Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6805/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qaz kəmərinin mühafizə zonasında inşa edilən tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-371/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları JN-075A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayon Savalan kəndində 0,30 ha torpaq sahəsi Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Cavabdeh, X4, X5, X6 və X1 mülkiyyətinə verilmişdir. Həmin ərazidə Cavabdeh tərəfindən yardımçı tikili (mal-qara tövləsi) inşa etdirilərək istifadə edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qəbələ rayonu Savalan kəndi ərazisində q az kəmərinin mühafizə zonasında inşa edilmiş yardımçı tikilinin (mal-qara tövləsi) cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qaz kəmərinin mühafizə zonasından çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Savalan kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Savalan kəndi ərazisindən keçən 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 43 metr məsafədə qanunsuz olaraq yardımçı tikili (mal-qara təvləsi) inşa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23-cü bəndinə əsasən, Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa ol unmuş yardımçı tikili (mal-qara tövləsi) yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. "xxxx" MMC-nin 05 oktyabr 2020-ci il tarixli 352 nömrəli rəyində göstərilmişdir ki, Qaz İxrac İdarəsinin X13 kəmərləri sahəsinin balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu yeraltı qaz kəmərinin mühafizə zonası, AR Nazirlər kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7 bəndinə əsasən qaz boru kəmərinin xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi hesab olunur. Mühafizə zonasına düşən mal tövləsi və mühafizə zonasının ölçüləri barədə “Autocad” və “ArcMap” proqramları vasitəsilə tərtib edilən ortofotoplanda izahlı şəkildə göstərilmişdir. Daha sonra göstərilmişdir ki, Qəbələ rayonu, Savalan kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikili (mal tövləsi) Qaz İxras idarəsinin X13 kəmərləri sahəsinin balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 43 metr məsafədə yerləşir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 23 oktyabr 2020-ci il tarixli, 2(025)-64/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilə n tikili qanuni əsaslarla cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. JN-075A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayon Savalan kəndində 0,30 ha torpaq sahəsi Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Cavabdeh, X4, X5, X6 və X1 mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinə məxsus D-325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 43 metr məsafədə mal-qara tövləsi inşa olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, həmin yardımçı tikili (mal-qara təvləsi) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onların qeydə alı nmasında heç bir maneə olmadığından, Cavabdeh həmin yardımçı tikili (mal-qara təvləsi) üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Bu səbəblə də yardımçı tikilini (mal-qara təvləsi) əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yardımçı tikilinin (mal-qara təvləsi) sökülməsi t ələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111 -ci maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17.1-ci, 18-ci, 180.1 –ci, 180.2ci, 180-cü, 180.4-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-cü bəndi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hi ssəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü İ hissəsi, 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İV hissəsi, Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X2 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndi, “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsi, Avropa Məhkəməsinin «Burdov Rusiyaya qarşı» iş üzrə qərarı ilə əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsi qətnamə qəbul edərkən diametri 325 mm-lik yüksək təzyiqli Qəbələ OPS qolu qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, 30 iyun 1998-ci il tarixli 513-İQ nömrəli Qaz Təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, sənaye qurğularını digər qurğuların və faaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bi lər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin va ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsində aparılan icraat zamanı təyin edilmiş və müvafiq olaraq “X3” MMC-nin tərəfindən verilmiş 25 may 2021-ci il tarixli 195 nömrəli rəydə göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlər üzrə ərazinin ümumi xəritəsində dəqiqləşdirilən koordinatlara əsasən iddiaçının mübahisələndirdiyi, cavabdeh tərəfindən inşa edilən mal-qara tövləsinin cavabdehə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edil mişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Məhkəmə apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol v erməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə düzgündür. Belə ki, hazırkı iş üzrə sözügedən yardımçı tikili (mal-qara tövləsi) Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN-075A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh, X4, X5, X6 və X1 mülkiyyətinə verilmiş torpaq sahəsində tikilmişdir. Həmin yardımçı tikili (mal-qara tövləsi) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin həmin yardımçı tikili (mal-qara təvləsi) üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Buna görə də Cavabdeh məxsus yardımçı tikilini (mal-qara təvlə si) əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. Digər tərəfdən sökülməsi tələb olunаn (mal-qara təvləsi müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan tikilsə də, (mal-qara təvləsi cavabdehə ayrılmış və mülkiyyətində olan torpaq sahəsində inşа edilməsini, inşаsınа hər hаnsı mаneənin, o cümlədən xüsusi fərqləndirici nişаnlаrın olmаmаsını nəzərə alan məhkəmə həmin (mal-qara təvləsi) üzərində cаvаbdehin hüquqlаrını əmlаk hüquqlаrı kimi qiymətləndirib, məsələyə bu konteksdə hüquqi qiymət verilməsini əsаslı hesab etmişdir. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıla rının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh g əlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamə dən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzər də tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumu «V.Q.Teryoxinin şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyаsının 02 iyun 2009-cu il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir» 15 yаnvаr 2010-cu il tаrixli Qərаrı: «Sаhiblik və istifаdə hüquq lаrını həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnının mövcud olmаsı əmlаk sаhibinin hüquqlаrının dа mülkiyyətçinin hüquqlаrı ilə bərаbər həddə müdаfiə olunmаsı zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən, mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər”. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi Önəryıldız Türkiyəyə qаrşı iş üzrə 30 noyаbr 2004-cü il tаrixli qərаrı: “1 sаylı Protokolun 1-ci mаddə sinin 1-ci hissəsində «mülkiyyət» аnlаyışı fiziki mаllаr üzərində mülkiyyətlə məhdudlаşmаyаn müstəqil mənаyа mаlikdir və dаxili qаnunvericilikdəki formаl təsnifаtdаn аsılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin hаllаrı ilə həmin mаddə əsаsındа müdаfiə olunаn əhəmiyyətli mənаfelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibаrətdir. Müvаfiq olаrаq, bu müddəаnın məqsədləri üçün fiziki mаllаrlа yаnаşı, əmlаkı təşkil edən bəzi digər hüquqlаr və mаrаqlаr dа «əmlаk hüquqlаrı» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» аnlаyışı «mövcud mülkiyyətlə» məhdudlаşmır və ərizəçinin mаrаqlаrını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyаtа keçirilməsinin əldə olunmаsınа ən аzı əsаslı və «qаnuni gözləntiyə» mаlik olduğunа dаir tələblə rini də əhаtə edə bilər (§ 124).» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Madd ə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağl ı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-371/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.