Məhkəmə qərarları › İş №2(102)-6695/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6695/2021

20.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6695/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh1, X4 və Bakı şəhəri 16 saylı Notariat Ofisinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi, miras əmlakın qəbul edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1020/2021 nömrəli iş üzrə 09 aprel 2021-c i il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Elçin Rzayev iddiaçılar İddiaçı2 və İddiaçı1, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atasıdır. Elçin Rzayev ilə Təranə Rzayeva 19.09.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan iş üzrə iddiaçılar doğulmuşlar. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, keçid 1, ev məhz həmin nikah dövründə əldə olunmuş və daşınmaz əmlakın dövlət reyestrində Elçin Rzayevin adına qeydə alınmışdır. Daha sonra Təranə Rzayeva əri Elçin Rzayevin cavabdehlər Kəmalə və Cavabdeh1lərin anası ilə qeyri-rəsmi münasibətlərinin olmasından xəbər t utmuş, bu səbəbdən Təranə Rzayeva ilə Elçin Rzayevin münasibətləri pozulmuş, Təranə Rzayeva uşaqları – iş üzrə iddiaçıları özü ilə aparaq mübahisəli evi tərk etmiş və onlar mübahisəli evə bir daha qayıtmamışlar. Elçin Rzayev 19.11.2012-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Kəmalə və Cavabdeh1lərin müraciəti əsasında 16 saylı Notariat Ofisi tərəfindən onlara Elçin Rzayevin ölümündən sonra miras qalmış mübahisəli mənzilə dair 19.02.2016-cı il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir (miras əmlakda hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir). Elçin Rzayevin ölümündən sonra iddiaçılar və onların anası Təranə Rzayeva nə mənzilə qayıtmamış, nə də ki, mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. Təranə Rzayeva 05.05.2018-ci il tarixdə vəfa t etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh1, X4 və Bakı şəhəri 16 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Kəmalə Əliyevaya Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V37 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 19 noyabr 2012-ci il tarixdə vəfat etmiş ataları X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehlərin və onların hər birinin payının ¼ hissədə olmaqla qanun üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınması barədə qətnamə çıxarılmasını xah iş etmişlər. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlər atalarının başqa qadınla qeyri-rəsmi nikahından olan övladlarıdır. Analarının vəfatından sonra təsadüfən bilmişlər ki, atalarından qalmış miras əmlak atalarının digər qadınla qeyri-rəsmi nikahından doğulmuş bacı və qardaşları tərəfindən 2016-cı ildə qəbul edilib. Bundan 2018-ci ilin sentyabrın 18də xəbər tutublar. Miras əmlak olan ev valideynlərinin ümumi əmlakı olmuşdur. Buna görə də cavabdehlər iddiaçıların anasına çatası əmlaka vərəsəlik əldə edə bilməzdilər. İddiaçılar Ailə Məcəlləsinin 32.1, Mülki Məcəllənin 225.1, 1159.2, 1162, 1246 və 1248-ci maddələrinə istinad etmişlər. Cavabdehlərin vəkili və nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Ərizədə ona istinad edilib ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsin ə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələblərinə 3 illik iddia müddəti tətbiq edilir. X5 19 noyabr 2012-ci ildə vəfat etdiyindən Ailə Məcəlləsinin 14cü maddəsinə uyğun olaraq onun X6 ilə nikahı ləğv edilib. X6 əmlakın bölünməsi tələbi ilə 3 illik iddia müddətindən istifadə etməmiş və öldüyü günə qədər iddia müddətini bərpa edərək məhkəmədə iddia qaldırmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Zaur Hacıyev) 2(008)-1707/2019 saylı, 03 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, X10 Rzayevin sağlığında və onun ölümündən sonrakı 6 ilə yaxın müddət ərzində Elçin Rzayevə və onun ölümündən sonra mübahisəli evi miras əmlak kimi əvvəl faktiki, sonra is ə rəsmi qaydada qəbul etmiş cavabdehlərə qarşı heç bir tələb və ya məhkəmədə iddia irəli sürməmişdir. Cavabdeh tərəf mübahisəyə Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Həmin maddəyə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Birinci instansiya məhkəməsini mövqeyinə görə 19.11.2012-ci ildə Elçin Rzayevin ölümü ilə onunla Təranə Rzayeva arasındakı nikah qanunun birbaşa göstərişinə görə xitam olunmuşdur. Sonuncu bununla hüququnun pozulduğunu bilmiş, lakin qanunun ona verdiyi müddət çərçivəsində ümumi əmlakdan payının ayrılması barədə heç bir tələb irəli sürməmişdir. Beləliklə, baxılan iş üzrə ailə qanunvericiliyində müəyyən edilmiş 3 illik m üddət vərəsələrin miras tələbinə deyil, Təranə Rzayevanın birgə nikah dövründə əldə edilmiş əmlakda payın ayrılması tələbinə şamil edilir. Eyni zamanda sonuncu müəyyən edilmiş müddət ərzində əmlakdan payının ayrılmasını tələb etmədiyi üçün onun vərəsələrinin də həmin əmlakda analarının hissəsinə miras payı tələb etməklə bağlı subyektiv hüquqları yoxdur. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 14.1, 36.9, Mülki Məcəllənin 1133, 1145, 1146, 1159, 1164, 1243.1, 1243.2, 1274-cü maddələri, “R. Salamovun şikayəti üzrə” və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq olaraq 03 aprel 2007-ci il və 01 may 2019-cu il tarixli qərarları ilə əsaslandırmışdır. İddiaçılar qətnamədən apellya siya şikayəti verib. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəlləsinin 1164-cü və Ailə Məcəlləsinin 36.9-cu maddələrini düzgün tətbiq etməmişdir. Çünki Ailə Məcəlləsinin 36.9cu maddəsində nəzərdə tutulan iddia müddəti sağ olan ər-arvad arasında olan əmlak tələblərinə aiddir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi) İkram Şirinov, Elşən Kazımov) 17 sentyabr 2019-cu il tarixli 2(103)-10515/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin mövqeyinə görə birinci ins tansiya məhkəməsi hazırkı mübahisəyə Ailə Məcəlləsinin 36.9-cu maddəsini tətbiq etməklə və iddianı həmin əsasla rədd etməklə qanuni nəticəyə gəlmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçılar mirasın qəbulu ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddətləri də ötürmüşlər. İddiaçı2 qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi) Elşanə Vəliyeva, Elşad Şamayev) 2(102)-4610/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(103)-10515/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya ba xışına qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsasında məhkəmələr tərəfindən Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tətbiqi hazırki işin müəyyən edilmiş hallarına uyğun deyildir. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan iddia müddəti nikahı pozulmuş ər-arvadın əmlak tələblərinə aiddir. Hazırki işdə isə müəyyən edilmişdir ki, iddiaçıların valideynləri arasında nikah pozulmamış, iddiaçıların atasının ölümü ilə nikaha xitam verilmişdir. Məhkəmənin mövqeyinə görə, Ailə Məcəlləsinin 36.9-cu maddəsinin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulan iddia müddəti üçüncü şəxslərlə olan iddialara tətbiq edilə bilməz. Bu normadakı müddət yalnız ər-arvadın biri-birinə qarşı iddialarına tətbiq edilə bilər. Üçüncü şəx slərə münasibətdə bütün digər hallarda isə ər və ya arvad mülkiyyət hüququnun daşıyıcısı kimi çıxış edir və bu halda iddia müddətinin tətbiqi istisna olunur. (Mülki Məcəllənin 384.0.4) Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsini əsaslandırmaq üçün istinad etdiyi “R. Salamovun şikayəti üzrə” və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq olaraq 03 aprel 2007-ci il və 01 may 2019-cu il tarixli Qərarları vəfat etmiş ər-arvadın əmlak münasibətlərinə aid iddia müddəti ilə deyil, sağ olan ər-arvadın nikahın pozulması və ya nikaha faktiki üç il əvvəl xitam verildiyi hallardakı əmlak münasibələri ilə bağlıdır. Miras əmlak olan evin iddiaç ıların valideynlərinin birgə nikah vaxtı alınması, bu səbəbdən həmin əmlakın ½ hissəsinə iddiaçıların anasının mülkiyyət hüququnun olması işin mübahisə edilməyən halı kimi müəyyən edilib. İddiaçıların atası 19 noyabr 2012-ci ildə vəfat etmiş və onun həmin əmlakda ½ payına vərəsəlik açılmışdır. İddiaçıların anasına aid hissəyə isə miras açılmamışdır. İddiaçıların anası həmin hissədə mülkiyyətçi olaraq qalmışdır. Belə olan halda iddiaçıların anası 05 may 2018-ci ildə vəfat etsə də, artıq 2016-cı il tarixdə onun mülkiyyətində olan əmlakın ½ hissəsi də vərəsəlik qaydasında cavabdehlərin adına keçmişdir. Halbuki Mülki Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Göründüyü kimi birinci instans iya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmayıb, apellyasiya məhkəməsi də həmin pozuntuları aradan qaldırmayıb. Bu baxımdan, hazırki mübahisəyə Ailə Məcəlləsinin 36.9 və Mülki Məcəllənin 1162-ci maddələri düzgün tətbiq edilmədiyindən, iddiaçıların anasının müəyyən edilmiş müddət ərzində əmlakdan payının ayrılmasını tələb etmədiyi üçün onun vərəsələrinin də həmin əmlakda analarının hissəsinə miras payı tələb etməklə bağlı subyektiv hüquqlarını olmaması və iddiaçıların analarından qalan mirasın qəbulu ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddətləri ötürmələri barədə gəlinən nəticə də düzgün olmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin iclasında verdiy i izahatında bildirmişdir ki, ataları Elçin Rzayev ilə anaları Təranə Rzayevanın münasibətləri pozulduqdan sonra, anaları mübahisəli evi onlarla (iddiaçılar) birlikdə tərk etmiş, buna baxmayaraq valideynləri arasındakı nikah pozulmamışdır. Valideynlərinin vəfatından sonra miras kimi, yalnız mübahisəli ev qalmışdır. 30.09.2018-ci il tarixdə babalarının yas mərasimində bilmişlər ki, cavabdehlər miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışlar. Bundan sonra da onlar, analarının vəfatından sonra miras qalmış evin analarına çatası hissəsindən özlərinə çatası miras əmlakın alınması üçün tədbirlər görməyə başlamışlar. İddiaçıların vəkili (nümayəndə) isə əlavə olaraq bildirmişdir ki, mübahisəli əmlak mərhum Elçin Rzayev ilə Təranə Rzayevanın arasında mübahisə yaranana qədər alınmışdır. Daha sonr a Təranə Rzayeva xəbər tutmuşdur ki, Elçin Rzayevin başqa qadınla (cavabdehlər Kəmalə və Cavabdeh1lərin anası) münasibəti var, həmin münasibətdən də uşaqlar doğulmuşdur. Bu səbəbdən Təranə Rzayeva ilə Elçin Rzayevin münasibətləri pozulmuş və Təranə Rzayeva mübahisəli evi tərk etmişdir. Buna baxmayaraq onların nikahı pozulmamışdır. Nikah pozulmadığından isə evə dair mübahisəyə ər-arvadın əmlak tələbləri ilə bağlı 3 illik iddia müddəti tətbiq oluna bilməz. Lakin işə baxmış birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır. Məhkəmə kassasiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə əsaslandırması səhvdir. Belə ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını səhv tətbiq etmişdir. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Qeyd olunan maddi hüquq normasının tələblərindən görünür ki, üç illik iddia müddəti ərarvadın bir-birinə qarşı əmlak tələblərinə aiddir. Hazırki iş üzrə mərhum ər-arvad arasında nikah ərin vəfat etməsi ilə xitam olunmuşdur. Bu halda arvad mülkiyyət hüququnun daşıyıcısı kimi onun digər şəxslərdən öz əmlakını tələb etməsinə iddia müddəti şamil edilə bilməz. Çünki Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. İşin hallarından müəyyən edilir ki, Elçin Rzayev ilə Təranə Rzayevanın arasındakı nikah pozulmamışdır. X10 Rzayevin vəfatından 5 il 6 ay sonra vəfat etmiş və sağikən miras əmlakın qəbul edilməsi ilə bağlı hər hansı bir hərəkət etməmişdir. Bu kimi hərəkətlər iddiaçılar tərəfindən də, həyata keçirilməmişdir. Mülki Məcəllənin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243-cü maddəsinin mənasına görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vər əsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1248-ci maddəsinin mənasına görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllə nin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Göründüyü kimi, iddiaçılar analarından qalmış mirası qəbul etməmişlər. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Təranə Rzayevanın vəfatından sonra onun övladları olan iddiaçılar mübahisəli ev üzərində miras paylarının tanınmasını tələb edirlər. Lakin nəzərə alınmalıdır ki, iddiaçılar anaları Təranə Rzayevanın vəfatından sonra mirası qəbul etməmişlər. Təranə Rzayeva yuxarıda qeyd edildiyi kimi 05.05.2018-ci il tarixdə vəfat etmiş, lakin iddiaçılar 6 aylıq müddət ərzində 05.08.2018-ci il tarixədək mirasın qəbuluna dair ərizə ilə notariat kon toruna müraciət etməmişlər. İddiaçılar iddia ərizəsində qeyd edirlər ki, 30.09.2018-ci il tarixdə babalarının yas mərasimində bilmişlər ki, cavabdehlər miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışlar. Bundan sonra da iddiaçılar özlərinə çatası miras əmlakın alınması üçün tədbirlər görməyə başlamışlar. Sübutetmə yükü üzərinə düşən və əmlakdan mərhum anasına məxsus paya vərəsəlik hüquqlarının tanınmasını tələb edən iddiaçılar, 05.05.2018-ci il tarixdə anaları vəfat etdikdən sonra həmin hissədə əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi həmin yaşayış sahəsində yaşadığı haqqında mənzil-istismar sahəsinin arayışını, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışları nı və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim edə bilməmişlər. İddiaçıların mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik və ya əmlakı idarə etməsi, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkət etməsi müəyyən edilmədiyindən hesab edilir ki, iddiaçılar Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişlər. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunan digər bir məsələ də ondan ibarət olmuşdur ki, iddiaçıların anası 05.05.2018-ci il tarixdə vəfat etmiş, lakin buna baxmayaraq, 2016-cı il tarixdə m ərhumun mülkiyyətində olan əmlakın 1/2 hissəsinə də cavabdehlərin adına şəhadətnamə verilmişdir. Belə ki, Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mirasın qəbulu üçün nəzərdə tutulmuş kəsici müddəti ötürdükləri üçün analarına məxsus paydan miras əmlak kimi pay almaq hüquqlarını itirmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşlər. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı qeyd olunan əsasla rədd etməklə iş üzrə səhv nəticəyə gəlmiş, məhkəmə maddi hüquq normasını səhv tətbiq etmişdir. İddiaçılar (Vək il) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi T.Rzayevanın vəfatından sonra birgə iddiaçıların mirasın qəbul etmədiklərini qeyd etmişdir. Lakin məhkəmə bu hissədə nəzərə almalı idi ki, birgə iddiaçıların analarına məxsus olan payı ümumiyyətlə mövcud deyilmiş, çünki mübahisəli əmlak heç bir əsas olmadan analarının sağlığında vərəsəlik qaydasında cavabdehlərin adına keçmişdir. Halbu ki, məhkəmə işi tam, obyektiv araşdıraraq birgə iddiaçılann anasının birg ə nikah dövründə mövcud olan 1/2 hissədə payının hansı əsasla cavabdehlərə verilməsinə, notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilərkən əmlakın digər mülkiyyətçisinin (T.Rzayevanın) payını hansı əsasla cavabdehlərə verilməsinə düzgün hüquqi qiymət verməli idi. Kassasiya məhkəməsinin qərarından göründüyü kimi miras əmlak olan evin iddiaçıların valideynlərinin birgə nikah vaxtı alınması, bu səbəbdən iddiaçıların anaları T.Rzayevanın mülkiyyət hüququnun olması, atalarının vəfatından sonra yalnızca ataya məxsus hissədə vərəsəliyin açılmalı olduğu öz əksini tapmışdır. Buradan da belə nəticəyə gəlinir ki, cavabdehlər yalnızca ataya məxsus əmlaka dair vərəsə ola, həmin əmlaka dair Çıxarış əldə edə bilərdilər. Məhz bu səbəbdən də notariat ofisinin yol verdiyi qanunsuzluqlar aradan qal dırılmaqla cavabdehlərin adına verilmiş çıxarış etibarsız hesab olunmalıdır. Bunu bildiyi halda belə, cavabdehlər Cavabdeh1 və X1 mənzilə hüquqlarının yalnız 2016-cı ildə, yəni atalannın ölümündən dörd il sonra tanındığını nəzərə alınsa, hüquqların pozulduğu andan hesablandığı halda belə iddiaçılann anası barədə iddia müddətinin ötürülmədiyi görünər. İddiaçıların atası 19 noyabr 2012-ci il tarixdə vəfat etsə də, iddiaçılar uzun müddət sözügedən mənzilin cavabdehlər Cavabdeh1 və X3 mülkiyyətinə keçməsindən xəbərdar deyildilər. Onlar yalnız sonradan təsadüfən mənzilin hazırki iş üzrə cavabdehlər tərəfindən miras əmlakın qəbul etdiyindən xəbər tutmuşlar. Lakin sözügedən miras əmlakın qəbulu zamanı iddiaçılara heç bir xəbər verilməmiş, ev Bakı şəhəri 16 saylı notariat ofisi tərəfındən lazımi h ərəkətlər yerinə yetirilmədən, araşdırılma aparılmadan qanunsuz şəkildə alnız cavabdehlər arasında bölünmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçılar qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Mülki Məcəllə Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğul muş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. “Notariat haqqında” Qanunu 62-ci maddəsi: Ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə iddia tələbində, apellyasiya şikayətində və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən də irəli sürülmüş eyni dəlillərdir və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların anası Təranə Rzayeva rəsmi nikahda olduğu əri Elçin Rzayevin sağlığında, nə də sonuncunun 18 noyabr 2012-ci il tarixdə ölümündən sonra birgə mülkiyytdə olan yaşayış evindəki ikidə birinə payına mülkiyyət hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etməmiş, həmçinin Elçin Rza yevin digər vərəsələrinə qarşı bu barədə tələbi olmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1020/2021 nömrəli iş üz rə 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar