Məhkəmə qərarları › İş №2(102)-6768/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6768/2021

11.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6768/2021 11.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" QSC qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 16.03.2010-cu il tarixli kredit xətt müqaviləsinin, həmçinin onun əsasında tərtib edilmiş 25.07.2014-cü il tarixli kredit razılaşmasının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xah iş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadı ilə cavabdeh Bankın vəsatətinin təmin edilməsi və hazırki mülki işin Lənkəran rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı "xxxx" QSC-nin cavabdeh İddiaçı və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə birləşdirilməsi üçün hazırki işin Lənkəran Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçının həmin qərardaddan şikayət vermiş, Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və barəsində şikayət verilmiş qərardadı dəyişdirmədən saxlayaraq baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ına göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Yasamal rayon məhkəməsi tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.07.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərardadından İddiaçı verdiyi kassasiya şikayəti qaytarılmış və izah edilmişdir ki, müxtəlif ümumi məhkəmələrin icraatında olan işlərin bir icraatda birləşdirilməsi məqsədi ilə işin bir məhkəmədən digərinə göndərilməsi barədə qərardaddan kassasiya şikayəti verilməsi Mülki Prossesual M əcəlləsində nəzərdə tutulmamışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti 23.08.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayəti verilə bilən qərardadlarının siyahısı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadlar siyahısında işlərin bir icraatda birləşdirilməsi, bir-biri ilə əlaqədar olan bir neçə işin birgə baxılması üçün aidiyyəti üzrə işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməsi barədə qərardaddan kassasiya şikayəti verilməsi qanunda nəzərdə tutulmadığı halda, iddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi qanunla nəzərdə tutulmayan qərardaddan verilmiş kassasiya şikayətinin bu əsasla geri qaytarılması barədə qərardaddan da prossesual qənaət prinsipinə əsasən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402-ci maddəsində kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayətinin verilməsi imkanı nəzərdə tutulsa da, bu o kassasiya şikayətlərinə aiddir ki, onlara kassasiya qaydasında baxılması qanunla mümkündür. Şərh edilənlərə əsasən və Azə rbaycan Respublikası MPM-nin 402-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5703/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar