Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6693/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, X katibliyi, İddiaçı X2 nümayəndəsi X3, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6349/2019 nömrəli iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin (hakim Ramin Quliyev ) 08.01.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın və onun yekunları haqqında tərtib edilmiş 25.01.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsi, Cavabdeh1 ASC-nin adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsi və həmin çıxarışın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və İlham Kərimli) 20 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 08.01.2019cu il tarixli qətnaməsi ləğv edi lmiş, iddia tələbinin təmin edilməsi, Cavabdeh2 MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş 25 yanvar 2018-ci il tarixli 14 №-li protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25 yanvar 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh1 ASC-nin mülkiyyətinə verilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən verilmiş 09.03.2018- ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. İşin halları: İddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın və onun yekunları haqqında tərtib edilmiş 25.01.2018-ci il tarixli protokolun etibars ız hesab edilməsi, Cavabdeh1 ASC-nin adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsi və həmin çıxarışın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə onun arasında 29.03.2015-ci il tarixli İK 1534-05 saylı və 31.03.2015-ci il tarixli, KK 224-05 saylı kredit müqavilələri imzalanmışdır. Lakin sonradan dolların bir il ərzində iki dəfədən artıq devalivasiya etməsindən və bundan asılı olaraq ticarət fəaliyyətinin kəskin şəkildə pisləşməsindən dolayı kredit üzrə ödəməli olduğu məbləğləri vaxtlı-vaxtında ödəyə bilməmişdir. Daha sonra məlumatı olmadan Bank t ərəfindən “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad rayon məhkəməsinə müraciət edilmiş, iddia faiz və əsas hissəsdə tam, cərimə hissəsində isə qismən təmin edilərək borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi baradə qətnamə qəbul edilmişdir. Nə məhkəmə tərəfindən, nə də iddiaçı Bank tərəfindən məhkəmə barəsində məlumatlandırılmadığından qətnamədən çox sonralar xəbər tutmuş və həmin qətnamədən Cəlilabad rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi qətnaməni dəyişərək, cərimə hissəsində azaldaraq yeni qətnamə qəbul etmişdir. Lakin Cəlilabad rayonunda qeydiyyatda olduğu halda Bakı şəhərində yaşadığından qətnamənin ona rəsmi qaydada- təqdim edilməsində problemlər olmuş və o, qətnaməni çox gec əldə etmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə qətnamənin qüvvəyə minməsini qətnaməni Banka rəsmi qaydada təqdim edildiyi tarixdən hesablayaraq Cavabdeh3nə icra vərəqəsi vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən Cavabdeh3 icra məmuru tərəfindən icra şöbəsinə dəvət edildikdən sonra məlumat əldə etmişdir. Bu da onu göstərir ki, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi hələ qüvvəyə minməmişdir və qətnamə ilə razı olmadığından ondan kasassiya şikayəti verəcəyini icra məmuruna həm şifahi, həm də yazılı məlumat verərək icraatın dayandırmasım tələb etmişdir. "Cavabdeh1” ASC-nin ona qarşı qaldırdığı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair yekun məhkəmə aktı olmadan qanunsuz və əsassız şəkildə icra hərəkətləri edilmiş, əmlakın hərraca çıxarılması üçün hərrac mərkəzinə sifariş verilmişdir. Məsələnin əsası odur ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilən qətnamənin qanuni qüvvəyyə minməməsi Cavabdeh1 ASC-nin əməkdaşlarına və icra məmuruna məlum olduğu halda “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun Hərracın keçirilməsi barədə tələbləri kobud şəkildə pozulmaqla hərrac prosesi keçirilmişdir. Yasamal rayon İcra Probasiya Şöbəsi tərəfindən “X1” MMC-yə hərracın keçirilməsinə dair verilmiş sifariş qeyri-qanuni olduğundan keçirilən hərrac da qanunsuzdur. Bundan başqa keçirilmiş hərrac barədə ona məlumat verilməmişdir. Ona görə də hesab edir ki, hərracın nəticələrinə dair protokol ləğv edilməli, həmin protokola əsasən Cavabdeh1 ASC-nin adına rəsmiləş dirilmiş çıxarış da qanunsuz olduğundan ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra vərəqinin verilməsinə əsas olmuş qətnamə qanuni qüvvəsini almamış icraya yönəldilmişdir. Lakin məhkəmə qətnamənin qanuni qüvvəyə minmədiyi halda icra vərəqinin verilməsinin mümkün olmamasını nəzərə almamışdır. Qətnamə r əsmi qaydada tərəflərə göndərilmişdir. Tərəfin məhkəmə sənədini qəbul etməməsi onun qanuni qüvvəyə minməsini istisna etmir. Məhkəmə həmin qətnamənin tərəflərə göndərilməsini araşdırmamışdır. Ona görə də, qətnamə ləvğ edilməlidir. Tərəflərin izahatları: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı X2 nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Mülki Prosessual Məcəllənin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiya sı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübu tlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında kredit müqavilələrinin bağlanması, məhkəmə qətnaməsi ilə borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın hərraca çıxarılaraq satılması və ikinci hərracda əmlakı n banka satılması və sonuncunun mülkiyyətinə keçməsi işin mübahisəsiz hallarıdır. İddiaçının tələbinin faktiki əsasını iki hal təşil edir: 1) Hərrac qətnamə qanuni qüvvəyə minmədən əsassız olaraq keçirilmiş; 2) Hərracın keçirilməsi barədə ona lazımi qaydada məlumat verilməmişdir. 1-ci hallar bağlı apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 13 noyabr 2017-ci il və 21 dekabr 2017-ci il tarixlərdə iddiaçıya məxsus mənzillə bağlı müvafiq olaraq birinci və ikinci hərraclar keçirilmişdir. Lakin hərrac Şirvan Apellyasiya Məhkəməsinin 30 mart 2017-ci il tarixli qətnaməsi əsasında keçirilmiş və həmin tarixlərdə qeyd olunan qətnamə qanuni qüvvəyə minməmişdir. Belə ki, mülki işin 11-ci səhifəsində olan X2 Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinə ünvanladığı 18 avqust 2017-ci il tarixli m əktub var. Həmin məktub icra qurumuna çatdırılmışdır. Məktubda iddiaçı icra qurumuna bildirmişdir ki, borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixliqətnaməsindən kassasiya şikayəti vermək qərarına gəlmiş, ona görə 23 avqust 2017-ci il tarixədək ona möhlət verilməsini xahiş etmişdir. Mülki işin 10-cu səhifəsində olan bildirişdən görünür ki, X2 qeyd olunan qətnamədən vermiş olduğu kassasiya şikayətinin təyin olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi tərəfindən ona və banka 29 sentyabr 2017-ci il tarixdə bildiriş göndərilmiş və kassasiya şikayətinə baxılmasının 22 noyabr 2017-ci il tarixə təyin olunması qeyd edilmişdir. Hansıki, həmin tarixdə artıq 1 -ci hərrac keçirilmişdi. İddiaçı icra qurumuna məkt ub göndərən zamanı 1-ci hərrac da təyin olunmamışdı. Həmin məktubdan sonra icra məmurunun sifarişi ilə 1-ci hərracın 13 noyabr 2017-ci il tarixə təyin olunması barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 30 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının təkidli xahişinə və rəsmi olaraq məlumat verməsinə baxmayaraq hərracı keçirməyə səlahiyyətli olan qurum qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi əsasında əmlakı hərraca çıxararaq 1-ci hərracı keçirmişdir. 2-ci hallar bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-cimaddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Həmin qanunun 43.1-ci maddəsinə əsasən, hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın veril diyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək hesab etmişdir ki, iddiaçının hərracın keçirilməsi barədə məlumatlı olmaması barədə dəlili əsaslıdır. Birinci birinci instansiya məhkəməsi bildirişin göndərildiyini təsdiq edən xəbərnaməni n X4 tərəfindən imzalandığını bildirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Qeyd olunan xəbəmamələrdə X2 imzası yoxdur. Məhkəmənin həmin məlumatı haradan yazması aydın deyil. Çünki işin 42, 44-cü səhifələrində olan həmin bildirişlərin heç birində İddiaçı imzaları yoxdur. İddiaçı göndərilmiş 2-ci hərrac barədə bildriş onun həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. 1-ci hərracın keçirilməsi barədə bildirişdə isə Ağayevin soyadı yazılsa da, onun imzası yoxdur. Həmin bildirişin ona çatması müəyyən olunnmur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, oxucu kütləsi olmayan qəzetdə elan vermə, hərracın keçirilməsi barədə tərəflərə lazımı qaydada məlumat vermə hesab oluna bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddə sinin (keçiriləcək hərrac barədə kütləvi informasiya vasitələrində elan verilməsi) güddüyü məqsəd ondan ibarətdir ki, keçiriləcək hərrac barədə iştirak etmək istəyənlər məlumat ala bilsinlər. Ona görə qeydolunan normada nəzərdə tutulan kütləvi informasiya vasitəsi dedikdə, hazırkı işdə olduğu kimi hansısa qəzetdə elan verilməsi deyil, keçirilən hərracın oxucu dairəsi olan kütləvi informasiya vasitəsilə insanlara çatdırılması nəzərdə tutulur. İddiaçıya bildirişlər onun yaşayış yeri üzrə Cəlilabad rayonuna göndərilmişdir. Hərrac barədə elanlar isə Bakı şəhərində məhdud yayımlanan “Kaspi” qəzetində verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərracın nəticələri etibarsız hesab olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, icra vərəqənin verilməsi üçün əsas olmuş məhkəmə qətnaməsnin qanuni qüvvəyə minməsi, həmin qətnamədən kassasiya şikayəti verilə bilməsi məsələsi həmin işə baxılarkən qiymət verilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmə tərəfindən icraata qəbul edilərək baxılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 17.1 və 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır. Göründüyü kimi, icra məm uru icra sənədi üzrə icraatı dayandırmalı olduğu halda buna əməl etməmiş, hətda bu barədə borclu Müşfiq Ağayevin ərizəsinə əhəmiyyət verməyərək hərracın keçirilməsini təmin etmişdir. İddiaçı icra şöbəsinə bu barədə məlumat verməsinə baxmayaraq, icra məmuru tərəfindən qanunun imperativ qaydada göstərişinə əməl etməyərək icra hərəkətlərinin aparılması proseduru pozulmuş və nəticədə qanuni olmayan hərracın keçirilməsi baş tutmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ka ssasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6349/2019 nömrəli iş üzrə 20 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6693/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6693/2019
28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver