Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6718/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6496/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X2 müştərək qaydada 25 noyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cəmi 49.605,96 ABŞ dollarının manatla, 09 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cəmi 12.599,76 manatın "xxxx" KB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Məmmədəli Şərifli küçəsində yerləşən 94 “B” saylı evin 17 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması, mənzil satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı, X5 və X1 oradan çıxarılmaları qət edilmişdir. Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmış və icraya yönəldilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar ipoteka predmeti olan mənzilin hərracdan satılması “X4” MMC-yə həvalə olunmuş və 01 iyul 2019-cu il tarixdə keçirilmiş hərracda mənzili 76.500 manata "xxxx" KB ASC əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın keçirilməsi barədə ona məlumat verilməməklə hərracda iştirak etmək hüququndan məhrum olunmas ını və bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinin pozulmasını əsas göstərməklə 01 iyul 2019-cu il hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4535/2019 saylı, 26 noyabr 2019cu il tarixli qətnaməsi ilə (hakim: G.A.Əsədova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin işin həqiqi hallarına və sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1828/2020 saylı, 0 6 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4535/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması barədə 01 iyul 2019-cu il tarixli yekun protokolunun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC kassasiya şikayəti verərək ipoteka predmeti olan mənzilin satışı ilə əlaqədar hərracın qanunun tələblərinə uyğun olaraq bu barədə “Birja” qəzetində məlumat dərc edilməklə və iddia çıya məlumat verilməklə keçirilməsini, hərracın yekunlarının etibarsız sayılması üçün qanuni əsasların olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1668/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) kassasiya şikayətləri qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 103)-1828/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6496/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Ş.A.Məmmədova) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4535/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 12 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 416.1 Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla ke çirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 41.1 İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər Madəə 42.1 Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir ( göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.7 Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini tək rar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.8 İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelly asiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1) Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3) Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 2.4-cü maddəsinə əsasən qətnamə o vaxt əsaslı hesab ed ilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya instansiyası məhkəməsi hərracın yekunlarının etibarsız sayılması barədə İddiaçı iddia tələbinin rədd olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən qətnamənin maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun çıxarılmasını əsas göstərməklə qanunun yuxarıda göstərilən normalarının tələblərini pozmuşdur. Belə ki, qətnamə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə uyğun olaraq əsaslandırılmamış, o cümlədən apellyasiya şikayətinin dəlilləri yoxlanılmamış, onlara müvafiq hüquqi qiymət verilməmiş, iddianın əsassız olmasını təsdiq edən sübutlara istinad olunmamış və qətnamənin əsaslandırıcı hissəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından əsaslandırılmamışdır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş birinci qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılarkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların yoxlanılıb qiymətləndirilməsi barədə işə təkrar baxan məhkəmə kollegiyasına göstəriş verilmişdir. Lakin işdən görünür ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin göstərişlərə əməl olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6496/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytar
Məhkəmə qərarları › İş №2(102)-6718/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6718/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver