Məhkəmə qərarları › İş №2(102)-68/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-68/2022

24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-68/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-68/21 (Açar sözlər: borcun silinməsi, apellyasiya və kassasiyanın hədləri) Bakı şəhəri, 24 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh "xxxx" İstehsalat Birliyinin vəkili Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qar şı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6513/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" İstehsalat Birliyin kassasiya şikayətinə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən bağ evi İddiaçı məxsusdur. 2. "xxxx" İctimai Birliyi tərəfindən iddiaçının yaşadığı ünvan üzrə qazdan istifadə ilə bağlı müxtəlif vaxtlarda bir neçə akt tərtib edilmişdir.

3. İddiaçı həmin aktları qanunsuz hesab edir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 4832 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirmiş və əsassız hesablanmış 3981,80 manat borcun silinməsi və 210 manat vəkil xidməti haqqının cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırıb ki, təbii qazdan istifadəyə görə iddiaçı daim vaxtı-vaxtında ödənişlər aparmışdır. 7. 2019-cu ilin noyabr ayınadək iddiaçı qaz sayğacının göstəricilərinə uyğun olaraq hesablanmış borc məbləğini hər ay mütəmadi olaraq ödəmişdir. 2019-cu ilin dekabr ayında cavabdehin əməkdaşları qaz sayğacına baxış keçirərkən iddiaçı ilə telefon əlaqəsi quraraq, sayğacda nasazlığın olduğunu və bu səbəbdən də dövlət yoxlamasından keçirilməsi üçün hə min sayğacın çıxarılmalı olduğunu bildirmişlər. Bundan sonra qaz sayğacı çıxarılmış, lakin qazın verilməsi dayandırılmamışdır.

8. Cavabdehin nümayəndəsi iddiaçıya sayğacın dövlət yoxlamasından keçirildiyi dövrdə istifadə olunan qazın dəyərinin bundan əvvəlki dövr üzrə orta sərfiyyata uyğun olaraq hesablanacağını bildirmişdir. Təqribən 3 ay müddətində, yəni 2020-ci ilin mart ayınadək iddiaçı təbii qazdan sayğac olmadan istifadə edib. Həmin dövr üzrə (noyabr ayı daxil olmaqla) cavabdeh təşkilat qazdan istifadəyə görə iddiaçıya 5203.80 manat borc yazıb. Halbuki, cavabdehin təqdim etdiyi 08 noyabr 2019-cu il tarixli bildirişdən görünür ki, ondan əvvəlki ay üzrə, yəni 30.09.2019 - 31.10.2019-cu il üzrə iddiaçının qaz sərfiyyatı 1434 m3 olmuşdur.

9. Qaz sayğacının çıxarıldığı dövr (noyabr ayı üz rə sayğac sərfiyyatı daxil olmaqla) üzrə hesablanmış borc məbləği bundan əvvəlki ay üzrə hesablanmış borc məbləğindən dəfələrlə çoxdur. Oktyabr ayı üçün sərfiyyat 1434 m3 olduğundan həmin ayın orta gündəlik sərfiyatı (1434/31=47) 47 m3 olub. Qeyd olunan tarixlər arasındakı gün sayı 130 gün təşkil edir. Nazirlər Kabinetinin qərarında göstərilən hesablamaya görə iddiaçının sərfiyyatı 6211 m3 (130*47=6211) təşkil etməlidir.

10. Bu hesablamaya görə iddiaçı cəmi 1222 manatlıq (6211*0,20=1222) təbii qaz sərf etmişdir. Nəticə etibarilə "xxxx" İB tərəfindən iddiaçıya 3981.80 manat (5203,801222=3981,80) artıq borc hesablanmışdır. 11. iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları ”nın 5.2 və 5.4-cü bəndlərinə istinad etmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1084/2021 saylı, 09 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyi tərəfindən ünvan 1 bağ evi üzrə (abonent kodu **********00004) İddiaçı hesablanmış 3981,80 manat məbləğində borcun silinməsi, iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 210 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Pərviz Zamanlı)

13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara müəyyən etmişdir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən bağ evi üzrə **********00004 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Ba kı Regional Qazın Satışı Departamenti tərəfindən 31.12.2019-cu il tarixdə ******* saylı, 31.01.2020-ci il tarixdə ******* saylı, 28.02.2020-ci il tarixdə 00026371 saylı, 31.03.2020-ci il tarixdə ******* saylı, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması barədə akt tərtib edilmişdir. Həmin aktlarla itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin 31.12.2019-cu il tarixli, ******* saylı akt üzrə bir gün üçün 203 m3 (40,6 manat), 31.01.2020-ci il tarixli ******* saylı akt üzrə bir ay üçün 7000 m3 (1180 manat), 28.02.2020-ci il tarixli, 00026371 saylı akt üzrə bir ay üçün 5986 m3 (1197,2 manat), 31.03.2020-ci il tarixli, ******* saylı akt üzrə doqquz gün üçün 1858 m3 (371,6 manat) olması müəyyən edilmişdir. İddiaçı tərəfindən istifadə olunan qazın dəy əri bundan əvvəlki dövr üzrə orta sərfiyyata uyğun olaraq hesablanmışdır.

14. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni "xxxx" İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün "xxxx" İB tərəfindən müvafiq ö rtüklə örtülməlidir.

15. Birinci instansiya məhkəməsi hesab edib ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.

16. Birinci instansiya məhkəməsi həmçinin müəyyən edib ki, iddiaçının sayğacı çıxarılmamışdan əvvəl, yəni 2019-cu ilin oktyabr ayında aylıq sərfiyyatı 1434 m3 olduğu halda, noyabr ayında 5275 m3, dekabr ayında isə 7000 m3 olmuşdur. Həmçinin, sayğacın qüsursuz işlədiyi 2018-ci ilin anoloji ayları ilə müqayisə etdikdə bəlli olur ki, 2018-ci ilin noybar ayında iddiaçının sərfiyyatı 3119 m3, dekabr ayında isə 2938 m3 olmuşdur. Sərfiyyatın artdığı 2019-cu ilin noyabr və dekabr aylarında isə iddiaçının əlavə qaz işlədicilərin dən istifadə etməsi iş materialları ilə müəyyən edilmir.

17. Birinci instansiya məhkəməsi hesab edib ki, iddia tələbi ödənilmiş 210 manat hüquqi xidmət xərcinin tələb edilməsi hissəsində də təmin olunmalıdır. Belə ki, iddiaçının tələb etdiyi həmin pul vəsaiti ona dəymiş maddi ziyanla bağlıdır. İddiaçı hüququnu müdafiə etmək üçün vəkillə 22.02.2021-ci il tarixdə 75 saylı müqavilə bağlamış və “Kredo” vəkil bürosunun hesabına 210 manat məbləğində pul vəsaiti ödəmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 448.2-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 4.6-4.8-ci bəndləri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

19. Ca vabdeh "xxxx" İB apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri: - "xxxx" İB tərəfindən tərtib edilmiş akt özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, həmin akt iddiaçının fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir. Aktın məzmunundan da görünür ki, cavabdehin əməkdaşları keçirdikləri baxış zamanı yaşayış sahəsində istifadə olunan qaz işlədicilərinin nələrdən ibarət olduğunu sadalamışlar, həmçinin dəymiş ziyanın tələb edilməli olduğunu bildirmişlər. Beləliklə, mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində iddiaçı hər hansı bir hüquqi məsuliyyətə cəlb olunmamışdır, özü də həmin təkliflər iddiaçıya ünva nlanmamışdır; - həmin təkliflər əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar, o cümlədən dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilərək hesablanmış ziyanın ödənilməsi tələb olunduqda artıq həmin andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilər. Müvafiq olaraq iddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirməlidir. Aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçı barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdirlər. Aktın tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilərdi.

21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6513/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1084/2021 saylı iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Emin Mehdiyaev (sədrlik edən və məruzəçi) Namiq Cəfərov, Xəyal Sarıyev)

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən ünvanda 2019-cu ilin oktyabr noyabr aylarında qaz sərfiyyatının hansı göstəricilər əsasında müəyyən edildiyinə, sərfiyyatın artdığı 2019-cu ilin noyabr və dekabr aylarında iddiaçının əlavə qaz işlədicələrindən istifadə etməsi ilə bağlı hər hansı qeyd olmadan 2018-ci ilin sözügedən ayları ilə müqayisədə 2019-cu il üzrə hesablanmış sərf iyyat arasındakı kəskin fərqin yaranmasının səbəblərinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh "xxxx" İstehsalat Birliyi (Vəkil2) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı vergi uçotuna alınmış fərdi sahibkardır, iddiaçı özünə məxsus evdən sənaye təyinatlı müəssisə kimi istifadə edir; - tərəflər arasında yaranmış mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranıb. Bu səbəbdən mübahisə kommersiya məhkəməsinə aiddir; - qaz sayğacının olmadığı müddət təbii qazdan istifadə edilməs i “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndi ilə tənzimlənir. Apellyasiya məhkəməsi həmin bəndə istinad etməyib; - iddiaçının abonent saldosunda 3700 manat borc olduğu halda, məhkəmə 3981,80 manat borcun silinməsini qət edib. b) Kassasiya şikayətlərinə qarşı iddiaçının yazılı etirazının dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazın dəlilləri: - cavabdeh kassasiya şikayətində qeyd edir ki, İddiaçı vergi ödəyicisidir. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, cavabdeh "xxxx" İB ölkə üzrə təbii qazın satışı üzrə təbii inhisar subyektdir. Müqavilə formasını özü müəyyən edir. İstehlakçılar ilə əhali və ya qeyriəhali (sənayə obyekti) kimi müqavilə bağlamaq hüququnu özündə saxlayır. "xxxx" İB İddiaçı ilə təbii qazın alqı-satqısına dair müqaviləni əhali kimi ba ğlamış, İddiaçı istifadə etdiyi təbii qazın haqqını əhali kimi hesablayaraq tələb etmişdir; - həmin ünvanda 3 ədəd kombinin olmasına görə iddiaçının həmin fərdi yaşayış evindən sənaye təyinatlı müəsissə kimi istifadə etməsi iddiası da işin hallarına uyğun gəlmir. Belə ki, kassasiya şikayətində qeyd olunanın əksinə olaraq, həmin fərdi yaşayış evi İddiaçı məxsus deyil. Fərdi yaşayış evi iddiaçının atası X1 məxsusdur. Sadəcə təbii qazın alqı- satqısına dair müqavilə bağlanarkən X2 ölkədə olmadığı üçün müqavilə iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçının atasına məxsus fərdi yaşayış evi 3 mərtəbəli ümumi sahəsi 328 KV metr olan villadır. Həmin fərdi yaşayış evinin sahəsi böyük olduğundan evin qızdırılması zamanı 3 kombidən (hər mərtəbə üçün ayrı) istifadə edilir; - cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də İddiaçı adına VÖEN-nin olmasıdır. Lakin kassasiya şikayətində cavabdeh iddiaçının vergi ödəyicisi olmağının tərəflər arasında 05.03.2018-ci il tarixdə təbii qazın alqı-satqısına dair müqaviləyə (yəni hazırki mübahisə ilə) və ya iddiaçının atasına məxsus fərdi yaşayış evi ilə hansı əlaqəsinin olmağı əsaslandırmamışdır. İddiaçının atasına məxsus fərdi yaşayış evi vergi orqanında təsərrüfat subyekti kimi qeydə alınmayıb; - aktların tərtib olunmasında iddiaçı iştirak etməyib. Cavabdeh tərəf Arif Heydərov adlı şəxsi iddiaçının nümayəndəsi olaraq qələmə versə də, həmin şəxsin iddiaçının nümayəndəsi olmağını təsdiq edən etibarnamə iş materiallarında mövcud deyildir; - cavabdeh şikayətində qeyd edir ki, abunə saldosunda 3700 manat borc olduğu halda məhkəmə iddiaçı nın 3981.80 manat borcunu silmişdir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmənin işə baxdığı dövrdə abunə saldosunda 3700 manat borcun (yəni daha az) olmağının səbəbi iddiaçının qış aylarında qaz təchizatının kəsilməməsi üçün etdiyi məcburi ödənişlərə görədir. Belə ki, həmin abunə saldosuna diqqətlə baxdıqda işin məhkəmənin icraatına daxil olmamışdan öncə iddiaçının 1000 manatdan çox ödəniş etdiyi öz əksini tapır. Başqa sözlə, 3981.80 manat iddiaçının borcu deyil əsassız olaraq ona hesablanmış borcdur. Əsassız hesablanmış borcun bir hissəsi iddiaçının ödənişlərindən çıxıldığı üçün abunə saldosunda görünən məbləğlə qətnamədə olan məbləğ arasında fərq olmağı təbiidir. c) Kassasiya icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" İstehsalat Birliyinin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8. fiziki şə xs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sax laya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Buna görə də hazırki kassasiya baxışının predmetini apellyasiya istansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

32. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini tam araşdırımış, həmin dəlillərə işin müəyyən edilmiş halları və tətbiq edilən qanunvericilik baxımından düzgün qiymət vermişdir.

33. İddia tələbi cavabdeh təşkilat tərəfindən akt əsasında hesablanmış qaz sərfiyyatının silinməsi barədədir.

34. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçının sayğacı çıxarılmamışdan əvvəl, yəni 2019-cu ilin oktyabr ayında aylıq sərfiyya tı 1434 m3 olduğu halda, noyabr ayında 5275 m3, dekabr ayında isə 7000 m3 olmuşdur. Həmçinin, sayğacın qüsursuz işlədiyi 2018-ci ilin anoloji ayları ilə müqayisə etdikdə bəlli olur ki, 2018-ci ilin noybar ayında iddiaçının sərfiyyatı 3119 m3, dekabr ayında isə 2938 m3 olmuşdur. Sərfiyyatın artdığı 2019-cu ilin noyabr və dekabr aylarında isə iddiaçının əlavə qaz işlədicilərindən istifadə etməsi iş materialları ilə müəyyən edilmir.

35. Məhkəmə kollegiyası cavabdeh təşkilatın kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər yeni dəlillərdir.

36. İşdən görünür ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə şikayətin dəlilləri həddində baxmış və həmin dəlillər əsasında şikayəti əsassız saymışdır. Apellyasiya şikayətində hazırki dəlillərdən heç biri əksini tapmamışdır.

37. Məhkəmə kollegiyasının kassasiya şikayətində göstərdiyi yeni dəlillərlə bağlı mövqeyi ondan ibarətdir ki, əvvəla, kassasiya baxışında işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan yeni dəlillərin irəli sürülməsi MPM-in 407.2 və 416-cı maddəsinin tələblərinə uyğun olaraq istisna edilir. Üstəlik, bu dəlillər işin yeni faktiki hallarının müəyyən edilməsinə yönəlib. Kassasiya icraatı isə yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanması ilə məhdudlaşır.

38. Bundan başqa, cavabdeh təşkilat bu dəlilləri apellyasiya şikayətində irəli sürməmişdir. Belə olan halda, apellyasiya şikayətində irəli sürülməyən dəlillərin apellyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ümumiyyətlə, proses sual hüquq normalarının pozulması istisna olmaqla, işin faktiki halına dair irəli sürülməyən, başqa sözlə, mübahisələndirilməyən hər hansı halın araşdırılması ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir.

39. Həmçinin cavabdeh təşkilatın nə birinci instansiya məhkəməsində iddiaya etirazında, nə də apellyasiya baxışında hazırki kassasiya şikayətində irəli sürülən hər hansı dəlili olmamışdır ki, apellyasiya məhkəməsinin həmin dəlili yoxlamaq vəzifəsi yaranmış olsun.

40. Tələbin kommersiya məhkəməsinə aid olması barədə dəlilə münasibətdə kollegiya əlavə olaraq onu da qeyd edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən iddiaçının təbii qazdan sahibkarlıq məqsədilə istifadə etməsi müəyyən edilməyib.

41. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6513/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar