Məhkəmə qərarları › İş №2(102)-6723/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6723/2021

07.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6723/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı SOCAR İddiaçıt Birliyinin cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı SOCAR İddiaçıt Birliyinin vəkili Vəkil, cavabdeh X1 və vəkili X9 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5224/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli q ətnaməsindən iddiaçı SOCAR İddiaçıt Birliyi tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı SOCAR İddiaçıt Birliyi Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR İddiaçıt Birliyinin balansında olan torpaq sahəsində və 2417 nömrəli neft quyusunun mühafizə zolağında ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmas ı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı SOCAR İddiaçıt Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin (26 Bakı Komirssarları adına NQÇİ) daimi istifadəsinə neftqaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X6 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o Səbail rayonu ərazisində ən azı 1962-ci ildən fəaliyyət göstərərək neft-qaz hasilatını həyata keçirir. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi Birliyi Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən ər azi (40o20,22.95”C; 49o49,13.62”B koordinatlarda) cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində Cavabdeh təxminən 100 kv.m. torpaq sahəsi zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, o, tikinti işlərini davam etdirmişdir. Cavabdeh tərəfindən tikinti işləri aparılan torpaq sahəsi SOCAR-ın neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudlarından kənarda yerləşsə də, sözügedən tikilinin mühafizə zolağında 2417 nömrəli neft quyusu mövcuddur. Aparılan bu tikinti işləri nəticəsində texniki təhlükəsizl ik və yanğın təhlükəsizliyi qaydaları kobud surətdə pozulmuşdur. Neft quyularında hər hansı bir qaz çızması baş verərsə bu da həmin evdə və ətrafda yaşayan sakinlərin həyatı üçün təhlükəlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 oktyabr 2019-cu il tarixli, 2(009)-2961/2019 saylı qərardadı ilə (hakim Şahin Abdullayev) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin mütəxəssisinin dəvət edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 23.01.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən cavabdeh X1 istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybətneft” NQÇİ ərazisində yerləşir. Cavabdeh X1 istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Məhkəmə tikinti-texniki ekspertizasının 31.01.2020-ci il tarixli 28617 saylı rəyinə əsasən 1-ci sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yerlquruluşu, torpaq kadastı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi R.Heydərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh istifadəsində olan ünvan 1 ü nvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşir; 2-ci sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi R.Heydərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. 3-cü sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi R.Heydərov tərəfindən 3-cü sualın cavablandırılmasının Daşınmaz Əmlakın Kadastı və Ünvan Reyestri Xidmətinin səlahiyyətləri xaricində olduğunu qeyd etmişdir. Mülki iş materiallarında cavabdeh X1 istifadəsində olan tikiliyə dair hər hansı hüquqmüəyyənedici və ya texniki sənəd olmadığına görə 3-cü sual üzrə tədqiqat aparılmadı. Birinci instansiya məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(009)-214/2020 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, iddiaçı torpaq sahəsi üzərində pozulmuş hüq uqlarının bərpası ilə bağlı hazırki tələblə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehin yaşadığı tikili İddiaçıt Birliyinə məxsus torpaq sahəsində inşa olunduğundan və həmin tikili qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edilərək statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 157.8, 158.1.2, 158.4, 180.1, 180.2, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilər ək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Fuad Babayev- sədrlik edən və məruzəçi, Valeh Ağayev, Elnur Həsənov) 2(103)-4944/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(009)-214/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin apelyasiya şikayətinə əlavə etdiyi sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Teniki İnventarlaşdırma və Mülkiyyə t Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən 29.04.2005-ci il tarixdə verilmiş ÖM 230836 saylı qeydiyyat vərəqəsinə əsasən ünvan 1 xüsusi mülkiyyət kimi X3 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçı, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və xüsusi mülkiyyət kimi qeydiyyata alınmış tikilinin özbaşına tikili hesab edilərək sökülməsini tələb edir – halbuki, həmin tikili qanunsuz tikili hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispoz isiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin, məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannaməni n 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinni təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Gündüz Quliyev- sədrlik edən və məruzəçi, İlqar Xələfov, Zaur Əliyev) 2(102)-1616/2021 saylı, 10 mart 2021 -ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işjn yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınan və bu barədə müvafiq sübut hesab edilə bilən 23 yanvar 2020-ci il tarixli rəyinə əsasən, cavabdehin istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin də məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəf indən alınmış 31 yanvar 2020-ci il tarixli ekspert rəyində də inşa edilən özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin “Bibiheybət” NQÇİ ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin də məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğu göstərilmişdir. Apelyasiya məhkəməsi qeyd edilən mütəxəssis və ekspert rəylərinə sübut qismində ümumiyyətlə hüquqi qiymət verməmiş, həmin rəylərlə razılaşmaması barədə gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamışdır. Apelyasiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticənin əsası kimi cavabdeh tərəfindən təqdim edilmiş həmin ünvan üzrə 1920-ci ildə inşa edildiyi qeyd edilən tikiliyə dair hüquqmüəyyənedici sənədlər əsasında cavabdehin mübahisələndirilən tikilini n mülkiyyətçisi olmasına istinad etmişdir. Halbuki iddia tələbi cavabdeh tərəfindən 100 kv.m sahənin zəbt edilərək qanunsuz tikili inşa edildiyi ilə əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan tikilinin iddiaçının sökülməsini tələb etdiyi tikili ilə eyni tikili olduğu müəyyən edilməmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Fuad Talışinski- sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Şərafət Məmmədova) 2(103)-5224/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(009)-214/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə q əbul edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən edilmiş hallar üzrə sübutlar təkzib edildiyindən və öz təsdiqini tapmadığından və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, iddia edilən tkilinin özbaşına tikili olmadığından, həmçinin mübahisələndirilən torpaq sahəsində olan tikiliyə dair hüquqmüəyyənedici rəsmi sənəd təqdim edildiyindən və kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq bu hüququn qüvvəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən təsdiq edildiyindən, habelə iddiaçı tərəfindən məhz qeyd edilən tikilinin mübahisələdirilməsi bildirildiyindən, (dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezump siyasına əsasən) mütəxəssis və ekspert rəylərinə sübut qismində ümumiyyətlə hüquqi qiymət verilməsinə zərurət qalmır. Qeyd edilənlərə əsasən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə iddia rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mülkiyyətin toxunulmamazlığı üzrə dövlət tərəfindən tanınan hüququnun mübahisələndirilməməsi hazırki iddianın ərz edilən əsaslarla müzakirəsin yolverilməz edir və bu iddianın müzakirəsi mümkünlüyü dövlət tərəfindən tanınan mülkiyyət hüququnun ləğvi (və ya müvafiq kompensasiya verilməklə mülkiyyət hüuquna xitam verilməsi) halında mümkündür. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlillə ri İddiaçı SOCAR İddiaçıt Birliyi (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, X8 Layihələndirmə Normalarının tələbləri pozulmuşdur. Magistral boru kəmərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahəsinin ayrılması haqqında ərazilərinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə razılaşma isə mövcud deyil. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasın ın Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Mühafizə zolağında 2417 nömrəli neft quyusu mövcuddur. Cavabdehin həmin mühafizə zolağında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Apelyasiya instansiyası məhkəməsi həmin torpaq sahəsində inşa edilmiş tikilinin özbaşına tikinti olmayaraq cavabdehin mülkiyyətində olmasını əsas gətirərək iddia tələbini rədd etmişdir. Halbuki, həmin tikilini cavabdehin mülkiyyətində olsa da, dövlət mülkiyyətində olan, təyinatına görə sənaye təyinatlı torpaqlar kateqoriyasındadır, həmin tikilinin mühafizə zolağında 2417 nömrəli neft quyusu mövcuddur və bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən torpaq sahəsində yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Bütün bu hallara apelyasiya instansiyası məhkəməsi tərəfindən əhəmiyyət verilməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Halbuki, cavabdehin istifadəsində olan həmin torpaq sahəsi hələ 1962-ci ildə müvafiq qurumun sərəncamı ilə neft-qaz əməliyyatlarının aparılması üçün iddiaçı ya ayrılmışdır. Bakı Apelyasiya Məhkəməsi mübahisəyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikililərin qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə və və həmin tikilinin iddiaçının neft quyusundan təhlükəsiz istifadəsinə maneə yaratmasına ümumiyyətlə əhmiyyət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı SOCAR İddiaçıt Birliyinin vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 və vəkili X9 oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, kasasiya şikayətinin təmin edilməmə sini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaq la apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayəti üzrə qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmışdır. Belə ki, kassator kasasiya şikayətində X8 Layihələndirmə Normalarının tələblərinin pozulmasını göstərmiş olsa da, nəzərə almamışdır ki, X8 Layihələndirmə Normalar ı Azərbaycan Respublikasının Konsitusiyasının 148-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunlarından üstün qüvvəyə malik deyildir. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının və Mülki Məcəlləsinin normaları mülkiyyət hüququnun müdafiəsinə birbaşa təminat verir. İş materiallarından da göründüyü kimi, iddiaçının özbaşına tikili kimi istinad etdiyi tikili cavabdehin mülkiyyətindədir və onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən ed ilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, işə sonuncu dəfə baxmış apelyasiya kollegiyasının işə daha əvvəl baxmış kasasiya kollegiyasının göstərişlərinə əməl etməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı SOCAR İddiaçıt Birliyi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5224/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar