Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-679/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh1, X və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğvi 03.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1525/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1yevna tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası DƏDRX-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 26 oktyabr 2007-ci il tarixli, 663 nömrəli arayışdan görünür ki, X2 adına Balakən şəhəri 1 may küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi DƏDRX-nin Zaqatala Rayon Ərazi idarəsində 1 nömrəli Reyestr kitabının 174-cü səhifəsində inventar uçotuna alınmışdır.
2. Balakən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən 28 mart 2014-cü il tarixdə verilmiş 1323 nömrəli arayışdan görünür ki, X5 vəfat etdiyi 1993-cü il tarixdə xxx küçəsi, ev 3-də daimi qeydiyyatda olmuş, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur;yoldaşı-X34, oğlu-X19, gəlini-X35, nəvələri-X40, X36, X46, qızı X10, nəvələri-X27, X41, X48, qızı X23, qızı X11, oğlu X20, gəlini X21, nəvəsi-Cavabdeh1 və qızı X12. 3. xxx nöm rəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə X6 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir.
4. Rusiya Federasiyası Krasnodar vilayəti, Krasnodar şəhəri VVAQ şöbəsi tərəfindən 18 sentyabr 2007-ci il tarixdə verilmiş İİ-AQ seriyalı, 884528 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 06 sentyabr 2007-ci ildə ölmüşdür.
5. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ilə Cavabdeh1yevnanın mərhum X13 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması barədə ərizəsi təmin edilmişdir.
6. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi əsa sında X tərəfindən Cavabdeh1yevnaya 06 sentyabr 2007-ci ildə vəfat etmiş X7 vərəsəsi kimi onun miras əmlakından irs alması barədə 04 oktyabr 2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.10.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* №li Çıxarışla ünvan 1 ünvanında 0.10 ha torpaq sahəsi Cavabdeh1yevnanın adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. Şəki Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 10.11.2020-ci il tarixli, 2(107)1707/2020 nömrəli qərardadı ilə maraqlarına toxunan şəxslər İddiaçı1, X8 və İddiaçı2 tərəfindən verilmiş apel lyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1yevnanın maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontoruna qarşı mirasın qəbulu üçün müddətin üzadılması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır.
8. Balakən Bələdiyyəsi tərəfindən verilmiş 23.09.2019-cu il tarixli, 218 nömrəli arayışdan görünür ki, xxx küçəsi ev 3-də əmlak və torpaq vergiləri 2016-cı ildən 2020-ci ilə qədər İddiaçı1 tərəfindən ödənilmişdir.
9. Balakən Bələdiyyəsi tərəfindən verilmiş 11.05.2016-cı il tarixli, 92 nömrəli arayışdan görünür ki, xxx küçəsi ev 3-də yerləşən mərhum atasına məxsus evin və torpağın, bütün kommunal xərcləri 2003-cü ildən X3 qızları İddiaçı1 və X14 tərəfindən ödənilmişdir. İş ü zrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1yevna, Xu və AX qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X tərəfindən Cavabdeh1yevnaya verilmiş 04.10.2013-cü il tarixli, 2V-268 nömrəli vərəsəlik şəhadətnaməsinin və X tərəfindən verilmiş 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1yevna ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, atası mərhum X13 məxsus olmuş əmlakdakı miras payının qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)510/2013 nömrəli qətnam əsi ilə ərizəsi təmin edilərək, miras əmlakın qəbulu müddətinin uzadılması qərara alınmışdır. Həmin qətnamədən onlar- maraqlarına toxunan şəxslər İddiaçı1, X8 və İddiaçı2 apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsinin ləğv edilərək, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Onlar atalarından miras qalmış ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini miras əmlak kimi qəbul edib, ona sahiblik etmişlər və indi də həmin evdən istifadə edirlər. X33 20.10.1993-cü ildə vəfat etmişdir. X4 4 mart 1994-cü ildə vəfat etmişdir. X1 1999-cu ildən Rusiya Federasiyasına getmiş və 2007-ci ildə orada da ölmüşdür. Ən kiçik qardaşları olan X 1988-ci ildə rəsmi nikaha daxil olmuş, 1991 -ci ildə isə rəsmən boşanmış və həmin nikahdan xx.xx.1989-cu il təvəllüdlü qız övladı Cavabdeh1yevna dünyaya gəlmişdir. Cavabdeh1yevna heç bir vaxt onlarla yaşamamış və miras əmlaka heç bir bağlılığı da olmamışdır. X18 miras qalmış ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi onlar, yəni İddiaçı1 Əbdülqadir qızı, X16, X10, İddiaçı2 və X9 tərəfindən fatiki qəbul edilmişdir. Qardaşları X ailə münasibətləri pozulduqdan sonra Rusiya Federasiyasına getmişdir. 2005-ci ildə atalarından qalan evi bacılar təmir etdirmişlər (X və X). Evin əsaslı təmirinə 10- 15 min manata qədər pul xərcləmiş, təmir işlərinə isə bacısının əri X rəhbərlik etmişdir. Hazırda həmin ev yenə də onların sahibliyindədir və tərəflərındən idarə olunur, evə baxmaq üçün qohumlarını yerləşdirmişlər. Qardaşı X öldükdən sonra ondan qalan miras torpaq sahəsinə də onlar faktiki idarəçiliyi həyata keçimişlər. İşin bütün bu halları Balakən rayonunda yaşayan və onları tanıyan hamıya bəllidir. Həmin ərazidə yaşayan bütün qonşuları işin bütün faktiki hallarını təsdiq edə bilərlər. Hesab edirlər ki, hazırki işdə Cavabdeh1yevnanın vərəsə kimi mirasın qəbulu müddətinin uzadılmasının üzürlü hesab edilməsi qanunauyğun olmamışdır. Cavabdeh1yevna heç bir vaxt onlara məxsus, yəni miras mülkdə yaşamamış və onu faktiki olaraq qəbul etməmişdir. Lakin işin qeyd edilən faktiki hallarının mövcudluğuna baxmayaraq, Şəki Apelyyasiya Məhkəməsi apellyasiya şikayətinə 11.12.2019-cu il tarixdə baxaraq, əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir. Həmin qətnamədən narazı qaldıqlarından tərəflərindən kassasiya şik ayəti verilmişdir. Ali Məhkəmənin 03.07.2020-ci il tarixli qərarı ilə Şəki Apellasiya Məhkəməsinin 11.12. 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsində iş obyektiv araşdırılmış və məhkəmə tərəfindən işin həqiqi halları düzgün müəyyən edilərək, iş üzrə ədalətli və qanuni qətnamə qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Balakən Rayon Məhkəməsinin qanunsuz və ədalətsiz olan 02 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1yevnanın mirasın qəbulu müddətinin uzadılmasına dair ərizəsi isə baxılmamış saxlanılmışdır. Məhz həmin məhkəmə qətnaməsi ilə cavabdeh Zaqatala rayon 2 saylı Notariat Kontoruna müraciət edərək, miras əmlaka dair 04.102013-cü il tarixli, 2V- 268 nömrəli vərəsəlik şəhadətnaməsi almış, bundan sonra isə həmin vərəsəlik şəhadətnaməsi əsasında ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 22.10.2013-cü il tarixli, RX ******* nömrəli çıxarış almışdır. Həmin məhkəmə qətnaməsi ləğv edildiyindən həmin Vərəsəlik Şəhadətnaməsi və Torpağa Mülkiyyət hüququnun qeydə alınmasına dair Çıxarış da ləvğ edilməlidir..
12. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 07 may 2021-ci il tarixli, 2(019)336/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, X tərəfindən Cavabdeh1yevnaya verilmiş 04.10.2013-cü il ta rixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və X tərəfindən verilmiş 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1yevna, X və AX 10 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edildiyindən, bununla da X tərəfindən Cavabdeh1yevnaya 04.10.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və X tərəfindən 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın verilməsi üçün hüquqi əsas aradan qalxdığından, iddianın əsaslı olmasına dəlalət edən bütün faktoloji və hüquqi əsaslar mövcud olduğundan, iddia təmin edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 16.1, 19, 337, 1133.1, 1133.2, 1145, 1159, 1160, 1243, 1246, 1248.1, 1255-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən Cavabdeh1yevna apellyasiya şikayəti vermişdir.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1525/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) Cavabdeh1yevna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(019)336/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
18. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ilə Cavabdeh1yevnanın mərhum X13 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması barədə ərizəsi təmin edilmişdir. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi əsasında X tərəfindən Cavabdeh1yevnaya 06 sentyabr 2007-ci ildə vəfat etmiş X7 vərəsəsi kimi onun miras əmlakından irs alması barədə 04 o ktyabr 2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmçinin X tərəfindən 22.10.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* №li Çıxarışla ünvan 1 ünvanında 0.10 ha torpaq sahəsi Cavabdeh1yevnanın adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır.
19. Şəki Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 10.11.2020-ci il tarixli, 2(107)-1707/2020 nömrəli qərardadı ilə maraqlarına toxunan şəxslər İddiaçı1, X8 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1yevnanın maraqlı şəxs X qarşı mirasın qəbulu üçün müddətin üzadılması tələ binə dair ərizəsi baxılmamış saxlanılmışdır.
20. Göründüyü kimi Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edildiyindən X tərəfindən Cavabdeh1yevnaya 04.10.2013-cü il tarixli, 2V-268 nömrəli vərəsəlik şəhadətnaməsinin və X tərəfindən 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın verilməsi üçün hüquqi əsaslar da aradan qalxmışdır.
21. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Həmin normanın təhlilindən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun.
23. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh1yevna kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiy a şikayətində iş üzrə Cavabdeh1yevna apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
31. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. (maddə 19)
32. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (maddə 1133.1)
33. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsı z sayılır. (maddə 1133.2)
34. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. (maddə 1145)
35. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nətic ələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. (maddə 1159.1)
36. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valid eyninə çatası miras payını bərabər olaraq miras alırlar. (maddə 1159.2)
37. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. (maddə 1159.3)
38. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. (maddə 1159)
39. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. (maddə 1159.5)
40. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. (maddə 1160)
41. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. (maddə 1243.1)
42. Vərəsə mirasın açıldığ ı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2)
43. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (maddə 1243.3)
44. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (maddə 1246)
45. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət q urtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. (1248.1)
46. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. (maddə 1255) Mülki Prossesual Məcəllə
47. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
48. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
49. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)
50. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
51. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1yevna tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1525/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.