Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6805/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli 2(103)5340/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.F.Babayev, iş № 2(004)-103/2018) İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı 04 may 2012-ci il tarixli kredit xətti müqaviləsi və həmin müqaviləyə əsasən 09 dekabr 2014-cü il tarixdə bağlanmış kredit razılaşmasının 2015-ci ilin dekabr ayından restrukturazasiya olunmuş hesab edilməsi və bank qarşısında olan kredit öhdəliklərinin 2015-ci ilin oktyabr ayından 1 dollar – 1.05 manat məzənnəsi ilə ödənilməsinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə “xxxx” QSC-nin cavabdehlər İddiaçı, X1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 17.340,16 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutularaq banka ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: S.F.Hacıyev, R.Ə.E yvazov və F.Ş.Talışınski) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 oktyabr 2018ci il tarixli qətnaməsi borcun tutulmuş məbləğinə aid hissədə dəyişdirilərək cavabdehlərdən müştərək qaydada cəmi 16.140,16 ABŞ dollarının tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 04 may 2012-ci il tarixdə bankla İddiaçı arasında 60 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə kredit xətti müqaviləsi bağlanmış və 09 dekabr 2014-cü il tarixli kredit razılaşması əsasında İddiaçı 20 ay müddətinə aylıq istifadə dərəcəsi 2.1667 % olmaqla 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi X3, X4, X5 və X6 ilə zaminlik müqavilələri bağlanmışdır. 2016-cı ilin oktyabr ayında İddiaçı banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək banka manatla kredit götürmək üçün müraciət etməsinə baxmayaraq kreditin ona ABŞ dolları ilə verilməsini, manatın öz dəyərini itirməsi ilə əlaqədar kreditin ödənilməsində problemlər yaranmasını və bununla əlaqədar kreditin 1 dollar- 1 manat 05 qəpik kursu ilə ondan tutulması üçün banka müraciət etsə də bundan imtina olunmasını əsas göstərməklə kreditin 1 dollar – 1.05 manat kursu ilə ondan tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2017-ci ilin fevral ayında “xxxx” QSC İddiaçı və qeyrilərinə qarşı iddia və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 19.969,16 AB Ş dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kredit müqaviləsi üzrə borclu İddiaçı qətnamədən verdiyi kassasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında bankın vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdi. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiçılara məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçıların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh İddiaçı bankla kredit müqaviləsi bağlamaqla ona verilmiş krediti müqavilədə müəyyən olunmuş müddətdə, məbləğdə və qaydada ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (bo rclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən görünür ki, cavabdehə kredit ABŞ dolları ilə verilmiş və 22 dekabr 2016-cı il tarixə kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi qismən icra etməklə banka 6967,45 ABŞ dolları ödəmişdir. Kreditin qalan məbləği və ona hesablanmış faizlər isə, müəyyən olunduğu kimi, banka ödənilməməklə cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlər də qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair ” qərarına əsaslanmışdır. Konstitusiya Məhkəməsinin həmin qərarına görə Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləndirildiyi hallarda müqavilədə nəzərdə tut ulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, “Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirilə bilər” müdd əası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Re spublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur”. Apellyasiya instansiyası məhkəməsinə görə İddiaçı müqavilə əsasında öz vəzifələrini müəyyənləşdirməklə iradəsinə uyğun hərəkət etmiş və azad şəkildə müqavilənin məzmununu, həmçinin öhdəliyinin ABŞ dolları ilə olmasını müəyyənləşdirmişdir. Kollegiya göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə İddiaçı iddia tələbinin rədd olunmasını qanuni sayıb, bankın tələbini qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6805/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6805/2019
31.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla vətandaşlar arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver