Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6817/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçılar Cavabdeh1, Cavabdeh4 və onların vəkili Vəkil X2oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli 2(103)10902/2019 nömrəli qərardadından iddiaçılar Cavabdeh1, Cavabdeh4 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabd eh4, Cavabdeh5, Cavabdeh6 Abdulla oğlu cavabdehlər İddiaçı, X2, X1 və X5 qarşı “qeydiyyatın ləğv edilməsi, qeyri-qanuni, sahibsiz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 15 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar Cavabdeh1 və Cavabdeh4 03 iyun 2019-cu il tarixdə birgə apellyasiya şikayəti vermişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 05 iyun 2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayətləri dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh1 və Cavabdeh4 03 iyun 2019-cu il tarixdə verdikləri apellyasiya şikayətləri qaytarıldıqdan bır ay müddət keçdikdən sonra yəni, 03 iyul 20 19-cu il tarixdə yenidən birgə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova - sədrlik edən və məruzəçi, V.Həsənov, X.Sarıyev) 26 iyul 2019-cu il tarixli 2(103)-10902/2019 nömrəli qərardadı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh4 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İddiaçılar Cavabdeh1, Cavabdeh4 və onların vəkili Vəkil X2oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli 2(103)-10902/2019 nömrəli qərardadının ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayət ini onunla əsaslandırılmışdır ki, məhkəmə özü qətnaməni onun ünvanına gec göndərmiş, apellyasiya şikayətini 25 gün ərzində vermiş, dövlət rüsumu ödəmədiyinə görə apellyasiya şikayətinin geri qaytarılması barədə aldıqdan dərhal sonra dövlət rüsumu ödəmiş və 2 gün ərzində yenidən apllyasiya şikayəti vermişdir. Buna görə də, müddətin ötürülməsi barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mübahisələndirilən qərardadı qanunsuz və əsassızdır. Qərardadda qeyd edilənlər həqiqəti əks etdirmir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçılar Cavabdeh1, Cavabdeh4 və onların vəkili Vəkil X2oğlu məhkəmə iclasında kassasiya şikayətinin dəlilərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xaiş etmişdirlər. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə l azımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh4 tərəfindən apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən və birinci insta nsiya məhkəməsi tərəfindən bu hallara qiymət verilmədiyindən hazırkı işə şikayət üzrə apellyasiya qaydasında baxılması qeyri-mümkündür apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; -363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfi ndən geri qaytarılır; -366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, iddiaçılar tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti vaxtında verilsə də, həmin şikayətə dövlət rüsumunun ödənilməsi barədə müvafiq sübutlar əlavə edilməmişdir. Təkrar apellyasiya şikayəti verilərkən isə artıq qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, Cavabdeh1 və Cavabdeh4 03 iyun 2019-cu il tarixdə verdikləri apellyasiya şikayətlərinin qaytarılması barədə qərardadı aldıqdan bir neçə gün sonra göstərilən nöqsanı aradan qaldıraraq, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən 03 iyul 2019-cu il tarix də yenidən birgə apellyasiya şikayəti versələr də, artıq apellyasiya şikayəti vermə müddəti buraxılmış və onlar apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə verməmişlər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, tərəflər apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə və bütün formal tələblərə uyğun şəkildə tərtib etməklə məhkəməyə təqdim etməlidirlər. Qanunun tələblərinə cavabd verməyən şəkildə apellyasiya şikayətinin verilməsi şikayətvermə müddətinin axımını kəsmir və dayandırmır. Məhkəmə nəzərə alır ki, Mülki Prossesual Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Lakin Mülki Prossesual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Buna görə də, kassasiyada göstərilən hallar apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmamış hesab edilməsinə deyil, bərpasına əsas ola bilər. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanu ni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.07.2019-cu il tarixli 2(103)10902/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6817/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6817/2019
28.10.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver