Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6768/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cuiltarixli 2(107)-1601/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala rayon Məhkəməsinin (hakim E.Məmmədov) 22.02.2019-cu il tarixli 2(033)-91/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabd ehlər Cavabdeh1, X1, Cavabdeh3, maraqlı şəxslər DƏDRXnin Zaqatala rayon Ərazi İdarəsinə və Zaqatala rayon 2 saylı Notariat Kontorunun notariusuna qarşı “qanun üzrə vərəsəlik hüququn haqqında şəhadətnamələrin, çıxarışların və torpaq şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) 04.06.2019-cuiltarixli 2(107)-1601/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Zaqatala rayon Məhkəməsinin 22.02.2019-cu il tarixli 2(033)-91/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cuil tarixli qətnaməsindən kas sasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, maraqlı şəxslər DƏDRX-nin Zaqatala rayon Ərazi İdarəsinə və Zaqatala rayon 2 saylı Notariat Kontorunun notariusuna qarşı “qanun üzrə vərəsəlik hüququn haqqında şəhadətnamələrin, çıxarışların və torpaq şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 17.10.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X2 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən 25.09.2017-ci il tarixdə verilmiş reyestrdə 2V-352 nömrə ilə, Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən 28.08.2018-ci il tarixdə verilmiş reyestrdə 2V-550 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və reyestrdə 2V-352 nömrə ilə və 2V-550 nömrə ilə qeyd edilmiş şəhadətnamə əsasında verilmiş seriya A, 195712 saylı çıxarışı olan (0.23 ha fərdi həyətyanı torpaq sahəsi) və reyestr nömrəsi **********70, seriya RX ******* saylı 0.7904 ha torpaq sahəsinə verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Muradov Ədalət Qəzənfər oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hər iki instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçının vərəsəlik hüquqları pozulmuşdur. Vərəsəlik işi açılarkən iddiaçının atasının vərəsələrinə dair verilmiş arayışda iddiaçının adı da qeyd olunsa da, notarius miras qalmış əmlakları qəbul etmək üçün iddiaçıya bi ldiriş göndərməmiş, ancaq cavabdehlərin adına vərəsəlik şəhadətnamələri verilmişdir. Bu hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Çünki cavabdehlər özləri də miras qalmış əmlakı qəbul etmək üçün notariusa atalarının vəfatından 6 ay müddətində müraciət etməmişlər. Miras əmlakı faktiki qəbul etməyə gəldikdə isə, atasının vəfatından sonra iddiaçı atasının vəfatından sonra miras qalmış torpaq sahələrinə gedib mirası faktiki qəbul etmək istəmiş, lakin cavabdehlər onu həmin torpaq sahələrinə buraxmamışlar. Bu hallar hər iki məhkəmə tərəfindən araşdırılmamışdır. Ona görə də onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cuiltarixli 2(107)-1601/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən ş əxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Muradov Ədalət Qəzənfər oğlu, Cavabdeh1, X3, Cavabdeh3 və maraqlı şəxs Zaqatala rayon 2 saylı Notariat Kontorunun notariusu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı mərhum X5 oğludur. X9 1992-ci ildə iddiaçının anasını boşayaraq onlardan ayrılmış və 1996-cı ildə Cavabdeh1 ilə evlənmişdir. İbrahimin Cavabdeh1 ilə nikahından iki övladı olmuşdur. 1996-cı ildə Torpaq islahatı zamanı İbrahim Quziyevə və ailəsinə dövlət tərəfindən torpaq sahələri mülkiyyətlərinə verilmişdir. Belə ki, İbrahim Quziyevin ailəsi özü ilə birlikdə 5 nəfərdən ibarət olmuşdur. Onların mülkiyyətinə Zaqatala rayonu Yolayrıc kəndində yerləşən 0.23 ha yaşayış məntəqələri təyinatlı və 0.79 ha kənd təsrrüfütı məhsulları istehsallı təyinatlı torpaq sahələri verilmişdir. İddiaçı Şüay Quziyev isə 1992-ci ildən anası ilə birlikdə atasından ayrı yaşamışdır. Ona görə də İbrahim Quziyevə və onun ailəsinə verilmiş torpaq sahələrinin mülkiyyətçiləri arasında Şüay Quziyevin adı yoxdur. İbrahim Quziyev 02.01.2017-ci ildə vəfat etmişdir. Vəfatından sonra onun ailəsi miras qalmış torpaq sahələrinə vərəsəlik hüququ əldə edərək mülkiyyətlərini dövlət reyestrində qeydiyyata aldırmışlar və 0.79 ha kənd təsərrüfatı məhsulları istehsallı təyinatlı torpaq sahəsini başqa vətəndaşa satmışlar. Digər 0.23 ha həyətyanı torpaq sahəsini isə iddiaçının anası və həm də bu iş üzrə nümayəndəsi Fatimat Eminova zəbt etdiyindən onun torpaq sahəsindən çıxarılması barədə iddiaya məhkəmədə baxılaraq həmin iddianın təmin edilməsinə dair qətnamə qəbul etdirmişdir. Hazırda qətnamə icra olunma mərhələsindədir. İddiaçı ilə cavabdeh 12 mart 2002-ci ildə nikaha daxil olmuş, 12.04.2017-ci ildə nikah pozulmuşdur. Hazırkı iş üzrə miras qoyan 02.01.2017-ci il tarixdə vəaft etmişdir. Miras qalmış torpaq sahələri cavabdehlərlə birgə mülkiyyətdə oldugundan miras cavabdehlər tərəfindən faktiki olaraq qəbul edilmiş hesab edilrək notaris tərəfindən vərəsəlik şəhadətnamələri verilmişdir. Vərəsəlik işi açılarkən mərhumun vərəsələrinə dair verilmiş arayışda iddiaçı Şüay Quziyevin adı da qeyd olunmuşdur, lakin qarşısında 1992-ci ildə qeydiyyatdan çıxması qeyd olunmuşdur. İddiaçı Şüay Quziyev atası vəfat etdiyi vaxtdan 6 ay müddətində vərəsəliyin qəbulu ilə əlaqədar mürac iət etməmiş, miras əmlakı faktiki qəbul etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması ilə əlaqədar müraciət etməmişdir. Cavabdehlər mirası qəbul etdikdən sonar mülkiyətində olan bir torpaq sahəsini satdıqdan, digər torpaq sahəsindən isə iddiaçının anasının çıxarılmasına dair məhkəmə mübahisələrini udduqdan sonra iddiaçı atasından miras əmlak üzərində vərəsəlik hüququnu tələb etmək fikrinə düşmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iş üzrə mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə heç bir hüquqi əsas yoxdur. Vərəsəlik hüququ haqqında şəhadətnamələr ləgv edilmirsə, həmin şəhadətnamələr əsasında verilmiş digər hüquqi sənədlərdə (çıxarışlar) ləgv ed ilə bilməz. Ona görə də iddianın həmin hissəsinə hüquqi qiymət verilmir. İddianın torpagın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləgv edilməsi üçün isə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Həmin şəhadətnamə Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmişdir. Həmin qərar mübahisələndirilmədiyi halda həmin şəhadətnamə də ləğv edilə bilməz. Apellyasiya kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243 və 1248-ci maddələrinə istinad etməklə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdehin apelyasiya şikayətində göstərilən hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə düzgün hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli 2(107)1601/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6768/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6768/2019
30.10.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver