Məhkəmə qərarları › İş №2(102)-6744/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6744/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6744/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4084/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli AL-253 №-li “Daxili lizinq müqaviləsinin” ləğv edilməsi, lizinq obyekti olan 2013-cü il buraxılışlı, “BYD F3” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, LGXC16DF6D0079033 ban, 61300023 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 31.03.2017-ci il tarixli AL-253 №-li “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə gör ə 12.09.2018-ci il tarixinə 1656.54 manat əsas, 616.74 manat mükafat və həmin günə hesablanmış 440.74 manat dəbbə pulunun, cəmi 2714.02 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli AL-253 №-li “Daxili lizinq müqaviləsinin” ləğv edilməsi, lizinq obyekti olan 2013-cü il buraxılışlı, “BYD F3” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, LGXC16DF6D0079033 ban, 61300023 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 31.03.2017-ci il tarixli AL-253 №-li “Daxili lizinq” müqaviləsinə əsasən, lizi nq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21.01.2019-cu il tarixinə 2837.36 manat əsas, 940.63 manat mükafat, 1329.74 manat dəbbə borcunun, cəmi 5107.73 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 mart 2017-ci il tarixli AL-253 saylı "Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, “BYD F 3” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı, LGXC16F6D0079033 ban, 61300023 mühərrik nömrəli, ağ rəngli avtomobil 10550 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və i stifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 376.18 manat, ümumilikdə isə 13542.27 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13542.27 manatın 10550 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 02 mart 2018ci il tarixdə 370 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 31 mart 2017-ci il tarixli AL253 savlı “Daxili Lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 yanvar 2019-cu il tarixə 2837,36 manat əsas, 940,63 manat mükafat, 1329,74 manat dəbbə borcu, cəmi 5107,73 manat borcu vardır. “Daxili lizinq müqaviləsi”, “Öhdəliklərin ötürürülməsi müqaviləsi”nin və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəfiər arasında ra zılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.10-cu bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesablanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 15.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsini n 16.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Öhdəliklərin ötürülməsi müaviləsinin 2.4.1-ci maddəsinə əsasən öhdə likləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün Öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 fevral 2019-cu il tarixli, 2(008)-794/2019 nömrəli qətnaməsi ilə (hakim – Zaur Hacıyev) iddia tələbi qismən təmin edilərək, İddiaçı MMC ilə X1 arasında bağlanmış 31 mart 2017-ci il tarixli AL-253 №li Daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2013-cü il buraxılışlı, “BYD F 3" markalı **-AR-*** dinlət qeydiyyat nişanlı, LGXC16DF6D0079033 ban, 61300023 mühərrik nömrəli, ağ rəngli minik avtomobilinin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 2837,36 manat əsas borc, 940.63 manat mükafat borcu, 50 manat dəbbə pulu, cəmi 3827.99 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın, ümumilikdə 3857,99 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-yə ödənilməmiş 2837,36 manat əsas, 940,63 manat mükafat borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, Daxili lizinq müqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmaması 1329,74 manat məbləğində dəbbə pulunun hesablanması ilə nəticələnmişdir. Məhkəmə işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məblə ğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvaiiq hesab edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443.1, 448.1, 448.2, 449.4, 462.1, 467, 747.1, 747-1.3, 7480-1.8, 7481.9, 748-1.12,,748-2.1, 748-2.2, 748-2.3, 748-10.1, 748-10.2, 748-13.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməni n ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Rəşad Həsənov) 17 may 2021-ci il tarixli, 2(103)-4084/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(008)-794/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiyanın nəticəsi ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış və şərtlərini icra etmiş MMC-nin ləğv edilməsini xahiş etdiyi 31.03.2017-ci il tarixli "xxxx" üzrə cavabdehin idd iaçı MMC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və cavabdeh bu halı inkar etmir. Apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, lizinq obyekti uçqun nəticəsində yarasız vəziyyətə düşdüyü üçün o ödəniş etməli deyil. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin predmetini təşkil edən avtomobilin bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli “Daxili lizinq müqaviləsinin” 11.1-ci bəndindən görünür ki, qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin məsuliyyətini aradan qaldıracaq heç bir hal yoxdur, cavabdeh müqavilə üzrə öhdəli klərin icrasına görə məsuliyyət daşıyır. Belə olan halda hesab edilməlidir ki, cavabdehin müzakirə edilən bu dəlili əsaslı deyil. Beləliklə də, apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Vəkil kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə apelyasiya məhkəməsində baxılan zaman tərəflərindən məhkəməyə məktub ünvanlanaraq, vəkillə müqavilənin 17.05.2021-ci il tarixdə imzalandığı və etibarnamənin 17.05.2021-ci il tarixdə verildiyini nəzərə alaraq iş ilə tanış olmaq məqsədi ilə məhkəmə iclasının təxirə alınması xahiş olunsa da, məhkəmə müraciətə əhəmiyyət verməmiş və işə cavabdehin iştirakı olmadan baxmışdır. Hesab edirlər ki, bununla da məhkəmə cavabdehin qanunvericilikdə nəzərdə tutulmuş hüquq və azadlıqlarını pozmuşdur. Bilirirlər ki, 19 mart 2018-ci il tarixində Bakının Binəqədi rayonunda bina uçmuşdur. Hadisə rayonun "İkinci mədən" adlanan ərazisində baş vermişdir. Əvvəllər bina yeməkxana kimi fəaliyyət göstərmişdir. Sonradan istismara yararsız olduğu üçün fəaliyyə tini dayandırmışdır. Uçqun zamanı bir neçə avtomobil zərər görmüşdür. Həmin avtomobillərdən biri də cavabdeh məxsus idi. Bu hadisədən sonra cavabdehin maşını tamamilə istismara yararsız olduğu üçün ödənişləri edə bilməmişdir. Belə ki, cavabdeh taksi fəaliyyəti ilə məşğul olurdu və ödənişləri bu fəaliyyətdən qazandığı pullarla ödəyirdi. Cavabdehə dəymiş ziyanın ödənilməsi ilə bağlı müxtəlif orqanlara müraciət olunsa da, onun müraciətləri baxılmamış qalmışdır. Eyni zamanda bildirirlər ki, bu hadisə ilə bağlı İddiaçı MMC-nin də məlumatı olmuşdur. Belə ki, onlar da hadisə yerində iştirak etmişlər və cavabdehə bildirmişlər ki, onun ödənişlə bağlı problemi olmayacaqdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748.2. Lizinq müqavləsində bu maddədə sadalananlarla yanaşı həm də lizinq ödənişinin ümumi məbləği və lizinq verənin mükafatının məbləği, hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki göstərilməlidir. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə b ağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10.1. və 748-10.2. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri x ərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərclər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, cavabdeh ilkin olaraq kasasiya şikayətində vəkillə məhkəmə iclasının keçirildiyi gün müqavilə bağlanması və həmin tarixdə etibarnamə verməsi əsası ilə apelyasiya məhkəməsinə işin təxirə salınması ilə bağlı ərizəsinin əsassız olaraq nəzərə alınmayıb işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh qeyd etdiyi məzmunda ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət etmiş olsa da, ərizəsinə etibarnamənin və ya orderin nə özünü, nə də əslini əlavə etməmişdir ki, bu əsasla da apelyasiya kollegiyası işə baxın yekun məhkəmə aktı qəbul etməkdə haqlı olmuş və qəbul e tdiyi qətnamədə bu halı əsaslandırmışdır. Kasasiya şikayətinin avtomobilin yararsız hala düşməsi, fəaliyyətinin avtomobildən asılı olması, bu səbəbdən ödəniş edə bilməməsi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, cavabdehin avtomobilin yararsız hala düşməsi ilə bağlı istinad etdiyi xüsusatlar üzrə mülki qanunvericilik riskin lizinq alana, yəni cavabdehin üzərinə düşməyini xüsusi vurğulamışdır ki, bu dəlil də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ümumi kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyas tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4084/2021 nömrəli, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar