Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6726/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1, vəkili X2, cavabdeh İddiaçı, vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(006)-4386/2016, hakim X.A.Mərdanova) Cavabdeh1 İddia çı qarşı iddiası qismən təmin olunmuş, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin 2-ci girişçıxış qapısından istifadəyə yaradılan maneələrin aradan qaldırılması və metal qapının sökülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-580/2017, hakim R.Ə.Səmədov)İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı çıxarışın ləğv olunması, qapının bağlanması tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh1 qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evin onun tərəfindən qanunsuz inşa edilmiş, evin texniki pasportunda nəzərdə tutulmayan, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evin 3 saylı mənzilinin mətbəxinin pəncərəsinin qarşısını kəsən özbaşına tikililərin İddiaçı öz hesabına sökülməklə, mənzilin texniki pasportunda göstərilmiş vəziyyətə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli qərardadı ilə (iş № 2(103)-10529/2017 V.T.Həsənov, V.Ə.Baxışova, N.Ş.Cəfərov) mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10529/2017 V.T.Həsənov, V.Ə.Baxışova, N.Ş.Cəfərov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş hissəsində: “İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evin onun tərəfindən qanunsuz inşa edilmiş, evin texniki pasportunda nəzərdə tutulmayan, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evin 3 saylı mənzilinin mətbəxinin pəncərəsinin qarşısını kəsən özbaşına tikililər İddiaçı öz hesabına sökülməklə, mənzilin texniki pasportunda göstərilmiş vəziyyətə qaytarılması” hissəsində ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia təmin olunmamış, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 may 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-3161/20 18, hakimlər A.Ə.İsgəndərov, Ə.A.Əhmədov, İ.K.Dəmirov) Cavabdeh1 və İddiaçı kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-391/2019 X.Ə.Sarıyev, M.A.Məmmədov, E.E.Nağıyeva) Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qarşılıqlı iddianın təmin olunmuş hissəsində: “İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evin onun tərəfindən qanunsuz inşa edilmiş, evin texniki pasportunda nəzərdə tutulmayan, Cavabde h1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evin 3 saylı mənzilinin mətbəxinin pəncərəsinin qarşısını kəsən özbaşına tikililər İddiaçı öz hesabına sökülməklə, mənzilin texniki pasportunda göstərilmiş vəziyyətə qaytarılması” hissəsində ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia təmin olunmamış, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin onun iddiasının təmin edilməməsi hissəsində ləğv edilib İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evin onun tərəfindən qanunsuz inşa edi lmiş, evin texniki pasportunda nəzərdə tutulmayan, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evin 3 saylı mənzilinin mətbəxinin pəncərəsinin qarşısını kəsən özbaşına tikililərin İddiaçı öz hesabına sökülməklə, mənzilin texniki pasportunda göstərilmiş vəziyyətə qaytarılması barədə yeni qərar qəbul edilməsini və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları: Cavabdeh1 İddiaçı qarşı “qanunsuz inşa edilmiş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin 2-ci giriş qapısının bağlanmasına səbəb olmuş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv olunması və qapının bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi 10 saylı evin 3 saylı mənzilinə dair çıxarışın ləğv edilməsi və həmin evin 2-ci giriş qapısının bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia verərək İddiaçı Zakirovnaya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evin onun tərəfindən qanunsuz inşa edilmiş, evin texniki pasportunda nəzərdə tutulmayan, Cavabdeh1 məxsus Bakı şəhəri, N əsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evin 3 saylı mənzilinin mətbəxinin pəncərəsinin qarşısını kəsən özbaşına tikililərin İddiaçı öz hesabına sökülməklə mənzilin texniki pasportunda göstərilmiş vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəf indən qətnamə qəbul edilrərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı nümayəndəsi və vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər, Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Hazırkı mülki iş üzrə 3 iddia tələbi mövcuddur: 1) İddiaçı cavabdehlər Cavabdeh1 qarşı “çıxarışın ləğv olunması və qapının bağlanması” tələbi; 2) Cavabdeh1 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələblərə dair qarşılıqlı iddiası; 3) Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz inşa edilmiş hasarın sökülməsi”. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh1 tərəfindən əldə edilmiş Bakı şəhəri, Dağıstan küçəsi, 10 saylı evin 3 saylı mənzilinə dair çıxarışın ləğv edilməsi və həmin evin 2-ci giriş qapısının bağlanmasını tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Bundan əlavə, həmin mənzil Cavabdeh1 məxsusdur və həmin mənzilə dair texniki pasportdan və iş üzrə keçirilmiş ekspertizanın rəyindən görünür ki, İddiaçı bağlanmasını tələb etdiyi 3 saylı mənzilin ikinci giriş-çıxış qapısı həmin mənzilin texniki pasportunda nəzərdə tutulmuş və həmin qapı iddiaçıya maneçilik törətmir. Bununla yanaşı Cavabdeh1 daşınmaz əmlak üzərində dəyişikliyi Nəsimi rayon İcra Hakimiyyətinin 14.10.2014-cü il tarixli sərəncamı əsasında həyata keçirmiş və reyestrdə olan texniki dəyişikliklərinə əsas həmin sərəncam olmuşdur. Sərəncama əsasən Cavabdeh1 məxsus Dağıstan küçəsi 10 saylı evin, 3 saylı mənzili 3 otaq, yaşayış sahəsi 64,85 kv.m, ümumi sahəsi 130,9 kv.m hesab ed ilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı reyestrdə dəyişikliyinin aparılmasına əsas olan inzibati qərarı mübahisələndirməmişdir. Digər tərəfdən çıxarışın ləğv edilməsi daşınmaz əmlaka dair aparılmış reyestr qeydiyyatının ləğv edilməsi üçün əsas deyildir. Eyni zamanda apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 saylı evdə texniki pasportunda nəzərdə tutulmayan, şəhərsalma və tikinti qaydalarına uyğun olmayan özbaşına tikililərin inşa olunması və həmin tikililərin Cavabdeh1 mənafelərinə toxunması (mənzilinin mətbəxinin pəncərəsinin qarşısının kəsməsi) müəyyən olunsa da, sözügedən tikililər Cavabdeh1 mənzili əldə etməsindən əvvəl, eyni zamanda Cavabdeh1 məxsus daşınmaz əmlaklara dair aparılmış reyestr dəyişikliyindən əvvəl t ikilmişdir. Belə ki, İddiaçı adına texniki pasport 29.10.2002-ci ildə tərtib edilmişdir. Cavabdeh1 hazırda mülkiyyətində olan ev əvvəllər X4 məxsus olmuş və sonuncunun adına 17.05.2000-ci ildə texniki pasport tərtib edilmiş, həmin texniki pasportda ümumi sahə 46,4 kv.m olmuş, həmin ev sonuncu tərəfindən X1, Yavər Əliyevin adına 08.08.2012-ci ildə texniki pasport tərtib edilmiş, həmin texniki pasportda ümumi sahə 46,4 kv.m olmuş, həmin ev sonuncu tərəfindən Cavabdeh1 satılmış, onun adına 13.10.2012-ci ildə texniki pasport tərtib edilmiş, həmin texniki pasportda ümumi sahə 46,4 kv.m olmuşdur. Cavabdeh1 hazırda mülkiyyətində olan evə dair 07.06.2013-cü ildə tərtib edilmiş texniki pasportda sonuncu tərəfindən sahələri 13,8 kv.m və 9,6 kv.m olan otaqlar arasındakı arakəsmələrin götürülməsi, 1 8 kv.m otaqdan sonra 27,4 kv.m otağına inşa edildiyi, həmin texniki pasportda ümumi sahənin 68,8 kv.m olduğu müəyyən olunur. Həmin evə dair 16.04.2015-ci ildə tərtib edilmiş texniki pasportda sonuncu tərəfindən arakəsmə götürülərək bir otaq olan 23,4 kv.m olan otağın qarşısında sahələri 23,2 kv.m və 24,8 kv.m olan otaqların inşa olunduğu, sahələri 23,4 kv.m, 18 kv.m, 24,4 kv.m olan otaqların yan tərəfində 14,1 kv.m olan otaq inşa olunduğu, ümumi sahənin artırılaraq 130,9 kv.m olduğu, 4 giriş-çıxış qapısının olduğu müəyyən olunur. Göründüyü kimi, Cavabdeh1 2012-ci ildə evi alarkən, ümumi sahə 46,4 kv.m olmuş, bundan sonra onun tərəfindən tikinti işləri aparılmaqla, artırmalar həyata keçirilmişdir. Sahəsi 24,4 kv.m olan mətbəxin tikintisi 2013-cü ildə aparılmaqla, İddiaçı tikililəri istiqamə tdə artırılaraq, sonuncunun tikilisinə yaxınlaşmışdır. Bu halda Cavabdeh1 daşınmaz əmlakının sonradan aparılmış qeydiyyatı bundan əvvəl aparılmış tikintinin sökülməsini tələb etmək hüquq vermir. Həmin tələbi irəli sürmək hüququ yalnız bu sahədə dövlətin səlahiyyət verdiyi inzibati orqanlara məxsusdur. Digər tərəfdən işin hallarından məlum olur ki, İddiaçı aparılmış yenidən qurma işlərinin rəsmiləşdirilməsi üçün müvafiq icra hakmiyyəti orqanına müraciət etmiş, lakin həmin orqan tərəfindən tikilinin mövcud vəziyyəti yoxlanılmış, lakin özbaşına tikilinin aparılması müəyyən olunmuş olsa da, İddiaçı qarşı tikilinin sökülməsi tələbi ilə müraciət olunmamışdır. Bununla bərabər, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, bina 10, 3 saylı mənzillə İddiaçı məxsus mənzili ayıran sah ə texniki pasportlara əsasən ümumi istifadədə olsa da, faktiki olaraq sonuncu tərəfindən istifadə olunur. Texniki pasporta əsasən, iddiaçıya məxsus mənzilin 2-ci giriş-çıxış qapısı mövcuddur və həmin qapıya keçid faktiki olaraq cavabdeh tərəfindən istifadəsində olan sahədən keçir. Həmin sahəyə, o cümlədən iddiaçıya məxsus mənzilin 2-ci giriş qapısına keçid metal qapı ilə bağlanmışdır. İddiaçı tərəfindən quraşdırılmış dəmir qapı Cavabdeh1 mülkiyyətinin bir hissəsi olan otaqdan və həmin otağın girişi olan 2 saylı qapıdan istiadəsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən ta nınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqların pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv
Məhkəmə qərarları › İş №2(102)-6726/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6726/2019
07.11.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver