Məhkəmə qərarları › İş №2(102)-6703/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6703/2019

21.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6703/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh2 ASC-nin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli, 2(103)4468/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 ASC-yə qarşı hərracın yekunlarına dair protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin e tibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən tərtib edilmiş 02.03.2018-ci il tarixli, 29/1 nömrəli “hərrac təşkilatının hərracın yekunları barədə” protokolunun və Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanılmış 02.03.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin ***ndə 0,07 ha torpaq sahəsinin satıcı Cavabdeh1 tərəfindən alıcı Cavabdeh2 ASC-nin mülkiyyətinə verilməsi ilə bağlı hissəsində etibarsız hesab edilməklə hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.B.Əliyev) 28 noyabr 2018-ci il tarixli, 2(005)-4004/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının (hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) 16.04.2019-cu il tarixli, 2(103)-4468/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə iş üzrə icraatı dayandırmamaqla, bu işi özündən asılı edən digər işin nəticəsini gözləmədən tələsik şəkildə mahiyyəti üzrə qətnamə qəbul etməklə kobud prosessual pozuntuya yol vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin vəkili *** kassasiya şikayətinə etiraz edərək onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmas ını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 16.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Cavabdeh2 ASC ilə İddiaçı arasında 27.06.2014-cü il tarixdə bağlanılmış 121721-NEDVİJ-2334 saylı “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi”ndən aydın olur ki, ***ndə 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Seriya RX № ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, *** 4a nömrəli fərdi yaşayış evi 1198402-1-11437 saylı Baş Kredit Razılaşmasına əsasən 27.06.2014-cü il tarixdə Cavabdeh2” ASC-nin ***nın xeyrinə ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 4061 nömrəli vərəqində 01.07.2014-cü ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin in ***nin 13.11.2018-ci il tarixli məktubundan görünür ki, *** 4a nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.08.2017-ci il tarixli, 2(004)-471/2017 nömrəli qətnaməsinə əsasən cavabdehlər X4 və İddiaçı müştərək qaydada 27.06.2014-cü il tarixli, 119842-1-11437/1 saylı kredit müqaviləsi üzrə 03.08.2016-cı il tarixə ödənilməmiş 101669,54 ABŞ dolları əsas borc, 12860,24 ABŞ dolları faiz borcu, 26 ABŞ dolları cərimə olmaqla, cəmi 114555,78 ABŞ dolları məbləğində borc və 58,80 manat məhkəmə xərclərinin Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tutmanın isə cavabdeh X3 məxsus olan ***ndə yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli, 2(004)-471/2017 nömrəli qəraradadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.08.2017-ci il tarixli, 2(004)-471/2017 nömrəli qətnaməsinə düzəliş edilərək, qətnamənin nəticə hissəsində 3-cü abzas - “tutma ipoteka qoyulmuş, cavabdeh İddiaçı məxsus olan ***ndə mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58.6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə yönəldilsin və ilkin satış qiyməti 305 000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönədilsin” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.07.2 018-ci il tarixli 2(006)-3667/2018 nömrəli qətnaməsindən aydın olur ki, İddiaçı Cavabdeh2 ASC-yə qarşı ipotekaya xitam verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Hərrac Təşkilatının №29/1 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan ***ndə 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.08.2017-ci il tarixli, 2(004)471/2017 nömrəli icra vərəqəsinin, Yasamal rayon İŞ-nin 17/72-295628-17/12-31253 saylı, 27.10.2017-ci il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 305000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 228750 manat olmaqla Cavabdeh2 ASC-yə satılmışdır. 02 mart 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin surətindən görünür ki, hərrac təşkilatçısı Cavabdeh1-nin direktoru Y.N.Əliyev və “Alıcı” Cavabdeh2 ASC-nin nümayəndəsi X2 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31,08.2017-ci il tarixli, 2(004)-471/2017 nömrəli icra vərəqəsinin, Yasamal rayon İŞ-nin 17/72-295628-17/12-31253 saylı, 27.10.2017-ci il tarixli sifariş məktubuna İddiaçı məxsus olan ***ndə 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi 228750 manata satılmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi İddiaçı məxsus olan ***ndə 0,07 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58.6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi ilə vahid əmlak olmaqla bank qarşısında ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsi ilə tələb həmin ipoteka predmetinə yönəlməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, qətnamədə göstərilən icra üsulu ilə hərrac vasitəsilə ipoteka predmeti satılmışdır. Həmin ipoteka predmeti yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak olduğundan ayrı-ayrı deyil, birlikdə satılması məhkəmə qətnaməsinin göstərişlərindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Məhkəmə qətnaməsində hazırkı hal tam ifadə edilmədiyindən anlaşılmazlıq yaratsa da, aradan qaldırılmayacaq hal deyildir. Qanunvericiliyin yol verdiyi şəkildə qətnamədə olan yanlışlıq aradan qaldırılmışdır. İddiaçının vurğuladığı hal kimi seriya RX № ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda “0.07 ha torpaq sahəsinin” qeyd edilməməsi ipoteka predmetinin onun yerləşdiyi torpaq sahəsindən ayrı olmasını nəzərdə tutmur. İddiaçı bildirir ki, adı çəkilən qətnamə və qə rardadları mübahisələndirmişdir. Buna görə də icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Həmin məhkəmə aktlarının qüvvədə olması və icraya yönəldilməsi iş materialları ilə təsdiq olunur. Hərracın nəticələrinin torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İcraatın imperativ qaydada dayandırılması üçün qanunvericiliyin müəyyən etdiyi hallar mövcud olmadığından icraatın dayandırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı iddia tələb inin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən prosessual pozuntuya da apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətinin dəlillərinə rəğmən apellyasiya instanisyası məhkəməsinin qətnaməsində əks olunmuş h üquqi əsaslandırma qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli, 2(103)-4468/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar