Məhkəmə qərarları › İş №2(102)-6698/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6698/2021

13.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6698/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6698/21 (Açar sözlər: miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, miras üzərində payların müəyyən edilməsi, miras əmlakın qəbul edilməsi ilə bağlı məsələlərin araşdırılmaması) Bakı şəhəri, 13 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, miras üzərində payların müəyyən edilməsi və s.” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1025/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar bacıdırlar. Onların atası X13 28 mat 2008-ci ildə, anası X9 isə 03 yanvar 2017-ci il tarixdə vəfat ediblər.

2. İddiaçıların valideynlərinin hər birindən Qazax rayonu Ağköynək kəndində 0,1678 ha həyətyanı torpaq sahəsi, 0,4738 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,1557 kən d təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 1/7 hissədə mirasları qalmışdır.

3. İddiaçıların qardaşı X11 22 fevral 2015-ci ildə vəfat etmişdir.

4. Cavabdeh1 iddiaçıların mərhum qardaşının arvadı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə iddiaçıların həmin qardaşının uşaqlarıdır.

5. Mübahisə göstərilən əmlaklara dair vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X13 ilə mərhum anası X3 birgə nikah dövründə əldə etdikləri, onların ölümündən sonra miras qalmış Ağköynək kəndində yerləşən, təssərüfatbaşına kitabda aparılmış qeydlərə və Ağköynək kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən mərhum atası X12 məxsus olan, 1958-ci ildə tikilmiş fərdi yaşayış evinə, həmin evin yerləşdiyi, əvvəllər atasının qanuni istifadəsində, islahatdan sonra isə Qazax rayon Aqrar İslahat Komissiyasının 25.09.1997-ci il tarixli, 12 saylı qərarı ilə cavabdehlərin xüsusi mülkiyyətinə verilmiş, DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən 0,1678 ha həyətyanı torpaq sahəsinə, atası X10 xüsusi mülkiyyətində olan, DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli çıxarışa əsasən 0,4738 ha və 24.07.2019cu il tarixli, ********** qeydiyyat nömrəli, ******** **91 reyestr nömrəli çıxarışa əsasən isə 0,1557 ha pay torpaq sahələrinə vərəsəlik hüquqlarının tanınması, həmin miras əmlaklardan qanun üzrə vərəsəlik qaydasında vərəsələrə düşən payların müəyyən edilib verilməsi və miras əmlakların vərəsələr arasında natura qaydasında bölünməsi və bölünmüş paylara mülkiyyət hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia onunla əsaslandırılıb ki, iddiaçıları atası X13 ilə anası X4r, onlar 02.12.1951 -ci il tarixdə nikah qeydiyyatından keçməklə evlənmişlər. Valideynlərinin birqə nikahından iddiaçılar və onların qardaşı X11 doğulmuşdur.

8. İddiaçıların atası X13 28 mat 2008-ci ildə, anası X9 03 yanvar 2017-ci il tarixdə, qardaşı X11 22 fevral 2015-ci ildə vəfat etmişdir vəfat ediblər. Validenlərinin və qardaşlarının dəfn mərasimin i iddiaçılar təşkil edib.

9. İddiaçıların qardaşı X11 öldükdən sonra onun birinci vərəsələri kimi, iddiaçıların anası X7, 06.05.1977-cı ildən nikahda oluğu arvadı Cavabdeh1, onların birgə nikahlarından doğulmuş - 08.05.1977-ci il təvəllüdlü Cavabdeh2, 04.04.1979-cu il təvəllüdlü Cavabdeh3 və 17.02.1981-ci il təvəllüdlü Cavabdeh4 olmuşlar.

10. Valideynlərinin ölümündən sonra onların birgə nikah dövründə əldə etdikləri Ağköynək kəndi üzrə təsərrüfatbaşına kitabda aparılmış qeydlərə əsasən iddiaçıların atasına məxsus 1958-ci ildə tikilmiş yaşayış evi, həmin evin yerləşdiyi, əvvəllər atalarının qanuni istifadəsində, sonra isə Qazax rayon Aqrar İslahatı Komissiyasının 25.09.1997-ci il tarixli, 12 nömrəli Qərarı ilə valideynlərinin xüsusi mülkiyyətinə verilmiş, DƏDRX-in 15 saylı Ərazi İdarəsi tə rəfindən verilmiş 19.07.2019-cu il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən həyətyanı torpaq sahəsi, atalarının xüsusi mülkiyyətində olan, DƏDRXnin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.07.2019-cu il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən 0,4738 ha və 24.07.2019-cu il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən isə 0,1557 ha pay torpaq sahələri miras qalmışdır.

11. Valideynlərindən miras qalmış yuxarıda qeyd edilən fərərdi yaşayış evini, həyətyanı və pay torpaq sahələrini və ev əşyalarını iddiaçılar qəbul edib.

12. İddiaçı1 anası X3 ölümündən sonra bir müddət həmin evdə yaşayıb, sonradan Cavabdeh1 ilə arasında münaqişə olub, bu səbəbdən valideynlərindən qalan daşınar əmlakları yaşadığı otağa yığıb, otağı bağlayıb Bakı şəhərinə gedib. Hazırda bacısı Pərvanənin yanında yaşayır.

13. İddiaçılar analarının 03 yanvar 2017-ci ildə vəfat etmiş analarının yas mərasimini başa çatdırdıqdan sonra valideynlərindən miras qalmış yuxarıda qeyd edilən əmlakların qanun üzrə vərəsəlik qaydasında bölünməsi üçün mərhum qardaşları X6 vərəsələri olan və hazırda həmin evdə yaşayan Cavabdeh1 və onun müxtəlif ünvanlarda yaşayan uşaqlarına müraciət ediblər. Lakin cavabdehlər miras əmlakların qarşılıqlı razılıq əsasında bölünməsinə razı olmadılar.

14. Miras əmlakların bölünməsi barədə ixtilaf yarandığından və mirasın bölünməsi ilə bağlı cavabdehlərlə razılığa gələ bilmədikləri üçün cavabdehlər anasının ölümündən 6 ay keçdikdən sonra vərəsəlik şəhadətnaməsi almaq üçün notarat kontoruna müraciət ediblər, notariat kontoru da imtina etdiyi üçün miras əmlakla bağlı payların müəyyən edilməsi tələbi ilə Qazax rayon Məhkəməsində iddia qaldırıblar.

15. Qazax Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X10 ölümündən sonra miras qalmış Qazax rayonunun Ağköynək kəndində yerləşən, DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 iyul 2019-cu il tarixli ********** Qeydiyyat nömrəli, Çıxarışa əsasən 0,1678 ha həyətyanı torpaq sahəsindən iddiaçıların hər birinin ¼ hissəsinə, mərhum qardaşları X8 çatası ¼ hissə paya isə arvadı, iş üzrə Cavabdeh1 və uşaqları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bərabər payla vərəsəlik hüquqlarının tanınması barədə 25.08.2017-ci il tarixli, 2(023)-1560/2017 saylı Qətnamə çıxarıb. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən iddiaçılar valideynlərindən miras qalmış 0,17 ha həyətyanı torpaq sahəsindən hər birinə ¼ hissə, yəni 0,01196 ha və Cavabdeh1 və uşaqlarına ümumilikdə ¼ hissə, yəni hər birinə 0,0329275 ha olmaqla ümumi birgə mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınmasına dair Dövlət reyestrindən 27.12.2017-ci il tarixli, ******* nömrəli Çıxarış alıblar.

16. Qazax Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi çıxarıldıqdan və həmin qətnamə əsasında verilmiş icra Çıxarışı aldıqdan sonra iddiaçılara məlum olub ki, həmin mülki işdə onlara məlum olmayan şəxslər tərəfindən böyük saxtakarlıq edilmişdir.

17. İddiaçılar Qazax Rayon Məhkəməsinə ərizə verib iddia ərizələrinin surətini və ərizəyə əlavə edilmiş sənədlərin və mülki işdə olan digər sənədlərin təsdiq edilmiş surətlərini alıb və həmin sənədlərlə tanış olandan sonra başa düşüblər ki, həmin mü lki işdə iddiaçılar tərəfindən Qazax Rayon Məhkəməsinə verilmiş iddia ərizəsi dəyişdirilərək iddianın həcmi valideynlərinin birgə nikah vaxtı tikdikləri evə münasibətdə azaldılmışdır. Səbəb kimi də həmin evin qeydiyyatının olmaması göstərilib.

18. Həmin saxtakarlıq iddiaçılara məlum olduqdan sonra iddiaçılar Qazax Rayon Məhkəməsinin həmin qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Xətşünaslıq Ekspertizasının rəyinə əsasən “iddianının həcminin azaldılması” barədə ərizənin iddiaçılar tərəfindən imzalanmaması müəyyən edildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin qərardadı Qazax Rayon Məhkəməsinin 25.08.2017-ci il tarixli qətnaməsi ləv edilmiş, iddia ərizəsi baxılmamaış saxlanılmış iddiaçılara yenidən məhkəməyə müraciət emək hüquqları izah edilmişdir.

19. Bundan son ra iddiaçılar valideynlərinə məxsus fərdi yaşayış evinə onların mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün DƏDRX-in 15 saylı Tovuz Ərazi İdarəsinə Elektron ərizə ilə müraciət ediblər. Lakin ölçmə işlərini aparmağa cavabdehlər mane olublar.

20. Bu səbəbdən iddiaçılar hazırki iddianı veriblər.

21. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 1151, 1243.1, 1243.3, 1255, 1276 və 1291-ci maddələrinə istinad ediblər.

22. Cavabdehlərin nümayəndəsi iddiaya etiraz edib. Etirazın dəlilləri: - mübahisəli ev Cavabdeh1 əri X11 tərəfindən tikilib. Ev miras əmlaka daxil deyil, həm də evin qeydiyyatı yoxdur; - miras qalmış torpaq sahəsini isə iddiaçılar nə faktiki, nə də notariat qaydada qəbul etməyiblər. İddiaçılar torpaq sahəsinin miras kimi qəbul edilməsi ilə bağlı heç bir faktiki hərə kət etməmiş, bununla bağlı sübut təqdim etməmişlər.

23. Qazax Rayon Məhkəməsinin 2(023)-74/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli, qətnaməsi ilə iddia qismən təmin edilmiş, DƏDRX-in 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən 0,1678 ha həyətyanı torpaq sahəsinin, DƏDRX-in 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli çıxarışa əsasən 0,4738 ha və 24.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli çıxarışa əsasən isə 0,1557 ha pay torpaq sahələrinin mərhum X13 və X2 miras qalmış payının 1\4 hissəsinə İddiaçı1, 1\4 hissəsinə İddiaçı2, 1\4 hissəsinə İddiaçı3 və 1\4 hissəsinə X8 çatası paya isə onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bərabər payla vərəsəlik hüququ müəyyən edilərək mülkiyyətə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Nemət Musayev)

24. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, X13 öldükdən sonra ondan miras qalmış torpaq sahəsindəki payı faktiki olaraq onun mərhum arvadı X7 və övladları olan iddiaçılar və mərhum oğlu X11 tərəfindən qəbul edilərək idarə edilmişdir. X7 vəfat etdikdən sonra isə iddiaçılar qanunvericiliklə müəyyən edilmiş müddətdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qazax rayon dövlət notariat kontoruna müraciət etmişlər.

25. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 1145, 1146, 1147.1, 1151.1, 1159.1.1, 1159.1.2, 1243.1 və 1243.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətinin dəlilləri: - 28 mat 2008-ci ildə vəfat etmiş qayınatası X13 və 03 yanvar 2017-ci ildə vəfat etmiş qaynanası X2 paylı mülkiyyətlərində olan həyətyanı və paytorpaq sahələri miras qalmışdır. Bu torpaq sahələri qaynatasının vəfatından sonra əri Məzahir Qocayev tərəfindən idarə edilərək qəbul edilmişdir; - iddiaçılar isə nə mirası notarial, nə də faktiki olaraq qəbul etməmişlər.

28. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1025/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(023)-74/2020 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmdən saxlanmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə, Rəhman Muradov)

29. Apellyasiya instansiyası ilk olaraq qeyd edib ki, Cavabdeh1 apellyasiya şikayətində qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin təmin edilməmiş hissəsi mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı araşdırma aparılmır.

30. Apellyasiya instansiyası məhkəməsi sorğu nəticəsində əldə etdiyi DƏDRX-nin 15 saylı Əİ-nin 05.07.20121-ci il tarixli arayışı və ona əlavə edilmiş 12 vərəqə qoşma sənədlərə əsasən müəyyən edib ki, X13 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 19.07.2019-cu il tarix li, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəsi ilə Qazax rayonu Ağköynək kəndində 0,1678 ha həyətyanı torpaq sahəsi, 24.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə Qazax rayonu Ağköynək kəndində 0,4738 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 24.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə isə 0,1557 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. X10 28 mat 2008ci ildə, onun həyat yoldaşı X3 03 yanvar 2017-ci il tarixdə vəfatından sonra, onların hər birinin Qazax rayonu Ağköynək kəndində 0,1678 ha həyətyanı torpaq sahəsi, 0,4738 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,1557 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 1/7 hissədə mirasları qalmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməs inin gəldiyi nəticə ilə razılaşaraq göstərib ki, mərhumlar 2000-ci ildən sonra vəfat etdiklərindən birinci instansiya məhkəməsi düzgün olaraq, həmin mübahisəyə 01.09.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mübahisə tərəfləri mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmişlər. Belə ki, X10 28 mart 2008-ci ildə vəfatından sonra, həmin torpaq sahələrini onun həyat yoldaşı X7 və digər uşaqları faktiki olaraq qəbul edərək, idarə etmiş, iddiaçılar mütəmadi olaraq pay torpaq sahələrində idarəçiliyi həyata keçirmişlər. X1 münasibətdə isə, onun 03 yanvar 2017-ci il tarixdə vəfatından sonra, onlar mirasın rəsmi qəbulu üçün notariat orqanına müraciət etmişlər. Belə ki, işin 74-cü vərəqəsində olan Qazax Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Qazax rayon dövlət notariat kontorunun 07 iyul 2017-ci il tarixli məktubu ilə mərhumlardan qalmış mirasla bağlı vərəsələr arasında mübahsə yarandığı üçün İddiaçı1 məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh1 (Vəkil oğlu) kassasiya şikayəti verərək, iddianını təmin edilən hissəsində qətnamənin ləğv, iddianının təmin edilməməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi mirasın qəbulu ilə bağlı heç bir araşdırma aparmamışdır; - apellyasiya məhkəməsi Qazax Rayon Məhkəməsinin ləğv edilmiş qə tnaməsinə istinad edib. Bundan başqa, Qazax rayon dövlət notariat kontorunun 07 iyul 2017-ci il tarixli məktubundan görünür ki, iddiaçı 03 yanvar 2017-ci ildə vəfat etmiş anasına münasibətdə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti ötürməklə notariat orqanına müraciət etmişdir; - apellyasiya məhkəməsi iddiaçıların mütəmadi olaraq pay torpaq sahələrində idarəçiliyi həyata keçirilmələrini qeyd etsə də, bununla bağlı heç bir sübut yoxdur.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məs ələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

38. Cavabdeh qətnaməni t am mübahisələndirdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini də yalnız Cavabdeh1 iddianın təmin edilən hissəsində mübahisələndirmişdi və onun apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmeti də iddianın təmin edilən hissəsi olub. Bu baxımdan qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd olunan məsələ ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz.

40. Belə ki, məhkəmələr mirasın iddiaçılar tərəfindən hansı formada və tarixdə qəbul edilməsi ilə bağlı hallara aydınlıq gətirməyiblər.

41. Vərəsəliyin növündən asılı olmayaraq miras qəbul edilməlidir. Mirasın qəbulunun da iki forması var: ya vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verir; ya da əmlaka sahiblik edib, əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirir. (Mülki Məcəllə, maddə 1243.2)

42. Üstəlik nəzərə alınmalıdır ki, qanunverici mirasın qəbul edilmə müddətini də konkret olaraq göstərmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin müddət mirasın qəbulunun hər iki üs uluna aiddir. (Maddə 1246.)

43. Hazırkı işdə iddiaçılardan İddiaçı2 və İddiaçı3 mirası faktiki qəbul etmələrini göstərsələr də, bunun hansı formada olmasını nə iddia ərizəsində izah etməmiş, nə də məhkəmələr bununla bağlı hər hansı halı aydınlaşdırmamışlar. Ümumiyyətlə, iddiaçılardan İddiaçı2 və İddiaçı3 tərəfindən mirası hər hansı formada qəbul edilməsinin nə ilə təsdiq edilməsi iş materiallarından görünmür. Bu halın hansı sübutlara qiymət verilməklə müəyyən edilməsi qətnamədə göstərilməyib. Prosessual qanunvericilik isə tələb edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

44. Apellyasiya məhkəməsinin iddiaçılar tərəfindən mirasın qəbul edilməsinin təsdiqi kimi Qazax Rayon Məhkəməsinin qətnaməsində qeyd edilən Qazax rayon dövlət notariat kontorunun 07 iyul 2017-ci il tarixli məktubuna istinad etməsinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, həmin məhkəmə qətnaməsi ləğv edilib, ikincisi Qazax rayon dövlət notariat kontorunun 07 iyul 2017-ci il tarixli məktubunda İddiaçı1 məhkəməyə müraciət etməsin tövsiyyə olunub, digər iddiaçıların mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmələri həmin məktubla müəyyən edilmir.

45. İddiaçı1 isə mirası faktik qəbul etməsini anası X3 ölümündən sonra bir müddət həmin evdə yaşaması, sonradan Cavabdeh1 ilə arasında münaqişə olması səbəbindən valideynlərində n qalan daşınar əmlakları yaşadığı otağa yığıb, otağı bağlaması ilə izah etmişdir. Lakin işə mahiyyəti üzrə baxan məhkəmələr mirası faktiki qəbul etməsi ilə bağlı İddiaçı1 bu dəlillərinin nə ilə təsdiq edilməsinə istinad etməyiblər. Halbuki qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18.07.2014-cü il tarixli qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyy ətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

47. Göründüyü kimi mirasın faktiki qəbulu əmlakın faktiki cəhətdən ələ keçirilməsi və ona sahib durmaq, adətən mülkiyyətçinin öz mənafeyi üçün əmlakın saxlanm ası və normal təsərrüfatın aparılması üçün etmiş olduğu hərəkətləri özündə ehtiva edir.

48. İddiaçı1 tərəfindən anasından qalmış mirasın qəbul edilməsinin təsdiqi kimi Qazax rayon dövlət notariat kontorunun 07 iyul 2017-ci il tarixli məktubuna gəldikdə, qeyd edilməlidir ki, apellyasiya məhkəməsi həmin məktubu İddiaçı1 mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsi kimi qiymətləndirsə də, onun notariat orqanına nə vaxt müraciət etməsi, müraciət etdiyi vaxt mirasın qəbul edilməsi müddətinin keçibkeçməməsinə aydınlıq gətirməmişdir. Çünki işin müəyyən edilmiş hallarına görə iddiaçının anası 03 yanvar 2017-ci ildə vəfat edib, Qazax rayon dövlət notariat kontoru isə iddiaçıya məhkəməyə müraciət etməsini 07 iyul 2017-ci il tarixli məktubunda göstərib. Qanunvericiliyə görə vərəsə vərəs əliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

49. Cavabdeh apellyasiya şikayətində iddiaçıların mirası qəbul etmələri ilə bağlı birinci instansiya məhkəməsinin hər hansı sübuta istinad etməməsini dəlil kimi göstərsə də, apellyasiya məhkəməsi həmin dəlillərə heç bir qiymət verməmiş, birinci instansiya məhkəməsinin səhvini təkrarlamaqla düzgün olmayan nəticəyə gəlmişdir.

50. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdü yü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

51. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

52. Yuxarıda qeyd edilənlər baxımdan, apellyasiya məhkəməsinin qətnaməsi əsaslı və qanuni sayıla bilməz və qətnamə ləğv edilməlidir.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

54. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1025/2021 nömrəli, 15 iyul 2021-ci il qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar