Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6784/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi),Qoldman Tatyana Aleksandrovna və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: A.S.Məmmədov; 2(004)-1903/2019) İddiaçı İddiaçı cavabdeh “xxxx” BOKT ASC arasında bağlanm ış 17 noyabr 2015-ci il tarixli. 2015/00232-01 saylı istehlak kredit müqaviləsinin və 17 noyabr 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayeva; 2(103)-7339/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı Cavabdeh BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış 17 noyabr 2015-ci il tarixli 2015/00232-01 saylı kredit müqaviləsinin və eyni tarixli ipoteka müq aviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona, yəni, İddiaçı 17.11.2015-ci il tarixli, ************* saylı kredit müqaviləsinə əsasən illik 28 faizi 60 ay müddətinə 18.000 ABŞ dolları mbləğində kredit verilmişdir. Borcun təminatı olaraq, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında 17.11.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Hazırda onun yəni, İddiaçı kredit müqaviləsi üzrə Cavabdeh BOKT ASC cəmi 29.479,16 ABŞ dolları borcu vardır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 17.11.2015-ci il tarixli, 3M1126 reyestr nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh BOKT ASC ilə (borc verən) və İddiaçı (Borc alan və ipoteka qoyan) arasında bağlanmış 17.11.2015-ci il tarixli 3M- 1126 reyesır nömrəli ipoıeka müqaviləsindən görünür ki, ipoteka qoyan müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulmuş istehlak kredit müqaviləsinə əsasən kredit məbləğinin və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin və digər tutma və ödəmələr üzrə yaranmış öhdəlikdir. Müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 30.000 manat məbləğində qiymətləndirilmişdir. Hesab edir ki, onunla Cavabdeh BOKT ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, kredit müqaviləsi onunla dollarla bağlanmış lakin ipot eka müqaviləsində mənzilin dəyəri manatla ifadə olunmuşdur. Bu hal özü qanunvericiliyə ziddir. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi Paşayev Ceyhun iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddia tamamilə əsassızdır. İddiaçının könüllü təşəbbüsü ilə qanunvericiliyə uyğun müqavilələr bağlanmışdır. Hazırda iddiaçının məqsədi kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasından yayınmaqdır. Odur ki, cavabdehin nümayəndəsi məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçıkassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsasla ndırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbləri pozulmuş, işin faktiki halları araşdırılmamış, apellyasiya məhkəməsində mübahisələndirilən məsələlərə hüquqi qiymət verilməmiş, hərtərəfli və obyektiv araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan 17.11.2015-ci il tarixli, ************* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 28 faiz olmaqla, 60 ay müddətinə 18.000 ABŞ dolları mbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, eyni tərəflər arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən iddiaçıya məxsus ünvan 1 BOKT qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 30 000 manat qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.4- cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, iddiaçı mübahisələndirdiyi müqavilələrə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; qanunvericilikdə isə, ipoteka predmetinin dəyərinin kreditin valyutası ilə müəyyənləşdirilməli olması barədə şərt mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi işin şərh olunanlarına qiymət verərək haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübah isənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmaqla qanuni və əsalı olduğuna həmin qətnaməni dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyin ə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6784/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6784/2019
14.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver