Məhkəmə qərarları › İş №2(102)-6815/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6815/2019

05.12.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6815/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X2, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş 2(001)-453/2018)İd diaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxardılaraq cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev iş 2(103)1474/2019) İddiaçı Şirkətinin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehin İddiaçı Şirkətinin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 1107 saylı, 03 avqust 2000-ci il tarixli sərəncamına əsasən, Cavabdeh Sulutəpə qəsəbəsi ərazisində, əlavə edilmiş cizgi əsasında 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı Şirkəti Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxardılaraq həmin tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, cavabdehin ailə üzvləri ilə birlikdə 19 il ərzində həmin evə və torpaq sahəsinə sahiblik etməklə yaşamaları nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçı şirkətin ərazi hüdudlarında yerləşən topraq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin onun öz vəsaiti hesabına sökülməsi və həmin ərazinin iddiaçı şirkətə qaytarılması təşkil edir. İşin mübahisələndirilməyən halları ondan ibarətd ir ki, mübahisəli torpaq sahəsi cavabdehə Binəqədi rayon İcra Hakimiyyətinin 03 avqust 2000-ci il tarixli sərəncamı əsasında ayrılmışdır. Cavabdeh torpaq sahəsi ona ayrıldığı vaxt iddiaçının hazırda sökülməsini mübahisələndirdiyi fərdi yaşayış evini inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin vaxtdan həmin tikilidə yaşamışdır. Cavabdeh həmin torpaq sahəsindən uzun müddət maneəsiz şəkildə istifadə etmiş, inşa etdiyi tikiliyə su, qaz və elektrik xətləri çəkdirməklə həmin xidmətlərə görə ödənişlər etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Avropa İnsan Hüquqları Məh kəməsinin “X3rşı” 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında “ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil,məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə “mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” m əhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirməsinin əldə olunmasına ən azı əsaslı və”qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Qərarda qeyd olunur ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci səhifəsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. Apellyasiya məhkəməsi sadalanan normaların tələblərini nəzərə almamaqla və işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələblərinə uyğun olmadığından qanuni, əsaslı sayıla bilmədiyi üçün kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasi bətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar