Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-679/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1777/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur
2. Tərəflərin birgə nikahlarından 19 noyabr 2006-cı il təvəllüdlü X2 və 06 fevral 2008ci il təvəllüdlü X3 adlı iki uşaqları var.
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-371/2021 saylı qətnaməsi ilə onların aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan 19 noyabr 2006-cı il təvəllüdlü X2 və 06 fevral 2008-ci il təvəllüdlü X1 ataları İddiaçı himayəsində qalması qət edilmişdir.
4. Tərəflər evlənəndə cavabdeh iddiaçının sahibliyində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, və münasibətləri pozulanadək orada yaşamışdır. Həmin evə və torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qaydada qeydiyyata alınmamışdır, yəni özbaşına tikilidir.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-4335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, onun cavabdeh İddiaçı yaşadığı mübahisəli evə küçürülməsi və həmin evdən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Qətnamə 10 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanda olan istifadə hüququna 10000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Tərəflər arasında münaqişələr var və davam etməkdədir. Tərəflərin bir evdə yaşamaları mümkün deyil və çox böyük problemlərə gətirib çıxaracaqdır. Cavabdehlə bir evdə yaşamaları iddiaçının həyat və sağlamlığını təhlükə altında qoyur. Bundan başqa, yetkinlik yaşına çatmayan uşaqlar da iddiaçı ilə birlikdə yaşayır. Qeyd etdiyi təhlükə uşaqları da gözləyir. Uşaqlar da cavabdehlə birlikdə yaşamaq istəmir. Hətta uşaqların hansı valideynin yanında qalması məsələsinə baxılarkən məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert tərəfindən cavabdehin psixoloji yardım almasının məqsədə müvafiq olması qeyd edilmişdir.
8. Cavabdeh məhkəmə iclasında izahatında və ərizəsində bildirmişdir ki, iddiaçı onu evə buraxmır. Məcbur olaraq məhkəmə qaydasında öz pozulmuş hüquqlarını bərpa etmiş dir. İddiaçının qeyd etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Üstəlik, birgə nikah dövründə bu ev əsaslı təmir edilmiş, əlavə inşaat işləri aparılmışdır. Belə ki, 2009-cu ildə 4 otaq tam olaraq təmir edilmiş, buna ailənin vəsaiti olan 25000 manat sərf edilmişdir. 2016-cı ildə binanın ikinci mərtəbəsi inşa edilmiş və tam şəkildə təmir olunmuşdur. Buna da 50000 manat sərf olunmuşdur. Əlavə olaraq 5000 manat həyətin təmirinə qoyulmuşdur. Beləliklə birgə nikah dövründə evə qoyulmuş 80000 manat pulun 40000 manatı ona aiddir. Bu da o deməkdir ki, evə onun ehtimal olunan mülkiyyət hüququ var. Bir sözlə mübahisəli əmlakda onun payı vardır. Birgə nikah dövründə evin əsaslı tikilməsi və təmir olunması Ali Məhkəmənin qərarında öz əksini tapmışdır. Həmçinin so n məhkəmə qərarının qəbul edilməsindən və qərarın qüvvəyə minməsindən bir neçə ay keçsə də, iddiaçı onun evə köçürülməsinə süni maneələr yaradır. Artıq hal-hazırki iddiadan müəyyən etmək olar ki, evdə onun 40000 manat payı olduğu halda, cüzi məbləğlə onu evdən çıxarmağa çalışır. Mübahisələndirilən ev qanunsuz tikili olduğundan, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir.
9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1479/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddiaçının cavabdehə qarşı onun ( cavabdehin) mübahisəli evdən istifadə hüququna 10000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə iddiası rədd edilmişdir.
10. Birinci instansi ya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki hallarından göründüyü kimi sözügedən mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, yəni özbaşına tikilidir. Mübahisə predmeti olan daşınmaz əmlak özbaşına tikili hesab olunduğundan, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsindən göründüyü kimi, həmin maddə imperativ norma olaraq rəsmi qeydiyyata alınmış yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini özündə ehtiva edir.
11. Məhkəmə öz mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəs inin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qanunvericilik normaları səhv tətbiq və təfsir edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. Cavabdeh həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərkən iddia tələbi qanunun analogiyası əsasında təmin edilmişdir. Köçürülmənin də məqsədi gələcəkdə cavabdehin kompensasiya ilə təmin olunmaqla çıxarıla bilməsinin mümkün olması olmuşdur. İddiaçı mübahisəli evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı «gözləntiyə» malikdir. Bu isə «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə «mülkiyyət» anlayışına daxildir və qeyd olunan xüsusat da mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Mülki Məcəllənin 228.2-ci maddəsindən göründüyü kimi, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1777/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari ) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri il ə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarına göstərmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələs i ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olduğundan və dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, iddiaçı həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından hazırki tələbi irəli sürə bilməz, çünki bu hüquq yalnız mülkiyyətçiyə məxsusdur.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 228.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 15 6 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia ərizəsində və apelyasiya şikayətində irəli sürülmüş dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslar dan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
25. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
26. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq e dilmir.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları bu qərarın 1-5-ci paraqraflarında əksini tapmışdır.
38. İddia tələbində irəli sürülən yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə tələb, yaşayış binasının tərkib hissəsindən istifadə ilə bağlı münasibətlər ə əsaslanır. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsi çıxış edir.
39. Apellyasiya instansiyası məhkəməsi də iddia tələbini məhz bu norma əsasında yoxlayaraq müəyyən etmişdir ki, iddianın təmin olunması üçün həmin normada nəzərdə tutulmuş dispozisiya şərti – yaşayış sahəsinin mülkiyyətdə olması müəyyən olunmur.
40. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslı və qanunidir.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaq ədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1777/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini