Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6733/2021 26.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi (Mülki Məcəllənin 445.7-ci maddəsi); qanuni qüvvəyə minmiş məhkəmə qərardadlarına əsasən ödənilməli olan pul vəsaitinin ödənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Qılıcov a Sevda Mübariz qızının katibliyi, cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5346/2021 saylı iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(044)-3265/2015 saylı qətnaməsi ilə iddiaçının cavabdeh "Gəncəbank” ASC-yə qarşı iddiasının təmin edilməsi, "xxxx" ASC-dən 294205,45 manat və onun üzərinə hesablanmış 88261,62 manat fa iz, cəmi 382467 manat 07 qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə 27 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki Gəncə Apellyasiya Məhkəməsinin 23.05.2017-ci il tarixli qərardadının nəticə hissəsinin 1-ci bəndinə aid hissədə (Cavabdeh1 ASC-nin kreditorlarının tələblərinin reyestri (qəbul edilmiş tələblərin siyahısı) təsdiq edilsin hissəsində) təsdiq edilmişdir.
2. Gən cə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. İddiaçının tələbi üzrə ödənişin həyata keçirilməsi ləğv prosesində olan "xxxx" ASC-nin 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X2rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək cavabdehlərdən müştərək qaydada 44450 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(044)-3265/2015 saylı qətnaməsi ilə iddiaçının cavabdeh "Gəncəbank” ASC-yə qarşı iddiası tam təmin edilərək "xxxx" ASCdən 294205,45 manat və onun üzərinə faiz kimi hesablanmış 88261,62 manat, cəmi 382467 manat 07 qəpik pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. "xxxx" ASC buna qədər olan digər məhkəmə çəkişmələrini də uduzmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin göstərilən qətnaməsinin icrası məqsədilə "Banklar haqqında" Qanunun tələbinə uyğun olaraq Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyası 22 iyu n 2017-ci il tarixli 8(104)-57/2017 saylı qərardadla "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsinə əsasən onun təqdim etdiyi kreditorların tələblərinin ödənişi qrafikini təsdiq etmişdir. Təsdiq edilmiş həmin qrafiklə iddiaçıya 70000 manat ödəniş həyata keçirilməlidir. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 sayl qərardadı ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. Həmin qrafikdə iddiaçının 382467 manat kreditor tələbinin 230120 manatdan ibarət hissəsinin ödənilməs i təsdiq edilmişdir. Həmin qrafik də Fondun ərizəsinə əsasən təsdiq edilmişdir. Hər iki qərardada görə cavabdeh iddiaçıya cəmi 300120 manat pul ödəməlidir. Göstərilənlərə baxmayaraq, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qüvvədə olan məhkəmə qərarlarının tələblərini kobud surətdə pozaraq iddiaçıya ödənişləri həyata keçirməkdən müxtəlif bəhanələrlə qanunsuz olaraq boyun qaçırır. Halbuki, hər iki halda ödəniş qrafikləri məhkəmə tərəfindən məhz Fondun rəhbərliyinin ərizəsi əsasında təsdiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 iyun 2017-ci il və 29 yanvar 2018-ci il tarixli qərardadları ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən digər kreditorların pulları verilmişdir. Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu mətbuat vasitəsilə ləğv pros esində olan bankların, o cümlədən "xxxx" ASC-də fiziki şəxslərin sığortalanmayan əmanətlər üzrə 17000 manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə başlandığını da bildirmişdir. Fond heç bir səbəb olmadan iddiaçıya münasibətdə məhkəmə qərarlarını icra etməkdən boyun qaçırır, icranı gecikdirir. Cavabdeh məhkəmə qərarlarına və qanuna əsasən dərhal ödəməli olduğu pulu uzun müddət ödəməkdən imtina etdiyi üçün iddiaçıya mühüm maddi zərər vurmuşdur. Buna görə də Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı və 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadları ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən iddiaçıya ödənişləri dərhal etməli olduğu halda bu günədək qəsdən icra etməyərək gecikdirdiyindən 22 iyun 2017-ci il tar ixli 8(104)-57/2017 saylı qərardadla təsdiq edilmiş bank kreditlərinin ödənişi qrafikinə uyğun olaraq 23 iyun 2017-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövr ərzində iddiaçıya dərhal ödənilməli olan 70000 manat məbləğində pulun ödənilməsi gecikdirildiyi üçün 12250 manat (70 min manat:100 faiz x 17,5 faiz=12250 manat) məbləğində pulun, 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 sayl qərardadla təsdiq edilmiş ödəniş qrafikinə əsasən 230000 manat məbləğində pulu iddiaçıya dərhal ödəməli olduqları halda ödəməni gecikdirdikləri uçün 30 yanvar 2018-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövr üçün 32200 manat (230000 manat:100 faiz x 14 faiz= 32200 manat) məbləğində pulun, cəmi 44450 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-345/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim R.A.Xəlilov) İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iş üzrə iddianın ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı olan hissəsində icraata xitam verilməsi qərara alınmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(006)345/2021 saylı qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia təmin edilmiş, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 44450 (qırx dörd min dörd yüz əlli) manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli, 8(104)-57/2017 saylı və 29 yanvar 2018-ci il tarixli, 8(104)-274/2018 saylı qərardadlarının icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkidir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər qanuni qüvvəyə minmiş məhkəmə qərardadlarının icrası ilə bağlı pozuntunun, yəni məhkəmə qərardadları ilə dərhal ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onların cavabdeh olmadığı haldan irəli gəldiy ini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda cavabdehin icra haqqında qanunvericiliyi könüllü yerinə yetirməməsi və onların icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadları ilə tutulmuş pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının tələb hüququ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli, 8(104)-57/2017 saylı və 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadlarının qüvvəyə mindiyi 22 iyun 2017-ci il və 29 yanvar 2018-ci il tarixlərdən etibarən realizə edilə bilən hüquq olmuş və bu tarixlərdən sonra cavabdehlərin həmin qərardadların icrasını təmin etmək öhdəliyi yaranmışdır. Buna görə də ödənilməli olan pul məbləğlərinin gecikdirilməsinə görə faizlər göstərilən tarixlərdən hesablanmalıdırlar.
10. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan iddia təmin olunmalıdır. Belə ki, iddiaçının cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 382.467,07 manat məbləğində pul tələbinin pul tələbi siyahısına əlavə olunaraq təsdiq edilməsi barədə Gəncə Apellyasiya M əhkəməsinin 23 may 2017-ci il tarixli qərardadının nəticə hissəsinin birinci bəndinə əsasən həmin məhkəmənin 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı qərardadı ilə təsdiq edilmiş bank kreditlərinin ödənişi qrafikinə uyğun olaraq 23 iyun 2017ci il tarixdən 01 dekabr 2020-ci il tarixdədək olan dövr ərzində iddiaçıya dərhal ödənilməli olan 70.000 manat məbləğində pulun ödənilməsi gecikdirildiyi üçün cavabdehdən iddiaçının xeyrinə 12.250 manat məbləğində pul, cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2018-ci il tarixli, 8(104)-274/2018 sayl qərardadı ilə təsdiq edilmiş ödəniş qrafikinə əsasən 230.000 manat məbləğində pulu iddiaçıya dərhal ödəməli olduqları halda ödəməni gecikdirdikləri üçün cavabdehdən iddiaçının xeyrinə 30 yanvar 2018-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövr üçün 32.200 manat məbləğində pul, cəmi 44.450 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır.
11. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 445.1, 445.2.1, 445.4, 445.7-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87.3 və 87.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir.
12. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-345/2021 saylı 25.02.2021-ci il tarixli qətna məsinin ləğv edilib, iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5346/2021 saylı mülki iş üzrə 14 iyul 2021-ci tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(006)-345/2021 saylı qətnaməsinin dəyişdirilərək, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulan 44450 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan Cavabdeh1 ASC-dən daxil olan vəsaitlər (üz vlük haqları, təqvim haqları, əlavə haqlar, bank tərəfindən ödənilən dəbbə pulları) hesabına ödənilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi olduğundan, ƏSF-dən tutulmalı olan pul vəsaiti Cavabdeh1 ASC-dən daxil olan vəsaitlər (üzvlük haqları, təqvim haqları, əlavə haqlar, bank tərəfindən ödənilən dəbbə pulları) hesabına ödənilməlidir. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində fondun sığorta ehtiyatlarının hansı mənbələr hesabına formalaşdığı göstərilmişdir.
15. Apellyasiya kollegiyası ödənilməli olan pul vəsaitindən Əmanətlərin Sığortalanması Fondunun faydalanmasının sübuta yetirilməməsi barədə apellyasiya şikayətinin dəl ili ilə bağlı qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbini Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək irəli sürdüyündən, Fondun həmin pul vəsaitindən faydalandığını sübuta yetirməyə hər hansı zərurət yoxdur. Tərəflər arasında məzmunca oxşar iddia tələbinə bundan əvvəl məhkəmədə baxılaraq Nəsimi Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli 2(006)-1078/2020 saylı və həmin qətnaməni qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 03.09.2020-ci il tarixli 2(103)-6246/2020 saylı qətnaməsi ilə iddianın rədd edilməli olması barədə dəlil ilə bağlı qeyd edilmişdir ki, həmin işlərdə iddia tələbinin hüquqi əsası Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrindən irəli gəlmiş, yəni iddia tələbinin hüquqi əsası fərqli olmuşdur. Fond tərəfindən İddiaçı ödənilməli olan pul vəsaitinin yaranma səbə bləri araşdırılarkən qanun pozuntularının aşkar olunması və bu barədə hüquq mühafizə orqanlarına müraciət olunması isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsinə əsas vermir.
16. Qətnamədən narazı qalan cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən (vəkili Vəkil2) kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5346/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi vəsaitin ləğvedicidən tutulmasını qət etsə də, apellyasiya instansiyası məhkəməsi öhdəliyi sığortaçı qismində Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoymuşdur ki, bu da tamamilə yanlışdır. Belə ki, məhkəmə Əmanətlərin Sığortalanması Fondunun hüquqi təbiətini və fəaliyyət istiqamətini düzgün qiymətləndirə bilməmişdir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Halbuki, sözügedən məhkəmə qərarı üzrə ləğvedici cavab verməli olduğu üçün “sığortaçı” bununla bağlı hər hansı bir öhdəlik daşımır və beləliklə də, “Banklar haqqında” Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuş olur. Qeyd edirlər ki, məhkəmə vəsaitin ödənilməsini Əmanətlərin Sığortalanması Fonduna ləğv prosesində olan Cavabdeh1 ASC-dən daxil olan vəsaitlər (üzvlük haqları, təqvim haqları, əlavə haqlar, bank tərəfindən ödənilən dəbbə pulları) hesabına ödənilməsinin müəyyən edilməsi tamamilə əsassızdır. Bundan əlavə, ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən Fonda hər hansı vəsaitin ödənilmədiyi, öhdəliyin icrası üçün məhkəmənin müəyyən etdiyi mənbənin qanunsuz olduğu aşkardır. Kassasiya şikayətində qeyd edirlər ki, Əmanətlərin Sığortalanması Fondu sözügedən pul vəsaitini qanunsuz olaraq, saxlamamış, ləğvedici qismində banka təyin edildikdən sonrakı dövr ərzində vəsaitin yaranma səbəbini araşdırarkən qan un pozuntuları aşkar edilmiş və bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və sair maddi xeyir əldə etmişdir. Lakin hazırki mübahisə predmeti olan işdə isə iddiaçı bu halları özündə əks etdirən hər-hansı sübut təqdim etməmişdir. Digər tərəfdən nə sığortaçı, nə də ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun hər hansı fayda əldə etmək səlahiyyəti mövcud olmamışdır və bu fondun fəaliyyətini tənzimləyən “Əmanətlərin Sığortalanması” haqqı nda Qanunda da öz əksini tapmışdır.
18. Kassasiya şikayəti həmçinin onunla əsaslandırılır ki, hazırkı mülki işdə məhkəmə qeyd edilən müddəaların dispozisiya şərtlərinin mövcudluğunu düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəməyə İddiaçı tərəfindən qeyd olunan halların təsdiqi barədə heç bir sənəd təqdim edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini, yəni Əmanətlərin Sığortalanması Fondunun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və sair maddi xeyir əldə etdiyini sübuta yetirməmişdir.
19. Kassator kassasiya şikayətinin dəlillər inin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.2.1, 445.7, 443.1, 443.2, 449.1-ci maddələrinə, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1, 13.1, 22.3-ci maddələrinə, “Banklar haqqında” Qanunun 71, 72, 76.1, 77.1, 77.8, 87.1, 87.2, 87.3, 87.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 9 iyul 2009-cu il tarixli qərarına istinad etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəli llərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı tərəf məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geci kdirməsi sayılır.
24. Maddə 445.4 İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
25. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
26. Maddə 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ond an faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair24 dekabr 2014-cü il tarixli Qərarı “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 13.1 Təqvim haqları bankın Fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir.
29. Maddə 22.3 Bank lisenziyası ləğv edildikdə və fiziki şəxslərin əmanətləri cəlb etmək hüququ maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldıqda və bank əmanətçilər qarşısında öz öhdəliklərinin icrasını tam başa çatdırdıqda Fond iştirakçı bankı reyestrdən çıxarır və şəhadətnaməsini ləğv edir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 87.3 Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz.
31. Maddə 87.4 Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. M addə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır.
36. Maddə 417.1.2 Kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§34).
38. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§35).
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§34). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütünlüklə mübahisələndirildiyindən və qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi istənildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(044)-3265/2015 saylı qətnaməsi ilə iddiaçının cavabdeh "Gəncəbank” ASC-yə qarşı iddiasının təmin edilməsi, "xxxx" ASC-dən 294205,45 manat və onun üzərinə hesablanmış 88261,62 manat faiz, cəmi 382467 manat 07 qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə 27 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)57/2017 saylı qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlin ə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki Gəncə Apellyasiya Məhkəməsinin 23.05.2017-ci il tarixli qərardadının nəticə hissəsinin 1ci bəndinə aid hissədə (Cavabdeh1 ASC-nin kreditorlarının tələblərinin reyestri (qəbul edilmiş tələblərin siyahısı) təsdiq edilsin hissəsində) təsdiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. İddiaçının tələbi üzrə ödənişin həyata keçirilməsi ləğv prosesində olan "xxxx" ASC-nin 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının tələbi üzrə ödəniş hal-hazıradək həyata keçirilməmiş, bu səbəbdən iddiaçı ödənişin gecikdirildiyinə görə faizin ödənilməsini cavabdehlərdən tələb etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, cavabdehlər qanuni qüvvəyə minmiş məhkəmə qərardadlarının icrası ilə bağlı pozuntunun, yəni məhkəmə qərardadları ilə dərhal ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onların cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu mə hkəməyə təqdim edə bilməmişlər. Belə olan halda cavabdehlərin icra haqqında qanunvericiliyi könüllü yerinə yetirməməsi və onların icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadları ilə tutulmuş pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
43. Apellyasiya instansiyası məhkəməsi “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə istinad edərək, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmiş, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulan 44450 manat məbləğində pul vəsaitinin lə ğv prosessində olan Cavabdeh1 ASC-dən daxil olan vəsaitlər (üzvlük haqları, təqvim haqları, əlavə haqlar, bank tərəfindən ödənilən dəbbə pulları) hesabına ödənilməli olmasını qət etmişdir.
44. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun hüquqi təbiətini və fəaliyyət istiqamətini düzgün qiymətləndirə bilməmiş, Fondun iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) faəliyyət göstərdiyini nəzərə almamışdır.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Re spublikasının Qanununun 11-ci maddəsinə istinad edərək, Fondun sığorta ehtiyatlarının hansı mənbələrin hesabına formalaşdığını göstərsə də, nəzərə almamışdır ki, göstərilən vəsaitlər Fonda üzv banklar tərəfindən ödənilir və Bankın lisenziyası ləğv edildikdən sonra onlar üzv bank hesab edilmirlər. “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 22.3-cü maddəsində göstərilmişdir ki, bank lisenziyası ləğv edildikdə və fiziki şəxslərin əmanətləri cəlb etmək hüququ maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldıqda və bank əmanətçilər qarşısında öz öhdəliklərinin icrasını tam başa çatdırdıqda Fond iştirakçı bankı reyestrdən çıxarır və şəhadətnaməsini ləğv edir. Göründüyü kimi, bankın lisenziyası ləğv edildikdən sonra onlar Fonda hər hansı vəsait ödəmirlər, çünki Fonda üzvlükdən xaric e dilirlər. Digər tərəfdən həmin Qanunun 13.1-ci maddəsində göstərilmişdir ki, təqvim haqları bankın Fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir.
46. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Əmanətlərin Sığortalanması Fondundan tutulmalı pul vəsaitinin ləğv prosessində olan Cavabdeh1 ASC-dən daxil olan vəsaitlər hesabına ödənilməli olması barədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı deyildir. Çünki, qanuni qüvvəsini almış məhkəmə qərardadlarının icra edilməməsi, pul məbləğinin ödənilməsinin gecikdirilməsi Əmanətlərin Sığortalanması Fondunun sığorta fəaliyyətindən irəli gəlməmişdir. Belə ki, sözügedən məhkəmə qərarı üzrə “ləğvedici” cavab verməli olduğu üçün “sığortaçı” bununla bağlı hər hansı ö hdəlik daşımır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulan 44450 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan Cavabdeh1 ASC-dən daxil olan vəsaitlər hesabına ödənilməsi hissəsində dəyişdirilməli, pul vəsaiti ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondundan tutulmalıdır.
48. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməli olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı və 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardad larının icra edilməsi iş materialları müəyyən edilmir və həmin qərardadların icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş, bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan itkilərdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor geci kdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
51. Məhkəmə kollegiyası kassasiya şik ayətinin ödənilməli olan pul vəsaitinin yaranma səbəbləri araşdırılarkən qanun pozuntularının aşkar olunması və bu barədə hüquq mühafizə orqanlarına müraciət olunması barədə dəlili ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edilənlər qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsinə əsas verə bilməz.
52. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulan 44450 manat məbləğində pul vəsaiti ləğv prosesində olan Cavabdeh1 ASC-dən daxil olan vəsaitlər (üzvlük haqları, təqvim haqları, əlavə haqlar, bank tərəfindən ödənilən dəbbə p ulları) hesabına ödənilsin” hissəsində dəyişdirilməli, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə İddiaçı xeyrinə 44450 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondundan tutulmalıdır.
53. Kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər (§36).
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5346/2021 saylı iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə İddiaçı xeyrinə 44450 (qırx dörd min dörd yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondundan tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.