Məhkəmə qərarları › İş №2(102)-6716/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6716/2019

28.10.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6716/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh İB-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cuiltarixli 2(103)-8469/2019 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim L.Rəhimli) 27.03.2019-cu il tarixli 2(011)2521/2019 nömrəli qətnaməs i ilə İddiaçı Cavabdeh İB-yə qarşı “mənzilin təbii qazla, qaz sayğacı ilə təchiz olunması üçün müqavilənin bağlanması və abonent kodunun açılması” tələbinə dair iddiası qismən təmin edilərək, Abşeron rayonu, ******************** saylı mənzilinin təbii qazla təchiz olunması üçün mənzilin sahibi olan İddiaçıXalıq qızı ilə təbii qazın alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin Cavabdeh İB-yə həvalə edilməsi, Abşeron rayonu, ******************** saylı mənzilinə Cavabdeh İB-nin hesabına qaz sayğacının quraşdırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) 25.06.2019-cuiltarixli 2(103)-8469/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məh kəməsinin 27.03.2019-cu il tarixli 2(011)-2521/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh İB iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh İB-yə qarşı “mənzilin təbii qazla, qaz sayğacı ilə təchiz olunması üçün müqavilənin bağlanması və abonent kodunun açılması” tələbinə dair iddia ərizəsi ilə 26.12.2018ci il tarixdə məhkəməyə müraciət edərək, Abşeron rayonu, *************************** saylı ona məxsus mənzilinin qaz şəbəkəsinə qoşularaq təbii qazla təchiz edilməsi, abonent kodunun açılması, mənzilə qaz sayğacının quraşdırılması və qazpaylayıcı ilə istehlakçı arasında müqavilənin bağlanması vəzifələrinin Cavabdeh İB-yə həvalə edilməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh İB-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi düzgün maddi hüquq normalarını tətbiq etməmiş, əsassız qətnamə qəbul etmişdir. Belə ki, çoxsaylı yaşayış binalarının qazlaşdırılması, o cümlədən sayğacların quraşdırılması həmin binanı inşa edən MTK-nın sifarişi əsasında müvafiq lisenziyası olan podratçı təşkilatlar tərəfindən həyata keçirilir. Mənzillərdə quraşdırılmış sayğaclara görə vətəndaşlardan vəsaitin tələb edilməsi isə MTK ilə mənzil sahibləri arasında bağlanmış müqavilə ilə tənzimlənir. Yəni, mənzil-tikinti kooperativlərində yerləşən mənzillərdə qaz sayğacının quraşdırılması üçün Cavabdeh İB heç bir vətəndaşdan pul tələb etmir. Çünki çoxmənzilli yaşayış binalarında mənzillərin qaz sayğacları ilə təchiz olunması birbaşa mənzil-tikinti kiooperativlərinin vəzifəsidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsinə əsasən çoxmənzilli yaşayış binalarında mənzillərin qaz sayğacı ilə təmin edilməsi hüquqi şəxsə (MTK-ya) həvalə edilmişdir. Odur ki, iddiaçı qaz sayğacını Cavabdeh İB-dən deyil, aidiyyəti MTKdan tələb etməlidir. Lakin məhkəmə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, mənzillərin satışından gəlir əldə edən MTK-ların vəzifələrini yerinə yetirməməsinə göz yumaraq əsassız olaraq onların görməli olduğu işi cavabdehə həvalə etmişdir. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarını n tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cuiltarixli 2(103)-8469/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi və vəkili Əbilov Elməddin Nazim oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 02.12.2017-ci il tarixli ******** saylı müqavilə ilə, satıcı X1 olduğu Abşeron rayonu, *********************** saylı mənzilini alıcı İddiaçı satmışdır.Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış SOCAR*************** saylı 25.10.2018-ci il tarixli məktubundan görünür ki, "Cavabdeh” İstehsalat Birliyinə daxil olmuş Abşeron rayonu, *************************** ünvanında yerləşən mənzilin qazlaşması ilə bağlı SOCAR************* *** nömrəli 22.10.2018-ci il tarixli müraciətə baxılmış, çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının qazlaşdırılması, o cümlədən sayğacların quraşdırılması həmin binanı inşa edən sifarişçi təşkilatın və ya idarə edən təşkilatın vəzifələrinə daxil olduğu və mənzil sahibləri ilə "MTK”-nın rəhbərliyi arasındakı münasibətlər onlar arasında bağlanan müqavilə ilə tənzimləndiyi barədə cavab verilmişdir. “Təbii İnhisarlar haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, təbii inhisar subyekti — təbii inhisar şə raitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Apellyasiya kollegiyası hesab etmişdir ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alqı-satqısı müqaviləsinin bağlanması və s. ilə Cavabdeh məşğul olduğundan, iddiaçı qaz sayğacının quraşdırılması, mənzilinə təbii qazın verilməsi üçün təbii inhisar subyekti olan Cavabdehnə müraciət etməkdə haqlı olmuşdur. “Təbii İnhisarlar haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinin 1.2-ci bəndinə əsasən, təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən biridir. Həmin qanununun 10-cu maddəsinin 3-cü bəndinə əsasən, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-na əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həya ta keçirilir. Göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə təbii inhisar subyekti olan qaz paylayıcısı hesabına həyata keçirilməli olduğundan, həmçinin qanunvericiliyinin tələbinə əsasən təbii inhisar subyektlərinin təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqlarından istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina etməməli olduqlarından, cavabdeh istehlakçıya münasibətdə qanunsuz tələblər irəli sürməklə öz vəzifəsini icra etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzi mləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdehin apelyasiya şikayətində göstərilən hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə düzgün hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli 2(103)8469/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar