Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6793/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və pul tələbi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 avqust 2021-ci il tarixli 2(103)-6501/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. İşin halları: Keçmiş Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı idarəsi tərəfindən 16 aprel 2004-cü il tarixdə verilmiş Seriya FM 025212 nömrəli Qeydiyyat vəsiqəsinə görə Bakı şəhəri, Yasamal rayonu, G.Əsədov küçəsi-12 ünvanda yerləşən, ümumi sahəsi 345,7 kv metr, yaşayış sahəsi 250,1 kv metr olan fərdi yaşayış evinin 18,6 kv metr sahəsi olan bir otağına Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh2 arasında bağlanmış 25 iyul 2014-cü il tarixli, AN-İ ***** ** nömrəli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, G.Əsədov küçəsi, 12 saylı fərdi yaşayış evinin (bundan sonra – mübahisəli fərdfi yaşayış evi) ona məxsus olan 5/12 hissəsi Cavabdeh2 tərəfindən iddiaçıya 100000 manata satılmışdır. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın surətinə əsasən iddiaçının mübahisəli fərdi yaşayış evinin 5/12 hissədən ümumi sahəsi 18,6 kv metr olan 1 otaq üzərində mülkiyyəti hüququ dövlət qeydjiyyatına alınmışdır. İİ. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat: İddiaçı X12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə mübahisəli evin 5/12 hissəsini alması barədə 25 iyul 2014-cü il tari xli, AN-İ ******* nömrəli müqavilənin ləğv edilməsi, cavabdehlərdən 100000 manat əsas borc və 50000 manat əldən çıxmış faydanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 iyul 2014 tarixli alğı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən öhdəlik iddiaçı tərəfindən icra olunmamış, alğı-satqıdan xeyli sonra, məhkəmə prosesləri zamanı ona məlum olmuşdur ki, əslində cavabdehlər qərəzli şəkildə onu aldatmış və 3 otaq adı ilə ona 1 otaq satmışlar. Belə ki, iddiaçı mənzilə sahiblik və istifadə etdiyi zaman X2 və X4 adlı şəxslər həmin otaqlardan ikisinin onlara məxsus olduğunu bildirmişlər. Aralarında olan məhkəmə prosesləri zamanı bu fakt təsdiqini tapmışdır. Beləliklə cavabdehlər onu aldatmış, 1 otaq üçün ondan 3 ot ağını dəyəri olan 100000 manat pul almışdır. Həmin yerdə 1 otağın real bazar qiyməti 30000 manatdan çox deyildir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, 3 otağın iki otağını həyat yoldaşı rəhmətə getməmişdən əvvəl satmışdır. İddiaçıya evi satanda isə ona bildirmişdir ki, digər otaqlardan müvəqqəti istifadə edə bilər. Digər otaqların sahibləri var, çıxarış sahiblərinin adınadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, iddiaçı ilə dəfələrlə eyni mübahisə ilə bağlı tələblər dəyişərək məhkəmə prosesləri olmuşdur. Hər məhkəmə prosesində də iddiaçı uduzaraq iddiası rədd olunmuşdur. Mübahisə 2014-cü ildən gedir. İddiaçı polisə də iki dəfə şikayət etmişdir, cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı başqasının otaqlarını zə bt etmiş və məhkəmə qərarı ilə həmin otaqlar boşaldılaraq sahiblərinə qaytarılmışdır. Onlar iddiaçıya notarial qaydada, özünün iştirakı ilə 1 otaq satmışdır. İddaçı məqsədli şəkildə 1 otaq almışdır ki, digər otaqları da zəbt etsin. İddiaçıya 1 otaq satıldığı halda 3 otaq tələb edir. Onlarda 1 otaqdır, 3 otağın satılması mümkün deyildir. Digər iki otaq atası rəhmətə getməmişdən əvvəl 2004-cü ildə satıldığı halda, iddiaçı həmin otaqları zəbt etmişdir. Halbuki, həmin otaqlar başqalarının mülkiyyətində olmuşdur. Alğı-satqı zamanı digər şəxslər həmin otaqlarda yaşamamışdır. Alğı-satqıdan sonra açarlar təhvil verilmişdir. Alğı-satqı ilə bağlı Soltanmuradla Araza məlumat verilmişdir. Soltanmuradla Arazın adına kommunal xidmət olmamışdır. Digər iki otağın açarı onda olmuşdur. Məhkəmə iclasında ş ahid qismində dindirilmiş X2 bildirmişdir ki, evin alğı-satqısında iştirak etməmişdir. Cavabdehləri 2003-cü ildən tanıyır. Alğı-satqıdan xəbəri yoxdur. Notariat ofisinə dəvət olunmamışdır. Həmin evin bir otağı ona məxsus olmuşdur. Ona məxsus olan otağın ayrıca girişi olmamışdır. Həmin otaqda əşyaları olmamışdır. İlahə xanımgilin satdığı otağın ona aidiyyəti yoxdur, ona məxsus olan otağın ayrıca sənədləri vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, o, Sahibə xanımı tanımışdır. Sahibə xanım üç otaqlı ev satığını bildirmişdir. Ev həyət evi idi. Həmin vaxt evdə Sahibə xanımın ailəsindən başqa heç kəs yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, iddiaçının dostudur. Onlar evi tapmış, iddiaçıya göstərmişlər, ev iddiaçının xoşuna gəlmiş və evi almışdır. Onlara evi Bəxtiyar adlı oğlan tapmışdır. Ev sahibi kimi Sahibə xanım özünü təqdim etmişdir. Evə əvvəl Bəxtiyarla baxmışlar. Onlar gedəndə orada Sahibə xanım olurdu, Sultanmuradı sonradan tanımışlar. Sultanmuradı tanıyandan sonra mübahisə başlamışdır. Sahibə xanım alğı-satqı vaxtı onlara Sultanmurad və Araz barədə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, iddiaçının dostudur. O vaxtı iddiaçı ev axtaranda ona bildirmişdir. O da “Sovetski” adlanan ərazidə yaşadığına görə Bəxtiyar adlı makler ona belə bir yerdə 3 otaqlı ev satıldığını bildirmişdir. Evə baxmaq üçün gedib Sahibə xanımla görüşmüşlər. Sahibə xanım onlara köhnə çıxarış göstərmişdir. 256 kvadrat metr evin 5/12 hissəsi yazılmışdı. Bildirmişdir ki, bu hissə satılır. Onlar da Cabir müəllimə bildirmişlər. Gecə ilə gətirib Sahibə xanıma beh vermişlər. Sonra alğı-satqı günü təyin olunmuşdur. Alğı-satqıdan sonra evi təhvil vermişdir. 2-3 ay sonra İlqar evə gələndə bir nəfər qapını döyüb İlqara bu evin sahibi olduğunu bildirmişdir. Həmin şəxs Soltanmurad olmuşdur. İlqar ona və Sahibə xanıma zəng etmiş və o, oraya getmişdir. Sahibə xanım da oraya gəlmişdir. Soltanmuradla Sahibə xanım mübahisə etməyə başlamışdır. Onlar həmin vaxt şübhələnmişdir. Sahibə xanıma evi qaytarmaq istədiklərini bildirmişdlər. Sahibə xanım isə heç bir narahatçılığa əsas olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, lazım olsa qonşuların iştirakı ilə yazıb bildirə bilər ki, 3 otağı tam olaraq onlara satmışdır. Sahibə xanım bir neçə qonşunun iştirakı ilə bu barədə ərizə yazmışdır. Sonra m əhkəmə vaxtı məlum olmuşdur ki, Araz adlı şəxsin də həmin otaqlarda payı vardır. Alğı-satqı zamanı Arazla Soltanmurad olmamışdır. Onlara heç kim heçnə deməmişdir, alğı-satqıdan sonar evin açarlarını onlara Sahibə xanım təhvil vermişdir. Otaqlarda yaşamaq üçün şərait var idi, 2-ci mərtəbə yox idi. Ora tikilmək üçün alınmamışdı. Forma 2-ni isə görməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1325/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iddiaçı eyni tələblə bağlı məhkəmədə iddia qaldırmış, iddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apelaysiya Məhkəməsi tərəfindən pretenziya qaydasına əməl olunmadığına görə ləğv olunmuşdur. İddiaçı bir ildən sonra yenidən eyni iddianı qaldırmışdır. Hətta məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 müqavilənin ləğv edilməsini təklif etmişdir. Cavabdeh2 isə təklifi rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilənin ləğvini xahiş etsə də, iddianın əsasını onun aldanması təşkil edir. Belə ki, iddiaçı qeyd ona 3 otaqlı mənzil satıldığı bildirilmişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidlər də bu halı təsdiqləmişlər. Hətta iddia ərizəsinə nəzər saldıqda görünür ki, tələbin əsaslandırılması aldatma və vacib əhəmiyyətli yanılma nəticəsində əqdin etibarsızlığına söykənir. Məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulm uş müddəti ötürmüşdür. Həmçinin müqavilənin ləğvi üçün əsas yoxdur. Müqavilə tərəfi olan Cavabdeh2 Bakı şəhəri, mübahisəli fərdi yaşayış evinin ona məxsus olan 5/12 hissəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş və öz öhdəliyini yerinə yetirərək həmin hissəni iddiaçının mülkiyyətinə vermişdir. Məhkəmə gəldiyi nəticəni Azərbayca Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 347.1, 354.2, 421.2-ci maddələrinə və Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim etdiyi sübuta cavabdehlərdən Cavabdeh1 öz əli ilə yazdığı izahata heç bir hüquqi qiymət verməmişdir. Halbuki, h əmin izahatda G.Əsədov 12 ünvanlı evin 3 otağının onun olması, X2 və X3 heç bir hüququ olmaması barədə fikirlərini bir daha təsdiq edir. Məhkəmə nədənsə iddiann əqdin etibarsızlığı barədə olması fikrinə gəlir və daha sonra iddia müddətinin keçdiyini göstərir. Halbuki, 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 375ci maddəsinin 2-ci bəndində müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddəti tətbiq edilməsi barədə ərizəni mübahisə tərəfi verir. Məhkəmə özü də qətnamə çıxararkən Mülki Məcəllənin 421.2-ci maddəsinə istinad edir və mahiyyətcə bu mübahisəyə doğrudan da həmin maddə tətbiq edilməlidir. Beləliklə o, aldadılmış faktiki olaraq 1 otaq üçün ondan 1000 00 manat alınmışdır ki, əslində otağın real bazar qiyməti 30000 manatdan çox deyildir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6501/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov, F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini deyil, ləğv edilməsini xa hiş etmişdir. Belə olan halda, Mülki Məcəllədə təsbit edilmiş əqdin etibarsız hesab edilməsinə dair müddalar hazırkı mülki iş üzrə tədbiq edilə bilməz. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə qeyd etmişdir ki, alğı-satqı müqaviləsi bağlanarkən, tərəflər öz iradə ifadələrini göstərərək qeyd olunan müqaviləni imzalamışlar və müqavilə üzərlərinə götürdükləri öhdəlikləri icra etmişlər. Müqavilə qanu nvericiliyin tələblərinə riayət edilməklə və qanunla müəyyən edilmiş qaydada bağlanmış və tərəflər öz öhdəliklərini icra etmişlər. İddiaçı müqavilə bağlayarkən hətta çıxarış alarkən bütün sənədlərdə mübahisəli evin 5/12 hissədə bir otaqdan (18,6 kvadrat metr) ibarət olmasını görürdü və bilirdi. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324.1, 324.2, 324.4, 324.5, 567, 568.1, 596.1, 596.2, 425.2, 421.2, 422.2,-ci maddələrinə, MPM-nin 9.1, 9.3, 217.1, 217.3, 384.0.2, 385.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəm ə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. İddiaçı (vəkil – Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəb ul edilmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri: Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehlər məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. İV. Tətbiq edilən hüquq: Mülki Məcəllə: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1 Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 596.1. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hal lar istisna təşkil edir. Maddə 596.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığını tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkətlər etməlidir. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəf lərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqailə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olsun. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Mülki Prosessual Məcəllə: Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. V. Kassasiya baxışının həddləri: Qanunvericiliyin tələblərinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş, araşdırılmış və yoxlanılmış sübutlara və hüquqi hallara istinad edilməsi kassasiya məhkəməsi tərəfindən işin faktiki hallarının aşardırılması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti verən ididaçı qətnaməni tam mübahisələndirdiyindən məhkə mə aktı tam yoxlanılır. Vİ. Kassasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Tərəflər arasındakı mübahisə fərdi yaşayış evinin bir hissəsinin alqı-satqı ilə bağlı 25 iyul 2014-cü il tarixdə bağlanmış müqavilədən irəli gəlmişdir. Yuxarıda da qeyd olunduğu kimi, həmin müqavilə əsasında Cavabdeh2 tərəfindən mübahisəli fərdfi yaşayış evi 100000 manat müqabilində iddiaçının xeyrinə özgəninkiləşdirilmişdir. İddiaçı hazırda müqavilə üzrə ona verilməli olan əmlakın tam olaraq təhvil verilmədiyinə, əslində müqavilə şərtlərinə görə 3 otaq təhvil verilməli olduğu halda 1 otaq verildiyinə, nəticə etibarilə aldadıldığına, cavabdehlərin müqavilə öhdəliklərinə əməl etmədiklərinə istinad edərək, həmin müqavilə ləğv edilməklə müqavilə üzrə ödədiyi 100000 manat məbləğin geri qaytarılmasını tələb edir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin maddənin məzmunundan göründüyü kimi, alqı-satqı müqaviləsi alıcı və satıcının qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla hər iki tərəf üçün hüquq və vəzifələr yaradır. Müqaviləyə əsasən, əşyanı alıcının mülkiy yətinə vermək satıcının vəzifəsi, onun dəyərini ödəmək isə alıcının vəzifəsidir. Deməli, hazırda ləğvi mübahisələndirilən müqavilədə göstərilən fərdi yaşayış evinin bir hissəsinin alıcıya təhvil vermək müqavilənin əsas şərtidir. Həmin şərtin yerinə yetirilməməsi halında digər tərəf müqavilənin ləğvini tələb edə bilər, bu hal müqaviləni əhəmiyyətli dərəcədə pozulmasıdır, alıcı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Prosessual Məcəllənin sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin sübutların anlayışını və əsaslarını müəyyən edən 76-cı maddəsinin tələblərinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin sübutların qiymətləndirilməsinin əsaslarını müəyyən edən 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla bərabər, həmin Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsində təsbit edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilməlidir ki, tərəflər arasında həmin müqavilə münasibətlərindən yaranan mübahisələr bundan əvvəl də məhkəmə baxışının predmeti olmuş, hazırki mübahisə üzrə əhəmiyyət kəsb edən hallara həmin mübahisələr üzrə çıxarılmış məhkəmə aktlarında qiymət verilmişdir. Belə ki, işdə olan məhkəmə aktlarından müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı cavabdeh X9 və qeyrilərinə qarşı hazırkı iş üzrə mübahisələndirilən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 105 kvadrat met r olan 3 otağına sahiblik və istifadə hüququnun tanınması barədə, X4 və X2 isə həmin 3 otaqdan ikisində İddiaçı çıxarılması və özlərinin həmin otaqlara köçürülməsi barədə iddia qaldırmışdır. Həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və Araz Dünyamalıyevin iddiası rədd edilmiş, Soltanmurad Abdullayevin iddiası isə təmin edilmişdir. Göstərilən qətnamədən yalnız Araz Dünyamalıyev apellyasiya şikayəti vermiş, sonuncunun apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası 23 iyun 2017-ci il tarixli qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlamışdır. Bu qətnamədən Araz Dünyamalıyevin verdiyi kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 12 dekabr 2017-ci il ta rixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaiməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmşidir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətrnaməsi ilə Araz Dünyamalıyevin iddiası da təmin edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Göstərilən məhkəmə aktlarının tədqiqi zamanı aydın olur ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi yalnız Araz Dünyamalıyevin ididasının rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş, rayon məhkəməsinin qətnaməsinin qalan hissəsi apellyasiya baxışının predmeti olmamış, qətamə qalan hissədə qanuni qüvvəyə minmişdir. Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı müqavil ə bağlanılarkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadılmış, Araz Dünyamalıyevə və Soltanmurad Abdulayevə məxsus iki otağın da onlara məxsus olduğunu bildirərək faktiki olaraq ayrıca mənzil olan 3 otağı və mənzilin köməkçi sahələrini (dəhliz, mətbəx, eyvan və hamam) 100000 manata satmışdır. Məhkəmə bu qənaəti hazırkı iş üzrə cavabdehlərin həm məhkəmə iclasında, həm də polis idarəsində verdikləri izahatları, İddiaçıla alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən Araz Dünyamalıyevin və Soltanmurad Abdullyayevin cəlb olunmaması, ev satıldıqdan sonra cavabdehlərdən tərəfindən İddiaçı 3 otağın təhvil verilməsi, mütəxəssis rəyinə görə həmin vaxt göstərilən ərazidə 18,6 kv metr sahəsi olan bir otaqlı bazar qiymətinin 20000-30000 manat olması ilə əsaslandırmışdır. Qətnamə ilə həmçinin İdd iaçı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək və ya əqdi mübahisələndirmək hüququnun olması izah edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən əvvəlki məhkəmə mübahisələri üzrə çıxarılmış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallara Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbləri baxımından qiymət verilməmişdir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində və hazırki kassasiya şikayətində göstərmişdir ki, cavabdehlərdən Cavabdeh2 anası Cavabdeh1 yazılı izahatında iddiaçıya əslində 3 otaq satıldığını etiraf etmişdir. Bu barədə iş materiallarında (i.v. 118) Cavabdeh1 Yasamal rayonu 64 nömrəli MKİS-nin rəisinə ünvanlanmış ərizəsinin surəti də əlavə edilmişdir. Həmçinin, şahidlər ifadələrində 3 otaqlı fərdi yaşayış evinin satışa çıxarıldığını göstərmişlər. Digər tərəfdən, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman X4 və X1 yazılı razılıq ərizələri alınmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsində göstərilmişdir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İşdən materiallarında olan keçmiş Bakı şəhər İcra hakimiyətinin Texniki İnventarlşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı idarəsi tərəfindən 16 aprel 2004-cü il tarixdə verilmiş Seriya FM 025212 nömrəli Qeydiyyat vəs iqəsinə görə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 345,7 kv metr, yaşayış sahəsi 250,1 kv metr olan fərdi yaşayış evinin 18,6 kv metr sahəsi olan bir otağına Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Yasamal Rayon Şöbəsi tərəfindən 23 iyul 2014-cü il tarixdə verilmiş tarixə verilmiş Arayışa görə Cavabdeh2 adına ünvan 4 ünvanda yerləşən yaşayış evinin on ikidə beş hissədən 18,6 kv metr sahəsi olan bir otaq qeydiyyata alınmışdır. Həmin sənədlər notariata satıcı cavabdeh tərəfindən təqdim olunmuşdur. Tərəflər arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsində isə “yaşayış evinin on ikidə beş hissədən 18,6 kv metr sahəsi olan bir otaq” deyil “yaşayış evinin on ikidə beş hissə”nin satılması göstərilmişdir. Adi riyazi hesablamalar zamanı yaşayış evinin 345,7 kv metr ümumi sahəsinin 5/12 hissəsinin təqribən 144 kv metr, 250,1 kv metr olan yaşayış sahəsinin 5/12 hissəsinin isə 104,2 kv metr olması müəyyən edilir. İşə baxan birinci instansiya məhkəməsi göstərilən hallara da qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi də iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün mühüm əhmiyyət kəsb edən həmin halları diqqətdən qaçırmışdır. Halbuki məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı, bundan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəti cəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüml ədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419 və 10.81-ci maddələrini tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6501/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal qüvvəyə minir.