Məhkəmə qərarları › İş №2(102)-6810/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6810/2019

14.11.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6810/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X2, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh İstehalat Birliyinin kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-1649/2019, hakim İ.N.Abbasova) İddiaçı cavabde h ”Cavabdeh” İstehalat Birliyinə qarşı iddiası təmin edilmiş, iddiaçıya məxsus Qusar rayonu, Aşağı Ləyər kəndində yerləşən fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-6961/2019, hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev, F.Ş.Talışinski) Cavabdeh İstehalat Birliyininapellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Qusar rayonu, Aşağı Ləyər kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı a dına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı həmin evin qazlaşdırılması üçün ”Cavabdeh” İstehalat Birliyinə müraciət etmiş, həmin müəssisə tərəfindən İddiaçı ünvanlanmış cavab məktubunda Qusar rayonu, Aşağı Ləyər kəndində yerləşən təbii qazla təmin edilməyən fərdi yaşayış evlərinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrılmadığından həmin ərazinin qazlaşdırılmasının 2018-ci il üçün kapital qoyuluşu proqramına daxil edilməməsi göstərilmişdir. 29 noyabr 2018-ci il tarixdə İddiaçı ”Cavabdeh” İstehalat Birliyinə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus fərdi yaşayış evinin qazlaşdırılmasının ”Cavabdeh” İstehalat Birliyinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edil mişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 1-ci bəndinə istinad edilmiş, həmin Qanunun 13-cü maddəsinin 13-ci bəndinin tələbləri nəzərə alınmamış, təyinatı üzrə fərqli olan əhali abonentin məişət qaz sayğacı ilə təmin edilərək quraşdırılması ilə individual sifariş əsasında yerinə yetirilməsi mümkün olan fərdi yaşayış evinə qaz xəttinin çəkilərək qaz paylayıcı şəbəkəyə qoşulması işləri eyni cür qiymətləndirilmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclas ında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını qazlaşd ırılmış yaşayış məntəqəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin qazla təchiz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması təşkil edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların sifarişi ilə qaz paylayıcısı yaşayış sahələrini qaz şəbəkəsində birləşdirib qazla təchiz et məli və qaz sayğacı quraşdırılmalıdır. Həmçinin, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına quraşdırılır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının yaşadığı evi qazla təchiz etmək vəzifəsi qanunla müəyyən edilmişdir. Cavabdeh müəssisənin bundan imtina etməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar