hazırda da Cavabdeh2 ilə övladları yaşamaqdadır. Mənzilin formal olaraq satıldığı dövrdə də həmin mənzildə övladlarıyla birlikdə Cavabdeh2 yaşayıb. İddiaçının evin satılmadığına əmin olmağı və daha sonra da aldanmağı səbəbi də məhz budur.

13. İddiaçı əmlakın bölünməsini tələb etdikdə bilib ki, mənzil satılıb. Belə olduqda, iddiaçı iddia qaldıraraq mənzilin satılmasından əldə olunan pulu tələb edib. Şamaxı rayon Məhkəməsinin qətnaməsi ilə iddia rədd edilib.

14. Həmçinin Şamaxı rayon Məhkəməsində işə baxılarkən Cavabdeh2 mənzilin daha sonra formal olaraq anasına satılmasını gizlətmişdir. Bu halı iddiaçı qeyd ilə qətnamədən apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən bilmişdir. Bütün byunlar təsdiq edir ki, Cavabdeh2 bu uydurma müqavilələri bağlamaqda yeganə məqsədi birgə nikah dövründə əldə olunan mənzili mənimsəmək olmuş və birgə nikahda əldə olunmuş əmlakların bölgüsünü mümkünsüz etmək olmuşdur.

15. Cavabdeh2 bu məqsədini formal olaraq 6940 (altı min doqquz yüz qırx) manat kimi uydurma bir məbləğlə mənzili əvvəlcə öz bibisi qızının adına, daha sonra isə eyni məbləğ qarşılığında yenə formal olaraq öz anasının adına rəsmiləşdirməklə həyata keçirmişdir.

16. İdd iaçı tələbinin hüququ əsası kimi Mülki Məcəllənin 337 və 340.1-ci maddələrinə istinad edib.

17. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddiaya etirazını belə əsaslandırıb ki, iddiaçının çoxlu borcu olub, həmin borcu qaytarmaq üçün iddiaçının razılığı ilə həmin mənzili 60000 manata bibisi qızıxxx satıb. Məbləğin bir hissəsi borca, bir hissəsi ailənin təlabatını ödəməyə yönəlib. Bibisi qızı daha sonra mənzili onun anası xxx satıb. Hazırda anasının bibisi qızına evin puluna görə borcu var. Mənzil iddiaçının razılığı ilə satılıb

18. Cavabdeh2 eyni zamanda yazılı etirazını da eyni dəlillərlə əsaslandırıb, əlavə olaraq mübahisəyə müddətin tətbiq edilməsini də xahiş etmişdir.

19. Cavabdeh xxx iddiaya yazılı etiraz verib, etirazını belə əsaslandırıb ki, mənzili 2017-ci ildə alıb, mənzil yaşayış üçün yararsız olduğundan mənzili qaytarıb, həhlə də 60000 mantın 40000 manatını geri ala bilməyib. Bundan əlavə, iddiaçı mənzili satmaq üçün həyat yoldaşı Cavabdeh2 razılıq verib. Cavabdeh2 mənzili ona iddiaçının razılığı ilə satıb.

20. Cavabdeh Şəbnəm Zərbalıyeva da etirazının sonunda əlavə olaraq mübahisəyə müddətin tətbiq edilməsini xahiş etmişdir.

21. Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya etirazını belə əsaslandırıb ki, iddiaçının razılıq ərizəsinin ləğv olunması üçün Rusiyaya getməli olmasına istinad etməsi düz deyil, bunu üçün Rusiyaya getməyə heç bir ehtiyac yoxdur, həmin ərizənin burada da notarial qaydada ləğv edilməsi mümkündür. Ev 2016-cı ildə satılmışdır, iddiaçı özü də qeyd edir ki, birgə ev axtarırdılar. Evin satılmasından xəbərinin olmaması isə qeyrimümkündür. Mənzil iddi açının razılığı ilə satılmışdır. İddiaçının alqı-satqının həyata keçirilməsindən 2016-cı ildə xəbəri olmuşdur. Odur ki, əqdin etibarsızlığı üzrə müddət də keçib.

22. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-529/2020 nömrəli, 12.02. 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ayaz Məmmədov)

23. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı mənzilin onun razılığı olmadan Cavabdeh2 tərəfindən xx.xx.2016-cı il tarixli uydurma alq-satqı müqaviləsi ilə bibisi qızı X8, sonuncu tərəfindən isə xx.xx.2018-ci il tarixli müqavilə ilə Cavabdeh2 anası X1 həmin müqavilələr etibarsız hesab edilməsini xahiş etsə də, əqdi mübahisələndirmək üçün müddəti ötürüb.

24. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə maraqlı şəxs əqdin etibarsız sayıl masına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

25. İddiaçının mübahisələndirdiyi ilkin alqı-satqı müqaviləsi 2016-ci il tarixdə bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsinin bağlanılmasına iddiaçı xx.xx.2015-ci il tarixdə notariat təsdiqli razılıq ərizəsi vermiş, hazırki tələblə isə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. İddiaçı tərəf qanunla nəzərdə tutulmuş 1 illik müddətin ötürülməməsinə və ya üzrlü səbəbdən ötürülməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

26. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 354.2, 375, 377.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verib.

28. Ap ellyasiya şikayətində işin faktiki hallarına istinad edilib, əlavə olaraq göstərilib ki, iddiaçı mənzilin satılmasından xx xxxx 2019-cu ildə Cavabdeh1 sorğuya cavabından xəbər tutub. Buna görə də müddətin ötürülməsi barədə gəlinən nəticə düz olmayıb.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4781/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tanrıverdiyev Anar (sədrlik edən, məruzəçi), Tofiq Səmədov və İkram Şirinov)

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin sübutları dəyərləndirməsi, gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları ilə razılaşaraq, hesab edib ki, əqdin mübahisələndirilməsi üçün müddəti iddiaçı ötürüb.

31. Apellyasiya instansiyası da qeyd edib ki, iddiaçının mübahisələndirdiyi ilkin alqısatqı müqaviləsi 2016-ci il tarixdə bağlanılmış, həmin alqı-satqı müqaviləsinin bağlanılmasına iddiaçı xx.xx.2015-ci il tarixdə notarial qaydada razılıq ərizəsi vermiş, hazırki tələblə isə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir.

32. Apellyasiya instansiyası iddiaçı tərəfin qanunla nəzərdə tutulmuş müddətin ötürülməməsi və ya üzrlü səbəbdən ötürülməsi, eləcə də, mənzilin satılmasından xx.xx.2019-cu ildə məlumat alması barədə apellyasiya şikayətinin dəlilini müvafiq sübut təqdim edilmədiyi üçün qəbul etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlillə ri

33. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

35. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X3 şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi.

37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı, onun vəkili və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədl əri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

43. İddia tələbi bağlanmış əqdlərin etibarsız hesab edilməsi barədədir. Tələbin faktiki əsası kimi iddiaçı əqdin bağlanmasından xəbərsiz olmasına istinad etmişdir.

44. İşin məhkəmələ r tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı mənzilin satılmasına notariat qaydasında razılıq verib, həmin razılıq ərizəsi əsasında mənzil Cavabdeh1 ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ilə X5, xx.xx.2018-ci il tarixli müqavilə ilə isə X6 adına keçib.

45. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən edib ki, ilkin müqavilə iddiaçının xx.xx.2015-ci il tarixdə notarial qaydada verdiyi razılıq ərizəsi əsasında 2016-ci il tarixdə bağlanmış, hazırki tələblə xx xxxxxx 2019-cu il tarixdə müraciət etməklə, iddiaçı 1 illik müddətini ötürmüşdür.

46. Həmçinin iddiaçı tərəfin qanunla nəzərdə tutulmuş müddətin ötürülməməsi və ya üzrlü səbəbdən ötürülməsi, eləcə də, mənzilin satılmasından xx.xx.2019-cu ildə məlumat alması barədə apellyasiya şikayətinin dəlilini apellyas iya məhkəməsi müvafiq sübut təqdim edilmədiyi üçün qəbul etməmişdir.

47. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

48. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

49. Bu baxımdan apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması barədə şikayətin dəlilləri əsassızdır.

50. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, ape lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4781/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar