Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6775/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Məmmədov Tofiq Əlisəddin oğlunun və Cavabdeh iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(107)-1809/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon Məhkəməsinin (hakim Z.Quliyev) 25.02.2019-cu il tarixli, 2(046) -75/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması, torpaq sahəsindən küçəyə çıxış yolunun açılması” tələbinə dair iddiası qismən təmin edilərək, Göyçay şəhəri, Şəhriyar küçəsi, dalan 1, 4 küçəsində yerləşən evin İddiaçı mülkiyyətində olan hissəsinin naturada ayrılması, həyətyanı torpaq sahəsinin giriş hissəsində olan darvazanın tən ortadan iki hissəyə bölünməklə yaşayış evini doğru 12.2 m uzunluğunda, həmin nöqtədən 90 dərəcə bucaq altında iddiaçının evinə qədər və evin qarşısından və arxasından iddiaçı ilə cavabdehin arasında olan arakəsmə boyunca sərhəd hasarı çəkilməklə ünvan 1 ünvandakı fərdi yaşayış evinin İddiaçı məxsus olan hissəsinə ayrıca giriş yolunun açılması, iddia tələbinin “həyətyanı torpaq sahəsini n iddiaçının mülkiyyətində olan hissəsinin naturada ayrılmasına dair” hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun 2 manatının iddiaçıya aid edilməsi, 8 manatının isə cavabdehdən iddiaçının xeyrinə tutulması, 200 manat ekspertiza xərcinin 40 manatının iddiaçıdan, 160 manatının cavabdehdən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) 27.05.2019-cu il tarixli, 2(107)-1809/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Göyçay rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli, 2(046)-75/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması, torpaq sahəsindən küçəyə çıxış yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə 24.07.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, arxasından iddiaçı ilə cavabdehin arasında olan arakəsmə boyunca sərhəd hasarı çəkilməklə ünvan 2 ünvanda yerləşən yaşayış evinin, torpaq sahəsinin və yolun naturada və ümumi mülkiyyət hüququndakı payına uyğun olaraq ½ hissə yaşayış evinin, ½ hissədə torpaq sahəsinin və ½ hissə yolun onun mülkiyyətinə ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Məmmədov Tofiq Əlisəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hər iki instansiya məhkəməsi iddianı qismən təmin edərək, iddiaçının əsas iddiası olan torpaq sahəsindən küçəyə çıxış yolunun açılması və torpağın ona verilməsi tələbini təmin etməmişdir. Cavabdehin yaşadığı ev iddiaçıya məxsus torpaq sahəsinin üzərində tikilmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsində heç bir sənəd olmadan ev tikmiş və əlavə olaraq onun torpaq sahəsində hamam, tualet, mətbəx tikərək iddiaçıya məxsus olan pilləkəni bağlamışdır. Hazırda qətnamə ilə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Ekspert də müəyyən etmişdir ki, iddiaçının torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Lakin onu n bölgüsünün hansı səbəblərdən mümkünsüz olduğuna ekspert tərəfindən aydınlıq gətirilməmişdir. Cavabdeh iddiaçının torpaq sahəsinin bir hissəsində qanunsuz tikililər aparmış və bununla da qalan hissənin iddiaçıya ayrılmamasına şərait yaratmışdır. Lakin həmin qanunsuz tikililər olsa belə, torpağın ən azından 0.015 ha sahəsini bölüb iddiaçıya vermək mümkündür. Hər iki ekspert rəyində göstərildiyi kimi, əlavə tikililər, yəni 24.7 kv.m və 45.5 kv.m açıq eyvanlar tikilmiş və həmin sahələr texniki pasportda mövcud deyildir. Bu da iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinin sübutudur. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(107)-1809/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın torpaq sahəsi nin ½ hissədə bölünməsi hissəsində yeni qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Məmmədov Tofiq Əlisəddin oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməninin dəyişdirilmədən saxlanması qənaətinə gələrkən qeyd etmişdir ki, tərəflərin hər biri müstəqil mülkiyyətçidir və hər birinin payı məlumdur, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213 və 214-cü maddələrinə əsasən onlar hər biri paylı mülkiyyətçidir.Tərəflər paylı mülkiyyətdə olan ünvan 3 ünvandakı, mülkiyyətlərində olan torpaq sahəsinin naturada ayrılmasını, ayrıca giriş çıxış yolunun açılmasını tələb etməkdə haqlıdır. Apellyasiya kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.01.2018-ci il tarixli rəyinə istinadən torpaq sahəsinin naturada ayrılmasını qeyrimümkün hesab etmişdir. Lakin kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Göyçay şəhəri, Şəhriyar küçəsi, dalan 1/4 ünvanda yerləşən evin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh və 0,06 ha yaşayış məntəqələri torpaqlarının ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Kassasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması zamanı iş materiallarını tədqiq edərkən müəyyən etmişdir ki, apellyasiya şikayətində və iddiaçı apellyasiya məhkəməsində vermiş olduğu izahatında ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən sonradan onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikililər tikilməklə zəbt edildiyini, nəticə olaraq onun mülkiyyət hüququnun pozulduğunu vurğulamış, apell yasiya kollegiyası isə bu dəlillər üzrə heç bir araşdırma aparmamışdır. Halbuki, mülki prosessuual qanunvericiliyin tələblərinə əsasən tərəflərin izahatları digər sübutlarla yanaşı, sübut kimi qiymətləndirilməlidir. Qeyd olunan xüsusatlardan göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olaraq işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, mübahisənin həllinə səthi yanaşmışdır. Azərbaycan Respublikasının MPM-nin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq ed ilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(107)-1809/2019 saylı qətnaməsi qismən-iddia tələbinin təmin olunmayan (torpağın bölünməsi) hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X1rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(107)1809/2019 nömrəli qətnaməsi qismən- iddia tələbinin təmin olunmayan (torpağın bölünməsi) hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6775/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6775/2019
30.10.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver